MAHİR

sif. [ ər. ] Məharətli, bacarıqlı, qabiliyyətli, işini əla bilən, usta. Mahir çalğıçı. Mahir rəssam. – [Ağa Kərim:] Axır eşitdim ki, qardaşın arvadına vəkil olubdur, onun tərəfindən mürafiəyə duracaq.
Belə işlərdə o çox mahirdir. M.F.Axundzadə.
Can usta, mahir usta, gərək işin iş olsun; Çıraqban göylər kimi eyvanın geniş olsun. M.Müşfiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MAHİR mahir bax bacarıqlı
  • MAHİR məharətli — bacarıqlı — istedadlı
  • MAHİR diribaş — zirək — çevik — cəld

Antonimlər (əks mənalı sözlər)

  • MAHİR MAHİR – ACİZ Gülpəri də öz işində mahirdir (Ə.Haqverdiyev); Lakin yenə də özü yeriməkdə aciz idi (M.İbrahimov)

Etimologiya

  • MAHİR Məharət sözü ilə qohumdur. Mənası “bacarıqlı”, “ustad” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MAHÁTMA
MAHİRANƏ

Digər lüğətlərdə