Mahrux Muradova
Mahrux Xəlil qızı Muradova (Ərdəbil – 2002) — tanınmış müğənni.
== Həyatı ==
Ərdəbil şəhərində, molla ailəsində anadan olub.
1943-ci ildən Azərbaycanda yaşayırdı.
Yasamal qəbristanlığda dəfn edilib.
== Sənəti ==
Əvvəlcədən "Lalə" qızlar ansamblın solisti, sonra isə Azərbaycan Dövlət Filarmoniyasının solisti. Repertuarında həm bəstəkar mahnıları (Ş. Əbdülkərimov "Bala gəlin", Ə. Tağıyev "Külək" və digərləri), həm də xalq mahnıları ("Məryəmcan", "Sarı köynək"), muğam və təsnifləri var idi. Nəğmələri Ə. Quliyevin rəhbərliyi ilə, Baba Salahovun adına "Araz" ansamblları ilə oxuyub.
1990-cı illərdə azadlıqdan sonra Azərbaycan dövlət televizyasında xüsusi musiqili verlişə çəkilib. Musiqili verlişdə "Əziz dostum","Qaragilə","Ayrılıq" ,"Anam yadıma düşdü" ,"Aman təklik əlindən" və "Zabul Segah" muğamını ifa etmişdir.
Mahrux Muradovanın ifasında Mahur, Şur və Cahargah təsnifləri ilə val buraxılıb (1975).