1. Təbiətdəki fiziki cisimlərin əsasını təşkil edən şey. Qida maddələri. Zəhərləyici maddələr. Üzvi maddələr.
// Cisim, şey.
2. bax materiya 1 və 2-ci mənalarda.
3. dan. Bədənin bir yerində gizli illət, açılmamış yara; irinlik.
□ Maddə etmək (eləmək) dan. – bədənin bir yerində irin əmələ gəlmək, çirk etmək.
4. məc. Keyfiyyət; zirəklik, bacarıq, çoxbilmişlik mənasında.
// zar. dan. Bu cür keyfiyyətlərə malik olan adam haqqında. Zirək maddədir.
O elə bir maddədir ki… ◊ Maddələr mübadiləsi fiziol. – canlı orqanizmlərdə maddələrin xarici mühitlə qarşılıqlı əlaqə şəraitində həzm olunması ilə bağlı olan proseslərin məcmusu.