MADDİ

sif. [ ər. ]
1. Şüurdan asılı olmayaraq mövcud olan; cismani, fiziki. Maddi varlıq. Maddi aləm.
// Maddəyə aid olan.
2. Pula, mala, mülkə aid olan. Maddi kömək. Maddi imkan. Maddi nemətlər. Maddi vəziyyət.
– Qonşu hökumətlər Atabəylər ölkələrinin işinə müdaxilə etmək üçün din hamilərinə maddi və mənəvi köməkdə bulundular. M.S.Ordubadi.
Kimsə [Zeynalı] sevməyir, müdafiə etməyir, mənəvi və maddi müavinətdə bulunmayırdı. S.Hüseyn.

◊ Maddi sübut hüq. – cinayətlə bağlı olan və onun açılmasına imkan yaradan şey(lər).

Sinonimlər (yaxın mənalı sözlər)

  • MADDİ MADDİ (şüurdan asılı olmayaraq mövcud olan) Axundov obyektiv maddi varlığın səbəbini ondan xaric ilahi qüvvədə deyil, onun özündə axtarmağı irəli sürm
  • MADDİ real — gerçək
  • MADDİ cismani — fiziki
MADDƏBƏMADDƏ
MADDİLƏŞMƏ

Digər lüğətlərdə