MAHÁTMA

is. [ sanskr. ]
1. Hind mifologiyasında dünya ruhu, “ilahi insan”.
2. Hindistanda görkəmli, xüsusi ehtiram bəslənilən adamların adına əlavə.
MAHARÁCA
MAHİR
OBASTAN VİKİ
Mahatma
Mahatma (sanskritcə-mahatma) — 1)hind mifologiyası və teosofiyasında dünya ruhu;"ilahi və fövqəladə insan"; 2)Hindistanda görkəmli, xüsusi ehtiram bəslənilən adamların adına edilən əlavə.
Mahatma Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind. मोहनदास करमचंद गाँधी, 2 oktyabr 1869[…], Porbandar[d], Porbandar[d], Britaniya Hindistanı – 30 yanvar 1948[…], Yeni Dehli dairəsi[d], Yeni Dehli, Hindistan dominionu[d]) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri, milliyətçi. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Mahatma Qandi Dəniz Milli Parkı
Mahatma Qandi Dəniz Milli Parkı (hind. महात्मा गांधी समुद्री राष्ट्रीय उद्यान) — Hindistana məxsus Andaman adalarında yerləşən milli park. Milli park Andaman və Nikobar adalarının paytaxtı Port-Blerdən 29 km uzaqlıqda yerləşir, sahəsi 281,5 km2 təşkil edir. 15 adadan və açıq dəniz kriklərindən ibarətdir. Milli parkın Colli Buoy və Red Skin adaları ekoturizm potensialına sahibdir. Bəzi mövsümlərdə milli parkdakı sualtı həyatı və mərcan riflərini görmək üçün şüşəli qayıq, dayvinq və snorkelinq xidmətləri təklif olunur. == Tarixi == Mahatma Qandi Dəniz Milli Parkı 24 may 1983-cü ildə Vəhşi həyatın qorunması haqqında qanuna (1972) əsasən sulatı həyatı — mərcan riflərini və geniş yayılmış dəniz tısbağalarını qorumaq üçün yaradılmışdır. Adalar məskunlaşılmamış olsalar da, qonşu 8 kənddə 3000 nəfər yaşayır. == Adalar == == Ekosistemlər == Milli parkdakı mərcan riflərinin çoxu sahilyanı mərcan rifləridir. Vegetasiyanın tipi və ölçüsü adadan adaya dəyişir.

Значение слова в других словарях