maddi-istehsal
maddi-məsul
OBASTAN VİKİ
Mənəvi dəyər
Mənəvi dəyər – özünün fiziki və mənəvi varlığını qoruyub saxlamaq, yaşatmaq üçün hər hansı sosial qrup və ya cəmiyyətin əksər üzvlərinin doğru və lazımlı olduğuna inanıb qəbul etdikləri ortaq dünyagörüş, məqsəd, əxlaq normaları və inanclardır. Azərbaycan məktəblərində formalaşdırılan başlıca dəyərlər bunlardır: == Mənbə == Bağvan Məcidov. İbtidai təhsil pilləsi üçün "Həyat bilgisi" kurrikulumu ilə bağlı bəzi qeydlər.
Mənəvi zərər
İqtisadiyyatda mənəvi zərər(moral hazard) şirkətin və ya şəxsin ziyandan sığortalandığı üçün risk almağa daha çox meyilli olmasından yaranan bir risk növüdür. Məsələn, şəxsin maşını sığortalandıqda o, daha az ehtiyatlı davranır çünki dəymiş ziyanı sığorta şirkəti ödəyəcək. Mənəvi zərər tərəflər arasında informasiya natamamlığı olanda yaranır. Bu, risk alan(sığortalanan) tərəf öz niyyətləri haqqında məlumatı ziyanı ödəyən(sığortalayan) tərəfə tam və dəqiq şəkildə vermədikdə baş verir. == Tarixi == Dembe və Bodenin araşdırmasına əsasən bu terminin tarixi XVII əsrə uzanır və XIX əsrdə ingilis sığorta şirkətləri tərəfindən geniş istifadə olunurdu. Həmin dövrdə bu termin mənfi mənada istifadə edilirdi və fırıldaqçılığı ifadə edirdi. İndiki dövrdə isə iqtisadçılar bu termini risklərin tam dəyərləndirilə bilinməməsindən ortaya çıxan səmərəsizlikləri təsvir etmək üçün istifadə edirlər. == İstinadlar == == Xarici keçidlər == Dewan, Shaila. "Moral Hazard: A Tempest-Tossed Idea". The New York Times.
Eros Maddi
Eros Maddi (5 fevral 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Maddi Sparta Rotterdam akademiyası vasitəsilə inkişaf etmişdir. 2014-cü ildə Maddi Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə müqavilə imzalamışdır. Oyunçunu bir müddət Tottenhem Hotspur klubu transfer etmək istəmişdir. Maddi öz peşəkar karyerasında debütünü 20 noyabr 2018-ci ildə Utrext II klubuna qarşı oyunda etmişdir. O, 60-cı dəqiqədə Sebastian Paskuali əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 3-4 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Maddi Vurden şəhərində anadan olmuşdur. Valideynləri isə Surinam vətəndaşlarıdır. == Karyera statistikası == 29 dekabr 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Maddi nöqtə
Maddi nöqtə - sıfır ölçülərin abstrakt həcmi. Fizikada real cismin ideallaşdırılmış təsviri hesab edilir.. Maddi nöqtə kimi konkret situasiyada ölçüsü və forması nəzərə alınmayan kütlə götürülür.O mexaniki sistemin yalnız irəli-geri hərəkətə malik modelidir. Burada daxili sərbəstlik dərəcələri nəzərə alınmır. Maddi nöqtə nə fırlana, nə deformasiyaya uğraya bilir. Ona görə də maddi nöqtə ilə yalnız kinetik və potensial enerjini ifadə etmək mümkündür. Maddi nöqtə ən sadə mexaniki sistem olub minimal sərbəstlik dərəcəsinə malikdir.Eyni zamanda maddi nöqtə kütlə, yük, sürət, impuls, enerji kimi kəmiyyətlərlə ifadə oluna bilər. V erilmiş şəraitdə ölçüləri nəzərə alınmayan cisim maddi nöqtə adlanır. Məsələn gimnast 1000m məsafəyə qaçış zamanı maddi nöqtə hesab edilə bildiyi halda turnikdə hərəkət edən vaxt maddi nöqtə hesab edilə bilməz.İrəliləmə hərəkəti edən cismin bütün nöqtələri eyni hərəkətdə olduğundan onun hərəkətini maddi nöqtənin hərəkəti kimi öyrənmək olar.
Maddi istehsal
Maddi istehsal — insanın və cəmiyyətin müəyyən tələbatlarını ödəyən maddi nemətlərin yaradılması ilə bilavasitə bağlı istehsal. Maddi istehsal qeyri-istehsal sahəsinə qarşı çıxır, maddi dəyərlərin istehsalını qarşısına məqsəd qoymur. Bu bölgü əsasən marksist nəzəriyyə üçün xarakterikdir. Maddi istehsal maşın və texnologiyanın tətbiqinə, eləcə də insanlar arasında istehsal münasibətlərinə əsaslanır. Demək olar ki, cəmiyyətin texniki və texnoloji inkişafı insan ehtiyaclarının kəmiyyət və keyfiyyətcə artması hesabına baş vermiş və baş verir. Antropogen amil isə maddi istehsalın bir çox təbii proseslərin pozulmasına, yer səthinin geniş sahələrinin deqradasiyasına, havanın və suyun geniş miqyasda çirklənməsinə səbəb olmasına şərait yaradır. Ona görə də istehsal fəaliyyətinin həcminə və formalarına nəzarət edilməlidir. Maddi istehsalın sahələrinin digər fəaliyyət növlərindən ayrılması (sosialist ölkələrində) ümumi ictimai məhsulun və milli gəlirin həcmini müəyyən etmək üçün həyata keçirilirdi. Bu sahələrin tərkibinə adətən sənaye, kənd təsərrüfatı və meşə təsərrüfatı, tikinti, nəqliyyat və rabitə, ticarət və ictimai iaşə, logistika və marketinq, tədarük və s. (nəşriyyat, kinostudiyalar, səsyazma müəssisələri, layihə təşkilatları, metal qırıntılarının tədarükü və xilası, yabanı bitkilərin, meyvələrin, göbələklərin, toxumların, otların yığılması və onların ilkin emalı, ovlanması).
Qeyri-maddi aktivlər
Qeyri maddi aktivlərin — uçotu hesablar planında aşağıdakı hesablardan istifadə edilir. 101 n-li Qeyri-maddi aktivlər – dəyəri 102 n-li Qeyri-maddi aktivlər – köhnəlməsi 103 n-li Qeyri-maddi aktivlər üzrə xərclərin kapitalizasiyasıQeyri maddi ativlərin hesablara daxil edilməsi 101 n-li Qeyri-maddi aktivlər – dəyəri adlı hesabın debitinə, könələmə hesablanması zaman meydana gələn könəlmə məbləği 102 n-li Qeyri-maddi aktivlər – köhnəlməsi adlı hesabın kreditinə, silinən köhnəlmə məbləği isə hesabın debitinəd qeyd edilir. 101 n-li Qeyri-maddi aktivlər – dəyəri adlı hesabın tərkibinə alt hesablar kimi aşağıda qeyd olunan hesabları da əlavəetmək vacibdir. 1.10.101.001 n-li Təcrübə konstruktor işləri – dəyəri 1.10.101.002 n-li Qudvil – dəyəri 1.10.101.003 n-li Proqram təminatı – dəyəri 1.10.101.004 n-li Patentlər – dəyəri 1.10.101.005 n-li Müəlliflik hüquqları – dəyəri 1.10.101.006 n-li Lisenziyalar – dəyəri 1.10.101.007 n-li Ticarət markaları – dəyəriBurada qeyri maddi aktilər kimi təcrübə konstruktor işləri, qudvil, proqram təminatı, müəlliflik hüquqları, lisenziyalar, ticarət markaları uçota alınır. Qeyri maddi aktivlər müəyyən və qeyri müəyyən faydalı istifadə müddətinə malik aktivlər kimi qruplaşdırılır. Mühasibat uçotunun 102 nömrəli hesabında müəyyən istifadə müddətinə malik qeyri maddi aktivlərin amortizasiyası hesablanır. Müəyyən faydalı istifadə müddəti məlum olmayan qeyri maddi aktivlərin amortizasiyası həyata keçirilmir, onların faydalı istifadə müddəti hər il yenidən qiymətləndirilir. Deməli belə aydın olur ki faydalı istifadə müddəti məlum olmayan qeyri maddi aktivlərin amortizasiya qadağandır.
Tələbələrə maddi yardım
Tələbələrə maddi yardım (və ya tələbə maddi dəstəyi və ya tələbə yardımı) — təhsilini davam etdirən şəxslərə verilən maliyyə dəstəyi. Tələbə maliyyə yardımı təqaüdlər, qrantlar, tələbə kreditləri və iş üzrə təhsil proqramları da daxil olmaqla bir sıra formalarda ola bilər. Tələbələrə maliyyə dəstəyi göstərməyin bu üsullarının hər birinin öz üstünlükləri və çatışmazlıqları var. == Maliyyə yardımı proqramı == Bir çox ölkələrin tələbələri üçün bir növ maliyyə yardımı proqramı var. Hamı üçün nominal qiymətə təhsil verən ölkələrdə maliyyə yardımı ailənin iqtisadi vəziyyətindən daha çox təhsil statusu ilə yalnız üçüncü dərəcəli əlaqəyə malik ola bilər və tələbələrin maliyyə dəstəyi əsasən dolayıdır. Məsələn, Belçikada tələbə krediti sistemi yoxdur və bilavasitə dəstək yalnız aztəminatlı ailələrdən olan tələbələrə olur, tələbələrin çox məhdud hissəsinə yardım maddi cəhətdən yoxlanılmış qrantlar şəklində verilir.
Mənəvi Dəyərlərin Təbliği Fondu
Mənəvi Dəyərlərin Təbliği Fondu — Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan və Azərbaycan Respublikasında mənəvi dəyərlərin qorunmasına və inkişafına, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə vətəndaşların dini etiqad azadlığının həyata keçirilməsinə dövlət dəstəyi göstərən qeyri-kommersiya hüquqi şəxsdir. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmışdır. Elə həmin fərmanla "Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsi" təsdiq edilmişdir. == Maliyyələşməsi == Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə etdiyi gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanuna uyğun əldə etdiyi digər vəsaitlərdən formalaşır. Fondun nizamnamə kapitalı 100 000 manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Fondun saxlanması və fəaliyyətinin təmin edilməsi Fondun əmlakı hesabına – dövlət büdcəsindən ayrılan vəsait, habelə kreditlər, qrantlar və texniki yardımlar, fiziki və hüquqi şəxslərin ianələri və qanuna uyğun əldə etdiyi digər vəsaitlər hesabına həyata keçirilir.
Azərbaycan milli-mənəvi dəyərləri
Azərbaycan milli-mənəvi dəyərləri və ya Azərbaycan mentaliteti — Azərbaycan cəmiyyətində və mədəniyyətində vacib hesab edilən davranış normaları (ədəb), ailə dəyərləri, inanclar, ənənələr və s.-ni əhatə edən anlayış. == Tarixi arxa plan == XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni sahəsində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur. Bir Azərbaycan nağılında şahzadələr nişanlılarını seçmək üçün qızlara alma atması adəti XVII əsrdə Azərbaycanda yaşayan monqollarda mövcud olmuşdur.Elxani hökmdarı Hülakü xanın vəziri Nəsirəddin Tusi monqol və şərq türklərinin adət, mədəniyyət və ənənələrinə tamamilə vaqif olmuş, onun oğlu da tamamilə türkləşmişdir. Əslən yəhudi olan, vəzir Fəzlullah Rəşidəddin də türk adət və ənənələrini mənimsəmişdir. Fəzlullah Rəşidəddinin oğulları Qiyasəddin və Cəlaləddin türklər tərəfindən fəzilət və əxlaqları, Elxani qanun və nizamlarını bildiklərini görə mədh edilib sevilmişdir.İslam incəsənəti üzrə türkiyəli mütəxəssis Birgül Açıkyıldız hesab edir ki, erməni qəbiristanlıqlarında (məsələn, Culfada) tapılan erməni yazıları və tipik erməni ornamentləri olan qoç formalı qəbir daşları ətraf mədəniyyətlərin — kürd və Azərbaycan adət-ənənələrinin təsiri altında yaranıb. Açıkyıldızın fikrincə, zoomorf qəbir daşları daha çox düzbucaqlı xaçkarları ilə tanınan erməni qəbiristanlıqları üçün xarakterik deyil.Tarixən, Cənubi Dağıstanın əhalisi Azərbaycanın mədəni və davranış normalarına yönlənib, Azərbaycan linqvistik və mədəni mühiti ilə əhatələnib. Tatların mədəniyyəti əsrlər boyunca Azərbaycan və digər mədəniyyətlərin qarışması nəticəsində İran və türk elementləri və adət-ənənələrinə malik qarışıq mədəniyyət olmuşdur.Qacar dövləti şahzadələri Təbrizdə azərbaycanlıların əhatəsində türk dili, mədəniyyəti və adətlərinə daha çox bağlanır, taxta çıxdıqdan sonra özlərini Azərbaycan türkləri ilə əhatə edirdilər.
Qeyri-maddi mədəni irs
Qeyri-maddi mədəni irs (ing. Intangible cultural heritage (ICH)) — YUNESKO-nun Ümumdünya irsi layihəsinə bənzər, lakin mədəniyyətin qeyri-maddi sahələrini əsas tutan konsepsiya. YUNESKO-nun 2003-cü il sentyabrın 29-dan oktyabrın 17-dək Parisdə keçirilən 32-ci sessiyasında qəbul edilmiş “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiya ilə tənzimlənir. Qeyri-maddi mədəni irs anlayışı son illərdə geniş istifadə olunur. Bu anlayış əsasən mənəvi mədəniyyəti özündə cəmləşdirir. YUNESKO-nun 2003 – cü ilin 17 oktyabrında qəbul etmiş “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyada Qeyri-maddi mədəni irsin tərifi, Qeyri-maddi mədəni irs siyahısının tərtib edilmə qaydaları, bu siyahıya daxil edilmə qaydaları öz əksini tapmışdır. Bu Konvensiyanın qəbulunu şərtləndirən əsas amillər: - qeyri-maddi mədəni irslə maddi mədəni və təbii irs arasındakı sıx qarşılıqlı asılılıq; - qloballaşma və sosial dəyişiklik proseslərinin icmalar arasında dialoqun təzələnməsinə şərait yaratması ilə yanaşı, həm də dözümsüzlük təzahürlərinə yol açdığını, xüsusilə də qeyri-maddi mədəni irsin qorunması üçün vəsaitin çatışmamazlığı nəticəsində bu irsin deqradasiyaya uğraması, yox olması və dağıdılması üçün ciddi təhlükə mənbəyinin olması; - bəşəriyyətin qeyri-maddi mədəni irsinin qorunmasının təmin edilməsinə hamılıqla can atması və bununla əlaqədar yaşanan ümumi narahatlıq; - icmaların, xüsusilə də yerli icmaların, qrupların və bəzi hallarda ayrı-ayrı şəxslərin qeyri-maddi mədəni irsin yaradılması, mühafizəsi, qorunub saxlanması və yenidən bərpasında mühüm rol oynaması; - YUNESKO-nun mədəni irsin mühafizəsinə yönəldilən normativ aktların, xüsusilə də 1972-ci il Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında Konvensiyanın işlənib hazırlanması ilə bağlı fəaliyyətin böyük əhəmiyyəti; - hal-hazırda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı məcburi qüvvəyə malik heç bir çoxtərəfli hüquqi aktın mövcud olmaması; - mədəni və təbii irslə bağlı qüvvədə olan beynəlxalq saziş, tövsiyə və qətnamələrin qeyri-maddi mədəni irsə dair yeni müddəalar vasitəsilə səmərəli şəkildə zənginləşməyə və əlavələr edilməyə ehtiyacın olması; - qeyri-maddi mədəni irsin və onun qorunmasının əhəmiyyətinin xüsusilə də gənc nəsillər arasında daha dərindən qavranılmasının zəruriliyi; “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyanın məqsədləri aşağıdakılardır: (a) qeyri-maddi mədəni irsin qorunması; (b) aidiyyəti icmaların, qrupların və ayrı-ayrı şəxslərin qeyri-maddi mədəni irsinə hörmətin təmin edilməsi; (c) yerli, milli və beynəlxalq səviyyələrdə qeyri-maddi mədəni irsin əhəmiyyəti haqda məlumatlılığın artırılması və onun qarşılıqlı şəkildə qəbul edilməsinə təminat verilməsi; (d) beynəlxalq əməkdaşlıq və yardım göstərilməsi. “Qeyri-maddi mədəni irs” xüsusilə aşağıdakı sahələrdə aydın şəkildə üzə çıxır: (a) qeyri-maddi mədəni irsin daşıyıcısı kimi dil də daxil olmaqla, şifahi ənənələr və ifadələr; (b) ifaçılıq sənətləri; (c) sosial təcrübələr, mərasimlər, bayram tədbirləri; (d) təbiətə və kainata aid bilik və təcrübələr; (e) ənənəvi sənətkarlığa aid bilik və təcrübələr. Konvensiyaya qoşulan hər bir dövlət öz ərazisində olan qeyri-maddi mədəni irsin qorunmasını təmin etmək üçün zəruri tədbirlər görməlidir, icmaların, qrupların və müvafiq qeyri-hökumət təşkilatlarının iştirakı ilə öz ərazisində olan qeyri-maddi mədəni irsin müxtəlif elementlərini eyniləşdirməli və müəyyən etməlidir. Qoruma məqsədilə eyniləşdirmənin təmin edilməsi üçün hər bir İştirakçı Dövlət, özünün mövcud vəziyyəti nəzərə alınmaqla, öz ərazisində olan qeyri-maddi mədəni irsin bir və ya bir neçə siyahısını tərtib edir.
Turizmin maddi-texniki bazası
Turizm təsərrüfatı ilə məşğul olan subyektlər öz fəaliyyətim da­imi etmək üçün müxtəlif əmək vasitələrinə malik olmalıdır. Turizmdə istifadə olunan əmək vasitələrinin məcmusu onun maddi-texniki bazasının əsasını təşkil edir.Turizmin maddi-texniki bazasına turizm tikililəri, onun texniki təhcizatı, nəqliyyat vasitələri və digər əsas fondlar daxildir. Maddi-texniki baza mütəşşəkkil turizmin inkişafının əsasını təşkil edir. Belə ki, turistlər tam kompleks xidmət göstərilməsi (yerləşdirilmə, qidalanma, daşınma, müalicə, ekskursiya və s.) üçün bütün zəruri şərait yaradır. == Turizmin maddi-texniki bazasının tərkibi == Turizmin maddi-texniki bazasının tərkibinə - turist firmaları (turopedratorlar və turagentlər), mehmanxanalar, turist bazaları, ticarət, avtonəqliyyat müəssisələri, turist ləvazimatı və avadanlığın kirayə məntəqələri, turist yollayırın (putyovka) satış büroları, nə­zarət-xilasetmə xidmətləri, turist klubları və s. daxildir.
Arazbar bölgəsinin mənəvi mədəniyyəti (kitab)
Arazbar bölgəsinin mənəvi mədəniyyəti — Ənvər Çingizoğlunun Qarabağın bir bölgəsi olan Arazbar haqqında yazdığı kitab. Kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın və onun bir bölgəsi olan Arazbarın mənəvi mədəniyyətindən danışılır. Mənəvi mədəniyyətin təkamülünün başlıca mərhələləri və əsas cəhətləri müəyyənləşdirilir, köçəri və oturaq mədəniyyət tarixinin mühüm və aktual problemləri araşdırılır.
Mənəvi Kunq-Fu (film, 1978)
Mənəvi Kunq-Fu (ing. Spiritual Kung-Fu, çincə:拳精 — Yuan Tszin) — 1978-ci ildə çəkilən Honkonq filmlərindən biridir. Filmin adı müxtəlif adlarla, o cümlədən, "Kabus", "Astral Kunq-Fu" və "Kabusların Kunq-Fusu" kimi adlarla tanınır. == Məzmun == Yi Lenq Şaolin məbədində adi gözətçilərdən biridir. Bir gün məbəddən gizli olan bir kitab oğurlanılır. Onu oğurlayan şəxs isə məşhur qəddar döyüşçü olur. Həmin adam Kunq-Funun bütün klanlarının rəhbəri olmaq niyyətindədir. Yi Lanq isə hələdə öz vəzifəsini görür. Bir gün Lanq 5 kabusla qarşılaşır.Birinci dəfədə onlardan qorxur. Lakin sonra onlarla dost olmağa başlayır.
Azərbaycanın qeyri-maddi mədəni irs siyahısı
Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına 19 nümunə daxildir. Bunlardan 17-i "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na, 2-i isə (Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu və Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə) "Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısı"na daxil edilmişdir. "Ən Yaxşı Mühafizə Praktikalarının Reyestri"nə Azərbaycandan heç bir nümunə daxil edilməyib. Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına əlavə edilən ilk nümunə olan Azərbaycan muğamı 2008-ci ildə siyahıya daxil edilib.Qeyri-maddi mədəni irs konsepsiyası UNESKO-nun 2003-cü ildə Parisdə keçirilən 32-ci sessiyasında qəbul edilmiş və 2006-cı ildə qüvvəyə minən "Qeyri-maddi mədəni irsin qorunması haqqında" konvensiya ilə tənzimlənir. Yeni irs elementlərinin UNESKO-nun qeyri-maddi mədəni irs siyahılarına daxil edilməsi konvensiya ilə yaradılmış Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə tərəfindən müəyyən edilir. UNESCO tərəfindən qeyri-maddi mədəni irslərə bayramlar, festivallar, tamaşalar, şifahi ənənələr, musiqi və əl işlərinin hazırlanması daxil edilir.Azərbaycandan seçilmiş UNESCO-nun qeyri-maddi mədəni irs nümunələri "Avropa və Şimali Amerika" kateqoriyasında götürülür. Azərbaycanın irs nümunələrindən 11-i sırf özünə məxsus, 8-i isə çoxmillətlidir. Çoxmillətli irs nümunələrinin paylaşıldığı ölkələr Qərbi, Mərkəzi və Cənubi Asiyadandır. Azərbaycanla ən çox ortaq irs nümunələrinə sahib olan ölkələr Türkiyə, İran, Qazaxıstan və Özbəkistandır. Bəzi irs nümunələri spesifik olaraq Azərbaycanın regionlarına (Naxçıvan MR, Basqal, Lahıc, Göyçay, Şəki) aiddir.
Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri
Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri — Azərbaycan Respublikası tərəfindən Azərbaycan qeyri-maddi mədəni irsinin daya yaxşı qorunması üçün hazırlanmış siyahıdır.
Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid
"Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2010-cu il tarixli 112s saylı sərəncamına əsasən nəşr olunub. == Nəşr tarixi == "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2010-cu il tarixli 112s saylı sərəncamına əsasən nəşr olunub. Kitabın I-X cildləri 2011-ci ildə, XI-XIII cildləri 2015-ci ildə çap edilib. == Mükafatlar == “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinə görə AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı 2012-ci ilin aprel ayının 26-da Mədəniyyət və Turizm Nazirliyi, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyəti, “Humay” Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə “Humay” mükafatının XXII təqdimetmə mərasimində Elm nominasiyası üzrə “Humay” Milli Mükafatı ilə təltif edilmişdir. == İdeya və məzmunu == “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin ideyası gənc tədqiqatçı Ərtoğrol Cavid tərəfindən tədqiqata cəlb edilmiş, rəyləşdirilmiş və AMEA Hüseyn Cavidin Ev Muzeyində qorunub saxlanılan zəngin folklor xəzinəsinin təbliğindən ibarətdir. Kitabın əsas məzmununu xalqın içərisindən toplanmış nağıllar, dastanlar, müxtəlif janrları əhatə edən aşıq poeziyası örnəkləri, bayatılar, laylalar, holavarlar, oxşamalar, xalq mahnıları, muğam mətnləri, oyun havaları, toy və yas mərasimləri və s. folklor-etnoqrafiya materialları təşkil edir. Gənc tədqiqatçı Ərtoğrol Cavid öz araşdırmalarında folklor materialları toplayan digər tədqiqatçıların bir sıra hallarda mənbələrin poetik mətnində süni ədəbiləşdirmə aparmasını və ədəbi dil normalarını folklor mətninə tətbiq etməklə materialın forma və məzmununda təbiiliyin və səmimiliyin zəifləməsini, eləcə də kifayət qədər qrammatik savadı olmayan ekspeditorun öz regionunun dialekt xüsusiyyətlərini mətnə gətirməsini də sezmiş və imkan daxilində islah etməyə çalışmışdır. Bütün bunlar Ərtoğrol Cavidin həm də istedadlı bir bərpaçı-mətnşünas kimi öz qabiliyyətlərini büruzə verməsinə imkan yaratmışdır. Mətnşünaslıq fəaliyyəti ilə yanaşı, həm də bir ədəbiyyatşünas və dilçi kimi də istedad və bacarıqlarını nümayiş etdirən gənc alim, dastanların ideya-estetik, eləcə də tərbiyəvi xüsusiyyətlərini qiymətləndirməkdə də obyektiv araşdırıcı mövqeyindən geri durmamışdır.
Azərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısı
Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına 19 nümunə daxildir. Bunlardan 17-i "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na, 2-i isə (Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu və Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə) "Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısı"na daxil edilmişdir. "Ən Yaxşı Mühafizə Praktikalarının Reyestri"nə Azərbaycandan heç bir nümunə daxil edilməyib. Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına əlavə edilən ilk nümunə olan Azərbaycan muğamı 2008-ci ildə siyahıya daxil edilib.Qeyri-maddi mədəni irs konsepsiyası UNESKO-nun 2003-cü ildə Parisdə keçirilən 32-ci sessiyasında qəbul edilmiş və 2006-cı ildə qüvvəyə minən "Qeyri-maddi mədəni irsin qorunması haqqında" konvensiya ilə tənzimlənir. Yeni irs elementlərinin UNESKO-nun qeyri-maddi mədəni irs siyahılarına daxil edilməsi konvensiya ilə yaradılmış Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə tərəfindən müəyyən edilir. UNESCO tərəfindən qeyri-maddi mədəni irslərə bayramlar, festivallar, tamaşalar, şifahi ənənələr, musiqi və əl işlərinin hazırlanması daxil edilir.Azərbaycandan seçilmiş UNESCO-nun qeyri-maddi mədəni irs nümunələri "Avropa və Şimali Amerika" kateqoriyasında götürülür. Azərbaycanın irs nümunələrindən 11-i sırf özünə məxsus, 8-i isə çoxmillətlidir. Çoxmillətli irs nümunələrinin paylaşıldığı ölkələr Qərbi, Mərkəzi və Cənubi Asiyadandır. Azərbaycanla ən çox ortaq irs nümunələrinə sahib olan ölkələr Türkiyə, İran, Qazaxıstan və Özbəkistandır. Bəzi irs nümunələri spesifik olaraq Azərbaycanın regionlarına (Naxçıvan MR, Basqal, Lahıc, Göyçay, Şəki) aiddir.
Azərbaycanda YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısı
Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına 19 nümunə daxildir. Bunlardan 17-i "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na, 2-i isə (Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu və Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə) "Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısı"na daxil edilmişdir. "Ən Yaxşı Mühafizə Praktikalarının Reyestri"nə Azərbaycandan heç bir nümunə daxil edilməyib. Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına əlavə edilən ilk nümunə olan Azərbaycan muğamı 2008-ci ildə siyahıya daxil edilib.Qeyri-maddi mədəni irs konsepsiyası UNESKO-nun 2003-cü ildə Parisdə keçirilən 32-ci sessiyasında qəbul edilmiş və 2006-cı ildə qüvvəyə minən "Qeyri-maddi mədəni irsin qorunması haqqında" konvensiya ilə tənzimlənir. Yeni irs elementlərinin UNESKO-nun qeyri-maddi mədəni irs siyahılarına daxil edilməsi konvensiya ilə yaradılmış Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə tərəfindən müəyyən edilir. UNESCO tərəfindən qeyri-maddi mədəni irslərə bayramlar, festivallar, tamaşalar, şifahi ənənələr, musiqi və əl işlərinin hazırlanması daxil edilir.Azərbaycandan seçilmiş UNESCO-nun qeyri-maddi mədəni irs nümunələri "Avropa və Şimali Amerika" kateqoriyasında götürülür. Azərbaycanın irs nümunələrindən 11-i sırf özünə məxsus, 8-i isə çoxmillətlidir. Çoxmillətli irs nümunələrinin paylaşıldığı ölkələr Qərbi, Mərkəzi və Cənubi Asiyadandır. Azərbaycanla ən çox ortaq irs nümunələrinə sahib olan ölkələr Türkiyə, İran, Qazaxıstan və Özbəkistandır. Bəzi irs nümunələri spesifik olaraq Azərbaycanın regionlarına (Naxçıvan MR, Basqal, Lahıc, Göyçay, Şəki) aiddir.
антиглобали́стский гидроаэродро́м ли́сель намозо́ливаться по-лебеди́ному пта́ха воздухоохлади́тель обша́рканный поля́на комляк плехан Alva bottle-feed chalk board deed-poll limber non-skid proposition purplish sortie can unrepresented бригадный рождение сторожка суточные