MAİL

sif. [ ər. ]
1. Hər hansı bir tərəfə əyilmiş; meyilli. Mail xətt. Mail səth. Mail divar.
– Aşağı enən günəş də öz mail şüaları ilə gözləri qamaşdırırdı. Mir Cəlal.

2. Bir şeyə və ya bir kəsə meyli olan, istəyi, həvəsi olan.
İnsan insan ilə həmişə ülfət bağlamağa maildir, necə ki heyvan heyvan ilə. C.Məmmədquluzadə.

□ Mail olmaq – bir şeyə həvəsi, meyli olmaq; ürəyi istəmək, qəlbi yapışmaq, bağlanmaq.
// Meyil etmək.
Amma mən bir yanda orucluq söhbəti düşəndə, çox mail oluram ki, küfr və nasəza danışam. C.Məmmədquluzadə.

3. Vurğun, sevən, istəyən.
Mən mailəm sənin zənəxdanına; Halqa-halqa zülfipərişanına. M.P.Vaqif.
Mailəm çeşmi-qəzalə; Olmuşam dərdə həvalə. Q.Zakir.

□ Mail olmaq – vurulmaq, sevmək, istəmək.
Gümüş kəmər bağlayıbdır belinə; Danışdıqca mail oldum dilinə. Xəstə Qasım.
Bir ala gözlüyə mail olmuşam; Yarın qapısında sail olmuşam. Aşıq Rəcəb.

4. Rəng bildirən sifətlərdən sonra gələrək, bənzər, çalar, oxşar, yaxın mənasında işlədilir.
[Xədicə] rəngi bir qədər qaraya mail bir qız idi. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MAİL 1. MAİL, MEYİLLİ 2. mail bax vurğun
  • MAİL həvəs — meyl
  • MAİL yatıq
MAXORKÁ
MAİLİ
OBASTAN VİKİ
Daily Mail
Daily Mail (tərcümədə — "Gündəlik Poçt") — kütləvi İngilis gündəlik qəzeti. 1896-cı ildən bəri nəşr edilmişdir. İngiltərədə The Sun sonra ikinci ən böyük gündəlik qəzet. 2013-cü ilin sonunda Daily Mail-in şənbə günləri The Sun-un şənbə buraxılışlarını üstələdi. == Tarixi == Orta sinif üçün ilk İngilis qəzetlərindən biri idi və bu gün oxucularının 50% -dən çoxunu — qadınları olan yeganə qəzetdir. Daily Mail-in bir neçə "milli" — İrlandiya, Şotlandiya, Hindistan versiyaları var idi. 1975-ci ildən bəri kompakt formatda çap olunur. Daily Mail 1886-cı ildə Alfred Harmsvort və Rotermir Lordu olan qardaşı Harold tərəfindən quruldu. 1902-ci ildə gündəlik tirajı milyonu keçərək dünyanın ən tirajlı qəzeti oldu. 1939–1969-cu illərdə tanınmış sənətçi Lesli Qilbert İllinqvort, nəşrin baş karikaturaçı rəssamı olaraq çalışdı.
E-mail
Elektron poçt (ing. electronic mail) və ya imeyl — ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna göndərilən elektron poçt, mətn göndərişləri. E-mail hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Əsasən qarşısına (@) ət işarəsi qoyulur == Tarixi == İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson "The Times" qəzetinə müsahibəsində deyirdi: "İlk e-mail`imdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi." E-mail 1990-cı illərə qədər çox inkişaf etdi.
Hacı Mail
Hacı Mail Əliyev — şair, qəzəlxan, füzulişünas alim, filologiya elmləri namizədi. == Həyatı == Hacı Mail Əliyev 1935-ci ildə Nardaranda anadan olmuşdur.Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir (1960). 18 il (başqa məlumata görə görə 20 ildən artıq) Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda çalışıb. «Məcməüs-şüəra» ədəbi məclisinin bərpaçısı, «Füzuli» ədəbi məclisinin təşkilatçısı və sədri olmuşdur. Bu məclisdə qəzəlxan şairlərlə yanaşı, ustad xanəndələr də iştirak etmişlər. == Yaradıcılığı == Sənətkar və tədqiqatçı kimi formalaşmasında Nardaran ədəbi mühitinin (Mirzə Abbas Şahini, Hacəli Pərişanı, Zəki Məcid oğlu, Hacı Şıxəli Tuti, Ağarza Qəmli, Muxtar Fail, Hacı Paşa Əzadar və b.) o cümlədən klassik ədəbiyyatı mükəmməl bilən, Füzuli vurğunu atası İsmayıl kişinin böyük təsiri olmuşdur. Mindən çox qəzəlin, həmçinin qəsidə, tərcibənd, qitə, təxmis, qoşma və s. şeirlərin müəllifidir. Qəzəlləri muğamda xanəndələr tərəfindən geniş istifadə olunur. Fars və ərəb dillərini yaxşı bildiyindən orta əsrlərin əlyazmaları üzərində dərin tədqiqat işləri aparmışdır.
Mail.ru
mail.ru saytı Rusiyanın ən çox istifadə olunan saytdır. Mail.ru digər postsovet ölkələrində də geniş istifadə olunur. == Məşhurlaşması == Mail.ru-nun geniş istifadəçi auditoriyasına malik olması ilə bərabər, qalmaqallarda adının sadalanması da onun məşhurlaşmasına az səbəb olmayıb. Belə ki, Qırğızıstan hökumətinin Mail.ru-dan Qırğızıstan istifadəçilərinin elektron məktublaşma bazasını almaq istəməsi və bu mail xidmətinin həmin məlumatı verməsi həmin yazışmaların sahiblərinin təzyiqlərlə nəticələnməsinə səbəb olmuşdu.
Mail Amanov
Mail Vəli oğlu Amanov (1938, Nüvədi, Meğri rayonu – 2007) — professor, Azərbaycan Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun direktoru. == Həyatı == Mail Amanov 15 iyun 1938-ci ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Megri rayonunun Nüvədi kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1955-ci ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun «Meyvəçilik, Tərəvəzçilik və Üzümçülük» fakültəsinə qəbul olunmuşdur. İnstitutu müvəffəqiyyətlə başa vuraraq öz doğma kəndi olan Nüvədi «Qırmızı Sərhəd» kolxozunda 1960-cı ildən əmək fəaliyyətinə başlamışdır. 1963-cü ilin sentyabr ayında Bakı şəhərində Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun aspiranturasına qəbul olmuşdur. 1964-1979-cu illərdə Nüvədi kənd «Qırmızı Sərhəd» kolxozunun idarə heyətinin sədri vəzifəsində işləmişdir. 1969-cu ilin may ayında İrəvan Kənd Təsərrüfatı İnstitutunda Üzümçülük ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1975-1980-ci illərdə partiya komitəsinin katibi, 1985-ci ildən 1991-ci ilə qədər Nüvədi kənd Kolxozu İdarə Heyətinin sədri olmuşdur. 1985-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə «Şərəf Nişanı» ordeni ilə təltif edilmişdir. 1985-ci ildə Ermənistan Ali Sovetinin deputatı seçilmişdir.
Mail Rəhimov
Mail Rəhimov (azərb. Rəhimov Mail Səməd oğlu‎; 1 oktyabr 1943, Zəngibasar rayonu) — İqtisad elmləri namizədi, Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri == Həyatı == Mail Rəhimov 1 oktyabr 1943-cü ildə Ermənistan SSR-nin Zəngibasar rayonunun Şura kəndində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.1966-cı ildə Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda işləməyə başlayan M. Rəhimov burada iqtisadçı vəzifəsindən bölmə müdiri vəzifəsinə qədər yüksəlib. 15 il bu müəssisədə işlədikdən sonra 1981-ci ildə o, Dövlət Plan Komitəsinin Xalq təsərrüfatının planlaşdırılması şöbəsinə rəis müavini təyin olunur. Daha sonra M. Rəhimov 1986-cı ildə Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna şöbbə müdiri olub. M. Rəhimov 1986–1991-ci ilə qədər Azərbaycan Neft və Kimya İnstitutunun Maşınqayırma sənayesinin iqtisadiyyatı və idarə edilməsi kafedrasının dosenti olub. 1991-ci il oktyabrın 25-də M. Rəhimov Prezidentin İcra Aparatında məsləhətçi vəzifəsinə təyin edilmişdir. İki ay bu vəzifədə çalışan M. Rəhimov həmin ilin dekabrında Prezidentin İcra Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili məsələləri şöbəsinə müdir təyin olunur. O, 1992-ci il mayın 12-də Prezidentin İcra Aparatının Sosial-iqtisadi inkişaf şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. M. Rəhimov bu vəzifədə 1993-cü ilin mayına qədər çalışmışdır.
Mail Yaqub
Mail Yaqub — Azərbaycan filosofu, pedaqoq, fəlsəfə üzrə fəlsəfə doktoru. == Həyatı == 10 iyun 1979-cu ildə Azərbaycanın Cəlilabad rayonunda anadan olmuşdur. Xəzər Universitetinin və Tehran Universitetinin məzunudur. Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur. 2011-ci ildə "Nitsşenin "Əxlaq geneologiyası" əsərinin təhlili və tənqidi" mövzusunda doktorluq dissertasiya işini müdafiə etmişdir. 2009-cu ildə "Din fəlsəfəsi", 2012-ci ildə "Metafizika düşüncələri" kitabları Bakıda işıq üzü görmüşdür. 2008-ci ildən Xəzər Universitetinin Fəlsəfə departamantində "Müasir Avropa fəlsəfəsi", "Əxlaq fəlsəfəsi", "Fəlsəfəyə giriş" və "Din fəlsəfəsi" fənnlərini tədris edir. Ailəlidir. 2 övladı var.
Mail Əhməd
Mail Əhməd — şair. == Həyatı == Əhmədov Mail Maman oğlu 1934-cü ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Böyük Vedi kəndində, Paski məhəlləsində anadan olmuşdur. Yeddi yaşı olanda atası Böyük Vətən müharibəsinə gedir, bir ildən sonra itgin düşməsi haqqında kağız gəlir. Anası Əfruz Mahmud qızı övladlarını tək böyüdəsi olur. 1950-ci ildə ailəliklə Azərbaycana deportasiya olunurlar. 1959-cu ildə APİ-ni bitirib. 1964-cü ildən bugünədək Bakıxanov qəsəbəsindəki Olimpiya İdman Litseyində işləyir. == Yaradıcılığı == 1961-ci ildən müxtəlif mətbu orqanlarda şeirləri çap olunan Mail Əhmədin “Həsrət karvanı” (2000), “Qaytarın dünyanı qoyun yerinə” (2001), “Bir qəlbin harayı” (2003), “Vaxt bizi illərə qaytaran deyil” (2005), “Çinar da ağlayarmış” (2007) və “Qərib məzar” (2009) kitabları oxucuların ixtiyarına verilmişdir.
Mail Əzizov
Mail Mahir oğlu Əzizov (28 avqust 2000; Şağlaküçə, Lənkəran rayonu, Azərbaycan — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mail Əzizov 28 avqust 2000-ci ildə Lənkəran rayonunun Şağlaküçə kəndində Mahir Əzizovun ailəsində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Mail Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mail Əzizov 25 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Lənkəran rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mail Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mail Əzizov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mail Əzizov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Mail Əzizov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Junk e-mail
Junk e- mail ~ “макулатурная ” почта ~ önemsiz e-posta ~ önəmsiz e-poçt - Bax: SPAM. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Korporativ e-mail
Korporativ e-mail — müəssisənin adı ilə örtüşən elektron poçt ünvanı. Bu yolla müəssisə müştərilərinə və ya tərəfdaşlarına özünü daha yaxşı tanıtmağı, professional görünməyi və yadda qalmağı həfədləyir. Əsas məqsəd isə əsasən satışın artırılmasıdır. == Üstünlükləri == Professionallıq göstəricisidir; Müəəsisənin (brendin) tanıdılmasına kömək edir; Məxfilik baxımından daha təhlükəsizdir; 5 GB ölçüsünə qədər məlumat göndərmək və almaq imkanına sahibdir; Ucuzdur və asan idarə edilə biləndir; Bütün şöbələrə nəzarəti təmin edir.
Mirzə Həsən Mail
Mirzə Həsən Mаil — şair, XIX əsrin iкinci yаrısı == Həyatı == Mirzə Həsən Аvşаr XIX əsrin iкinci yаrısındа yаzıb yаrаdаn şаirlərdəndir. Mаil təхəllüsü ilə incə ruhlu şеirlər yаzıb. Günеy Аzərbаycаnın Urmiyа şəhərində dоğulub. Ilк təhsilini dоğmа şəhərində аldıqdаn sоnrа, Tеhrаnа gеdərəк görкəmli еlm və mədəniyyət хаdimlərinin yаnındа biliyini təкmilləşdirib. Каmil təhsil аlаndаn sоnrа İrаnın хаrici işlər vəzirliyndə işə düzəlib. İnsаn qəlbini оvsunlаyаn şеrləri tеz bir zаmаndа оnu ünlü еdib. "Şеyхüşşüərа"-şаirlər şеyхi ləqəbinə lаyiq görülüb. Mirzə Həsən Аvşаr işi ilə bаğlı Bəndərləngəyə göndərilir. Bəndərləngənin istisi, bürкüsü, cаnsıхıcı həyаt tərzi şаiri bеzdirir. Dövlət dаirələrinə еtdiyi şiкаyətlər hеç bir nəticə vеrməyəndə, şаir özbаşınа, işini burахıb Tеhrаnа yоlа düşür.
"Hacı Mail" nağılı... (film, 2005)
"Hacı Mail" nağılı… — 2005-ci ildə Hacı Mail-ə ithafən çəkilmiş film. == Məzmun == Film böyük alim və arif, dəyərli insan, Hacı Mailin əziz xatirəsinə həsr olunmuşdur. Qəzəl ustadı olan Hacı Mail Füzulidən ilham almışdır: == Film haqqında == Hacı Mailin 1999-cu il avqust ayında İran televiziyası tərəfindən lentə alınmış son kadrları da filmə əlavə edilmişdir. Filmdə "Nəsimi" filmindən kadrlardan istifadə edilmişdir.
Snail Mail
Snail Mail (16 iyun 1999, Ellikot-Siti[d], Merilend) — amerikalı müğənni-bəstəkar Lindsi Cordanın indi-rok solo layihəsi. Cordan ilk dəfə Snail Mail kimi 15 yaşında olarkən canlı çıxış edib və 2016-cı ildə buraxdığı ilk mini albomu Habit ilə diqqətləri üzərinə çəkib. Matador Records ilə bağladığı müqavilədən sonra o, 2018-ci ildə debüt studiya albomu Lush ilə tənqidi bəyənmələr qazandı. Snail Mail-in ikinci studiya albomu Valentine 2021-ci ildə işıq üzü gördü. == Həyatı == Lindsi Erin Cordan, ABŞ-nin Merilend ştatının Ellikott Siti şəhərində, Baltimor dairəsində böyüyüb. Onun anası alt paltarı mağazasının sahibi, atası isə dərslik nəşriyyatında işləyir. Cordan Roma-Katolik tərbiyəsi almışdır. O, gitara çalmağa 5 yaşında başlayıb və yeniyetmə ikən pank səhnəsi onu valeh edib. Cordan 8 yaşında Paramore-u Riot! turunda canlı izlədi.
Alison Mailyar
Alison Mailyar (d. 5 avqust 1998) — Çilili suya tullanan. Alison Mailyar Çilini 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Alison Mailyar birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 207.85 xal toplayaraq 27-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Anton Mailyan
Anton Sergeyeviç (Sarkisoviç) Mailyan (erm. Անտոն Սարգսի Մայիլյան; 16 (28) mart 1880, Tiflis – 20 aprel 1942, Bakı) — erməni bəstəkarı, xormeyster, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1930). == Həyatı == Anton Sergeyeviç (Sarkisoviç) Mailyan 1880-ci il martın 28-də Tiflis şəhərində anadan olmuşdur. İlk təhsilini Nersisyan məktəbində almışdır. İlk musiqi təhsilini Tbilisidəki Müəllimlər Seminariyasında Makar Yekmalyan, Xristofor Qara-Mirzə kimi bəstəkarlardan almışdır. 1900–1903-cü illərdə Rus Musiqi Cəmiyyətinin nəznindəki Tbilisi musiqi məktəbində N.D.Nikolayevin bəstəkarlıq sinfində oxumuşdur. Qısa müddət Tbilisidəki Müəllimlər Seminariyasında dərs demişdir. 1906-cı ildə Bakıya köçərək, burada yaşayıb yaratmışdır.1918–1919-cu illərdə Tbilisidə musiqi dərsi vermişdir. 1920-ci ildə yenidən Bakıya qayıtmış və sosialist Bakısında fəaliyyət göstəmişdir. 1930-cu ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüş, 17 aprel 1938-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Arazboyu maili düzənlik fiziki-coğrafi rayonu
Arazboyu maili düzənlik fiziki-coğrafi rayonu — rayon ərazisi Arazboyu, Cəbrayıl, Gəyən düzənliklərini əhatə edib, Zəngilan rayonundan başlamış şimal — şərqdə Xocavənd rayonu ərazisinə kimi uzanır və qərbdə, şimal – qərbdə Kiçik Qafqazın ətəklərinə təmas edir. Mütləq yüksəkliyi 200 m-lə 500–600 m arasında dəyişir. Qarabağ silsiləsinin Çaxmaxçayla, İncəçay arasında əyilməyə məruz qalan periklinal sahəsində Üst Abşeron, Dördüncü dövr çöküntüləri 700–800 m-ə kimi qalxmışdır. Denudasion akkumlyativ mənşəli bu düzənliklərin səthi yarğanlarla daha çox parçalanmışdır. Burada quraq iqlim şəraitində arid — denudasiya prosesləri daha çox inkişaf edib çılpaq yamaclar — bedlendlər əmələ gətirmışdir. Ərazidə başlıca olaraq kserofit kollu quru- çöl (400–600m mütləq yüksəkliklər arasında) və yarımsəhra (260–400m-də) landşaft kompleksləri inkişaf etmişdir. Quru – çöl landşaftı başlıca olaraq Gəyən və Cəbrayıl maili düzənliklərin əhatə edir.(Mikayılov, Əlizadə,1988). Fiziki Coğrafi rayon ərazisində kənd təsərrüfatının üzümçülük, taxılçılıq, heyvandarlıq, pambıqçılıq sahələri geniş inkişaf etmişdir.
Böyük Qafqazın dağətəyi maili düzənlik landşaftı
Böyük Qafqazın dağətəyi maili düzənlik landşaftı — Dağətəyi maili-düzənlik landşaftlarının inkişaf etdiyi ərazi Böyük Qafqaz silsiləsinin cənub yamacı ətəklərinə paralel olaraq (Azərbaycan daxilində) Gürcüstan sərhədindən Girdimançayadək 210 m-lik məsafədə uzanan Alazan-Həftəran vadisini əhatə edir. Alazan-Həftəran vadisi dördüncüü və müasir dövrün ellüvial və prolüvial çöküntülərindən təşkil olunmuşdur. Çökəkliyin cənub qanadında relyefin mütləq yüksəkliyi 200m, şimal qanadında isə 700-800 m-dir. == İqlimi == Qışı quraq keçən mülayim isti iqlimi ilə seçilən bu ərazidə orta illik tempratur 10-140 C-dir, yağıntıların orta illik miqdarı 400-900 mm olur. Əsasən ellüvial çəmən və ellüvial çəmən-meşə torpaqlarının, kol və çəmən bitkilərinin yayıldığı vadidə dağətəyi maili-düzənliyin çəmən-meşə landşaftları inkişaf etmişdir. Meşə çox yerlərdə qırıldığından burada çəmənlik ərazicə üstünlük təşkil edir. Çəmən-meşə landşaftları başlıca olaraq yeraltı suların torpaq qatına yaxınlığı hesabına yaranmışdır. Yeraltı suların səviyyəsi aşağı düşdükdə bəzi ağac növləri quraqlığa tab gətirməyib quruyur. == Bitki örtüyü == Azərbaycanın yarımrütubətli subtropik zonasına daxil olan bu ərazilərdə tütün, dənli bitkilər, efir yağlı bitkilər (qazanlıq qızılgülü, nanə), çay və s. əkilir; meyvəçilik, baramaçılıq və heyvandarlıq inkişaf etmişdir.
Böyükdüz maili düzənliyi
Böyükdüz maili-düzənliyi — Şərur maili düzənliyindən şərqdə Qarabağlar-Xok-Tazı uçan yüksəkliyi ilə Duzdağ tirəsi arasında yerləşir. Bu düzənliyin orta yüksəkliyi 800 m-ə qədərdir. İqlimin və hidroloji şəraitin təsiri nəticəsində Böyükdüz su mənbələrindən məhrum olmaqla təbii şoranlaşmaya məruz qalmışdır. Düzənlik əkinçilikdə az istifadə edilir. Buna səbəb yuxarıda deyildiyi kimi təbii şorlaşma və suvarma suyunun olmamasıdır. == Ümumi məlumat == Böyükdüz Naxçıvan MR ərazisində olan geniş düzənlik sahələrdən biridir. Şimaldan cənuba doğru 19-20 km-ə qədər uzanan bu düzün orta enliliyi 10 km-ə çatır. Düzənlik yuxarı Dördüncü dövrün allüvial-prolüvial çöküntülərindən təşkil olunmuşdur. Onun mərkəzi hissəsi demək olar ki, parçalanmamışdır. Böyükdüzün Kor Osman düzənliyindən şərqə olan hissəsini kiçik təpəciklər, şimal-qərb hissəsini isə quru dərələr zəif parçalamışdır.
Circus maillardi
Circus maillardi (lat. Circus maillardi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin belibağlı cinsinə aid heyvan növü.
Culfa maili düzənliyi
Culfa maili düzənliyi — Arazboyu düzənlikdə Əlincəçayın aşağı axınının sol sahilindən başlayaraq, şərqdə Yaycı düzünədək, şimalda isə Darıdağın ətəklərinədək olan hissələri əhatə edən düzənlik. == Haqqında == Bu düzənlik Araz çayı səviyyəsindən başlayaraq, 1200 m mütləq yüksəkliyə qədər davam edir. Düzənlikdən əkin sahəsi kimi az istifadə olunur. Əsas səbəbi düzənliyin bəzi sahələrinin daşlarla örtülü olmasıdır. Zəif parçalanmış Culfa düzünün şimal və şimal-şərq hissəsində sel çöküntüləri üstünlük təşkil edir, çaqıl daşları geniş yayılmışdır. Bunun başlıca səbəbi Darıdağın cənub ətəklərində əmələ gələn və tez-tez baş verən sellərdir. Culfa düzünün cənub və cənub-qərb hissəsində çay çöküntüləri üstünlük təşkil edir. Bu sahədə Arazın və Əlincəçayın qədim terrasları aşkar müşahidə edilir. Gülüstan kəndi yaxınlığında maili düzənliyin səthi qismən alçalır və bir növ çaybasar landşaftını xatırladır. == Bitki örtüyü == Culfa düzünün əsas bitkisi yovşan, gəvən və şorangədir.
Kəngərli maili düzənliyi
Kəngərli maili düzənliyi — Böyükdüz maili düzənliyinin şimal-qərbində yerləşən düzənlik. Bu düzənliyin eni 8-10 km olub, şimal-şərqdən cənub-qərbə doğru 14 km-lik bir məsafədə uzanır və dəniz səviyyəsindən 800-1300 m hündürlükdə yerləşir. Düzənliyin orta hissəsi zəif parçalanmışdır. Kəngərli düzü zəif su təminatı olan düzənliklər sırasına aiddir. Ərazidə çay şəbəkəsinə təsadüf olunmur. Su təchizatı yeraltı sular hesabına təmin olunur. Suyu qismən çox olan yerlərdə əkinçilik, az olan hissələrində isə otlaq sahələri kimi istifadə olunur. Düzənliyin səthi zəif parçalanmışdır. Lakin ətrafı orta hissəyə nisbətən daha artıq parçalanmış və əhəng daşları, travertinlər üzə çıxmışdır. Bu süxurlar Muxtar respublikada mövcud olan tikinti materiallarının əsasını təşkil edir.
Maili zireh
Maili zireh və ya əyri zireh, nə şaquli, nə də üfüqi olmayan zirehdir. Bu növ zireh, ümumiyyətlə tanklar və digər zirehli döyüş maşınları kimi quru nəqliyyat vasitələrində və zirehli döyüş gəmiləri və kreyserlər kimi hərbi gəmilərdə olur. Bir zireh lövhəsini əymək, görüş xətti boyunca lövhənin təsirli qalınlığını artırır. Maili zireh zireh dəlici mərmilər kimi kinetik enerji əsaslı KE mərmiləri və döyüş raketi kimi tank əleyhinə silahların zirehi dağıtmasını çətinləşdirir. Bir lövhəyə 90°-dən başqa bir bucaqda çırpılan mərminin, eyni lövhəyə şaquli bir formada çırpılması zamanına nisbətən daha böyük bir zireh qalınlığından keçməsi lazımdır. Sonuncu vəziyyətdə, yalnız lövhə qalınlığı (zireh səthində) deşilməlidir; Verilmiş bir lövhə qalınlığı üçün zireh yamacının artırılması, üfüqi müstəvidə ölçülən qalınlığı və mərminin hücum bucağını artıraraq təsir nöqtəsindəki zirehin qorunma səviyyəsini artırır. Başqa bir təsiri mərminin yan keçməsi, deformasiyası və sıçramasıdır. Mərmi zireh lövhəsinə ona dik olmayan bir bucaq ilə vurulduqda, mərminin yolu əyri ola bilər ki, bu da öz növbəsində daha çox zirehin keçilməsinə səbəb olar - və ya tamamilə mərmi sıçrayaraq başqa istiqamətə gedə bilər. Bundan əlavə, mərmi əyilər və beləliklə də zireh dəlmə xüsusiyyəti azala bilər. Bununla birlikdə, bu təsirlər istifadə olunan zirehin materialından və onu vuran mərminin xüsusiyyətlərindən çox asılıdır: yamac hətta daha yaxşı bir nüfuz etmə yeni, dəlmə qabiliyyətinə də səbəb ola bilər.
Mailə Muradxanlı
Mailə Muradxanlı (tam adı: Muradxanova Mailə Balabəy qızı; 22 oktyabr 1940, Salyan, Salyan rayonu – 12 iyun 2010, Bakı) — tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalisti (1989). == Həyatı == Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirmişdir (1947-1957). ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirmişdir (1957-1962). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləmiş (1972-1994), televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor olmuşdur (1994-2010). Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olmuşdur (1962). "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış etmişdir. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulmuşdur (1990). Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilmişdir.
Mailə Muradxanova
Mailə Muradxanlı (tam adı: Muradxanova Mailə Balabəy qızı; 22 oktyabr 1940, Salyan, Salyan rayonu – 12 iyun 2010, Bakı) — tərcüməçi, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1965), Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı (1967), Azərbaycanın Əməkdar jurnalisti (1989). == Həyatı == Mailə Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində müəllim ailəsində anadan olmuşdur. 1946-cı ildə ailəliklə Bakıya köçmüşlər. Burada Maştağa qəsəbəsindəki 187 saylı orta məktəbi bitirmişdir (1947-1957). ADU-nun filologiya fakültəsinin jurnalistika bölməsində təhsilini davam etdirmişdir (1957-1962). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin kiçik redaktoru kimi başlamış, redaktor (1962-1967), ədəbi dram verilişləri baş redaksiyasında, incəsənət, bədii ədəbiyyat şöbələrində müdir (1967-1972), ədəbi-dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsində işləmiş (1972-1994), televiziyanın ədəbi dram verilişləri Baş redaksiyasında baş redaktor olmuşdur (1994-2010). Ədəbi aləmə sovet və xarici ölkə yazıçılarından doğma dilə etdiyi tərcümələri və dövri mətbuatda çıxan oçerkləri ilə daxil olmuşdur (1962). "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış etmişdir. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulmuşdur (1990). Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A.Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında göstərilmişdir.
Namiq Mailov (baş leytenant)
Namiq Abış oğlu Mailov (29 aprel 1983; Biləsuvar rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, tank bölüyünün komandiri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namiq Mailov 1983-cü ildə Biləsuvar rayonunda anadan olub. 2007-ci ildə hərbi məktəbdə gizirliyi oxuyub, tank komandiri kursunu bitirərək Naxçıvana yola düşüb. Ailəli idi, iki oğlan övladı var. == Hərbi xidməti == 2011-ci ildə könüllü olaraq Füzuli rayonuna tank taboruna göndərilib. 2015-ci ildə nümunəvi xidmətini nəzərə alaraq zabit kurslarına göndərilir. 2016-cı ildə kiçik leytenant rütbəsi ilə bölük komandiri kimi döyüşlərdə iştirak edərək yaralanır. Aprelin 3-də yaralanmasına baxmayaraq qısa bir zamanda sağalaraq yenidən xidmətə qayıdır. Aprel döyüşləri veteranı idi. 27 sentyabrda başlayan döyüşlər zamanı bölük komandiri idi.

Digər lüğətlərdə

напе́ниться полукру́жиями примири́ть с налёта семина́рски электропрогре́в вылу́щивать мароке́н отправи́тель пацие́нт ска́шиваться суициде́нт устроже́ние Еремия стог air stack elucidator inurn khaki low-waste oldster train service two-legged v сдержанно