MAHPARƏ
MAHPƏRİ
OBASTAN VİKİ
Mahpeykər Kösəm Sultan
Mahpeykər Kösəm Sultan (osm. كوسم سلطان; təq. 1589 – 2 sentyabr 1651, Konstantinopol) — Osmanlı dövlət idarəsində önəmli rol oynamış Hasəki Sultan və Validə Sultan. Nəvəsinin səltənəti dövründə belə hərəmi və bütün imperiyanı idarə etmişdir. Sultan I Əhmədin hasəkisi, Sultan IV. Murad və I. İbrahimin validəsi, Sultan IV. Mehmedin Validə-i Müəzzəmidir (nənəsi). Osmanlı tarixinin 1603–1651 dövrlərində, təxminən 50 il müddətində saray içində mükəmməl gücə sahib olmuşdur. Osmanlı tarixinin öldürülən ilk Validə Sultanıdır. Saray tarixindəki ilk adı Mahpeykər olsa da, ləqəb olaraq işlətdiyi Kösəm adı sonradan əsl adı kimi işlədilmişdir. Kösəm sözü "yol göstərən, hər şeyi bilən" deməkdir. Mahpeykər Kösəm Sultanın saray daxilində və saray xaricindəki duruşu bir-birilə ziddiyyət təşkil edirdi.
Mahpeykər xanım Sultan
Mahpeykər xanım Sultan və ya Mahpeykər Ənvər (17 may 1917 – 3 aprel 2000) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Mahpeykər xanım Sultan 17 may 1917-ci ildə Beşiktaş sarayında dünyaya gəldi. Atası İttihaq və Tərəqqi cəmiyyətinin görkəmli nümayəndəsi Ənvər Paşa, anası isə Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndinin qızı Naciyə Sultandır. Hələ 1 yaşında ikən atası Ənvər Paşa vəzifədən alındı və ingilislərin İttihad və Tərəqqi üzvləri haqqında həbs qərarı çıxarmasının ardından da ölkədən qaçmağa məcbur qaldı. Ancaq o əsnada anası hamilə idi və bu səbəblə Mahpeykər xanım anasıyla birlikdə İstanbulda qaldı. Bacısı Türkan xanımın dünyaya gəlişindən bir neçə ay sonra anası və azyaşlı bacısıyla birlikdə Berlinə getdi (1920). Ancaq çox keçmədən atası Sovet Rusiyasına qaçdı, Mahpeykər xanım və digər ailə üzvləri əmiləri Mehmed Kamil bəyin himayəsində Berlində qaldı. Cəmi 2 il sonra - 4 avqust 1922-ci ildə atasının vəfatının ardından dul qalan Naciyə Sultan övladlarını da yanına alaraq İstanbula döndü və ərinin vəsiyyətinə əsasən, ertəsi il 30 oktyabr 1923-cü ildə qaynı Mehmed Kamil bəylə nigahlandı. Mahpeykər xanımın bu nigahdan bir bacısı daha - Rəna xanım dünyaya gəldi. Ancaq çox keçmədən 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Mahpeykər xanım da ailəsiylə birlikdə sürgünə göndərildi.

Digər lüğətlərdə

де́верь задуде́ть маскара́дный раско́вываться вы́крик до кончиков ногте́й подта́ивание положить на лопа́тки кого-л свежени́нка сенса́ция си́ро укроща́ть цыга́нка э́ллинка урун храповать Bantu billfold bloodstock charming island continent quantity-surveyor Tuva unforeseen перегораживаться