MAKEDON
MAQBET
OBASTAN VİKİ
MakSim
MakSim (əvvəlki adı Maxi-M; əsl adı - Marina Sergeevna Abrosimova (anası tərəfdən Maksimova); 10 iyun 1983, Kazan) bir rus müğənni, müəllif, ifaçı və musiqi prodüseridir. Müvəffəqiyyət müğənniyə 28 Mart 2006-cı ildə 1,5 milyon nüsxədən çox satılan "Трудный возраст" (Çətin yaş) albomunun çıxması ilə gəldi və 2007-ci ildə MakSim Rusiyada gəlir baxımından ən çox uğur qazanan müğənni oldu. MakSim iki dəfə - MTV Russian Music Awards və Muz-TV Mükafatlandırma mərasimində ən yaxşı ifaçı nominasiyasını qazandı. 2 fevral 2008-ci ildə "Московский комсомолец" (Moskvanın komomolitləri) və “Звуковая дорожка” (Soundtrack) qəzetlərinin illik mükafatlandırma mərasimində müğənni “İlin ən yaxşı ifaçısı” nominasiyasını qazandı. MakSim, 15 "Qızıl Qrammofon" mükafatının sahibidir. Müğənninin ikinci albomu - "Мой рай" (Mənim cənnətim) albomunun 1,3 milyondan çox nüsxəsi satıldı. Müğənninin satılan albomlarının məcmu tirajı altı milyon nüsxədən çoxdur. MakSim, 7 singli MDB ölkələrinin ümumi radio siyahısında ardıcıl olaraq birinci yeri tutan yeganə müğənnidir. 2008-ci ildə "Бегущая по волнам" (Dalğaların üstündə qaçmaq) filminə eyniadlı soundtrack yazdırdı. 2009-cu ilin dekabrında müğənninin qızıl statusu və iki platin aldığı üçüncü studiya albomu - "Одиночка" (Tənha) çıxdı.
Hayrem Maksim
Ser Hayrem Stivens Maksim (ing. Sir Hiram Stevens Maxim; 5 fevral 1840[…] – 24 noyabr 1916[…], London) - ABŞ-də doğulan britaniyalı ixtiraçı. Onun ən məşhur ixtirası ilk dəfə daşınabilən, tamamilə avtomatik pulemyot olan Maksim pulemyotudur. Maksim saç ütüsü, siçovul tələsi və buxar nasosu kimi çoxlu mexaniki qurğunun patentini özündə saxlamışdı. Onun, hətta elektrik lampasını ixtira etdiyi iddiası da var idi.Maksim mexanikləşdirilmiş uçuşları təcrübə etmişdi; onun geniş təyyarə dizaynları heç vaxt uğurlu olmamışdı. O, "Əsir Uçan Maşını" adlandırdığı əyləncə sürüşü çox yüksək müvəffəqiyyət qazanmışdı. Maksim bu ixtirasını uçuşa olan ictimai marağı artırmaq üçün etmişdi.Maksim 41 yaşında Amerika Birləşmiş Ştatlarında Birləşmiş Krallığa köçdü və 1899-cu ilə qədər burada ABŞ vətəndaşı olaraq yaşadı. Daha sonra vətəndaşlığını dəyişdirdi. İxtiraçı 24 noyabr 1916-cı ildə vəfat etmişdir.
Maksim Matlakov
Maksim Sergeyeviç Matlakov (rus. Максим Сергеевич Матлаков, 5 mart 1991, Leninqrad, Rusiya Sovet Federativ Sosialist Respublikası) Rusiya şahmatçısı, qrosmeyster (2010). O, 2009-cu il Sankt-Peterburq Çempionatının qalibi adını qazanmışdır. Matlakov 2012-ci il 13-cü Avropa Şəxsi Çempionatında taybreykdə 6-cı olaraq, 2013-cü il Dünya Kubokuna vəsiqə qazanmışdır. O, birinci raundda Niderland qrosmeysteri Jan Smeetsi məğlub etmiş, ikinci raund taybreykində isə Azərbaycanlı qrosmeyster Şəhriyar Məmmədyarova uduzmuşdur. Matlakov 2009-cu il Gipslis xatirəsinə həsr olunmuş turnirin qalibi olmuşdur. 2013-cü ildə Sankt-Peterburqda Çiqorin xatirəsinə həsr olunmuş turnirdə 1-11-ci yerləri, 2014-cü il Moscow Open turnirində isə 1-4-cü yerləri bölüşdürmüşdür. Matlakov 2013-cü il Avropa Klub Kubokunda 5-ci lövhədə gümüş medal qazanaraq Sankt-Peterburq komandasını təmsil etmişdir. == İstinadlar == == Xarici keçidlər == Maxim Matlakov. Chess-DB.com Arxivləşdirilib 2016-03-23 at the Wayback Machine (ing.) Maxim Matlakov.
Maksim Medvedev
Maksim Borisoviç Medvedev (rus. Максим Борисович Медведев; 29 sentyabr 1989, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Milli komandasının və "Qarabağ" futbol klubunun müdafiəçisi. == Həyatı == Maksim Medvedev 1989-cu ildə Bakı şəhərində anadan olub. Milliyətcə rusdur. Kiçik yaşlarından futbol ilə məşğul olmağa başlayan Maksim 2004-cü ildən 2006-cı ilə kimi "Qarabağ"ın əvəzedici heyətində çıxış edib. Daha sonra Qarabağın əsas heyətinə düşərək möhkəmlənən Maksim tezliklə U-17 Azərbaycan millisinə, daha sonra U-21 millisinə çağrılıb. 2009-cu ildə Azərbaycan millisinin əsas heyətinə çağrılan Maksim indiyədək millinin heyətində 20 dəfə forma geyinib. == Klub karyerası == === Qarabağ === Maksim karyerasına Qarabağda başlayıb. O, Ağdam təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. 2018-2019 mövsümündə Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” ilə evdə keçirilən matçı (0:0) Medvedevin “Qarabağ”ın heyətində, ümumilikdə, 395-ci oyunu olub.
Maksim Medvedyev
Maksim Borisoviç Medvedev (rus. Максим Борисович Медведев; 29 sentyabr 1989, Bakı) — Azərbaycan futbolçusu, Azərbaycan Milli komandasının və "Qarabağ" futbol klubunun müdafiəçisi. == Həyatı == Maksim Medvedev 1989-cu ildə Bakı şəhərində anadan olub. Milliyətcə rusdur. Kiçik yaşlarından futbol ilə məşğul olmağa başlayan Maksim 2004-cü ildən 2006-cı ilə kimi "Qarabağ"ın əvəzedici heyətində çıxış edib. Daha sonra Qarabağın əsas heyətinə düşərək möhkəmlənən Maksim tezliklə U-17 Azərbaycan millisinə, daha sonra U-21 millisinə çağrılıb. 2009-cu ildə Azərbaycan millisinin əsas heyətinə çağrılan Maksim indiyədək millinin heyətində 20 dəfə forma geyinib. == Klub karyerası == === Qarabağ === Maksim karyerasına Qarabağda başlayıb. O, Ağdam təmsilçisinin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib. 2018-2019 mövsümündə Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” ilə evdə keçirilən matçı (0:0) Medvedevin “Qarabağ”ın heyətində, ümumilikdə, 395-ci oyunu olub.
Maksim Mirnıy
Maksim Nikolayeviç Mirnıy (belar. Максім Мікалаевіч Мірны; doğulub 6 iyul 1977-ci ildə, Minsk, SSRİ) — Belarusiyalı peşəkar tennisçi, əməkdar idman ustası. Keçmişdə dünyadakı ilk raketkası (cütlükdə); qarışıq cütlərdə 2012 Olimpiya çempionu; cütlüklərdə Böyük Dəbilqə turnirlərinin 10 qat qalibi; cütlüklərdə ATP Final Turnirinin ikiqat qalibi (2006, 2011); 53 ATP turnirinin qalibi (onlardan biri təkdir). 29 Noyabr 2018-ci ildə idman karyerasının başa çatdığını elan etmişdir . == Bioqrafiyası == Maksim - Nikolay və Tatyana Mirnıyın iki oğlundan böyüyü idi; qardaşının adı Peterdir. Maksimin ailsə idmançı ailəsi idi: atası 1960-cı illərdə voleybolda SSRİ çempionatının elit divizionunda oynayıb, anası isə keçmiş üzgüçü olub, 1971-ci ildə 200 metr kəpənəkdə (butterfly) BSSR rekordunu müəyyənləşdirmişdir.Maksim 2004-cü ildə model Ksenia Rubçeniya ilə evləndi. Onların dörd övladı var: qızları Melaniya (2004) və Petra (2007), oğulları Demid (2009) və Trofim (2014).Maksim yeddi yaşından tennislə məşğuldur; uşaqlıqdan onun məşqiçisi zaman-zaman Amerikanın müxtəlif mütəxəssisləri tərəfindən köməklik olunan atası idi. Oyun karyerasından əlavə olaraq Mksimin bir sıra qeyri-idman layihələri var: Bradentonda, yerli tennis mərkəzindən aralıda Maksim öz pizza məkanını işlədir. Minskdə isə - tennis kortu, idman salonu və gözəllik salonu olan idman mərkəzi fəaliyyət göstərir. 1994-cü ilin mayında, 16 yaşında, Maksim Devis Kubokunun seçmə mərhələlərində Belarusiya yığması üçün debüt etdi.
Maksim Mofra
Maksim Mofra, əsl adı Maksimilian Emil Lui Mofra (fr. Maxime Maufra; 17 may 1861, Nant — 23 may 1918, Ponse-sür-le-Luar, departament Sarta) — fransız rəssam-impressionist. == Bioqrafiyası == Maksim Mofra , doğma şəhərindən olan iki rəssamların təsiri altında — Şarl və Alfred Ledük, 18 yaşında rəsm çəkməyə başladı. İlk olaraq həvəskar-rəssam kimi çıxış edirdi. Bir professional tacir kimi, 1884–1890-cı illərdə yalnız boş vaxtlarında rəsm çəkirdi. Bu illərdə, Mofra, impressionizm incəsənət cərəyanı ilə tanış oldu. 1890-cı ildə Mofra peşekar rəssam olmuşdur. Nant şəhərini tərk edərək Bretanda yaşamağa başlamışdır, burada Pol Qogen və Pol Serüzye ilə tanış olmuşdur. 1892-ci ildə Bretandan Parisə köçdükdən sonra, Mofra tanınmış Bato-Lavuar binasında məskunlaşan ilk rəssam idi. 1904-cü ildə bu binada Pablo Pikasso yaşamışdır.
Maksim Averin
Maksim Averin (28 noyabr 1985, Lvov) — Rusiyanı və Azərbaycanı təmsil edən velosipedçi. == Karyerası == Maksim Averinin atası şosse velosipedi üzrə dəfələrlə SSRİ çempionu olan Aleksandr Averindir.2002-ci ildə Almaniyada gənclər arasında UEC Avropa Çempionatının bürünc medalına sahib olan Maksim Averin Rusiya yığmasının heyətində çıxış edən müddətdə beynəlxalq turnirlərdə bir sıra uğurlara imza atdı. 2014-cü ilin iyununda Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) Maksim Averini Azərbaycan yığmasının heyətinə cəlb elədi. 2015 və 2016-cı illərdə Azərbaycan Çempionatlarının qalibi oldu. Maksim Averin 2016-cı ildə Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Avqustun 6-da baş tutan fərdi turnirdə Maksim Averin finiş həddinə çata bilmədi və olimpiadanı nəticəsiz başa vurdu.
Maksim Boqdanoviç
Maksim Adamoviç Boqdanoviç (belar. Максім Адамавіч Багдановіч, 9 dekabr 1891, Minsk — 25 may 1917, Yalta) — Belarus şairi, publisisti, ədəbi tənqidçisi və tərcüməçisi. Maksim Boqdanoviç Belarus ədəbiyyatının qurucularından biri sayılır. == Bioqrafiya == Maksim Adamoviç Boqdanoviç 9 dekabr 1891 tarixində Minsk şəhərində, əhəmiyyətli Belarus etnoqrafı olan Adam Boqdanoviçin ailəsində anadan olmuşdur. 1892-ci ildə ailəsi ilə birlikdə Qrodno şəhərinə köçdü. Çox vaxt keçmədən şairin anası Mariya vərəm xəstəliyindən vəfat etmişdir. 1896-cı ildə Adam Baqdanoviç uşaqları ilə birlikdə Nijni Novqorod şəhərinə köçdü. Bu vaxt ərzində Maksim, Belarus dilində olan ilk şeirlərini yazmışdır. 1902-ci ildə Boqdanoviç bir gimnaziya məktəbinə qəbul edilmişdir. 1905-ci il inqilabı zamanı onun komilitodları tərəfindən təşkil edilən tətillərin fəal iştirakçısı idi.
Maksim Munzuk
Maksim Munzuk (tıva Максим Монгужук-оглу Мунзук 2 may 1910 – 28 iyul 1999, Kızıl) — Tıva Sovet və Rus aktyoru, tıva milli teatrının qurucularından biri. Akira Kurosavanın Dersu Uzala filmdəki eyni adlı rolun ifaçısıdır. == Bioqrafiyası == Maksim Munzuk çox yönlü yaradıcı insan idi. Aktyor, rejissor, müğənni, musiqi folklorunun kolleksiyaçısı, bəstəkar, müəllim kimi fəaliyyətlərlə məşqul olmuşdur. B. Kok-oola adına Tıva Musiqili və Dram Teatrının səhnəsində fərqli bir təbiətdə çox sayda rol oynamışdır. Rusiya Sovet Federativ Sosialist Respublikası və Tıva Muxtar Sovet Sosialist Respublikasının xalq artisti idi. Maksim Munzuk Oskara layiq görülən Dersu Uzala daxil olmaqla, Almaz Yolu və Andrey Konchalovskinin Sibiriada dramı sənədli filmləri də daxil olmaqla 22 filmdə rol alıb. Ən maraqlı və parlaq teatr rolları arasında: Tonqur-ool (Salçak Tokun "Tonqur-ool"), "Bottanqan Kuzel" də ("Tamamlanmış bir xəyal") feodal Şıırap. 2017-ci ildə Oktargay Xeyriyyəçi Mədəni-Tarix Fondu (fondun rəhbəri məşhur sənətçi Baranmaa Alexandr Nasoviçdir) qeyri-kommersiya təşkilatı Maksim Munzukun iki metrlik abidəsi hazırlamaq üçün vəsait toplayır. == Ailəsi == Həyat yoldaşı — aktrisa və müğənni Kara-Kıs Munzuk (1918–1995), RSFSR xalq artisti.
Maksim Musayev
Musayev Maksim Talıb oğlu (18 avqust 1938, Nərimanlı, Basarkeçər rayonu – 27 oktyabr 2021, Bakı) — Xızı Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995–2000). == Həyatı == Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1956-cı ildə İrəvan şəhərində azərbaycan orta məktəbini bitirmişdir. 1956–1958-ci illərdə Gəncədə Kənd Təsərrüfatı Texnikumunda təhsilini davam etdirmişdir. 1958-ci ildən Ermənistan KP Vedi Rayon Komitəsində təlimatçı olmuşdur. 1960–1961-ci illərdə İrəvan Kənd Təsərrüfatı İnstitutunda, 1961–1966-cı illərdə Leninqrad Kənd Təsərrüfatı İnstitutunda və daha sonra isə Bakı Ali Partiya məktəbində təhsil almışdır. 1966-cı ildən Bakıda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda aspirant, 1970-ci ildən Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı, 1974-cü ildən Azərbaycan Respublikası Xalq Nəzarəti Komitəsində inspektor, 1980-ci ildən Azərbaycan KP MK-da təlimatçı, inspektor işləmişdir. 1982-ci ildən Qax Rayon Partiya Komitəsinin birinci katibi, 1988-ci ildən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda bölmə müdiri, 1989-cu ildən Azərbaycan Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini, 1990-cı ildən Xızı Rayon Partiya Komitəsinin birinci katibi, sonra rayon Sovetinin sədri, 1991–1992-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Qax və Xızı rayon sovetlərinin bir neçə çağırış deputatı, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1990-cı ildə respublikanın xalq deputatı və 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Birinci çağırış Milli Məclisin yerli özünüidarə məsələləri daimi komissiyası sədrinin müavini və Azərbaycan-Çin Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.
Maksim Paşayev
Maksim Paşayev (ukr. Максим Пашаєв; d. 4 yanvar 1988, Krasnıy Luç, Luqansk vilayəti, Ukrayna SFSR, SSRİ — ö.. 12 dekabr 2008, Qradijsk, Qlobinsk rayonu, Poltava vilayəti, Ukrayna) — Azərbaycan əsilli ukraynalı futbolçu. "Dnepr" və "Krivbas" klublarının heyətində müdafiəçi mövqeyində çıxış edib. == Həyatı == === Klub karyerası === Maksim Paşayev futbolçu karyerasını Kremençuk şəhərinin "Atlant" klubunda başlayıb. 2004-cü ildə Paşayev Dnepropetrovskun "Dnepr" komandasının gənclərdən ibarət heyətinə cəlb edilib. Maksim üç il ərzində "Dnepr"in əvəzedici heyətində çıxış edib və bu müddət ərzində 64 oyun keçirib, 1 qol vurub. 2007-ci ildə Paşayev Krivoy Roq şəhərini təmsil edən "Krivbas" klubuna icarəyə verilib. 2007-ci il iyulun 14-də keçmiş komandası "Dnepr"ə qarşı oyunda Ukrayna çempionatında debüt edib.
Maksim Qorki
Maksim Qorki (rus. Максим Горький, əsl adı Aleksey Maksimoviç Peşkov (rus. Алексей Максимович Пешков; 16 (28) mart 1868[…], Nijni Novqorod[…] – 18 iyun 1936[…], Moskva), SSRİ — rus və sovet yazıçısı. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Qorki nəqliyyatçı olan atasını 5 yaşında ikən itirir və anası yenidən ərə getdiyindən anadan olduğu Novqoroda qayıdır. 11 yaşında tamamilə yetim qalır, nənəsi və babası tərəfindən Həştərxanda böyüdülür. Nağılları ilə böyüdüyü nənəsinin onun formalaşmasında böyük təsiri vardır. Qorki yalnız bir neçə ay məktəbə gedə bilir. 8 yaşında işləməyə başlıyar, bunun sayəsində Rusiyanın fəhlə sinfinin həyatı ilə yaxından tanış olar. Bir gəmidə qabyuyan işləyərkən oxumağa kitab marağı yaranar.
Maksim Qrek
Maksim Qrek (tam adı: Μάξιμος ο Γραικός; d. 1470. ö. 21 yanvar 1556) — dini yazıçı, publilist, tərcüməçi, aristokrat. == Həyatı == Yunanıstanın Arta kəndində, 1470-ci ildə Maksim Qrek adlı aristokrat dünyaya gəldi. Zəngin valideynləri ona gözəl təhsil verdi. Corfu adasında məktəbi bitirdi. Maksim Qrek İtaliyaya gedib, əsasən qədim yunanların dilini və fəlsəfəsini öyrənib. Milanda Padua şəhərində yaşayıb. Venesiyada görkəmli humanist Aldom Manutius ilə yaxından tanış olmuş və 1503-cü ildən bəri yunan dilinə tərcüməçi olmuşdur.
Maksim Rılski
Maksim Rılski (1895, Kiyev – 24 iyul 1964, Kiyev) — Ukraynanın xalq şairi.
Maksim Savelyev
Maksim Dmitriyeviç Savelyev (rus. Максим Дмитриевич Савельев; 22 yanvar 2002-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Çertanovo-2 Moskva klubunda hücumçu kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Savelyev öz peşəkar karyerasında debütünü 24 iyul 2018-ci ildə Çertanovo-2 Moskva klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Dolqoprudnı klubuna qarşı oyunda etmişdir.
Maksim Sirouks
Maksim Sirouks (25 oktyabr 1907, Paris – 1975, Süren) bir Fransız memar və arxeoloq idi. İranda Andre Qodard ilə müştərək şəkildə uzun illər ərzində işləmişdir. Hafiz Şirazinin türbəsinin dizaynı, digər əsərləri arasında ona da aid edilmişdir. İran Milli Muzeyinin dizaynı həm ona və həm də həmkarı fransız Andre Godarda aiddir.
Maksim Surayev
Maksim Viktori Surayev (24 may 1972, Çelyabinsk) — Rusiya Dövlət Dumasında fəaliyyət göstərən təqaüdçü, rus kosmonavt və siyasətçi. 2016-cı ildə öz mövqeyini göstərmişdir. == Şəxsi == Surayev Çelyabinskidə anadan olmuşdur. Uşaqlıq dövründə Surayev atasının hərbi öhdəlikləri səbəbindən bir çox yerlərdə yaşamışdır. Əvvəlcə doğulduğu yerdən, Uralsdakı Çelyabinskdən Sibiriyə köçdü. Atası hərbi akademiyaya daxil olduqda Surayevin ailəsi yenidən Moskva ətrafına köçdü. Atası bir neçə poçt xidmətinə baxarkən Surayev yenidən Moskvanın ətrafındakı bir şəhərdən digərinə köçdü. Surayev Anna Aleksandrovna ilə evlidir. Onların iki qızı var – Arina və Kseniya. Onun istirahət maraqları idman və kitab oxumaqları əhatə edir.
Maksim Tirli
Tirli Maksim (Μάξιμος Τύριος, lat. Cassius Maximus Tyrius; II yüzillik) — antik filosof, orta platonizmin nümayəndəsi. O, Romada istedadlı natiq kimi tanınmışdır. == Əsərləri == Maksimin qırxa qədər fəlsəfi nitqləri zamanımıza gəlib çatmışdır. Onlar əsasən dini-fəlfəsi və əxlaqi məzmunludur. “Platona görə Tanrı nədir”, “Sokratın demonu”, “Tanrıya yalvarmağın mənası var, ya yox?”, “Hər şey taleyə tabedirsə, iradə azadlığı var, ya yox?” adlanan fəlsəfi nitqləri daha çox maraq kəsb edir. Burada din fəlsəfəsinin əsas problemləri olan Tanrının varlığı, şərin təbiəti, azad iradə və tale problemlərinə diqqət yetirilir. Bütün bu problemlər sonralar, yəni ortaəsr fəlsəfəsinin ən mübahisəli məsələlərinə çevrilmişdir. == Tanrılara inanc haqqında düşüncələri == “Tanrıya yalvarmağın mənası var, ya yox?” nitqində Maksim demişdir ki, Tanrıdan nəsə istəyən insan istədiyi şeyə layiq olmalıdır. Əgər layiqdirsə, onda dua etməyin mənası yoxdur, çünki səbəb-nəticə qanununa görə istədiyi şeyi duasız da əldə edər.
Maksim pulemyotu
Maksim pulemötu - 1883 amerikan əsilli britaniyalı silah ustası Hayrem Stivens Maksimin düzəltdiyi dəzgahlı pulemyot. Maksim pulemötu ilk avtomatik silah hesab olunur; o geniş olaraq İngilis-bur (1899-1902), Birinci Dünya müharibələrində, eləcə də bir çox hərbi münaqişələrdə istifadə olunmuşdur.
Maksim İniç
Maksim İniç (26 may 1996) — Monteneqrolu üzgüçü. Maksim İniç Monteneqronu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Maksim İniç birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.88 saniyəlik nəticəsi ilə 51-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Maksim Şamil
Maksim Şamil və ya Maksim Müəllim (tam adı:Şamil Hümbət oğlu Cabbarov; 9 mart 1952, Daşkənd, Basarkeçər rayonu – 22 mart 2022, Bakı) — Azərbaycan şairi, baş müəllim. == Həyatı == Şamil Cabbarov 1952-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1971–1973-cü illərdə hərbi xidmət keçmişdir. 1979-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş və doğma kəndində 1988-ci ilə qədər müəllim və dərs hissə müdiri işləmişdir.Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim işləmişdir. == Yaradıcılığı == Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət "Riyaziyyat nəyi sevir" adlı kitabı riyaziyyat elminə böyük töhfədir. "Tufandan tez yeli çatar" şeirlər kitabında Maksim Şamilin həyata baxışlarının ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Şeirlər tərbiyəvi ruhda yazılmışdır. Ustadnamələrlə zəngin olan kitabda "Sabirsayağı" tənqidi şeirlər də çap olunmuşdur. == Kitabları == "Ehtimal nəzəriyyəsi və riyazi statistika", (Teymurov Fərhad, Həsənov Əvəz və Əfəndiyev Məqsəd ilə birlikdə). Bakı, "Elm və təhsil" nəşriyyatı, 2012.
Maksim Şatskix
Maksim Aleksandroviç Şatskix (özb. Maksim Aleksandr o‘g‘il Shatskix, Максим Александр ўғил Шацких; ukr. Максим Олександрович Шацьких; 30 avqust 1978, Daşkənd, Özbəkistan SSR, SSRİ) — özbək futbolçusu, hücumçu. 1999-2011-ci illərdə Özbəkistan milli komandasındasının kapitanı olmuşdur. Klub karyerasının böyük hissəsini (1999-2009) Dinamo Kiyevdə keçirmişdir. Ukrayna çempionatı tarixinin ən yaxşı bombardiridir. (124 qol). == Bioqrafiya == === Klub karyerası === Futbol karyerasına Daşkəndin Paxtakor komandasında başlamışdır. Karyerasının əvvəllərində Rusiyanın aşağı liqa komandalarında çıxış etmişdir. ==== Dinamo Kiyev ==== 1999-cu ildə Dinamo Kiyevə transfer edilmişdir.
Maksim Şemberev
Maksim Şemberev (25 sentyabr 1993) — Ukraynanı və Azərbaycanı təmsil edən üzgüçü. == Həyatı == Maksim Şemberev 1993-cü il sentyabrın 25-də anadan olub. == Karyerası == Maksim Şemberev Ukraynanı 2012-ci ildə Birləşmiş Krallıqın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 200 metr məsafəyə fərdi kompleks üsulu ilə üzmə turnirnində 2:02.40 dəqiqə nəticə ilə 33-cü pillənin, 400 metr məsafəyə fərdi kompleks üsulu ilə üzmə turnirində 4:16.62 dəqiqə nəticə ilə 15-ci pillənin sahibi olub.Maksim Şemberev 2017-ci ildə Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının dörd qızıl medalına sahib oldu. Daha sonra Maksim Şemberev Azərbaycanı 2020-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 400 metr məsafəyə fərdi kompleks üsulu ilə üzmə turnirnində 4:18.40 dəqiqə nəticə göstərdi və 26-cı pillənin sahibi olub.
Maksim Şevçenko
Maksim Leonardoviç Şevçenko — (rus. Максим Леонардович Шевченко), 22 fevral 1966-cı ildə, Moskva, SSRİ-də anadan olub — Rusiya jurnalisti, televiziya aparıcısı. == Həyatı == Maksim Şevçenko Leonardoviç 1966-cı il fevralın 22-də Moskva şəhərində anadan olmuşdur. Maxim Şevçenkonun atası geofizik idi. Sovet dövründə aparıcı instutlardan birində çalışmış, ölkə üçün neft və qaz hasil etmişdir. Türkmənistanda, Manşıqlada, Sibirdə və Peçora tarlalarında işləyirdi. Anası 1932-ci il təvəllüdlü əslən Blaqoveşenskdəndir. Təhsili — 3-cü Alman məktəbini — alman dilini dərindən öyrənən xüsusi məktəbi bitirmişdir. Stanislav Belkovski ilə eyni məktəbdə oxumuşdur. Hərbi xidmətə çağrılmayıb.1990-cı ildə S. Orconikidze adına Moskva Aviasiya İnstitutunu elektron hesablama cihazlarının dizaynı və texnologiyası ixtisası üzrə bitirmişdir.
Allan Sent-Maksimin
Allan İrene Sent-Maksimin (12 mart 1997[…]) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Erkən həyatı == Sent-Maksimin Parisin cənub-qərbində yerləşən Şatenay-Malabri kammunasında anadan olmuşdur. Valideynləri isə Haiti vətəndaşlarıdır. == Klub karyerası == === Sent-Etyen === Sent-Maksimin Liqa 1-də debütünü 1 sentyabr 2013-cü ildə Sent-Etyen klubu ilə Bordo klubuna qarşı oyunda etmişdir. O, 69-cu dəqiqədə Romen Hamumanı əvəz etmiş və komandası 2-1 hesabı ilə qalib gəlmişdir. === Monako === 31 iyul 2015-ci ildə Sent-Maksimin Monako klubu ilə müqavilə imzalamış, lakin Bundesliqa təmsilçisi olan Hannover 96 klubuna icarəyə verilmişdir.28 iyul 2016-cı ildə Sent-Maksimin Bastiya klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. === Nitsa === Sent-Maksimin 7 avqust 2017-ci ildə əzəli rəqiblərdən olan Nitsa klubu ilə müqavilə imzalamışdır.
Anastasiya Maksimova
Anastasiya İvanovna Maksimova (d. 27 iyun 1991, Petrozavodsk, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Anastasiya Maksimova, 2016-cı ildə Rusiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Anastasiya Maksimova, 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Vera Biryukova, Anastasiya Bliznyuk, Anastasiya Tatareva və Mariya Tolkaçeva ilə birgə final yarışlarında 36.233 xal toplayaraq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Enerjinin maksimallaşdırılması qanunu
"Enerjinin maksimallaşdırılması qanunu" – belə ki, rəqabətə dözümlü sistemlər kimi başa düşülür. == Ümumi məlumat == Bu qanun Q. və Y. Odumlar və M. Reymers tərəfindən şərh edilmişdir. Belə ki, digər sistemlərlə rəqabətdə enerji və məlumatların daxil olmasına kömək edən və onların maksimal miqdarından daha effektiv istifadə bacarığına malik olan sistemlər yaşayıb qala bilir. Bunun üçün belə sistemin daha çox hissəsi yüksək keyfiyyətli enerji toplayıcıları (anbarları) əmələ gətirir ki, onun da bir hissəsini yeni enerjilərin daxil olmasının təmin olunmasına sərf edir, maddələrin normal dövretməsini təmin edir və sistemin tənzimetmə, saxlama, möhkəmlik, digər sistemlərlə mübadilə və dəyişilmələrə qarşı uyğunlaşma mexanizmini yaradır. Maksimallaşma—bu yaşama şansının artması deməkdir.
III Maksimilyan (hersoq)
III Maksimilyan (ing. Maximilian III of Austria) (12 oktyabr 1558 və ya 1558, Viner-Noyştadt[d], Habsburq monarxiyası – 2 noyabr 1618, Vyana) — Avstriya hersoqu. Atası Müqəddəs Roma imperatoru II Maksimilyan, anası isə onun əmisi qızı olan xanımı Avstriyalı Mariyadır. == Mənbə == Press, Volker (1990), "Maximilian II.", Neue Deutsche Biographie (in German), vol. 16, Berlin: Duncker & Humblot, pp. 471–475 Stephens, Henry Morse (1903). The story of Portugal. G.P. Putnam's Sons. pp. 125, 139, 279.
III Maksimilyan Jozef (Bavariya kürfürstü)
III Maksimilyan Jozef (alm. Maximilian III. Joseph von Bayern‎) (28 mart 1727[…], Münhen, Bavariya kürfürstlüyü – 30 dekabr 1777[…], Münhen, Bavariya kürfürstlüyü) — Bavariya kürfürstü. Atası Bavariya kürfürstü və Müqəddəs Roma imperatoru VII Karl, anası isə Müqəddəs Roma imperatoru I Jozefin qızı Avstriyalı Mariya Amaliyadır. == Mənbə == Paul Bernard. Joseph II and Bavaria: Two Eighteenth Century Attempts at German Unification. Hague: Martin Nijoff, 1965, p.
II Maksimilian (Bavariya kralı)
II Maksimilian (28 noyabr 1811 - 10 mart 1864) — 1848-1864-cü illər arasında Bavariya kralı olaraq hökm sürmüş alman zadəgan. Atası I Lüdviqdən fərqli olaraq, Maksimilian çox populyar idi və şəxsi israfçılıqdan daha çox hökumətin işinə maraq göstərirdi. 1848-ci il Alman İnqilabı zamanı taxta çıxan kral Maksimilian öz dövlətində sabitliyi bərpa etdi. Onun hakimiyyətinin qalan hissəsi Almaniyanın birləşdirilməsi uğrunda müharibələr zamanı Bavariyanın müstəqilliyini qorumaq və paytaxtı Münhen şəhərini mədəni və təhsil şəhərinə çevirmək cəhdləri ilə səciyyələnir.
II Maksimillian
II Maksimilyan (31 iyul 1527[…], Vyana – 12 oktyabr 1576[…], Reqensburq) — 1562-cı ildə Bohemiya və Almaniya kralı, 1563-cü ildə Macarıstan və Xorvatiya kralı, 1564-cü ildə isə Müqəddəs Roma imperatoru olan siyasi xadim.
II Maksimilyan
II Maksimilyan (31 iyul 1527[…], Vyana – 12 oktyabr 1576[…], Reqensburq) — 1562-cı ildə Bohemiya və Almaniya kralı, 1563-cü ildə Macarıstan və Xorvatiya kralı, 1564-cü ildə isə Müqəddəs Roma imperatoru olan siyasi xadim.
II Maksimilyan Emanuel (Bavariya kürfürstü)
II Maksimilyan Emanuel (alm. Maximilian II. Emanuel von Bayern‎) (11 iyul 1662[…], Münhen, Bavariya kürfürstlüyü – 26 fevral 1726[…], Münhen, Bavariya kürfürstlüyü) — Bavariya kürfürstü. Atası Bavariya kürfürstü Ferdinand Mariya, anası isə Savoyyalı Henretta Adelayddır. == Mənbə == Storrs, Christopher (1999). War, Diplomacy and the Rise of Savoy 1690-1720. Cambridge University Press. ISBN 0521551463 Spencer, Charles (2005). Blenheim: Battle for Europe. Phoenix. ISBN 0-304-36704-4 Ludwig Hüttl: Max Emanuel.
II Maksimin Daza
Qay Qaleri Valeri Maksimin Daza (lat. Gaius Galerius Valerius Maximinus Daia), Roma tarixşünaslığında daha çox II Maksimin Daza kimi tanınır (20 noyabr 270, Qamziqrad – 313, Tarsus, Mersin ili) — 305–313-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru. O, xristianların israrlı təqibçisi kimi tanınırdı. Daza Diokletian ilə Maksimian taxtdan imtina etdikdən sonra avqust titulunu alan iki adamdan biri olan Qalerinin ögey bacısının oğlu idi. Odur ki, Qaleri onu övladlığa götürmüşdür.Daza 305-ci ildə sezar seçilmiş, Şərq və Misir yeparxiyaları ona həvalə edilmişdir. O, əsgərlər tərəfindən 309-cu ildə avqust elan edilmiş və Qalerinin ölümündən sonra şərq vilayətlərinə nəzarəti əldə etmək üçün Lisini ilə mübarizə aparmışdır. Daza 313-cü ildə Adrianopol yaxınlığında məğlub olmuş və həlak olmuşdur.
I Maksimilian
I Maksimilian (Müqəddəs Roma İmperatoru) (1459–1519) — Müqəddəs Roma İmperatoru. I Maksimilyan (Bavariya kürfürstü) (1573–1651) — ilk Bavariya kürfürstü.
I Maksimilian (Bavariya kralı)
I Maksimilian İosif (alm. Maximilian Maria Michael Johann Baptist Franz de Paula Joseph Kaspar Ignatius Nepomuk‎; 27 may 1756[…] – 13 oktyabr 1825[…], Münhen) — 1795–1799-cu illərdə Çvaybrükgen hersoqu, IV Maksimilian İosif adı ilə 1799-cu ildən 1806-cı ilə qədər Bavariyanın son kürfürstü, 1806-cı ildən 1825-ci ilə qədər isə I Maksimilian İosif adı ilə Bavariyanın ilk kralı idi. O, Vittelsbax sülaləsinin bir qolu olan Pfals-Birkenfeld-Çvaybrükgen ailəsinin üzvü idi. == İlk illəri == Çvaybrükgen hersoqu Fridrix Mixail və Pfals-Sulzbax hersoqinyası Mariya Franziskanın oğlu Maksimilian 27 may 1756-cı ildə Heydelberq və Manhaym arasındakı Şvetzingendə anadan olub. 1767-ci ildə atasının ölümündən sonra o, əvvəlcə valideyn nəzarətindən uzaq qaldı, çünki anası aktyordan bir uşaq dünyaya gətirdikdən sonra ərinin sarayından qovulmuşdu. Maksimilian əvəzində öz əmisi IV Kristianın nəzarəti altında təhsil almışdı. 1777-ci ildə Fransa ordusunda polkovnik rütbəsində xidmətə başladı. O, sürətlə general-mayor rütbəsinə yüksəldi. 1782-ci ildən 1789-cu ilə qədər o, Strasburqda xidmət edirdi. Strasburq Universitetində işlədiyi dövrdə Avstriyanın gələcək kansleri Klemens fon Metternix bir müddət Maksimilianın qonağı olmuşdu.
I Maksimilian (Müqəddəs Roma İmperatoru)
Habsburqlu I Maksimilian (22 mart 1459, Viner-Noyştadt[d], Müqəddəs Roma imperiyası – 12 yanvar 1519[…]) — Müqəddəs Roma İmperatoru. 1493-cü ildən ölümünə qədər hakimiyyətdə olmuş, müharibələr və nikah diplomatiyası nəticəsində Habsburq sülaləsinin nüfuzunu xeyli artırmışdır. == İlk illəri == Maksimilian Müqəddəs Roma imperatoru III Fridrixlə (1415–1493) portuqaliyalı Eleanorenin oğludur. Atası 1440-cı ildə Alman kralı, 1452-ci ildə Müqəddəs Roma İmperatoru olmuşdur. Bundan əlavə Avstriya hersoqu olan atası oğlunun təhsilinə xüsusi əhəmiyyət verirdi. Maksimilian 1477-ci ildə Burqundiya hersoqu Pis Karlın yeganə qızı Burqundiyalı Merrylə evlənərək, 1477-ci ildə, Nansi döyüşündə Fransa kralı XI Lüdovikə (1423–1483) məğlub olaraq, öldürülən qayınının ardından Burqundiya hersoqu oldu. Həyat yoldaşından, sonradan imperator olan V Karlın atası olan Yaraşıqlı Flipp, Avstriyalı Marqaret və kiçik yaşda ölən Frans adlı 3 uşağı olan Maksimilian, yoldaşının 1482-ci ildə ölməsindən sonra Burqundiya hersoqu ünvanını itirdi. Ancaq vaxtı ilə qayınatası Pis Karlın ələ keçirdiyi Burqundiya Flandriyasını qorumağı bacardı. Atası III Fridrix tərəfindən vəkil elan edildi və atası ölənə qədər bu ünvanını qorudu. 16 fevral 1486-cı ildə Roma kralı (Rex Romanorum) elan edilən Maksimilian, Flandriyanı oğlu Flippə verdi.
I Maksimilyan (Bavariya kralı)
I Maksimilian İosif (alm. Maximilian Maria Michael Johann Baptist Franz de Paula Joseph Kaspar Ignatius Nepomuk‎; 27 may 1756[…] – 13 oktyabr 1825[…], Münhen) — 1795–1799-cu illərdə Çvaybrükgen hersoqu, IV Maksimilian İosif adı ilə 1799-cu ildən 1806-cı ilə qədər Bavariyanın son kürfürstü, 1806-cı ildən 1825-ci ilə qədər isə I Maksimilian İosif adı ilə Bavariyanın ilk kralı idi. O, Vittelsbax sülaləsinin bir qolu olan Pfals-Birkenfeld-Çvaybrükgen ailəsinin üzvü idi. == İlk illəri == Çvaybrükgen hersoqu Fridrix Mixail və Pfals-Sulzbax hersoqinyası Mariya Franziskanın oğlu Maksimilian 27 may 1756-cı ildə Heydelberq və Manhaym arasındakı Şvetzingendə anadan olub. 1767-ci ildə atasının ölümündən sonra o, əvvəlcə valideyn nəzarətindən uzaq qaldı, çünki anası aktyordan bir uşaq dünyaya gətirdikdən sonra ərinin sarayından qovulmuşdu. Maksimilian əvəzində öz əmisi IV Kristianın nəzarəti altında təhsil almışdı. 1777-ci ildə Fransa ordusunda polkovnik rütbəsində xidmətə başladı. O, sürətlə general-mayor rütbəsinə yüksəldi. 1782-ci ildən 1789-cu ilə qədər o, Strasburqda xidmət edirdi. Strasburq Universitetində işlədiyi dövrdə Avstriyanın gələcək kansleri Klemens fon Metternix bir müddət Maksimilianın qonağı olmuşdu.
I Maksimilyan (Bavariya kürfürstü)
I Maksimilyan (alm. Maximilian von Bayern‎) və ya Böyük Maksimilyan (17 aprel 1573, Münhen – 27 sentyabr 1651[…], İnqolştadt, Yuxarı Bavariya) — ilk Bavariya kürfürstü. Maksimilian yerli feodalların müstəqilliyini azaldaraq Bavariyada mütləqiyyətçi hakimiyyətin əsasını qoyan bacarıqlı bir monarx idi. Dindar bir katolik, əksislahatın aparıcı tərəfdarlarından biri və knyazların Katolik liqasının qurucusu idi. Otuzillik müharibədə o, Yuxarı Pfals bölgəsini, eləcə də Vittelsbax qohumu V Frederikin seçki ləyaqəti ilə əlaqəli olan Pfals kürfürstlüyünü fəth edə bildi. 1648-ci ildəki Vestfaliya sülhü onun kürfürstlüyünü təsdiq etdi. Yuxarı Pfals və Pfals kürfürstlüyü isə sonradan Frederikin varisi I Karl Lüdviqə qaytarıldı və beləliklə Maksimilian Müqəddəs Roma İmperiyasının səkkizinci kürfürstünə çevrildi. == İlk illəri == Atası Bavariya hersoqu V Vilhelm, anası isə Danimarka kralı II Xristianın nəvəsi Renatadır. O, yezuitlərin üstünlük təşkil etdiyi İnqolştadt universitetində II Ferdinandla birlikdə oxuyub. Valensiyalı yezuit Qriqori onun etirafçısı və dini məsələlər üzrə məsləhətçisi idi.
Karl Maksimoviç
Karl Maksimoviç (rus. Карл Иванович Максимович; 11 (23) noyabr 1827, Tula – 4 (16) fevral 1891, Sankt-Peterburq) — rus botaniki, Sankt-Peterburq Elmlər Akademiyasının akademiki. == Təsnif etdiyi bitki cinsləri == == Əsərləri == Primitiae florae amurensis, 1859 Rhamneae orientali-asiaticae, 1866 С. J. Maximowicz. Diagnoses des nouvelles plantes du Japon et de la Mandjourie. // In : Bulletin de l’Academie Imperiale des Sciences de St. Petersbourg. Tome I, decades I—Х, 1866—1871, Tome II, decades XI—XX, 1872—1876 (lat.) Rhododendreae Asiae Orientalis, 1870 Monograph on genus Lespedeza, 1873 Diagnosis plantarum novarum asiaticum (fasc. I—VIII, 1876—1893) Flora tangutica, sive enumeratio plantarum regionis Tangut (Amdo) provinciae Kansu, nec non Tibetiae praesertim orientaliborealis adque Tsaidon: ex collectionibus N.M. Przewalski atque G.N. Potanin, (Fasc.
Kseniya Maksimova
Kseniya Maksimova (5 oktyabr 1995) — Rusiyalı qadın ağır atlet. 63 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Rusiyanı təmsil edir. Kseniya Maksimova dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Kvint Fabi Maksim Kunktator
Kvint Fabi Maksim Kunktator ( Kunktator lat. astagəl, ləng, ehtiyatlanan) - II Pun müharibəsi zamanı Hannibalın ordusuna qarşı vuruşan diktator. Hannibalın ordusunu həlledici döyüşdə məğlub etmək cəhdləri bir neçə dəfə romalılar üçün faciyəvi məğlubiyətlə bitdiyinə görə, Kvint Fabi çox ehtiyatlı taktika seçmişdir, o Hannibalı kiçik toqquşmalarla yormağı düşünürdü. Ancaq bu siyasət Romada narazılıqla qarşılandı, çünki müharibənin uzanması, senatın fikrinə görə Romaya baha başa gəlirdi. Nəticədə Kvint Fabinin səlahiyətləri yeni seçilmiş konsullara Terrensi Varrona və Emili Pavelə verilir. Onların Hannibalı həlledici döyüşdə məğlub etmək niyyəti romalılar üçün çox baha başa gəlir. Kann yaxınlığında (Kanna döyüşü) Hannibal Roma ordusunu mühasirəyə salır və demək olar ki tamamilə məhv edir. Bundan sonra romalılar məcburən ehtiyatlı taktika variantına qayıdırlar. == İstinad == История Древнего Мира. Расцвет Древних Обществ.

Digər lüğətlərdə

забо́ристость забултыха́ть лука́вить окровене́ть опера́нд оригина́тор подравня́ться просо́л смерза́ние терраси́ровать чашеви́дно демаго́гия петру́шечный подписа́ние распознава́ть расфокусиро́вывать дырван agleam bishop's-cap goglet sought-for verderer жмот киргизский ты