MAQSUDƏ
MALİK
OBASTAN VİKİ
Malay
Malay — Azərbaycan Respublikasının Ağdaş rayonunun Eymur kənd inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Eymur kənd inzibati-ərazi vahidi tərkibindəki Malay qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Malay Federasiyası
Malay Federasiyası (malay Persekutuan Tanah Melayu) — 1948-ci ildən 1963-cü ilə qədər mövcud olan 11 ştatın bir federasiyası (9 Malay sultanlığı və ingilis yaşayış yerləri Pinanq və Malakka) . Paytaxtı — Kuala Lumpur. == Tarixi == 1946-cı ildə bu 11 ştatdan vahid ingilis müstəmləkəsi - Malay ittifaqı təşkil olundu . Malay millətçilərinin kəskin mübarizəsi və etiraz çıxışlarının güclənməsi nəticəsində ittifaq tezliklə dağıldı və 1948-ci ilin yanvarından Malay ittifaqı Malay Federasiyası halında təşkil olundu. Malay ittifaqının tərkibində hüquq və imtiyazlarından məhrum olan Malay sultanları Federasiyanın tərkibində dövlət başçısı mövqelərinin bərpa olunmasına nail oldular. Malay sultanlıqları Böyük Britaniyanın protektoratlıqları oldular, Pinanq və Malakka isə Britaniya müstəmləkə əraziləri kimi qalmaqda davam edirdilər. 31 avqust 1957-ci ildə Federasiya Millətlər cəmiyyətinin tərkibində müstəqillik hüququ əldə etdi və BMT-nin üzvü oldu . . 1963-cü ildə Malay Federasiyası, Sinqapur, Saravak və Şimali Borneo Malayziya dövlətində birləşdilər , 9 avqust 1965-ci ildə Sinqapur Malayziyadan ayrılaraq müstəqil dövlət oldu . == İstinadlar == == Xarici keçidlər == Colonial administration records (migrated archives): Malaya at The National Archives (Pg. 52) The UK Statute Law Database: Federation of Malaya Independence Act 1957 (c.
Malay arxipelaqı
Malay arxipelaqı (malay və ind. Kepulauan Melayu) — dünyanın ən böyük arxipelaqı. Arxipelaq özündə Böyük Zond, Kiçik Zond, Molukka, Filippin və bir çox kiçik adalar qruplarını birləşdirir. Bir sıra səbəblərdən Yeni Qvineya bu siyahıya aid edilməyərək Okeaniyaya aid edilir.. Ən böyük adaları — Kalimantan — 743 330 km² və Sumatra — 473 000 km². Ən çox əhalisi olan ada — Yavadır — 140 milyon nəfər. Malay arxipelaqı Sakit okean okeanda yerləşir Adalarda 330 vulkan var, onların 100-ü fəaliyyətdədir. Ən məhşuru Krakatau vulkanıdır. Malay arxipelaqında İndoneziya (demək olar ki bütünlüklə), Malayziya (bir hissəsi), Bruney, Şərqi Timor və Filippin kimi dövlətlər yerləşir.
Malay ayısı
Malay ayısı (lat. Helarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi.
Malay dili
Malay dili Avstroneziya dilləri arasında ən önəmli dildir.Bu dil Malayziyada (Malayziya dili adıyla), İndoneziyada (İndoneziya dili adıyla), Bruneydə (Melayu Bruney adıyla) və Sinqapurda (Bahasa Melayu(Malay dili) adıyla milli dil və Sinqapurun dörd rəsmi dillərindən biri) rəsmi dildir.Bu dil 40 milyon insan tərəfindən yerli olaraq danışılan bir dildir.
Malay pələngi
Malay pələngi (lat. Panthera tigris jacksoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü.
Malay qavialı
Malay qavialı (lat. Tomistoma schlegelii) — sürünənlər sinfinə, timsahlar dəstəsinə daxil olan Tomistoma cinsinin yeganə nümayəndəsi. Tomistoma adı yunan dilindən gəlir. τόμος — iti və στόμα — ağız; növün adının ikinci hissəsi isə schlegelii sözüdürki, bu da hollandiyalı zooloq Herman Şlegelin (1804–1884) şərəfinə verilir. Təsnifatçılar Tomistoma cinsinin və Tomistominae yarımfəsiləsinin hansı fəsiləyə mənsub olduqlarına qərar verə bilmirdilər. Belə ki, morfoloji quruluşlar əsasında Əsl timsahlara, molekulyar və genetik metodlar əsasında isə qaviallara aid edilir. == Arealı və yaşayış yerləri == İndoneziyada (Sumatra, Kalimantan, Yava adalarında, ehtimal ki, Sulavesidə), Malayziyada (Malay yarımadası, Kalimantan) və Vyetnamda (bəlkə də nəsli kəsilmişdir) yayılmışdır. Taylandda 1970-ci ildən bəri nəsli kəsilmiş olaraq sayılır. Malay qavialının populyasiyaları olduqca azdır. Şirin su göllərində, lal axan çaylarda və bataqlıq ərazilərdə yaşayır.
Malay yarımadası
Malakkа (tay แหลมมลายู, malay Tanah Melayu, birm. မလေး ကျွန်းဆွယ်, həmcinin Malay yarımadası (tay คาบสมุทรมลายู, malay Semenanjung Tanah Melayu)) — Cənub-Şərqi Asiyada yerləşən iri yarımadalardan biri. Qərbdən Andaman dənizi və Malakka boğazı, şərqdə isə Cənubi Çin dənizi, Siam körfəzi ilə əhatələnir. Hind-Çin yarımadasınln cənub qutaracağında yerləşir. Yarımadanın cənubunda Asiya materikinin ən ucqar cənub nöqtəsi olan Piay burnu yerləşir. Uzunluğu şimaldan cənuba 1300 km, sahəsi 190 min km², şimal sərhəddi Kra bərzəxindən keçir və eni 44 km təşkil edir. Orta hissədə hündürlük 2190 m (Taxan) təşkil edir. Ərazisi Myanma, Tailand və Malayziya kimi ölkərinin tərkibinə daxildir. Şimal-qərbdə Myammanın cənub hissəsi, şimal hissəsi Tailand, cənub hissəsi isə Malayziyanın ərazisini təşkil. Yarımadadan cənubda Sinqapur adası yerləşir.
Malay-Muynak (Uçalı)
Malay-Muynak (başq. Малай-Муйнаҡ, rus. Маломуйнаково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mansur kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 45 km, ən yaxın dəmiryol stansiyasından (Şartım stansiyası): 13 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (96 %) üstünlük təşkil edir.
Malay-Polineziya dilləri
Malay-Polineziya dil ailəsi – 4 budağa ayrılır: indoneziya, polineziya, meloneziya və mikroneziya. Bu dillər arasında indoneziya dilləri daha yaxşı öyrənilmişdir. Bunlardan ən geniş yayılanı yava, malqaş, taqal və malay dilləridir. İndoneziya və malay dilləri arasında fərq çox deyil, bu özünü yalnız orfoqrafiya və leksikada göstərir.
Birləşmiş Malay Milli Təşkilatı
Birləşmiş Malay Milli Təşkilatı (BMMT) - (malay dilində:Pertubuhan Kebangsaan Melayu Bersatu) — Malayziyada iri siyasi partiya. Uzvlərinin sayı - 2,4 mln. nəfər. Milli burjuaziya, iri sənayeçilər və torpaq sahiblərinin siyasi partiyası kimi Birləşmiş Malay Milli Təşkilatının əsası 1946-cı ildə qoyulmuşdur . Banisi - Dato Onn. 1952-1974-cü illərdə İttifaq partiyasının tərkibinə daxil olmuşdur. Malayların milli partiyası kimi Birləşmiş Malay Milli Təşkilatının proqramının müəllifi Abdul Rahman 1951-ci ildə partiyanın rəhbəri seşildi . 1952-ci ildə Malayziyanın Çin Assosiasiyası (MÇA) ilə siyasi ittifaqı yarandı və BMMT-MÇA koalisiyası paytaxta keçirilən bələdiyyə seçkilərində yerlərin 1/12 hissəsini qazanmışdır . 1954-cü ilin oktyabrında BMMT-MÇA ittifaqına Malayziyanın Hindistan Konqresi (MHK) də birləşdi və ölkənin iri milli icmalarının (malayların, çinlilərin və hindlilərin) maraqlarını təmsil edən İttifaq partiyasının yaradıldığı elan olundu. 1957-ci ildə ölkə müstəqilliyini elan etdikdən sonra İttifaq partiyası hakim partiya oldu.
Malay-Polineziya dil ailəsi
Malay-Polineziya dil ailəsi – 4 budağa ayrılır: indoneziya, polineziya, meloneziya və mikroneziya. Bu dillər arasında indoneziya dilləri daha yaxşı öyrənilmişdir. Bunlardan ən geniş yayılanı yava, malqaş, taqal və malay dilləridir. İndoneziya və malay dilləri arasında fərq çox deyil, bu özünü yalnız orfoqrafiya və leksikada göstərir.
Adi malay ayısı
Adi malay ayısı (lat. Helarctos malayanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin malay ayısı cinsinə aid heyvan növü. Öz cinsinin yeganə nümayəndəsidir. == Xarici görünüş == Malay ayısı ayıkimilər fəsiləsinə daxil olan növlər arasında ölçü baxımından ən kiçiyidir. Onun uzunluğu 1.5 m keçmir (üstəlik 3—7 sm-lik quyruq). Ayaqları qrərində hündürlüyü 50-70 sm, çəkisi 27—65 kq olur. Erkəklər bir qayda olaraq dişilərdən 10—20 % böyükdür. Bu canlılar uzun buruna malikdirlər. Üstəlik olduqca güçlüdürlər. Dırnaqları itidir.
Azərbaycan–Malayziya münasibətləri
Azərbaycan–Malayziya münasibətləri — Azərbaycan Respublikası ilə Malayziya arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin aprel ayının 5-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Səfyar Musayev olmuşdur. 4 mart 2016-cı il tarixindən Mahir Aslanov işçi qrupunun rəhbəridir.
Bruney–Malayziya münasibətləri
Bruney–Malayziya münasibətləri — Bruney sultanlığı və Malayziya arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında dövlət sərhəddinin uzunluğu 266 km təşkil edir. == Tarixi == Borneyonun şimalında ilk dövlət qurumları b.e.ə X əsrdə meydana gəlmişdir. X—XII əsrlərdə böılgə malay imperiyasından asılı vəziyyətdə olmuşdur. XVI əsrdən XIX əsrin ortalarına kimi Byuney sultanlığının ərazisi olmuşdur. 1891-ci ildə Borneoda yerləşən ingilis və holland müstəmləkəlləri arasında sərhəd müəyyən edilir. 16 sentyabr 1963-cü ildə uzun sürən danışıqlardan sonra Federativ Malayziya elan edilir. Bruney Şərqi Malayziyaya daxil olmaqdan imtina edir. 1970-ci illərdə iki ölkə arasınmda münasibətlər pisləşoir. Bunun əsəs səbəblərindən biri Bruneydə qadağan olunmuş Bruney Xalq Partiyasının 8 üzvünün Malayziyada siyasi sığınacaq alması olur.
Bulbophyllum malayanum
Bulbophyllum blepharistes (lat. Bulbophyllum blepharistes) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum blepharistes növü Assamdan Qərbi Malayziyaya qədər yayılmışdır. == Sinonim == Bulbophyllum malayanum J.J.Sm. Cirrhopetalum blepharistes (Rchb.f.) Hook.f. Cirrhopetalum longiscapum Teijsm. & Binn. Cirrhopetalum spicatum Gagnep. Phyllorchis blepharistes (Rchb. f.) Kuntze Phyllorchis longiscapa (Teijsm.
Bumiputra (Malayziya)
Bumiputra və ya Bumi Putra (Cavi: بوميڤوترا) - Malayziyada malay etnik qrupuna, Qərbi Malayziyada yaşayan oranq əsli qrupları və Şərqi Malayziyada yaşayan bir sıra etnik qruplara aid olan insanları digərlərindən fərqləndirmək üçün istifadə olunan termin. Bumiputra sözü iki sözün "Bhumi" (yer, torpaq) və "Putra" (oğul, övlad) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bumiputralar üçün Malayziyada bir sıra güzəştlər tətbiq olunmuş və onlar ölkənin digər sakinlərindən üstün hesab olunurlar.
Corctaun (Malayziya)
Corctaun Pinanq (ing. George Town) — Malayziyada şəhər. Pinanq ştatının (qubernatorluğunun) inzibari mərkəzi. == Əhalisi == Əhalisi 174,3 min nəfərdir (2007; aqlomerasiyada 1,7 mln. Əhalisinin sayına görə Kuala-Lampur paytaxt aqlomerasiyasından sonra ölkənin 2-ci şəhəri). == Coğrafiyası == Pinanq adasının şərq hissəsində, Malakka boğazı sahilində yerləşir. Qərbi Malayziyanın mühüm nəqliyyat mərkəzidir. Malakka yarımadası ilə körpü (1985; Cənub-Şərqi Asiyada ən uzun –13,5 km– körpülərdən biri), avtomobil və dəmiryol əlaqəsi var. Dəniz portu (yük dövriyyəsinə görə ölkədə 3-cü). Beynəlxalq aeroportdur (Pinanq-Bayan-Lepas).
Helarctos malayanus
Adi malay ayısı (lat. Helarctos malayanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin malay ayısı cinsinə aid heyvan növü. Öz cinsinin yeganə nümayəndəsidir. == Xarici görünüş == Malay ayısı ayıkimilər fəsiləsinə daxil olan növlər arasında ölçü baxımından ən kiçiyidir. Onun uzunluğu 1.5 m keçmir (üstəlik 3—7 sm-lik quyruq). Ayaqları qrərində hündürlüyü 50-70 sm, çəkisi 27—65 kq olur. Erkəklər bir qayda olaraq dişilərdən 10—20 % böyükdür. Bu canlılar uzun buruna malikdirlər. Üstəlik olduqca güçlüdürlər. Dırnaqları itidir.
Malaya Sennux adası
Malaya Sennux adası - Ağ dənizə daxil olan Oneqa körfəzində yerləşən ada. inzibati cəhətdən Rusiya Federasiyası Kareliya Respublikası, Belomorski rayonu ərazisinə daxildir. == Xüsusiyyətləri == Adanın masksimal hündürlüyü 4,3 metrdir. Adanın ölçüləri: 50 x 100 m. Sahillərində dərinlik 7 metr təşkil edir. Qabarmanın orta hündürlüyü 1 metrdir. Yaxınlığıında yerləşən ada — Bolşaya Sennux.
Malaya Vişera
Malaya Vişera — Rusiya Federasiyasında yerləşən şəhər. Novqorod vilayətinə daxildir.
Malaya Çerepaxa çayı
Malaya Çerepaxa çayı — Taqanroq ərazisindən axaraq Azov dənizinə tökülən kiçik çay == Çay haqqında == Malaya Çerepaxa çayı eyni adlı ərazidən axır. Çayın uzunluğu 3 kilometrdir. Malaya Çerepaxa çayı Taqanroq atçılıq zavodu ırazisindən axaraq Azov dənizinə tökülür. Axdığı ərazinin bir hissədi bstaqlıqlaşmış ırazisir. Bu səbəndən burada kollektorlar quaşdırılmışdır. Kollektor diametri 2 metr olan borularla çəkilmişdir. Malaya Çerepaxa çayının yatağı tullantılarla doldurulmuşdur. Çayın datağında yerləşən lilin qalınlığı dörd metrə çatır. 2005-ci ildə Malaya Çerepaxa çayında suyun keyfiyyətini yoxlamaq məqsədi ilə aparılan manitorinqin nəticələri: Ammonium (1,4 PDK), Nitrit (47,8 PDK), Fosfat (1,7 PDK), Marqans (6,3 PDK), Dəmir ( 2,4 PDK), Neft məhsulları (3,2 PDK), Nikel (2,3 PDK), Molibden (8 PDK). Suyunun fərkibi ağır metallsrla çirkləndirilmişdir.
Malayalam
Malayalam (malaya. മലയാളം - malayāḷam) - əsasən Hindistanın Kerala ştatında danışılan dil. Hindistanın 22 rəsmi dillərindən biridir. Kerala əyaləti və Lakşadvip və Pondiçerri birlik torpağlarında rəsmi dildir. Dravid dillərinə aiddir. 35 milyon nəfər bu dildə danışır. Malayalam, həm də Nilqris rayonunda, Kanyakumari rayonunda, Tamil Nadunun Koimbatoresində, və Karnatakanın Dakşina Kannada, Manqalore və Kodaqu rayonlarında danışılır.
Malayalam dili
Malayalam (malaya. മലയാളം - malayāḷam) - əsasən Hindistanın Kerala ştatında danışılan dil. Hindistanın 22 rəsmi dillərindən biridir. Kerala əyaləti və Lakşadvip və Pondiçerri birlik torpağlarında rəsmi dildir. Dravid dillərinə aiddir. 35 milyon nəfər bu dildə danışır. Malayalam, həm də Nilqris rayonunda, Kanyakumari rayonunda, Tamil Nadunun Koimbatoresində, və Karnatakanın Dakşina Kannada, Manqalore və Kodaqu rayonlarında danışılır.
Malayalamca
Malayalam (malaya. മലയാളം - malayāḷam) - əsasən Hindistanın Kerala ştatında danışılan dil. Hindistanın 22 rəsmi dillərindən biridir. Kerala əyaləti və Lakşadvip və Pondiçerri birlik torpağlarında rəsmi dildir. Dravid dillərinə aiddir. 35 milyon nəfər bu dildə danışır. Malayalam, həm də Nilqris rayonunda, Kanyakumari rayonunda, Tamil Nadunun Koimbatoresində, və Karnatakanın Dakşina Kannada, Manqalore və Kodaqu rayonlarında danışılır.
Malayalamca Vikipediya
Malayalamca Vikipediya (malaya. മലയാളം വിക്കിപീഡിയ) ) vikipediyanın Malayalamca bölməsidir. == Tarix == İlk dəfə bu dildə vikipediya Vinod Menon (Vinod Menon M.P.) tərəfindən əsası qoyulmuşdur (Imran William Smith). 21 dekabr 2002-ci ildə isə malayalamca bölmə hazırlanmışdır.

Значение слова в других словарях

наста́вничать неточёный ниспрове́ргнуть проми́н святе́йший шалбе́р акробати́чески меща́нство мира́б нама́зывать недобира́ть палеогра́фия подве́ять произво́дная греть здание протокол bewitchery chastener healthiness hillet machine-minder preprocessor spawner трёхсторонний