maliyyə xidmətləri

-Kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi;

maliyyə (mühasibat) hesabatı
maliyyə icarəsi
OBASTAN VİKİ
Belçika maliyyə xidmətləri və bazarları idarəsi
Belçika Maliyyə Xidmətləri və Bazarları İdarəsi Belçikada maliyyə tənzimləyicisidir. == Tarixi == Belçika Maliyyə Xidmətləri və Bazarları İdarəsi 1 aprel 2011-ci il tarixində maliyyə bazarları üçün məsuliyyəti bölüşdüyü "Əkiz zirvələr" adlanan model altında Belçikada yeni inteqrasiya olunmuş maliyyə tənzimləyicisi kimi Bank, Maliyyə və Bazarlar Komissiyasını əvəz etməklə Belçika Mərkəzi Bankı yaradılmışdır.
Lokallaşdırma xidmətləri
Lokallaşdırma xidmətləri hər hansı bir məhsulun, veb-saytın və ya kontentin müəyyən region, ölkə, yaxud bazar üçün adaptasiya edilməsi prosesidir. Bu prosesə aşağıdakılar daxildir: mətnlərin tərcüməsi; hədəf seçilən bazarların tələbatına uyğunlaşmaq üçün kontentin dəyişdirilməsi; tərcümə olunan mətnin düzgün əks olunması üçün dizayn və maketin adaptasiyası; yerli tələblərə uyğunlaşmaq (məsələn, valyuta, ölçü vahidləri və s.); vaxt, ünvan və telefon nömrələrinin yerli formatlarından istifadə; yerli qanunvericilik tələblərinə və digər normalara uyğunlaşma.Lokallaşdırma işlərini həyata keçirərkən mədəni xüsusiyyətlərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Reklam kampaniyasının hər bir kiçik elementi üzərində bəzən saatlarla düşünülür. Çünki kiçik bir nüans böyük bir uğursuzluğun səbəbi ola bilər. Hər hansı bir reklam mətni beynəlxalq bazara təqdim edildikdə bir çox mədəni nüansları nəzərə almaq, hər bir ölkədə onun doğuracağı reaksiyanı öncədən qiymətləndirmək lazımdır. Ona görə də dil xidmətləri göstərən şirkətlər hədəf bazarını seçərkən mədəni xüsusiyyətləri nəzərə almalı, mövcud mətnləri, yaxud digər reklam materiallarını həmin bazara uyğunlaşdırmalı, lazım gələrsə yenisini hazırlamalıdırlar.Lokallaşdırma zamanı daha bir vacib proses adların testləşdirilməsidir. Hər hansı şirkətin, məhsulun və ya xidmətin adının seçilməsi çox mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, hər hansı adın çoxdilli bazarlarda eyni məna kəsb etməsi çox yaxşı haldır. Lakin təhlillər göstərir ki, adın mənası və ya üslubu digər dillərə tərcümə edilərkən semantikası dəqiq ifadə olunmur. Hətta bəzən ad başqa dildə yanlış, qeyri-etik məna verə bilər.Qeyd etmək lazımdır ki, İnternetin inkişafı nəticəsində qlobal informasiya məkanının formalaşması beynəlxalq biznes üçün yeni imkanların yaranmasına gətirib çıxartmışdır.
Maliyyə
Maliyyə biznes maliyyəsi, fərdi maliyyə və ictimai maliyyəni əhatə edir. Maliyyəyə pul yığımı və adətən, pulun borc verilməsi də daxildir. Əsasən, zaman, pul və risk anlayışları və onların bir-biri ilə əlaqəsi ilə məşğuldur. Eyni zamanda, pulun xərclənməsi və büdcənin hazırlanması ilə də məşğuldur. Maliyyə prosesi, əsasən, fiziki və hüquqi şəxslərin banka əmanət yerləşdirməsi vasitəsilə işləyir. Bank pulu digər fiziki və hüquqi şəxslərə istehlak və ya investisiya məqsədilə kredit olaraq verir və onlardan faiz tələb edir. Kreditlər, son vaxtlarda artan sürətlə, yenidən satış üçün paketlənir, yəni investor krediti (borcu) ya bankdan, ya da birbaşa şirkətdən alır. İstiqraz vərəqləri şirkətlər tərəfindən investorlara birbaşa satılan borcdur, bu zaman investor faiz əldə edir və ya istiqraz vərəqini təkrar bazarda satır. Bank sektoru kredit təmin etməklə fondlaşmanın əsas vasitəçisi rolunda çıxış edir. Ancaq, şəxsi sərmayə, birgə fond, (mutual fund), qorunma fondları (hedge fund) və digər qurumlar müxtəlif istiqraz vərəqlərinə investisiya etməklə əhəmiyyət qazanmışlar.
Ekol Mühəndislik Xidmətləri
Ekol Mühəndislik Xidmətləri QSC — 2006-cı ildə yaradılan, ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü xidmətlər göstərən şirkət. Şirkətin pay sahibləri ARDNŞ (51%) və Panamanın "Lancer Services S. A." şirkətidir (49%). Panama şirkətinin sahibi "Union Grand Energy" şirkəti vasitəsilə Anar Əlizadədir. 2010-cu ildə Niderlandın AA Services şirkəti ilə birləşərək AAS — EKOL MMC şirkəti yaradılıb. 2010-cu il üçün şirkətin tabeliyində Kompleks Tədqiqatlar Laboratoriyası, Tullantıların emalı sahəsi, mexaniki təmizləyici qurğusu, Parafin təmizləmə sexi, Elektromexanika sexi var idi.
Hostinq Xidmətləri provayderi
Hostinq xidmətləri provayderi (İngiliscə hosted service provider (xSP) ), Hosting, İnternet və bulud xidmətləri göstərən provayderlər adlanır. Xidmət provayderləri İnternet Provayderlər, Hostinq Provayderlərinə bölünürdü. İndiki zamanda isə bu xSP kimi adlanır. Xidmətləri daxildir - Hostinq xidmətləri - Bulud həlləri (SaaS, IaaS xidmətləri) - İnternet xidmətləri xSP-yə nümunə olaraq Amazon, Google göstərmək olar.
Sosial şəbəkə xidmətləri
Sosial şəbəkələr – insanların oxşar şəxsi və ya karyera məzmununu, maraqlarını, fəaliyyətlərini, keçmişlərini və ya real həyat əlaqələrini paylaşan digər insanlarla sosial şəbəkələr və ya sosial əlaqələr qurmaq üçün istifadə etdikləri onlayn sosial media platformasının növü.Sosial şəbəkə xidmətləri formatına və funksiyalarının sayına görə dəyişir. Onlar masaüstü kompüterlərdə və noutbuklarda, planşetlər və smartfonlar kimi mobil cihazlarda işləyən bir sıra yeni informasiya və kommunikasiya vasitələrini birləşdirə bilərlər. Buna rəqəmsal foto/video/paylaşım və gündəlik qeydləri onlayn (bloq yazmaq) daxil edilə bilər. Onlayn icma xidmətləri bəzən tərtibatçılar və istifadəçilər tərəfindən sosial şəbəkə xidmətləri hesab edilir. Daha geniş mənada sosial şəbəkə xidməti adətən fərdi mərkəzli xidmət təqdim edir, lakin onlayn icma xidmətləri qrup mərkəzlidir. Ümumiyyətlə "müxtəlif məzmun növlərini onlayn mübadilə etmək üçün əlaqə şəbəkəsinin qurulmasını asanlaşdıran veb-saytlar" qarşılıqlı əlaqənin şəxsi əlaqələrdən kənarda davam etməsi üçün yer təmin edir. Kompüter vasitəçiliyi ilə qarşılıqlı əlaqə müxtəlif şəbəkələrin üzvlərini əlaqələndirir və yeni sosial və peşəkar münasibətlərin yaradılmasına, saxlanmasına və inkişafına kömək edə bilər.Sosial şəbəkə saytları istifadəçilərə ideyalar, rəqəmsal foto və videolar, yazılar paylaşmağa və sosial şəbəkə daxilindəki insanlarla onlayn və ya real dünyadakı fəaliyyətlər və hadisələr haqqında başqalarına məlumat verməyə imkan verir. Şəxslərarası sosial şəbəkələr, məsələn, kənd meydanı şəhərlərin ən erkən inkişafından bəri mövcud olsa da internet insanlara dünyanın müxtəlif yerlərində yaşayan başqaları ilə əlaqə yaratmağa imkan verir (internet bağlantısının olmasından asılıdır). Platformadan asılı olaraq üzvlər istənilən digər üzvlə əlaqə saxlaya bilər. Digər hallarda üzvlər əlaqəsi olan hər kəslə və sonradan əlaqəsi olan hər kəslə əlaqə saxlaya bilər.
Arbitraj (maliyyə)
Arbitraj — Qiymət fərqinə əsaslanaraq mənfəət əldə olunması və ya ziyandan qaçılması əməliyyatı. Eyni qiymətli kağızlar müxtəlif birjalarda eyni vaxtda fərqli qiymətlərə satılır. Bu zaman alış və satış qiymətləri arasında mövcud olan fərq bir birjaya nisbətdə digərində əlavə mənfəət qazanmaq və ya ziyandan yayınmaq imkanı yaradır. Arbitraj bazarda səmərəliliyin aşağı olması nəticəsində meydana çıxır və arbitraj nəticəsində müxtəlif bazarlarda qiymət uyğunsuzluğu aradan götürülür.
Beynəlxalq maliyyə
Beynəlxalq maliyyə (beynəlxalq monetar iqtisadiyyat və ya beynəlxalq makroiqtisadiyyat da adlanır) — iki və ya daha çox ölkə arasında pul və makroiqtisadi münasibətlərlə geniş şəkildə məşğul olan maliyyə iqtisadiyyatının bir sahəsidir. Beynəlxalq maliyyə qlobal maliyyə sisteminin dinamikasını, beynəlxalq pul sistemlərini, tədiyyə balansını, valyuta məzənnələrini, birbaşa xarici investisiyaları və bu mövzuların beynəlxalq ticarətlə necə əlaqəli olduğunu araşdırır.Beynəlxalq maliyyə, bəzən çoxmillətli maliyyə kimi də adlandırılır, əlavə olaraq beynəlxalq maliyyə idarəetməsi məsələləri ilə bağlıdır. İnvestorlar və transmilli korporasiyalar siyasi risk və valyuta riski, o cümlədən əməliyyat riski, iqtisadi risk və transfer riski kimi beynəlxalq riskləri qiymətləndirməli və idarə etməlidirlər.Beynəlxalq maliyyədə əsas anlayışların bəzi nümunələri Mandell-Fleminq modeli, optimal valyuta sahəsi nəzəriyyəsi, alıcılıq qabiliyyəti pariteti, faiz dərəcəsi pariteti və beynəlxalq Fişer effektidir. Beynəlxalq ticarətin tədqiqi əsasən mikroiqtisadi anlayışlardan istifadə etdiyi halda, beynəlxalq maliyyə sahəsində tədqiqatlar ilk növbədə makroiqtisadi konsepsiyaları araşdırır. Beynəlxalq maliyyənin monetar və siyasi riskləri daha çox onunla əlaqədardır ki, suveren dövlətlər valyuta buraxmaq, öz iqtisadi siyasətlərini formalaşdırmaq, vergilər yığmaq, insanların, malların və kapitalın öz sərhədləri boyunca hərəkətini tənzimləmək hüququna və səlahiyyətinə malikdirlər. == Tarixi == === Çin və fiat valyutası === Kağız pul ideyası min ildən çox əvvəl Çində Yuan, Tan, Sonq və Ming sülalələri dövründə yaranmışdır. Tan sülaləsi dövründə (618-907) metal pul vahidinə tələb yüksək idi ki, bu da qiymətli metalların təklifini üstələyirdi. İnsanlar artıq kredit notlarının istifadəsi ilə tanış idilər və tez bir zamanda kağız vərəqlərini və ya kağız qaralamaları qəbul etməyə başladılar.Sikkə qıtlığı bu insanları sikkələrdən əskinasa keçməyə məcbur etdi. Sonq sülaləsi dövründə (960-1276) Sıçuan bölgəsində biznes çiçəkləndi və bu, mis pul qıtlığına səbəb oldu. Bu, treyderlərin pul ehtiyatı ilə dəstəklənən şəxsi əskinaslar buraxmasına səbəb oldu.
Bon (maliyyə)
Bon — xəzinə, bələdiyyə orqanları və xüsusi firmalar tərəfindən buraxılan, alıcılıq və ödəmə vasitəsi kimi istifadə olunan qısamüddətli borc öhdəliyidir. Xırda pul surroqatı rolunu oynayır, birjada tədavül olunur və məzənnəsi təyin edilir. Xırda poçt köçürmələrinin tərtibi üçün istifadə olunur.
Delta (maliyyə)
Korporativ maliyyə
Korporativ maliyyə (təşkilatın maliyyəsi, ing. Corporate finance) — maliyyələşmə mənbələri, korporasiyaların kapital strukturu, menecerlərin firmanın səhmdarlar üçün dəyərini artırmaq üçün gördüyü tədbirlər və maliyyə resurslarının bölüşdürülməsi üçün istifadə olunan alətlər və təhlillərlə məşğul olan maliyyə sahəsi. == Tərifi == Amerikalı professor Stiven Rossun fikrincə, korporativ maliyyə biznes qərarları, pul vəsaitlərinin hərəkəti və firmanın səhmlərinin dəyəri arasındakı əlaqənin öyrənilməsidir. Bir sıra iqtisadçılar təşkilatın maliyyəsini təşkilatın təsərrüfat fəaliyyəti zamanı yaranan və onun pul vəsaitlərinin hərəkətinin formalaşması, bölüşdürülməsi və istifadəsi ilə bağlı olan iqtisadi münasibətlər kimi müəyyən edirlər. == Korporativ maliyyənin vəzifələri == Korporativ maliyyənin vəzifələrindən biri təşkilatın xərclərinin davamlı olaraq pul vəsaitləri ilə təmin edilməsidir. Təşkilatın təsərrüfat fəaliyyətinin maliyyələşdirilməsinin əsas mənbəyi onun öz kapitalıdır (nizamnamə kapitalı və mənfəət). Müəssisə aparmaq xərclərinin öz dövriyyə kapitalının həcmindən müvəqqəti artıq olması ilə təşkilat borc kapitalını cəlb edir. Uzunmüddətli ehtiyacları ödəmək üçün daha tez-tez istiqrazlar və ya səhmlər buraxılır və ya uzunmüddətli kreditlər alınır. Kreditin alınması və ya səhmlərin buraxılması ilə bağlı bu cür strateji qərarlar son nəticədə təşkilatın kapitalının strukturunu müəyyən edir . Qeyd etmək lazımdır ki, mənfəətin ənənəvi mühasibat göstəricisi iqtisadi mənfəət yaratmaq üçün istifadə olunan kapitalın cəlb edilməsi ilə bağlı fürsət xərclərini, həmçinin əlavə dəyər yaratmaq, dövriyyə vəsaitlərinin həcminə, kapital qoyuluşlarına nəzarət etmək üçün zəruri olan artımı nəzərə almır, lakin əsas vəsaitlərin və qeyri-maddi aktivlərin köhnəlməsi kimi qeyri-monetar göstəricini nəzərə alır, ona görə də bəzi maliyyə mütəxəssisləri şirkətin fəaliyyətinin əsas göstəricisi kimi gözlənilən diskontlaşdırılmış pul vəsaitlərinin hərəkətini seçirlər.
Maliyyə Nazirliyi
Azərbaycan Respublikası Maliyyə Nazirliyi – Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı. == Haqqında == Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. == Fəaliyyəti == Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlanması və həyata keçirilməsi Dövlət maliyyəsinin idarə olunmasının təşkil edilməsi Dövlət və icmal büdcələrin layihələrinin hazırlanması Dövlət büdcəsinin kassa icrasının təmin edilməsi Dövlət borcunun idarə edilməsi Mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsi Dövlət büdcəsi vəsaitindən istifadə == Tabeliyindəki qurumlar == Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi Dövlət Maliyyə Nəzarəti Xidməti Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi Maliyyə Elm-Tədris Mərkəzi Məlumat-Hesablama Mərkəzi "Maliyyə və uçot jurnalı redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti === Maliyyə Elm-Tədris Mərkəzi === SSRİ Maliyyə Nazirliyinin "Maliyyə orqanlarının işçiləri üçün qısamüddətli kursların və iqtisadi seminarların təşkili haqqında" 09 fevral 1968-ci il tarixli 36 saylı məktubuna uyğun olaraq, Azərbaycan SSR Maliyə Nazirliyinin 31 mart 1968-ci il tarixli A-13 saylı əmri ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu yaradılmış və həmin dövrdən fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30 sentyabr 1996-cı il tarixli 66 saylı əmri ilə "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu" "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursu adlandırılmışdır". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 91 saylı qərarı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursunun bazasında Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi yaradılmışdır. === Məlumat Hesablama Mərkəzi === Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Maliyyə Nazirliyinin 30 dekabr 1977-ci il № 716 əmrinə əsasən təşkil edilib və Respublika Dövlət müəssisəsi hesab edilir.1990-cı ilin yanvar ayından Maliyyə Nazirliyinin nəzdində tam təsərrüfat hesablı müəssisə kimi fəaliyyətə başlayıb.
Maliyyə Proqramlaşması
Maliyyə analizi
Maliyyə analizi — (maliyyə hesabatının təhlili, mühasibat təhlili və ya maliyyənin təhlili kimi də istinad edilir) biznesin, sub-biznesin və yaxud layihənin həyat qabiliyyətinin, sabitliyinin və gəlirliliyinin qiymətləndirilməsinə aiddir. Bu, maliyyə hesabatlarından və başqa hesabatlardan alınan məlumatlardan istifadə edən əmsallar və başqa metodlardan istifadə edərək hesabat hazırlayan mütəxəssislər tərəfindən həyata keçirilir. Adətən bu hesabatlar biznes qərarlarının qəbul edilməsində əsaslardan biri kimi yuxarı rəhbərliyə təqdim olunur. Maliyyə analizi müəssisənin aşağıdakıları edə biləcəyini müəyyən edə bilər: Əsas fəaliyyətinizi və yaxud fəaliyyətinizin bir hissəsini davam etdirmək və ya tam əksinə dayandırmaq; Öz məhsulunu hazırlamaq üçün müəyyən materiallar istehsal etmək və yaxud əldə etmək; Öz mallarınızın istehsalında müəyyən maşın və avadanlıqları əldə etmək və yaxud icarəyə vermək; Səhmləri buraxmaq və yaxud dövriyyə kapitalının artırılması üçün bank krediti haqqında danışıqlar aparmaq; İnvestisiya və yaxud kredit kapitalı ilə əlaqəli qərarlar qəbul etmək; Rəhbərliyə öz biznesinin həyata keçirilməsində müxtəlif alternativlər üzrə məlumatlı seçim etməyə imkan verən digər qərarlar qəbul etmək; == Şirkət səviyyəsində analiz == Maliyyə analitikləri tez-tez şirkətinin elementlərini aşağıdakı kimi qiymətləndirlər: Gəlirlilik – həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə gəlir əldə etmək və artımı saxlamaq qabiliyyətidir. Adətən, şirkətin gəlirlilik dərəcəsi şirkətin fəaliyyət nəticələri haqqında hesabat verən mənfəət və zərər hesabatına əsaslanır; Ödəmə qabiliyyəti – uzunmüddətli perspektivdə kreditorlar və başqa üçüncü şəxslər qarşısında öhdəliklərini ödəmək qabiliyyətidir; Likvidlik – təcili öhdəliklərin yerinə yetirilməsi zamanı müsbət pul axınını dəstəkləmək bacarığıdır; Stabillik – firmanın və yaxud şirkətin öz fəaliyyətini həyata keçirərkən əhəmiyyətli itkilərə məruz qalmadan, uzunmüddətli perspektivdə biznesdə qalmaq qabiliyyətidir. Şirkətin sabitliyinin qiymətləndirilməsi həm mənfəət və zərər hesabatının, həm də mühasibat balansının, həmçinin, başqa maliyyə və qeyri-maliyyə göstəricilərinin istifadəsini tələb edir.Həm ikinci, həm də üçüncü verilmiş şərtlər mühasibat balansına əsaslanır ki, bu da müəyyən bir vaxtda biznesin maliyyə vəziyyətini göstərir. == Üsullar == Maliyyə analitikləri tez-tez maliyyə göstəricilərini (ödəmə qabiliyyəti, gəlirlilik, artım və s.) müqayisə edirlər: Keçmiş göstəricilər – eyni şirkət üçün tarixi dövrlər üçün (məsələn, son 5 il ərzində) Gələcək göstəricilər – Tarixi şəxsiyyətlərdən və müəyyən riyazi və statistik üsullardan, o cümlədən indiki və gələcək dəyərlərdən istifadə etmək yolu ilə,bu ekstrapolyasiya üsulu maliyyə təhlilində səhvlərin əsas mənbəyidir, çünki keçmiş statistik məlumatlar gələcək perspektivlərin zəif proqnozlaşdırıcıları ola bilər. Müqayisəli göstəricilər – oxşar şirkətlər arasında müqayisəMaliyyə əmsallarının müqayisəsi maliyyə analizinin aparılmasının yalnız bir üsuludur. Maliyyə analitikləri faiz analizindən də istifadə edə bilərlər ki, bu da bir sıra rəqəmlərin bir baza məbləğindən faizlə azaldılmasını nəzərdə tuturdu.Məsəl üçün, bir qrup maddələr xalis gəlirin faizi kimi ifadə edilə bilər. Müəyyən bir müddət ərzində eyni göstəricinin mütənasib dəyişiklikləri faizlə ifadə edildikdə, bunu horizontal analiz adlandırırlar.Şaquli və yaxud ümumi ölçülü təhlil bəyanatdakı bütün maddələri bəzi əsas dəyərin faizi kimi "ümumi ölçüyə" endirir və bu da müxtəlif ölçülü digər şirkətlərlə müqayisə olunmağa kömək edir.
Maliyyə bazarı
Maliyyə bazarı (lat. financia — mövcudluq, gəlir) — qiymətli kağızların, qiymətli metalların, valyutaların və digər investisiya alətlərinin borc alınması, buraxılması, alqı-satqısı ilə əlaqəli iqtisadi münasibətlər sistemi. Maliyyə bazarında kapitalın səfərbər edilməsi, kreditlərin verilməsi, mübadilə əməliyyatlarının həyata keçirilməsi və vəsaitlərin istehsalda yerləşdirilməsi mövcuddur. Fərqli ölkələrdən borc verənlərin və borcalanların kapitalına tələb və təklifin birləşməsi dünya maliyyə bazarını təşkil edir. Maliyyə bazarının tərkib hissələri bunlardır: kredit kapitalı bazarı (pul bazarı, kredit bazarı), valyuta bazarı, qiymətli kağızlar bazarı (ilkin, ikincil, üçüncü dərəcəli), sığorta və təkrarsığorta bazarı, qiymətli metal bazarı. Maliyyə bazarının işini şirkətlər, banklar və digər kredit və maliyyə təşkilatları, birjalar təmin edir. Fərdi şəxslərin maliyyə bazarındakı əməliyyatlarda iştirakı milli qanunvericiliklə müəyyən edilir. Ölkədən asılı olaraq, maliyyə bazarının tənzimlənməsi tək bir qurum (Rusiyada olduğu kimi) və ya bir neçə qurum tərəfindən idarə edilə bilər. == Tarixi == Dünya maliyyə bazarının elementləri feodalizm dövründə yenidən formalaşmağa başladı. Əmtəə-pul münasibətlərinin inkişafı və qiymətli kağızların meydana çıxması ilə kapital bazarı formalaşdı.
Maliyyə hesabatları
Maliyyə hesabatları (ing. financial statements) — Bir qayda olaraq, mühasibat sənədlərindən çıxarılmış və maliyyə hesabatlarının əsas prinsiplərinə uyğun olaraq, müəyyən bir zaman kəsiyində müəssisənin iqtisadi ehtiyatları və ya öhdəlikləri barədə məlumatları və ya müəyyən bir dövr üçün əlaqədar dəyişiklikləri özündə əks etdirən qoşma fakturalardan ibarətdir. Bu termin maliyyə hesabatlarının tam dəstinə aid edilə bilər, lakin o, həmçinin ayrıca maliyyə hesabatına, məsələn, balans cədvəlinə və ya gəlir və xərclər haqqında hesabata və müvafiq izahedici qeydlərə də aid edilə bilər.Maliyyə hesabatlarının tam toplusu aşağıdakı komponentləri daxil edir: (a) hesabat dövrün sonuna olan maliyyə vəziyyəti (balans) haqqında hesabat; (b) hesabat dövrü üzrə maliyyə nəticəsi (mənfəət/zərər) haqıında hesabat; (c) hesabat dövrü ərzində kapitalda dəyişikliklər haqqında hesabat: (ç) hesabat dövrü ərzində pul vəsaitlərinin hərəkəti haqqında hesabat; (d) əhəmiyyətli uçot siyasətləri və sair izahedici açıqlamaları daxil edən qeydlər. (e) müəssisə uçot siyasətini əvvəlki kimi tətbiq etdiyi və ya öz maliyyə hesabatlarındakı maddələrə əvvəlkinə uyğun təkrar baxış tətbiq etdiyi və ya maliyyə hesabatlarındakı maddələri yenidən təsnifləşdirirdiyi zaman müqayisəli dövrün əvvəlinə olan maliyyə vəziyyəti haqqında hesabat və müəssisə hesabatlar üçün bu Standartda tətbiq olunan adlardan başqa adlar da istifadə edə bilər.
Maliyyə hüququ
Maliyyə hüququ — subyekti dövlət funksiyalarının həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyəsinin (dövlət və yerli özünüidarəetmə fondlarının vəsaitlərinin) formalaşması və xərclənməsi ilə bağlı münasibətlər olan hüquq normalarının sistemidir. Maliyyə hüququnun hüquq və hüquq elminin bir sahəsi kimi ayrılması əsasən postsovet dövlətləri üçün xarakterikdir. Romano-German hüquq ailəsi ölkələrində dövlət maliyyəsi tam hüquqlu ayrıca hüquq sahəsindən daha çox inzibati və ictimai hüquq çərçivəsində hüquqi tədqiqatların nisbətən müstəqil sahəsi kimi nəzərdən keçirilir. == Predmeti == Maliyyə hüququnun predmetinə əsasən vergi münasibətləri və müxtəlif səviyyələrdə büdcələrin formalaşdırılması və icrası üzrə fəaliyyətlər (dövlət vəsaitlərinin xərclənməsi, onların məqsədyönlü və səmərəli istifadəsinə nəzarət) daxildir. Sovet dövründə bank və sığorta sahəsində dövlət inhisarçılığı, o cümlədən valyuta inhisarı şəraitində müvafiq münasibətlərin tənzimlənməsi də maliyyə hüququna daxil edilirdi. İndi maliyyə hüququnun bir hissəsi kimi yalnız pul tədavülü və valyuta əməliyyatlarının tənzimlənməsinin nəzərə alınması nisbətən adi haldır, halbuki bank və sığorta işinin tənzimlənməsi mülki hüquq və inzibati hüquq elementləri olan mürəkkəb bir sahəyə çevrilmişdir. == Xüsusiyyətləri == həm inzibati, həm də təşkilati münasibətlərin (məsələn, büdcə vəsaitlərinin ayrılması) və dövlət və özəl qurumların mülkiyyət münasibətlərinin (vergi öhdəlikləri kimi) tənzimlənməsi; inzibati hüquqla sıx əlaqə: dövlət pullarının xərclənməsi istiqamətləri dövlət funksiyalarının icrasından ayrılmazdır; inzibati qanunvericiliyin və doktrinanın inkişafının müasir tələblərdən geri qaldığı şəraitdə öz təbiətinə görə inzibati hüquqa aid olan prosedurların postsovet maliyyə hüququ çərçivəsində formalaşdırılması; məsələn, vergi yoxlamaları və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə prosedurları belə formalaşdırıldı; tənzimləmə predmetinin parçalanması: məsələn, vergi münasibətləri maliyyə hüququnun predmetinə daxil edilir, əks münasibətlər, məsələn, büdcədən sosial ödənişlərlə bağlı olanlar isə sosial təminat hüququ çərçivəsində nəzərdən keçirilir; dövlət maliyyəsinin formalaşması və xərclənməsi ilə bağlı münasibətlərin hüquqi mahiyyəti pul dövriyyəsinin və valyuta əməliyyatlarının tənzimlənməsindən əsaslı şəkildə fərqlənir. == Ədəbiyyat == Нобель Петер. Швейцарское финансовое право и международные стандарты. М.: Инфотропик Медиа.
Maliyyə iqtisadiyyatı
Maliyyə iqtisadiyyatı — "pul fəaliyyətində cəmləşmə" ilə xarakterizə olunan iqtisadiyyatın bir hissəsidir ki, burada "əməliyyatın hər iki tərəfində bu və ya digər növ pullar görünə bilər". Beləliklə, real iqtisadiyyatla əlaqəli qiymətlər, faiz dərəcələri və səhmlər kimi maliyyə dəyişkənlərinin əlaqəsi ilə maraqlanır. İki əsas sahəyə malikdir: varlıq qiymətləri və korporativ maliyyə; birincisi kapital təmin edənlərin, yəni investorların, ikincisi kapital istifadəçilərinin baxış nöqtəsidir. Beləliklə, maliyyənin çox hissəsi üçün nəzəri əsaslar yaradır. Mövzu “iqtisadi məkanların həm məkanda, həm də zamanında qeyri-müəyyən bir mühitdə paylanması və yerləşdirilməsi” ilə əlaqədardır. Nəticə etibarilə, maliyyə bazarları və nəticədə ortaya çıxan iqtisadi və maliyyə modelləri və prinsipləri kontekstində qeyri-müəyyənlik qarşısında qərarların qəbul edilməsinə və qəbul edilə bilən fərziyyələrdən sınaq və ya siyasi nəticələr çıxarılmasına yönəlmişdir. Mikroiqtisadiyyat və qərar nəzəriyyəsinin əsasları üzərində qurulmuşdur. Maliyyə ekonometriyi, bu münasibətləri parametrləşdirmək üçün ekonometrik metodlardan istifadə edən maliyyə iqtisadiyyatının bir hissəsidir. Riyazi maliyyə, maliyyə iqtisadiyyatı tərəfindən təklif olunan riyazi və ya ədədi modelləri əldə edəcək və genişləndirəcəkdir. Burada iqtisadi nəzəriyyə ilə uyğunlaşmaqdan çox riyazi tutarlılığa diqqət yetirilir.
Maliyyə piramidaları
Piramida sxemi (Ponzi sxemi) — sərmayə qoymaq, mal satmaq və ya xidmətlər göstərməklə deyil, sxemdə iştirak edənlərin sayını artırmaqla nağd ödəmələr və ya başqa bir gəlir forması vədinə əsaslanan iş modeli. Sxem üzvlərinin sayı həndəsi irəliləmənin qanunlarına görə artdıqca, üzvlərin çoxunun qazanc əldə edə bilməməsi səbəbindən yeni gələnləri cəlb etmək mümkün olmayacaq. Piramida sxemləri qeyri-sabitdir və çox vaxt qanunsuzdur. Bir neçə pilləli marketinq planları piramida sxemləri kimi təsnif edilmişdir. == Konsepsiya və əsas modellər == Piramida sxemlərində təşkilatçılar müraciət edənləri işi qəbul etdikləri yeni üzvlərdən aldıqları pulun bir hissəsini yeni üzvlərə vəd edərək giriş haqqı ödəməyə məcbur edirlər. Toplanan vəsaitlərin bir hissəsi, hər hansı bir real iş görüb-etməməsindən asılı olmayaraq sxemin faydalı olduğu təşkilatçıların gəlirləridir. Sxemə üzvlüyün özü yeni gələnləri cəlb etməyə və piramidanın zirvəsinə pul köçürməyə davam etmək üçün güclü bir təşviq olur. Belə təşkilatlar nadir hallarda mal və ya xidmətləri real qiymətə satırlar. Bu sxem üçün əsas gəlir mənbəyi çox sayda yeni gələnləri cəlb etmək və ya mövcud üzvlərdən əlavə ödəniş tələb etməkdir. Piramidaların davranışı eksponent bir böyümə cədvəlini çox yaxından izləyir.
Maliyyə qrupu
Maliyyə qrupu, Maliyyə-sənaye qrupu - qanunla nəzərdə tutulmuş qayda və şərtlərə uyğun olaraq, maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə əsasında öz aktivlərini tamamilə və ya qismən birləşdirmiş hüquqi şəxslərin (əsas və törəmə müəssisələrin) məcmusudur. Tərkibində xarici hüquqi şəxslərin iştirak etdiyi maliyyə-sənaye qrupu transmilli maliyyə-sənaye qrupu hesab olunur. Hökumətlərarası saziş əsasında yaradılan maliyyə-sənaye qrupları dövlətlərarası (beynəlxalq) maliyyə-sənaye qrupu statusuna malik olur. Maliyyə-sənaye qrupuna muəssisələr, idarələr, təskilatlar, maliyyə-kredit idarələri, investisiya institutları daxil olur. Maliyyə-sənaye qrupları texnoloji və ya iqtisadi məqsədlərlə, əmtəə və xidmətlər satısının genisləndirilməsinə və rəqabət qabiliyyətinin yuksəldilməsinə yonəldilmis investisiya və digər layihə və proqramların həyata kecirilməsi ucun; istehsalın səmərəlilik və rəqabət qabiliyyətinin yuksəldilməsi, yeni is yerlərinin təskili ucun; səmərələsdirici kooperasiya əlaqələrinin yaradılması, ixrac potensialının artırılması, elmi-texniki tərəqqinin surətləndirilməsi, mudafiə muəssisələrinin konversiyası ucun yaradılır.
Maliyyə riski
Maliyyə riski — maliyyə resurslarının (pul vəsaitlərinin) itirilməsi ehtimalı ilə bağlı risk).Maliyyə riskləri pul dövriyyəsinin yaranması və müxtəlif növ pul münasibətlərinin yaranması ilə eyni vaxtda yaranmışdır: investor — emitent, kreditor — borcalan, satıcı — alıcı, ixracatçı — idxalçı və s. Maliyyə riskləri bazar şəraitində sahibkarlıq fəaliyyətinin tərkib hissəsidir.Adam Smit sahibkarlıq mənfəətinin mahiyyətini tədqiq edərək və təhlil edərək, sahibkarlıq fəaliyyəti ilə bağlı mümkün itkilərin kompensasiyası şəklində "risk ödənişi" kimi sahibkarlıq gəlirinin strukturunda belə bir komponenti qeyd etmişdir. == Maliyyə risklərinin təsnifatı == Maliyyə riskləri üç növə bölünür: Pulun alıcılıq qabiliyyəti ilə bağlı risklər; Kapital qoyuluşu ilə bağlı risklər (investisiya riskləri); Təşkilatın təsərrüfat fəaliyyətinin təşkili forması ilə bağlı risklər. Pulun alıcılıq qabiliyyəti ilə bağlı risklərPulun alıcılıq qabiliyyəti ilə bağlı risklərə aşağıdakılar daxildir: inflyasiya və deflyasiya riskləri; valyuta riskləri; likvidlik riskləri.İnflyasiya riski pulun amortizasiyası (kapitalın real dəyəri) ehtimalı və inflyasiya səbəbindən real pul gəlirlərinin və mənfəətin azalması ilə əlaqələndirilir. İnflyasiya riskləri aktı: bir tərəfdən, hazır məhsulun maya dəyərinin artması ilə müqayisədə istehsalda istifadə olunan xammalın, komponentlərin maya dəyərinin daha sürətli artımı istiqamətində; digər tərəfdən, müəssisənin hazır məhsulları rəqiblərin oxşar məhsulları ilə müqayisədə daha tez bahalaşa bilər ki, bu da qiymətlərin aşağı salınması zərurətinə və müvafiq olaraq itkilərə səbəb olacaqdır.Deflyasiya riski deflyasiya artdıqca qiymətlərin düşməsi riskidir ki, nəticədə biznesin aparılması üçün daha pis iqtisadi mühit yaranır və gəlirlər azalır. Valyuta riski valyuta məzənnəsinin əlverişsiz ucuzlaşması riskinə aiddir. İxracatçı daha aşağı real dəyər alacağı üçün milli valyutanın məzənnəsi ödəniş valyutasına nisbətdə yüksəldikdə itkilərə məruz qalır. İdxalçı üçün qiymətin ödəniş valyutasına nisbətdə məzənnəsi yüksəldikdə valyuta riskləri yaranır. Likvidlik riskləri qiymətli kağızların və ya digər malların keyfiyyətinin və istehlak dəyərinin qiymətləndirilməsinin dəyişməsi nəticəsində onların satışında itki ehtimalı ilə bağlı risklərdir. === Kapital qoyuluşu ilə bağlı risklər === İnvestisiya riski investisiya layihəsinin həyata keçirilməsi prosesində maliyyə itkiləri ehtimalını ifadə edir.
Maliyyə savadlılığı
Maliyyə savadlılığı - Maliyyə savadlılığı fərdlərin büdcə, qənaət, borc alma və investisiya kimi təməl maliyyə anlayışları mövzusunda real iqtisadi şərtləri də nəzərə alaraq qəraralma qabiliyyətidir . İnsanların şəxsi maliyyə vəziyyətini necə idarə edəcəyi qabiliyyətini göstərən bir səviyyədir. Gündəlik həyatda insanlar qarşılaşdığı maliyyə vəziyyətlərinə qarşı öz problemlərini necə həll edə bilmə və planlı bir şəkildə qərarlar almanı göstərən kafilik, ya da qabiliyyətidir. Düzgün maliyyə qərarlarının verilməsi və fərdlərin maddi rifahının yaxşılaşdırılması üçün zəruri olan məlumatlılıq səviyyəsi, bilik, bacarıq, baxış və davranışlar toplusudur. İƏİT – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (ing. ing. Organization for Economic Co-operation and Development, OECD – demokratiya və bazar münasibətli iqtisadiyyat prinsipini qəbul edən inkişaf etmiş ölkələri birləşdirən beynəlxalq təşkilat) maliyyə savadlılığını bu şəkildə ifadə edir: “Maliyyə istehlakçılarının öz rifah hallarını yaxşılaşdıra bilmək üçün maliyyə məhsulları və konsepsiyalarını başa düşmək, maliyyə risklərini və imkanlarını qiymətləndirmək, məlumatlı seçimlər etmək və digər səmərəli addımlar atmaq üzrə bacarıqlar toplusudur”. Maliyyə savadlılığı anlayışı ABŞ və Avstraliyada Financial literacy (maliyyə savadlılığı), Kanada və İngiltərədə Financial capability (maliyyə qabiliyyəti) olaraq təyin olunmaqdadır. == Xarici keçidlər == Uzunmüddətli qənaət və investisiyalar üçün maliyyə savadlılığı Maliyyə savadlılığı Arxivləşdirilib 2017-06-06 at the Wayback Machine Mərkəzi Bank “Maliyyə savadlılığı” layihəsi çərçivəsində tədbirlərini davam etdirir Maliyyə savadlılığı.Layihə haqqında Elmin İnkişafı Fondu ”Gənc alimlər və maliyyə savadlılığı” “Gənc alimlər və maliyyə savadlılığı” müsabiqəsi elan edilib Finansal okuryazarlık nedir? Finansal Okuryazarlık nedir ?
Maliyyə sistemi
Maliyyə sistemi — ümumi ictimai məhsulun bölüşdürülməsi və yenidən bölüşdürülməsi üçün təkrar istehsal prosesinin bütün subyektləri arasında pul münasibətlərinin təşkili forması. == Mahiyyəti == Ümumi sosial məhsulun dəyərinin bölüşdürülməsi və yenidən bölüşdürülməsi prosesi maliyyənin təşkili, tənzimlənməsi və planlaşdırılması sistemini, təsərrüfat subyektlərindən, işçilərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından maliyyə resurslarının formalaşdırılması və istifadəsi yollarını özündə birləşdirən maliyyə mexanizmidir. Ümumi ictimai məhsulun dəyərinin bölüşdürülməsi prosesində təsərrüfat münasibətlərinin subyektləri (dövlət, təsərrüfat subyektləri, işçilər və yerli özünüidarəetmə orqanları) müxtəlif pul gəlirləri fondlarını toplayırlar. == Strukturu == Təsərrüfat subyektlərinin gəlir əldə etmə üsullarından asılı olaraq maliyyə sistemi adətən iki sahəyə bölünür: mərkəzləşdirilmiş və ya dövlət maliyyəsi; mərkəzləşdirilməmiş maliyyəMaliyyə sistemi də dörd alt sistemə bölünür: dövlət maliyyəsi; müəssisə maliyyəsi; maliyyə bazarı; beynəlxalq maliyyədövlət maliyyəsi — pul münasibətləri sahəsidir ki, burada ümumi daxili məhsulun dəyərinin və milli sərvətin bir hissəsinin formalaşması, bölüşdürülməsi və yenidən bölüşdürülməsi, dövlətin idarə edilməsi üçün dövlət vəsaitlərinin formalaşdırılması və istifadəsi, onun müdafiəsi və daxili ehtiyaclarının ödənilməsi baş verir. Təsərrüfat subyektlərinin maliyyəsi — müəssisənin özünün fəaliyyətini təmin etmək üçün nəzərdə tutulmuşdur. Öz növbəsində müəssisənin maliyyəsi ölkənin maliyyə sisteminin əsasını təşkil edir, çünki müəssisə ümumi daxili məhsulun ən böyük hissəsini yaradır. Maliyyə bazarı — maliyyə resurslarının alqı-satqısı prosesində yaranan mübadilə və yenidən bölüşdürmə münasibətlərini təmsil edir. Bazar şəraitində onun vasitəsilə maliyyə sistemi ilə iqtisadi sistemin əlaqələndirilməsi həyata keçirilir, həmçinin maliyyə sisteminin digər sahələrini birləşdirir. Maliyyə bazarının təşkilati strukturunun əsasını birja təşkil edir. Beynəlxalq maliyyə — dövlətlər, beynəlxalq təşkilatlar və institutlar arasında mübadilə və yenidən bölüşdürmə ilə bağlı yaranan münasibətlərlə xarakterizə olunur.
Maliyyə siyasəti
Maliyyə siyasəti – Maliyyə qanunvericiliyinə əsaslanan, dövlətin və onun orqanlarının qarşıda duran vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan ictimai maliyyənin (dövlət və bələdiyyə idarələrinin pul fondları) yaradılmasına, yayılmasına və istifadə olunmasına yönəldilmiş dövlət və bələdiyyələrin onların orqanlarının timsalında sistematik fəaliyyətidir. Maliyyə siyasəti həm də kateqoriya adlandırıla bilər. Bu termin adətən maliyyə menecmenti ilə məşğul olan iqtisadçılar tərəfindən tətbiq edilir. Yəni, onu maliyyə menecmenti metodu aləti və məqsədi kimi götürülən maliyyə münasibətlərinin sosial-iqtisadi mahiyyəti kimi götürsək kateqoriya kimi qəbul etməliyik. Maliyyənin məqsədi - gələcəkdə maliyyə fəaliyyətinin ən ideal nəticələridir. Maliyyə siyasətinin məqsədi isə - dövlətin mövcud sosial münasibətlər sisteminin möhkəmləndirilməsi və maliyyə vəsaiti ilə təmin edilməsidir. Maliyyə siyasətini həyata keçirmək üçün maliyyə mexanizmindən istifadə olunur. == Maliyyə siyasətinin çatışmazlıqları == Hal-hazırda maliyyə siyasətinin çatışmazlıqları daha kəskin nəzərə çarpır və bu respublikamızın sosial-iqtisadi inkişafını ləngidən amilə çevrilir. Bu çatışmazlıqlar aşağıdakıladır: Maliyyə siyasətinin doqmatik xarakter daşıması (təşəbbüskarlığın olması) və ölkənin inkişaf şəraitinin dəyişməsinə dərhal reaksiya vermək qabiliyyətinin olması. Strateji xarakter daşıyan konsepsiyaların işlənib hazırlanması.
Maliyyə texnologiyası
Maliyyə texnologiyası (qısaldılmış ing. fintech və ya ing. FinTech, azərb. fintex‎ və ya azərb. FinTex‎) maliyyə xidmətlərinin göstərilməsində ənənəvi maliyyə metodları ilə rəqabət aparmağı hədəfləyən texnologiya və innovasiyadır. Süni intellekt, Blokçeyn, Bulud texnologiyası və Böyük verilənlər FinTex-in “ABCD” (dörd əsas sahə)-si qəbul edilir. Fintech sektoru maliyyə əməliyyatlarını təkmilləşdirmək üçün texnologiyadan istifadə edən inkişaf etməkdə olan bir sektordur. Mobil bankçılıq, investisiya, borc xidmətləri və kriptovalyuta üçün smartfonların istifadəsi, maliyyə xidmətlərinin geniş ictimaiyyət üçün daha əlçatan olmasını hədəfləyən FinTex həlləridir. Maliyyə texnologiyaları şirkətləri həm startap, həm də mövcud maliyyə institutları və maliyyə şirkətləri tərəfindən təqdim olunan maliyyə xidmətlərinin istifadəsini dəyişdirməyə və ya təkmilləşdirməyə çalışan texnologiya şirkətlərindən ibarətdir. Sığorta sənayesinə yönəlmiş fintech şirkətlərinin bir hissəsi birlikdə insurtech və ya insuretech şirkətləri kimi tanınır.
вска́кивать двудо́льные диатони́ческий дифтонгиза́ция зову́щий корытообра́зно многобо́рка надбрю́шный перема́рывание эсте́тность а́ура гипро́к зара́зный костро́вый паркинсони́зм подмо́тка прохинде́йка френоло́гия disorganizer flying crane numerary peridotite peteman звездоплаватель сарай