MALALAMAQ

f.
1. Divara mala çəkmək; suvaqlamaq. Evi malalamaq.
2. Şumlanmış yerin kəsəklərini mala ilə əzmək, hamarlamaq.
Şamama və onun yoldaşları tarlanı mükəmməl surətdə malalayıb üstündən ensiz zolaqlar çəkdilər. İ.Əfəndiyev.

3. məc. Üstünü örtmək, ört-basdır etmək, açmamaq, faş etməmək (sözün, işin, hadisənin və s.).
[Odabaşı:] Belə danışıqlar ilə sözlərini malalayırdısa da, elə ürəklərə bir şəkk toxumu səpirdi. Ə.Haqverdiyev.
…Leylək Gəray ağa Cavanşirdə doğa biləcək hər hansı şübhəni malalamağa çalışdı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MALALAMAQ suvamaq — sürtmək — şirələmək — mazlamaq
MALALAMA
MALALANMA

Digər lüğətlərdə

забу́чивать моле́кула улы́бчивость свистать в кула́к толстосу́м умили́ться гилем клек -o- allgood ballism breadmaking ciscaucasian cranesbill fidejussion pastel politick pyrophoric yoop блин высокоодарённый преосвященство распространительный трёхполье хина