mağul 2021
mahaqon
OBASTAN VİKİ
Mah Tələtin portreti
Mah Tələtin portreti — Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin çəkdiyi rəsm. Rəsm Tbilisidə, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. == Təsviri == Azərbaycan milli geyimində təsvir edilmiş qadın açıq pəncərə (şəbəkə) fonunda təsvir edilib. Pəncərədən mavi səma görünür. Qadın sol əlini bülinə qoyub, sağ əlini isə aşağı sallayıb. Şəbəkənin ortada yerləşən və qaldırıldığına görə qadının başı üzərində imiş kimi görünün orta hissəsi rəngarəng şüşələrlə bəzədilmişdir. Yan pəncərələr üzərində asılmış yaşıl pərdələr aşağıdan yığılaraq əsərin kənarlarına doğru çəkilmişdir. Döşəmə geniş haşiyəli xalça ilə döşənmişdir. Miklaşevskayanın sözlərinə görə, qadının demək olar ki, dairəvi olan üzü xəttləri az marqlı və ifadəsiz olsa da, sözsüz ki, portret uyğunluğunu ötürə bilir. Böyük dəstələrlə çiyinlərə düşən qara saçları qadının üzünü əhatə edir.
...Və uşaqlar mahnı oxuyurdular (film, 1987)
== Məzmun == Film Bakıdakı uşaq evində böyüyən qızların dramatik həyatından bəhs edir. Bu uşaq evində böyümüş nənə, ana və qızın həyatlarının ən gərgin anları lentə köçürülmüşdür.
1944 (mahnı)
1944 — Ukraynanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı və eyni zamanda müsabiqənin qalibi. Camala "1944" mahnısı ilə Ukraynanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmiş və finalda 534 xal toplayaraq qələbə qazanmışdır. Mahnı 1944-cü ildə Krım tatarlarının Mərkəzi Asiyaya deportasiyası zamanı müğənninin nənəsinin itirdiyi qızı haqqındadır və mahnının sözləri Camalanın özü tərəfindən 2014-cü ildə yazılmışdır. Rus şərhçilər mahnının Rusiyanın Krıma hərbi müdaxiləsi və Donbass müharibəsi barəsində olduğunu iddia edərək, bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdirlər. Lakin mahnıda hansısa birbaşa siyasi ismarış olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənmişdir. Camala da verdiyi müsahibələrdə ifa etdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqda əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulamışdır.
1956 Avroviziya Mahnı Müsabiqəsi
Avroviziya Mahnı Müsabiqəsi ilk dəfə 1956-cı ildə mayın 24-ü İsveçrənin Luqano şəhərində keçirilib. Müsabiqənin aparıcısı Loenqrin Filipello olmuşdur. Müsabiqədə 7 ölkə iştirak etmişdir. Müsabiqənin qalibi isə İsveçrəni təmsil edən Liz Assianın oxuduğu Refrain adlı mahnı olmuşdur. Müsabiqənin keçirildiyi zalda kamera olmasına baxmayaraq müsabiqə bir radio proqramını xatırladırdı. Bunun səbəbi o vaxtlar avropalıların çoxunun televizorunun olmaması idi. Bu müsabiqə ondan sonra keçirilən müsabiqələrdən bir çox cəhətdən fərqlənirdi. Belə ki 1956-cı il müsabiqəsində hər ölkə iki mahnı ilə təmsil olunurdu, səsvermə gizli keçirilirdi. Yalnız bir aparıcı var idi. Müsabiqənin tam lent yazısı indiki dövrə gəlib çıxmayıb.
1957 Avroviziya Mahnı Müsabiqəsi
1957 Avroviziya Mahnı Müsabiqəsi — ikinci Avroviziya Mahnı Müsabiqəsidir. Müsabiqə 3 mart 1957-ci ildə Almaniyanın Frankfurt şəhərində təşkil edilmişdir. Bu müsabiqə də ilk Avroviziya Mahnı Müsabiqəsi kimi radio verilişinə bənzəyirdi. Müsabiqədə İtaliya təmsilçisinin ifa etdiyi mahnının 5 dəqiqədən artıq, Böyük Britaniya təmsilçisinin ifa etdiyi mahnının isə cəmi 1 dəqiqə 30 saniyə olması bundan sonrakı müsabiqələrdə mahnılar üçün 3 dəqiqəlik limitin müəyyənləşdirilməsinə gətirib çıxarmışdır. 1957-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsinin qalibi isə Niderland təmsilçisi olmuşdur. == Keçirilən yer == Adətən Frankfurt adlandırılan Frankfurt Mayn şəhəri Mayn çayının hər iki sahilində, Taynus dağının cənub-qərb yamacında yerləşir. Frankfurt-Mayn Hessen federasiyasının ən böyük şəhəridir. Şəhərin cənub hissəsinə Almaniyanın şəhərlərindəki ən böyük meşə olan Frankfurt şəhər meşəsi aiddir. Frankfurtun şəhər mərkəzi Mayn çayının şimal tərəfində yerləşir. Frankfurtun İkinci dünya müharibəsində bombalanmasından sonra Frankfurt özünü Avropanın ən nüfuzlu maliyyə mərkəzlərindən birinə çevirdi.
1958 Avroviziya Mahnı Müsabiqəsi
1958 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1958; fr. Concours Eurovision de la chanson 1958) — 3-cü Avroviziya Mahnı Müsabiqəsidir. Kori Brokkenin "Net als toen" mahnısı ilə 1957 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1958-ci ildə Niderland müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Hilversum şəhərində AVRO Studiosda keçirilmişdir. Müsabiqənin 1958-ci ilin 12 mart tarixində baş tutmuşdur.
1959 Avroviziya Mahnı Müsabiqəsi
1959 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1959; fr. Concours Eurovision de la chanson 1959) — 4-cü Avroviziya Mahnı Müsabiqəsidir. Andre Klavyönün "Dors, Mon Amour" mahnısı ilə 1958 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1959-cu ildə Fransa müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Kann şəhərində Palais Des Festivals-da keçirilmişdir. Müsabiqə 1959-cu ilin 11 mart tarixində baş tutmuşdur.
1960 Avroviziya Mahnı Müsabiqəsi
1960 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1960; fr. Concours Eurovision de la chanson 1960) — 5-ci Avroviziya Mahnı Müsabiqəsidir. Teddi Sxoltenin ifa etdiyi "Een Beetje" mahnısı ilə 1959 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1960-cı ildə müsabiqəyə ev sahibliyi etmək hüququ əldə edən Niderland, daha bir il öncə müsabiqəyə ev sahibliyi etdiyini səbəb göstərərək Avroviziya 1960-a ev sahibliyi etməkdən imtina etmişdir. Rəsmi açıqlamanın ardından müsabiqəyə ev sahibliyi hüququ Avroviziya 1959-da ikinci yeri qazanan Böyük Britaniyaya keçmişdir. Müsabiqə ölkənin paytaxtı London şəhərində Royal Festival Hall-da keçirilmişdir. Müsabiqə 1960-cı ilin 29 mart tarixində baş tutmuşdur. Fransanı müsabiqədə təmsil edən Jakline Boye Tom Pillibi adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur.
1961 Avroviziya Mahnı Müsabiqəsi
'1961 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1961; fr. Concours Eurovision de la chanson 1961) — 6-cı Avroviziya Mahnı Müsabiqəsidir. Jaklin Boyenin ifa etdiyi "Tom Pillibi" mahnısı ilə 1960 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1961-ci ildə Fransa müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Kann şəhərində Festival və konqresslər sarayında keçirilmişdir. Müsabiqə 1961-ci ilin 18 mart tarixində baş tutmuşdur. Lüksemburqu müsabiqədə təmsil edən Jan-Klod Paskal Nous les amoureux adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur.
1962 Avroviziya Mahnı Müsabiqəsi
1962 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1962; fr. Concours Eurovision de la chanson 1962) — 7-ci Avroviziya Mahnı Müsabiqəsidir. Jan-Klod Paskalın ifa etdiyi Nous Les Amoureux mahnısı ilə 1961 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1962-ci ildə Lüksemburq müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1962-ci ilin 18 mart tarixində baş tutmuşdur. Fransanı müsabiqədə təmsil edən İzabel Obre ifa etdiyi "Un Premier Amour" adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur. Bu Fransanın Avroviziyada 7 ildə üçüncü qalibiyyəti idi.
1963 Avroviziya Mahnı Müsabiqəsi
1963 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1963; fr. Concours Eurovision de la chanson 1963) — sayca 8-ci Avroviziya Mahnı Müsabiqəsidir. İzabel Obrenin ifa etdiyi Un Premier Amour mahnısı ilə 1962 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca qələbə qazanmasının ardınca Avroviziyaya üçüncü dəfə ev sahibliyi etmək hüququ əldə edən Fransa, maliyyə problemlərini səbəb göstərərək Avroviziya 1963-ə ev sahibliyi etməkdən imtina etmişdir. Müsabiqəyə ev sahibliyini Böyük Britaniya ikinci dəfə öz üzərinə götürmüşdür. Beləliklə Avroviziya 1963 Böyük Britaniyanın paytaxtı London şəhərində BBC televiziya mərkəzində keçirilmişdir. Müsabiqə 1963-cü ilin 23 mart tarixində baş tutmuşdur. Müsabiqədə Danimarka təmsilçiləri Qrete və Yörqen İnqmann dueti ifa etdikləri "Dansevise" adlı mahnı ilə qalib gəlmişdir. Səsvermələrdə son ölkə olan Norveçin səsləri əvvəl səhv açıqlanmışdır və İsveçrə qalib olmuşdur. Lakin aparıcı bu səhvini hiss etmiş və Norveç münsifi səsləri təkrar oxumuşdur.
1964 Avroviziya Mahnı Müsabiqəsi
1964 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1964; fr. Concours Eurovision de la chanson 1964) — sayca 9-cu Avroviziya Mahnı Müsabiqəsidir. Qrete İnqmann və Yörqen İnqmann duetinin ifa etdikləri "Dansevise" adlı mahnı ilə 1963 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanan Danimarka 1964-cü ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Kopenhagen şəhərində Tivolis konsert zalında keçirilmişdir. Müsabiqə 1964-cü ilin 21 mart tarixində baş tutmuşdur. 1964-cü ildə Portuqaliya Avroviziyaya ilk dəfə qoşuldu və İsveç isə müsabiqədə iştirakdan imtina etdi. 16 ölkənin iştirak etdiyi müsabiqədə İtaliya təmsilçisi Cilyola Çinkvetti ifa etdiyi "Non ho l'età" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1964-ün qalibi olmuşdur. Bu İtaliyanın Avroviziyada ilk qalibiyyəti idi. == Format == === İtən kasetlər === Müsabiqənin lent yazısı günümüzə qədər gəlib çıxmamışdır.
1965 Avroviziya Mahnı Müsabiqəsi
1965 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1965; fr. Concours Eurovision de la chanson 1965) — sayca 10-cu Avroviziya Mahnı Müsabiqəsidir. Cilyola Çinkvettenin ifa etdiyi "Non ho l'età" adlı mahnı ilə 1964 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanan İtaliya 1965-ci ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Neapol şəhərində RAI konsert zalında keçirilmişdir. Müsabiqə 1965-ci ilin 20 mart tarixində baş tutmuşdur. 1965-ci ildə İrlandiya Avroviziyaya ilk dəfə qoşuldu və İsveç isə bir illik fasilədən sonra müsabiqəyə geri döndü. 18 ölkənin iştirak etdiyi müsabiqədə Lüksemburq təmsilçisi Frans Qall ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1965-in qalibi olmuşdur. Bu Lüksemburqun Avroviziyada ikinci qalibiyyəti idi.
1966 Avroviziya Mahnı Müsabiqəsi
1966 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1966; fr. Concours Eurovision de la chanson 1966) — sayca 11-ci Avroviziya Mahnı Müsabiqəsidir. Frans Qallın ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə 1965 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1966-cı ildə Lüksemburq müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1966-cı ilin 5 mart tarixində baş tutmuşdur. 18 ölkənin iştirak etdiyi müsabiqədə Avstriya təmsilçisi Udo Yürqens ifa etdiyi "Merci, Chérie" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1966-nın qalibi olmuşdur. Müsabiqədə artıq üçüncü dəfə ölkəsini təmsil edən Udo Yürqens Avstriyaya Avroviziyada ilk qalibiyyətini yaşatmışdı.
1967 Avroviziya Mahnı Müsabiqəsi
1967 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1967; fr. Concours Eurovision de la chanson 1967) — sayca 12-ci Avroviziya Mahnı Müsabiqəsidir. Udo Yürqensin ifa etdiyi "Merci, Chérie" mahnısı ilə 1966 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1967-ci ildə Avstriya müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Vyana şəhərində Großer Festsaal der Wiener Hofburg-da keçirilmişdir. Müsabiqə 1967-ci ilin 8 aprel tarixində baş tutmuşdur. 1967-ci ildə Danimarka Avroviziyada iştirakdan imtina etdi və dövlət kanalı buna əsas səbəb olaraq maliyyə problemlərini göstərdi. Ölkə müsabiqəyə bir daha 1978-ci ildə qayıtdı. 17 ölkənin iştirak etdiyi müsabiqədə Böyük Britaniya təmsilçisi Sendi Şou ifa etdiyi "Puppet on a String" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1967-nin qalibi olmuşdur. Bu Avroviziyaya artıq iki dəfə ev sahibliyi etmiş Böyük Britaniyanın müsabiqədə ilk qalibiyyəti idi.
1968 Avroviziya Mahnı Müsabiqəsi
1968 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1968; fr. Concours Eurovision de la chanson 1968) — sayca 13-cü Avroviziya Mahnı Müsabiqəsidir. Sendi Şounun ifa etdiyi "Puppet on a String" mahnısı ilə 1967 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1968-ci ildə Böyük Britaniya müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı London şəhərində Royal Albert Hall-da keçirilmişdir. Müsabiqə 1968-ci ilin 6 aprel tarixində baş tutmuşdur. Bu müsabiqə rəngli yayımlanan ilk Avroviziya Mahnı Müsabiqəsi olaraq tarixə düşmüşdür. 17 ölkənin iştirak etdiyi müsabiqədə İspaniya təmsilçisi Massiel ifa etdiyi "La, la, la" mahnısı ilə cəmi bir səs fərqi ilə Avroviziya 1968-in qalibi olmuşdur. Bu İspaniyanın Avroviziyada ilk qalibiyyəti idi. Müsabiqədə qalib gələn mahnı "La, la, la" Avroviziya səhnəsində əslində tanınmış ispan müğənnisi olan Xuan Manuel Serrat tərəfindən ifa edilməli olduğu halda, Serratın mahnını Katalan dilində ifa etmək istəyi müğənninin İspaniya dövlət kanalı tərəfindən müsabiqədə iştirakdan kənarlaşdırılmasına səbəb olmuşdur.
1969 Avroviziya Mahnı Müsabiqəsi
1969 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1969; fr. Concours Eurovision de la chanson 1969) — sayca 14-cü Avroviziya Mahnı Müsabiqəsidir. Massielin ifa etdiyi "La, la, la" mahnısı ilə 1968 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1969-cu ildə İspaniya müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Madrid şəhərində Teatro Real arenasında keçirilmişdir. Müsabiqə 1969-cu ilin 29 mart tarixində baş tutmuşdur. Həmin dövrdə İspaniyada hökm sürən diktator rejiminə etiraz olaraq Avstriya ölkədə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir. 16 ölkənin iştirak etdiyi Avroviziya 1969-da dörd ölkə (Böyük Britaniya, Fransa, İspaniya, Niderland) hər biri səsvermənin sonunda eyni xalı toplayaraq birinci yerdə qərarlaşmışdırlar. Həmin ilədək Avroviziyada oxşar hadisə ilə rastlaşılmadığı üçün səslərin bərabərliyi vəziyyət ilə bağlı müsabiqədə ümumi qayda yox idi. Nəticə olaraq, gecənin sonunda hər bir dörd ölkənin təmsilçiləri qalib elan edilmişdirlər.
1971 Avroviziya Mahnı Müsabiqəsi
1971 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1971; fr. Concours Eurovision de la chanson 1971) — sayca 16-cı Avroviziya Mahnı Müsabiqəsidir. Dananın ifa etdiyi "All Kinds of Everything" mahnısı ilə 1970 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1971-ci ildə İrlandiya müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Dublin şəhərində Gaiety Theatre arenasında keçirilmişdir. Müsabiqə 1971-ci ilin 3 aprel tarixində baş tutmuşdur. Bu İrlandiya dövlət kanalı RTÉ-nin yayımladığı ilk rəngli proqramm olaraq tarixə düşmüşdür. 1971-ci ildə Malta adası Avroviziyaya ilk dəfə qoşuldu. Eyni zamanda Avstriya iki illik, Finlandiya, İsveç, Norveç və Portuqaliya isə bir illik fasilədən sonra müsabiqəyə geri döndü. 18 ölkənin iştirak etdiyi müsabiqədə Monako təmsilçisi Severin ifa etdiyi "Un banc, un arbre, une rue" mahnısı ilə Avroviziya 1971-in qalibi olmuşdur.
1972 Avroviziya Mahnı Müsabiqəsi
1972 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1972; fr. Concours Eurovision de la chanson 1972) — sayca 17-ci Avroviziya Mahnı Müsabiqəsidir. 1971 Avroviziya Mahnı Müsabiqəsində Avropanın cırtdan ölkələrindən biri olan Monako Severinin ifa etdiyi "Un banc, un arbre, une rue" mahnısı ilə müsabiqədə ilk dəfə qalib gəlmişdi. Bu qələbənin ardınca 1972-ci ildə müsabiqəyə ilk dəfə ev sahibliyi etməli olan Monako knyazlığının şahzadəsi III Renye Monakonun maliyyə cəhətdən Avroviziya kimi böyük müsabiqəyə ev sahibliyi etməyə hazır olmadığını bəyan edərək, müsabiqəyə ev sahibliyindən imtina etmişdir. Müsabiqəyə ev sahibliyini Birləşmiş Krallıq dördüncü dəfə öz üzərinə götürmüşdür. BBC ev sahibi şəhər olaraq Şotlandiyanın paytaxtı Edinburqu seçmişdir. Beləliklə Avroviziya 1972 Edinburqda yerləşən Usher konsert zalında keçirilmişdir. Müsabiqə 1972-ci ilin 25 mart tarixində baş tutmuşdur. 18 ölkənin iştirak etdiyi müsabiqədə Lüksemburq təmsilçisi Viki Leandros ifa etdiyi "Après toi" mahnısı ilə Avroviziya 1972-nin qalibi seçilmişdir.
1973 Avroviziya Mahnı Müsabiqəsi
1973 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1973; fr. Concours Eurovision de la chanson 1973) — sayca 18-ci Avroviziya Mahnı Müsabiqəsidir. Viki Leandrosun ifa etdiyi "Après toi" mahnısı ilə 1972 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1973-cü ildə Lüksemburq müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Avroviziya 1973 ölkənin paytaxtı Lüksemburq şəhərində "Grand Théâtre" arenasında keçirilmişdir. Müsabiqə 1973-cü ilin 7 aprel tarixində baş tutmuşdur. 1973-cü ildə İsrail Avroviziyaya ilk dəfə qoşuldu. Avstriya və Malta isə müsabiqədə iştirakdan imtina etdi. Ümumilikdə 17 ölkənin iştirak etdiyi müsabiqədə ev sahibi olan Lüksemburqun təmsilçisi Ann-Mari David ifa etdiyi "Tu te reconnaîtras" mahnısı ilə İspaniya təmsilçisindən cəmi dörd xalla irəli keçərək, Avroviziya 1973-ün qalibi seçilmişdir. Bu Lüksemburqun Avroviziyada dördüncü qalibiyyəti idi.
1974 Avroviziya Mahnı Müsabiqəsi
1974 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1974; fr. Concours Eurovision de la chanson 1974) — sayca 19-cu Avroviziya Mahnı Müsabiqəsidir. Ann-Mari Davidin ifa etdiyi "Tu te reconnaîtras" mahnısı ilə 1973 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1974-cü ildə müsabiqəyə dördüncü dəfə ev sahibliyi etmək hüququ əldə edən Lüksemburqun dövlət kanalı ölkənin iki il ard-arda müsabiqəyə ev sahibliyi etməyə maliyyə cəhətdən hazır olmadığını açıqlamışdır. Beləliklə Lüksemburqun Avroviziya 1974-ə ev sahibliyi etməkdən imtina etməsi ilə birlikdə müsabiqəyə ev sahibliyini Böyük Britaniya beşinci dəfə öz üzərinə götürmüşdür. Müsabiqə İngiltərənin Brayton kurortunda Brayton Dome arenasında keçirilmişdir. Müsabiqə 1974-cü ilin 6 aprel tarixində baş tutmuşdur. 1974-cü ildə Yunanıstan Avroviziyaya ilk dəfə qoşuldu. Fransa prezidenti Jorj Pompidunun Avroviziya 1974 ərəfəsində dünyasını dəyişməsi səbəbindən ölkənin dövlət kanalı Braytonda keçirilən müsabiqədə iştirak etməmək qərarına gəldi. Fransanı müsabiqədə Dani "La vie à vingt-cinq ans" mahnısı ilə təmsil etməli idi.
1975 Avroviziya Mahnı Müsabiqəsi
1975 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1975; fr. Concours Eurovision de la chanson 1975) — sayca 20-ci Avroviziya Mahnı Müsabiqəsidir. Dünyaca məşhur ABBA qrupunun ifa etdiyi "Waterloo" mahnısı ilə 1974 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1975-ci ildə İsveç müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Stokholm şəhərində Stockholmsmässan arenasında keçirilmişdir. Müsabiqə 1975-ci ilin 22 mart tarixində baş tutmuşdur. 1975-ci ildə Türkiyə Avroviziyaya ilk dəfə qoşuldu. Yunanıstan isə Türkiyənin müsabiqədəki iştirakına etiraz olaraq Avroviziya 1975-də imtina etmiş və bunu türk ordusunun 1974-cü ildə Kipr adasına hərbi müdaxiləsi ilə əsaslandırmışdır. Eyni zamanda Fransa bir illik, Malta isə iki illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Ümumilikdə 19 ölkənin iştirak etdiyi müsabiqədə Niderland təmsilçiləri olan Teach-In qrupu ifa etdikləri "Ding-a-Dong" adlı mahnı qalib gəlmişdirlər.
1976 Avroviziya Mahnı Müsabiqəsi
1976 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1976; fr. Concours Eurovision de la chanson 1976) — sayca 21-ci Avroviziya Mahnı Müsabiqəsidir. Teach-In qrupunun ifa etdiyi "Ding-a-Dong" mahnısı ilə 1975 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1976-cı ildə Niderland müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin üçüncü ən böyük şəhəri olan Haaqada Nederlands Congresgebouw arenasında keçirilmişdir. Müsabiqə 1957 Avroviziya Mahnı Müsabiqəsinin qalibi Kori Brokkenin aparıcılığı ilə 1976-cı ilin 3 aprel tarixində baş tutmuşdur. 1976-cı ildə Avstriya üç illik, Yunanıstan isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Yunanıstanın müsabiqəyə qayıtması ilə Türkiyə Avroviziya 1976-da iştirakdan imtina etmişdir. Eyni zamanda İsveç və Malta adası maliyyə problemlərini səbəb göstərərək, müsabiqədən iştirakdan imtina etmişdirlər. Malta 1991-ci ilədək Avroviziyaya qayıtmadı.
1977 Avroviziya Mahnı Müsabiqəsi
1977 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1977; fr. Concours Eurovision de la chanson 1977) — sayca 22-ci Avroviziya Mahnı Müsabiqəsidir. Brotherhood of Man qrupunun ifa etdiyi "Save Your Kisses for Me" mahnısı ilə 1976 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1977-ci ildə Böyük Britaniya müsabiqəyə altıncı dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı London şəhərində Wembley Conference Center arenasında keçirilmişdir. Müsabiqə 1977-ci ilin 7 may tarixində baş tutmuşdur. 1977-ci ildə bir illik fasilədən sonra İsveç müsabiqəyə geri dönmüşdür. Yuqoslaviya isə maliyyə problemlərini səbəb göstərərək, müsabiqədən iştirakdan imtina etmişdir. Ümumilikdə 18 ölkənin iştirak etdiyi müsabiqədə Fransa təmsilçisi Mari Miriam ifa etdiyi "L'oiseau et l'enfant" adlı mahnı qalib gəlmişdir. Bu Fransanın Avroviziyada 22 ildə beşinci qalibiyyəti idi.
1978 Avroviziya Mahnı Müsabiqəsi
1978 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1978; fr. Concours Eurovision de la chanson 1978) — sayca 23-cü Avroviziya Mahnı Müsabiqəsidir. Mari Miriamın ifa etdiyi "L'oiseau et l'enfant" mahnısı ilə 1977 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1978-ci ildə Fransa müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Paris şəhərində "Palais des Congrès" sarayında keçirilmişdir. Müsabiqə 1978-ci ilin 22 aprel tarixində baş tutmuşdur. 1978-ci ildə on bir illik fasilədən sonra Danimarka və iki illik fasilədən sonra Türkiyə müsabiqəyə geri dönmüşdür. Bu Yunanıstan ilə Türkiyənin birlikdə iştirak etdiyi ilk Avroviziya idi. Müsabiqədə ümumilikdə 20 ölkə iştirak etmişdir və bu 23 illik müsabiqə tarixində ən yüksək göstərici idi. Avroviziya 1978-də İsrail təmsilçiləri İzhar Kohen və The Alphabeta qrupu ifa etdikləri "A-Ba-Ni-Bi" adlı mahnı qalib gəlmişdir.
1979 Avroviziya Mahnı Müsabiqəsi
1979 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1979; fr. Concours Eurovision de la chanson 1979) — sayca 24-cü Avroviziya Mahnı Müsabiqəsidir. İzhar Kohen və The Alphabeta qrupunun ifa etdikləri "A-Ba-Ni-Bi" mahnısı ilə 1978 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1979-cu ildə İsrail müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Qüds şəhərində Beynəlxalq Konvensiya mərkəzində keçirilmişdir. Müsabiqə 1979-cu ilin 31 mart tarixində baş tutmuşdur. Türkiyə Qüdsdə keçirilən müsabiqədə iştirak etməyə hazırlaşsa da, ərəb ölkələrinin basqısı ilə Türkiyə Radio Televiziya Qurumu iştirakdan imtina etmişdir. Türkiyəni müsabiqədə 11-ci nömrə altında Mariya Rita Epik və 21. Peron rok qrupu "Seviyorum" mahnısı ilə təmsil etməli idi. Lakin Türkiyə 20 il sonra İsrailin paytaxtı Qüdsdə keçirilən 1999 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmişdir.

Digər lüğətlərdə

була́ная го́френый за́вязь зану́дный кандида́тка плю́ска подобра́ть разма́шистый с кле́точками энтомологи́ст бомбардиро́вочный раскряжёвываться триботе́хника медик томить aril ascent back-frame corn flag draught-board drungar архиепископ высокогорный откупить усложнённый