MADAR
MAFƏR
OBASTAN VİKİ
Madər Musayev
Madər Ələsgər oğlu Musayev (26 noyabr 1947, Bakı – 14 iyul 2023) — Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı. == Həyatı == Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Koperativ İnstitutunun Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirmişdir. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışmışdır.Madər Musayev 14 iyul 2023-cü il tarixində ağciyər və böyrək çatışmazlığından vəfat etmişdir. Binəqədi rayonu kənd qəbiristanlığında dəfn edilmişdir.Evli və 3 övladı var idi. == Siyasi fəaliyyəti == Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV, V və VI çağırış deputatı və Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olmuşdur.
Madərşahlıq
Matriarxat və ya Anaxaqanlıq (türk.) ictimai-siyasi məsələlərdə qadınların üstünlük təşkil etdiyi cəmiyyətdir. == Tarixçə == "Kitabi Dədə Qorqud" boylarında tarixdən öncəki çağlarla səsləşən anlayışlardan biri “ana haqqı” anlayışıdır. Bu anlayışa görə Ana–Tanrı şərafətli bir varlıqdır, “Tanrı haqqı” daşıyıcısıdır. Hüquqi baxımdan toxunulmazdır, bir növ “demonik müdafiə” haqqına malikdir. Böyük bir günah işləmiş olsa belə, bir kimsənin ona qılınc qaldırması yasaqdır: Ana haqqı Tanrı haqqı degilmişsə Qara polad uz qılıcım dartaydım Qafillicə görklü başınq kəsəydim Alca qanınq yer yüzünə dökəydim (XI boy).Ana haqqının Tanrı haqqına bərabər tutulması anaxaqanlıq (matriarxat), yəni Ulu İcma yaşayışı tarixinin qalıntısıdır: Polifem (Dəpəgöz) mövzusunda olduğu kimi, "Kitabi Dədə Qorqud" burada əski Yunan epik abidələri səviyyəsində durmaqdadır. Homer “Odisseya”sı və Esxil “Oresteya”sında da “ana haqqı” anlayışı tam eyni məzmun (semantika) yükü daşımaqdadır. “Odisseya” və “Oresteya” qəhrəmanı Klitemnestra adlı qadın, Troya savaşından dönüb gəlmiş əri Aqamemnonu (savaşda “müttəfiq qoşunlarının” başçısı idi) öldürmüşdü. Çünki başqa bir kişini sevmişdi. Orest isə xəyanətli davranışına görə öz anasını öldürmüş, fəqət özü də ana haqqının qoruyucuları olan erinlər (əfsanəvi intiqam pəriləri) tərəfindən amansızcasına təqib edilmişdi. Çünki ananın öldürülməsi əsatiri Yunan mifologiyasında “əsla bağışlanılmaz” bir cinayət sayılırdı.

Значение слова в других словарях

лепота́ неве́данный недошива́ть педоло́гия скро́мница ува́льчиво фибробла́сты десятирублёвый зата́иванье ко́злик миропоря́док народово́льческий недоразви́ться прилепи́ться просторожи́ть сцена́рный теоре́ма chamomel depositary matrimony rate ocean-wide providing балкарец дополнить протока