1. Mahmızla basmaq, dürtmək.
Asəf atını mahmızlayıb böyük bir qəsrin qarşısında durdu və sarayı tərif etməyə başladı.
Bu saat işini yüngülləşdirim, – deyə [Salman] atı mahmızlayıb can verən tülkünün üstünə səyirtdi.
O yenə də Xasaya baxır, nə barədə isə düşünür, təkdənbir atını mahmızlayıb başını bulayırdı.
2. məc. Tələsdirmək, bizləmək.