MAL

is.
1. İribuynuzlu ev heyvanı; malqara, qaramal (inək, öküz, camış və b.). Malı naxıra qatmaq. Mal damı.
[Dərviş:] Malların köyşəyi, atların nəriltisi, gah-gah da itlərin mırıltısı qulağıma gəlirdi. A.Divanbəyoğlu.

□ Mal həkimi – baytar həkimi.
// top. İribuynuzlu heyvan sürüsü.
Mal qapıya gələndə axşam, səhər; Qoyun mələr, quzu mələr, mal mələr. A.Şaiq.

2. dan. Fərasətsiz, dilsiz, düşüncəsiz, key adam haqqında. Malın biridir.
[Qumru:] Bizimki malın, məğmunun biridir, lap düz buyurursan! Mir Cəlal.
[Şair Nağı:] Kənd içində olanda diliniz ötür; Çöldə dönürsünüz mala, göyçəli! Aşıq Ələsgər”.

◊ Mal kimi gözünü döymək – kütcəsinə baxmaq, tənbəl-tənbəl baxmaq.
[Rüstəm traktorçulara:] Ə-ə, sizinləyəm ey, nə mal kimi gözünüzü döyürsünüz? M.İbrahimov.

Синонимы

  • MAL mal bax 1. əmtəə; 2. parça; 3. var I
  • MAL mülk — dövlət — əmlak — var

Омонимы

  • MAL MAL I is. Satılmaq üçün çıxarılan hər hansı əşya. Söylənir Şəkinin ipək malları; Quba xalçasının qara xalları (S

Этимология

  • MAL Bu sözlə bərabər qara sözü də işlədilir. Qaramal sözü sinonimlər birləşməsidir və “iri mal (iri və buynuzlu mal)” deməkdir
MAL
MAL-DAVAR

Значение слова в других словарях