makaka-rezus
makara 2021
OBASTAN VİKİ
Makao
Makau və ya Makao (çin. 澳门) rəsmi olaraq Çin Xalq Respublikasının Makau Xüsusi İnzibati Bölgəsi (MXİB), Çinin Cənubi Çin dənizi ilə Mirvari çayı deltasının qərb hissəsində yerləşən bir şəhər və xüsusi inzibati bölgədir. Təxminən 680,000 əhalisi və 32.9 kvadrat kilometr (12.7 kvadrat mil) sahəsi ilə dünyanın ən sıx məskunlaşıldığı bölgəsidir. Keçmiş Portuqaliya imperiyası koloniyası olan Portuqaliya Makau ərazisi ilk dəfə 1557-ci ildə Min sülaləsi tərəfindən ticarət məntəqəsi kimi Portuqaliyaya icarəyə verilmişdir. Portuqaliya illik icarə haqqı ödədi və 1887-ci ilə qədər ərazini Çinin suverenliyi altında idarə etdi. Daha sonra Portuqaliya Çin-Portuqaliya Pekin Müqaviləsi əsasında əbədi müstəmləkə hüquqlarını aldı. Koloniya 1999-cu ilə qədər Çinə təhvil verilənə qədər Portuqaliya hakimiyyəti altında qaldı. Makau "bir ölkə, iki sistem" prinsipi altında materik Çindən ayrı-ayrı hökumət və iqtisadiyyat sistemlərini qoruyan Çinin xüsusi inzibati regionlarındandır. Şəhərin tarixi mərkəzində Portuqaliya və Çin memarlığının unikal birləşməsi onun 2005-ci ildə UNESCO Ümumdünya İrsi siyahısına daxil edilməsinə səbəb oldu. == Adın etimologiyası == Makao XVI əsrin ortalarında hələ Portuqaliya müstəmləkəsi olmamışdan öncə Jinghai (鏡海, "Güzgü dəniz") və ya Haojing (濠鏡, "Stridiya güzgüsü") adlandırılırdı.
Makao bayrağı
Makao bayrağı — Çin Xalq Respublikasına bağlı muxtar inzibati bölgə olan Makao ölkə-şəhərinin rəsmi bayrağıdır. == Rəng və simvolları == Düzbucaq formalı Makao bayrağında açıq yaşıl rəngli fon üzərində mərkəzdə ağ rəngli su zanbağı (lotus şanagülləsi) çiçəyi təsvir edilmişdir. Həmin su zanbağının üzərində azacıq qövslü beş beşguşəli sarı rəngli ulduz da var. Ortadakı ulduz digərlərindən bir az böyükdür.
Makao gerbi
Makao gerbi — ÇXR-na bağlı Makao Özəl İnzibati Bölgəsinin rəsmi gerbidir. Gerbin ilk versiyası Portuqaliya ənənələrinə sadiq qalınaraq 1935-ci ildə hazırlanmışdır. Ancaq 1999-cu ilə kimi istifadə edilməmişdir. == Təsviri və forması == Gerbin rəng və mənaları eynən Makao bayrağında olduğu kimidir. Sadəcə dairəvi formalı gerb təsvirində Makaonun çincə və portuqalca adı verilmişdir. == Qəbulu və istifadəsi == Gerb Makaonun idarəsi 20 dekabr 1999-cu ildə Portuqaliyadan Çinə keçəndə yenidən qəbul olunmuş və Makaonun rəsmi gerbi elan olunmuşdur. Gerb Çinin regional gerblərindən biri hesab olunur.
Makao patakası
Pataka (çin. 澳門圓, port. pataca macaense) və ya rəsmi adıyla Makao patakası (Çincə: 澳門 幣; Portuqalca: Pataca macaense; ISO 4217: MOP), Makaoda istifadə edilən rəsmi pul vahididir. Makao Mərkəzi Bankı tərəfindən bölüşdürülür. Patakanın alt vahidi 'avos'dur (Kanton: 仙; sin) və bir pataka 100 avosa bölünür; on avos bir 'ho'ya (毫) bərabərdir. Makao patakasını göstərmək üçün ən çox MOP $ işarəsindən istifadə edilir. == Yaranma tarixi == Bu pul vahidinin yaradılması haqqında ilk ideya 1894-cü ildə irəli sürülmüşdür. Ancaq belə bir banknotun yaradılması üçün milli bir bank fəaliyyət göstərməli idi. Belə bir bank yalnız 1902-ci ildə Makao Milli Bankı adı ilə fəaliyyətə başladı və Bank 1905-ci ildə Pataka adlı pul vahidi buraxdırmaq hüququ qazandı. O zamandan sonra Makao patakası 1980-ci ildə yenilənmişdir.
Makao qülləsi
Makao qülləsi ( çin. 澳門旅遊塔會展娛樂中心 娛樂 旅遊 塔 會展 娛樂 中心 , port. Torre de Macau Torre de Macau , port. Centro de Convenções e Entretenimento da Torre de Macau; tam adı:port. Centro de Convenções e Entretenimento da Torre de Macau Centro de Convenções e Entretenimento de Torre de Macau ), Makao şəhərində turistlərin böyük marağını cəlb edən yüksək səviyyəli tikili teleqüllə, rabitə qovşağı kafe ,3D kino və pərakəndə satış məntəqəsi kimi istifadə olunur. . 338 metr hündürlüyündə olan teleqüllə Makao şəhərində ən yüksək binadır və Çində 18-ci yerdədir,dünyanın ən yüksək televiziya qüllələri siyahısında 19-cu yer tutur. == Təsvir == Qüllə yüksək sürətli liftlərlə təchiz olunmuşdur: onların maksimal sürəti dəqiqədə 540 metr (32.4 km / saat, 0-dan 235 metrədək yüksəlmək 40 saniyəyə bərabərdir) . .n Skywalk X sistemi qonaqları xüsusi ilə cəlb edir,qüllə xarici gəzinti platformasına , eləcə də dünyanın ən yüksək tulanma platformasına (qiymət 150 400 dollar jumps) malikdir . 235 metr hündürlükdə və 734 m² sahəsi olan bir görüntü platformasından 55 km-ə yaxın radius mənzərə açılır.Bu platformanın 2 bölməsi var ki,biri açıq-şüşə mənzərəli,digəri isə saat əqrəbinin əksi istiqamətində hərəkət etmə xüsusiyyətlərinə malikdir. . Polad şpinelin hündürlüyü 90 metrdir.
Makao yarımadası
Makao yarımadası (çin. 澳門半島, port. Península de Macau) — Makaonun tarixi və ən çox yayılmış ərazisidir. == Təsviri == Yarımada 8,5—9,3 km² təşkil edir. Yarımadada 2013-cü ilə olan məlumata görə 504 300 nəfər təşkil edir. Yarımadanın ən hündür nöqtəsi 90 metrdir. Sahillərini Cənubi Çin dənizinin suları yuyur. == İnzibati bölgü == Yarımada beş freqeziyaya bölünür.
Çin Xalq Makao Muxtar Respublikası bayrağı
Makao bayrağı — Çin Xalq Respublikasına bağlı muxtar inzibati bölgə olan Makao ölkə-şəhərinin rəsmi bayrağıdır. Düzbucaq formalı Makao bayrağında açıq yaşıl rəngli fon üzərində mərkəzdə ağ rəngli su zanbağı (lotus şanagülləsi) çiçəyi təsvir edilmişdir. Həmin su zanbağının üzərində azacıq qövslü beş beşguşəli sarı rəngli ulduz da var. Ortadakı ulduz digərlərindən bir az böyükdür.
Çin Xalq Makao Muxtar Respublikası gerbi
Makao gerbi — ÇXR-na bağlı Makao Özəl İnzibati Bölgəsinin rəsmi gerbidir. Gerbin ilk versiyası Portuqaliya ənənələrinə sadiq qalınaraq 1935-ci ildə hazırlanmışdır. Ancaq 1999-cu ilə kimi istifadə edilməmişdir. Gerbin rəng və mənaları eynən Makao bayrağında olduğu kimidir. Sadəcə dairəvi formalı gerb təsvirində Makaonun çincə və portuqalca adı verilmişdir. Gerb Makaonun idarəsi 20 dekabr 1999-cu ildə Portuqaliyadan Çinə keçəndə yenidən qəbul olunmuş və Makaonun rəsmi gerbi elan olunmuşdur. Gerb Çinin regional gerblərindən biri hesab olunur.

Значение слова в других словарях