MALYEMƏZDİG
MAMA
OBASTAN VİKİ
Kani Mam Seyid (Nəqədə)
Kani Mam Seyid (fars. ‎‎كاني مام سيد‎‎) və ya Kəpəkli - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 236 nəfər yaşayır (42 ailə).
Afrika mamontu
Afrika mamontu (lat. Mammuthus africanavus) — Bioloji növ olaraq Mamontlar cinsinə aiddir. Onlar 3 milyon il öncə yaşamışdır. Onlar Liviya, Mərakeş, Tunis və Cad kimi ölkələrin ərazisində yayılmışdır.
Aleksandr Dmitriyev-Mamonov
Aleksandr Matveyeviç Dmitriyev-Mamonov (rus. Александр Матвеевич Дмитриев-Мамонов, (1758–1803) — II Yekaterinanın favoriti. == Həyatı == Aleksandr Matveyeviç Dmitriyev-Mamonov (1758-1803) şöhrətli İzmayılov alayında Potyomkinin adyutantı idi. Yekaterinanın sevgilisi gənc general Lanskoy öləndə tək qalıb qüssələnən imperatriçanın hüzuruna Mamonovu Potyomkin göndərmişdi. Fikirləşmişdi ki, belə gözəl oğlandan imperatriça keçməz, yalnız bu gənc onun göz yaĢlarını quruda biləcəkdi, nəhayət. Feldmarşal Potyomkin öz zənnində yanılmadı. Mamonov Lanskoyu əvəz edə bildi. O Yekaterinanın həyatına çoxlu sevinclər, bayramlar bəxş etdi. Potyomkin əvvəl tək qalan çariçanın hüzuruna Aleksey Yermolovu (sonralar Qafqazın qənimi) göndərmişdi. Yermolov da Mamonov kimi Potyomkinin öz adyutantı idi.
Altınbek Mamayusupov
Altınbek Mamayusupov (qırğ. Алтынбек Мамаюсупов; 1981, Qırğızıstan) — Türkdilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA) Baş Katibi və Qırğızıstan Respublikası parlament nümayəndəsi. == Həyatı == Altınbek Mamayusupov 1981-ci ildə Qırğızıstanda anadan olmuşdur. Qırğızıstan Beynəlxalq Universitetində oxumuşdur. Buradan 2008 ildə məzun olmuşdur. Daha sonra Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını 2012-ci ildə bitirmişdir. Eyni zamanda 2004-ci ildə Londonda yerləşən Aspekt Kaplan və 2005-ci ildə də Vestfild Biznes Məktəbini bitirmişdir.Mamayusupov 2009-2013 illəri arasında Qırğız Respublikası Jogorku Keneşinin Protokol və işlər şöbəsində baş məsləhətçi, Protokol, Pasport və Viza xidmətinin müdiri, Beynəlxalq Əlaqələr və diplomatik Protokol şöbəsinin müdiri, Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdir müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Beynəlxalq Əlaqələr sektoru və Protokol bölməsinin müdiri vəzifələrində işləmişdir.O, 1-ci dərəcə dövlət müşaviridir. Mamayusupov qırğız, rus, ingilis və türk dillərini bilir. == Diplomatik karyerası == Altınbek Mamayusupov diplomatik xidmətə 2013-cü ildə başlamışdır.2013-ci ildən 2017-ci ilə qədər Türkdilli Ölkələrin Parlament Assambleyası Baş Katibinin Müavini vəzifəsini davam etdirmişdir. 8 dekabr 2017-ci il tarixində Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TÜRKPA yeddinci Plenar Sessiyasında 4 illik müddətə Baş Katib olaraq seçilmişdir.
Andrey mamırı
Andrey mamırı (lat.
Arbi Mamakayev
Arbi Şəmsədinoviç Mamakayev (çeç. Мамакаев Iарби Шамсудди-кӏант;2 dekabr 1918, Nadtereçnoye, Terek vilayəti – 24 avqust 1958) — Çeçen sovet yazıçısı, tərcüməçi, çeçen ədəbiyyatının klassiki olan Vaynax ədəbiyyatının banilərindən biri. == Həyatı == Arbi Mamakayev 1918-ci il dekabrın 2-də Aşağı Naur kəndində kəndli ailəsində anadan olub. Erkən yaşlarınan atasız və anasız qalıb. Sernovodsk kəndindəki uşaq evində tərbiyə alıb, sonra fəhlə fakültəsində oxuyub. 1930-cu illərdə o, "Leninski put" qəzetində və radioda işləməyə başlayıb, dramaturqlar kursuna daxil olub. Ərbi Mamakayevin ilk şeirləri 1934-cü ildə çap olunub. "Terekin dalğaları" adlı ilk toplusu 1940-cı ildə nəşr edilib. Şairin ən məşhur əsərlərindən biri də "Əslaq və Səlixət" poemasıdır. 1941-ci ildə danon ilə o, ilk dəfə əksinqilabi fəaliyyətdə ittiham edilərək həbs edilərək, altı ay həbsdə saxlanılıb.
Arbi Mamakayev adına Ədəbi Memorial Muzeyi
Arbi Mamakayev adına Ədəbi Memorial Muzeyi — Tanınmış Çeçen yazıçısı Arbi Mamakayevin həyat və yaradıcılığına həsr olunmuş muzeydir. Muzey 1989-cu ildə yazıçının oğlu Eduard Mamakayev tərəfindən Nadterek rayonunda yaradılıb. == Təsviri == Muzey Arbi Mamakayevin doğulub boya-başa çatdığı XIX əsrin sonlarına aid olub, sonradan bərpa edilmiş yaşayış binasında yerləşir. Muzeyin tərkibinə respublikanın tanınmış ictimai-siyasi xadimləri, elm və mədəniyyət xadimləri tərəfindən əkilmiş ağaclardan ibarət əlavə tikililər, xatirə bağı da daxildir. Binanın qarşısında yazıçının büstü qoyulub. Muzeyin fondları 3 mindən çox eksponatdan ibarətdir. Muzey Çeçenistan Respublikası Milli Muzeyinin bir şöbəsidir.Arbi Mamakayevin evinin otaqları və iş otağı sağlığında olduğu kimi bərpa edildi. Ekspozisiyada yazıçının həyatı və yaradıcılığı ilə birbaşa əlaqəli eksponatlarla yanaşı, çeçenlərin həyatına, mədəniyyətinə və tarixi irsinə həsr olunmuş bir çox eksponatlar da var. Muzeyi hər il Çeçenistan, Rusiya və Müstəqil Dövlətlər Birliyi ölkələrindən minlərlə ziyarətçi ziyarət edir.Muzey əməkdaşlarının səyi nəticəsində muzey nəinki öz işini bir gün belə dayandırmadı, hətta mövcudluğunun ən çətin illərində belə fəaliyyətini uğurla davam etdirdi. Birinci və İkinci Çeçen müharibələri illərində muzeyi federal qoşunların əsgərləri və yaxınlıqda xidmət edən Daxili İşlər Nazirliyinin əməkdaşları ziyarət edirdilər.
Arif Mamedov
Arif Məhəmməd oğlu Məmmədov (25 fevral 1961, Qızılhacılı, Qasım İsmayılov rayonu) — AMEA-nın müxbir üzvü (2017). == Həyatı == 25 fevral 1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. 1989–1994-cü illədə Azərbaycan Dövlət Neft Akademiyası; 1995–2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti; 2004–2014 Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filial. AMEA Rəyasət Heyətinin Fəxri fərmanı; Ali Hərbi Dənizçilik Akademiyasının Fəxri fərmanı; Bərdə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı; Salyan rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur. Hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda şöbə müdiri vəzifəsində çalışır. == Fəaliyyəti == Bərdədə aparılmış arxeoloji qazıntıların nəticələri orada 3000 illik şəhər mədəniyyətinin olduğunu sübuta yetirmişdir. Gəncədə aparılan arxeoloji qazıntılar nəticəsində Antik və İlk orta əsr şəhər yeri müəyyənləşdirilmişdir Salyanda aparılmış arxeoloji qazıntılar nəticəsində Muğan – Babazanlı abidəsinin 2800 illiyi müəyyənləşdirilmişdir Gəncəbasar IV–XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat) namizədlik dissertasiyasının müdafiə etmişdir. Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər) doktorluq dissertasiyasını müdafiə etmişdir. 6 müəlliflik şəhadətnamələrinin və patentinə sahibdir. İndiyədək 15-i xaricdə olmaqla, 115 əsəri çapdan çıxmışdır.
Askar Mamin
Askar Uzakbay oğlu Mamin (qaz. Асқар Ұзақбайұлы Мамин; 23 oktyabr 1965, Selinoqrad) – Qazaxıstanın keçmiş baş naziri. 9 sentyabr 2016–21 fevral 2019-cu illər arasında baş nazirin müavini, 21 fevral 2019-cu il tarixindən isə baş nazir postuna təyin edilmişdir. Bir müddət "Qazaxıstan Dəmir Yolları" qurumuna rəhbərlik etmişdir. 2008-ci ildən isə "Qazaxıstan Buzüstü Xokkey Federasiyası"nın rəhbəri mövqeyindədir. == Həyatı == Mamin Tselinoqrad İnşaat Mühəndisliyi İnstitutunu və Plexanov adına Rus İqtisad Universitetini mülki mühəndislik və iqtisadiyyat ixtisasları ilə bitirmişdir. Kariyerasına "Tselintyazstroy" etimadının bir hissəsi kimi başladı. Qazaxıstanın İnnovativ Müəssisələr Birliyinin Baş Direktor müavini vəzifəsində çalışmışdır. 1996-2008-ci illər arasında Astana şəhərinin birinci müavini, Qazaxıstan Respublikası Nəqliyyat və kommunikasiya nazirinin müavini, Qazaxıstan Respublikası Sənaye və Ticarət nazirinin birinci müavini vəzifəsində çalışmışdır.
Ayxan Mamayev
Ayxan Mamayev (3 dekabr 1991, Bakı) — Əslən Axısxa türkü olan Azərbaycanlı karateçi. Azərbaycan çempionu, gənclər arasında Avropa və Dünya çempionu, Avropa Oyunlarının qızıl medalçısı, III və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı. == Həyatı == Ayxan Mamayev 3 dekabr 1991-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində alıb. == Karyerası == İlk dəfə karate ilə 7 yaşında məşğul olmağa başlamışdır. İlk medalı (bürünc) 6 ay sonra qazanmışdır. İlk dəfə 2008-ci ildə 17 yaşında Azərbaycan çempionu olmuşdur. 2011-ci ildə Malaziyada (Melaka) 19 yaşında −78 kq. gənclər arasında dünya çempionu olmuşdur. 2012-ci ildə Bakıda (20 yaşında) −78kq.
Azərbaycan Mambetov
Azərbaycan Mədi oğlu Məmbətov (qazaxca: Әзірбайжан Мәдиұлы Мәмбетов, 2 sentyabr 1932—ci il, Savinka kəndi, Palasov kantonu, Volqa Alman Muxtar Sovet Respublikası, Aşağı Volqa diyarı, Rusiya Sovet Federativ Sosialist Respublikası - 17 noyabr 2009-cu il Astana, Qazaxıstan) — SSRİ, Qazaxıstan kino və teatr rejissoru, pedaqoq, SSRİ xalq artisti (1976), SSRİ Dövlət Mükafatı laureatı (1974), Qazaxıstan Xalq Qəhrəmanı (2000). == Həyatı == Azərbaycan Mədi oğlu Məmbətov 2 sentyabr 1932—ci ildə Savinka kəndi, Palasov qəsəbəsi (hazırda şəhər), Volqa Alman Muxtar Sovet Respublikası, Aşağı Volqa diyarı, Rusiya Sovet Federativ Sosialist Respublikasında (bəzi mənbələrə görə sentyabrın 2-də hazırkı Rusiya Federasiyası, Volqoqrad vilayəti) Palasov şəhərində) anadan olmuşdur. Milliyyətcə qazaxdır. Müharibə zamanı ailə Alma-Ataya köçmüşdür. 1952-ci ildə N.Qoqol adına Alma-Ata Teatr və Rəssamlıq Məktəbinin aktyorluq hissəsini bitirmişdir. Təhsil aldığı müddətdə eyni zamanda Alma-Ata xoreoqrafiya məktəbinin rəqs şöbəsində rəqs etmişdir. Həmçinin təhsil aldığı dövrdə Qazaxıstan SSR Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1957-ci ildə Moskvada Rusiya Teatr Sənəti İnstitutunda rejissorluq şöbəsini bitirmişdir (N.M.Qorçakov və A.A.Qonçarovun tələbəsi olmuşdur). Hələ tələbə ikən, filmlərdə rol almışdır. A.P.Staynın "Şəxsi İş", K.Qoldoninin "İki Ustanın Xidmətçisi" tamaşalarını Atırau və Jambul vilayət dram teatrlarının səhnələrində səhnələşdirmişdir.
Ağ mamır
Torf mamırları (lat. Sphagnopsida) — bitkilər aləminin mamırkimilər şöbəsinin sphagnophytina yarımşöbəsinə aid bitki sinfi. Gövdə və yarpaqlarında xloroplastla yanaşı boş ölü hüceyrələri də olur. 20-30 sm hündürlükdə olurlar. Yaşlaşanda isə 2-3 sm artıb eyni anda gövdədən 2-3 sm itirilər. İtirilmiş hissə torfa çevirilir. Budaqlanmayan üzəri sıx ensiz yaşıl yarpaqlı çoxillik bitkidir. Rizoidlərə malik deyillər. Örtük və ötürücü toxuma zəif inkşaf edib. Qaranlıq, rütubətli meşələrdə yaşayırlar.
Bulbophyllum mamberamense
Bulbophyllum mamberamense (lat. Bulbophyllum mamberamense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Camal Balaca oğlu Mamedov
Camal Balaca oğlu Məmmədov (2 may 1918, Məscidli Görarxı, Borçalı qəzası – 9 iyul 1966, Məscidli Görarxı, Marneuli rayonu) — Gürcüstan SSR kənd təsərrüfarı nazirinin müavini, Gürcüstan SSR Ali Sovetinin deputatı, Marneuli Rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin sədri. == Həyatı == Camal Məmmədov Marneuli Rayon Təşviqat idarəsinin müdiri, Marneuli Rayon İcraiyyə Komitəsinin sədri, Gürcüstan SSR Ali Sovetinin deputatı, Gürcüstan SSR Kənd Təsərrüfatı nazirinin müavini. Camal Məmmədov 1918-ci il may aynın 2-də Gürcüstan Respublikasının Borçalı mahalının Goraraxı elinin Sabirkənd kəndində anadan olub. Camal Məmmədov Sabirkənd ibtidai məktəbində oxumuş, və sonra təhsilini Alget kənd orta məktəbində davam etdirmişdi. O, təhsilini davam etdirməkçün Borçalı Türk Pedaqoji texnikumuna daxil olmuşdur. Texnikumu başa vurduqdan sonra 1937-ci ildə Sabirkənd məktəbində müəllim işləməyə başlamışdır. 1939-cu ildə hərbi xidmətə çağrılmışdır. Xidmət müddəti bitməmiş Böyük vətən müharibəsi başlamışdır. 1941–1945-ci illər də Böyük Vətən müharibəsinin iştirakçısı olmuş Camal Məmmədovun sorağı Uzaq şərq döyüşlərindən gəlmişdir. Müharibə dövründə dəfələrlə yaralanmışdır.
Cvaris Mama kilsəsi
Cvaris Mama kilsəsi (gürc. თბილისის ჯვარის მამის ეკლესია) – Tbilisinin Qədim şəhər hisəsində, Kote Abxazi küçəsi 41 ünvanında yerləşən Gürcü pravoslav kilsəsi. Düzbucaqlı plana və kərpic günbəzə malik kiçik ölçülü məbəd, şərq-qərb oxu üzrə (9,25 × 13,15 m) yerləşir. == Tarixi == Bina, Tbilisinin ən qədim dini tikililərindən biri hesab edilir (Platon İoselianinin sözlərinə görə, kilsə Vaxtanq Qorqasalının sifarişi ilə V əsrdə inşa edilmiş biridir. Digər kilsələr isə Sioni, Ançisxati, Xaçın ucaldılması, Zemo Betlemi və Mixail Arxangel kilsələridir. Kilsə Yerusəlimdəki Müqəddəs Xaç gürcü monastırının kimayəsi altında inşa edilmişdir. Cvaris Mama kilsəsi də, digər Tbilisi kilsələri kimi, dəfələrlə dağıntılara məruz qalmış, XIV əsrdə monqolların yürüşü, 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tbilisini ələ keçirməsi zamanı ciddi zədələnmişdir. Müasir kilsə binasının əsas elementləri 1825-ci ilə aiddir. Kilsənin interyerində XIX əsrə aid freskalar saxlanmışdır.1921-ci ilə kimi kilsə Yerusəlim patriarxına tabe olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Свириденко О. Н. Тбилиси за неделю.
D.X.Mamsurov adına Respublika Uşaq Kitabxanası
D.X.Mamsurov adına Respublika Uşaq Kitabxanası — Şimali Osetiya Respublikasında dövlət kitabxanası. Kitabxana uşaq ədəbiyyatı, pedaqogika, psixologiya və sosiologiya sahəsində elmi və metodiki mərkəzdir. 1967-ci ildə açılmışdır. Bina kompleksi Vladiqafqazın mərkəzində, Lenin küçəsi 2 ünvanında yerləşir. Kitabxana məşhur osetin şairi, nasir və tərcüməçi Daba Xabiyeviç Mamsurovun (1909-1966) adını daşıyır.. == Tarixi == Kitabxana 1967-ci ilin iyulunda açılmışdır. Kitabxananın ilk direktoru T.A.Tsomaeva olub. Kitabxana fondu açılan gün 151560 ədəd ədəbiyyat və müxtəlif nəşrlərdən ibarət idi. 1969-cu ildə kitabxanaya Tamayev küçəsi, 32 ünvanında ayrıca bina ayrılmışdır. 1970-ci illərdən başlayaraq kitabxanada kitabxanaçıların yaradıcılıq inkişafı proqramı var və burada tələbələr məzun olduqdan sonra bacarıq və biliklərini artırırlar.
Dalbergia mammosa
Dalbergia mammosa (lat. Dalbergia mammosa) — paxlakimilər fəsiləsinin dalbergiya cinsinə aid bitki növü.
Dmitriyev-Mamonovlar
Dmitriyev – Mamonovlar—Rusiya xalqının zadəgan soylarından biri. == Soyun yaranması == Rus dövləti tarixində əhəmiyyətli mövqeyə malik olan nəsillərdən biri də Dmitriyev – Mamonovlardır. Onlar məşhur Daşkovlarla eyni kökdəndir. Hər ikisi Rus dövlətinin Romanovlara qədərki (1613-cü il) çarları sülaləsi olan Rüriklər sülaləsinə mənsub olmuşlar. Belə ki, 1468-ci ildə böyük knyazın yanında xidmət edən boyar Kazanlı Abdulla Mamonun oğlu Dmitrinin övladları özlərini Dmitriyev yazdırsalar da, 1689-cu ildə artıq I Pyotrun hakimiyyəti illərində onların Dmitriyev – Mamanov soy adı daşımalarına icazə verildi. == Adın anlamı == Familiyanın ikinci hissəsi (əsl hissəsi) Mamonov N.A.Baskakovun qeydlərinə görə etimoloji cəhətdən monqol sözü momğon, momxon və "əmin, dinc, sakit, mehriban; salih, itaətkar" mənasında türk sözü momun, mömün sözü ilə əlaqədardır. Beləliklə, Mamonov familiyası Mamon "sakit, itaət edən, etibarlı adam" ləqəbindən doğmuşdur. Mamon adlı [[Voronej quberniyası]]nda 2 kənd və Mamon çayı -Yuxarı Tunquska hövzəsində çay vardır. == Gerbin təsviri == Mamonov familiyasının türk mənşəyi Dmitriyev – Mamonovların daşıdıqları gerbin əlamətlərində də hiss olunur. Belə ki, bu nəsil iki səkkizguşəli ulduz, aypara və ox nəqş olunmuş gerbə malik olmuşdur.
Dmitriyev - Mamonovlar
Dmitriyev – Mamonovlar—Rusiya xalqının zadəgan soylarından biri. == Soyun yaranması == Rus dövləti tarixində əhəmiyyətli mövqeyə malik olan nəsillərdən biri də Dmitriyev – Mamonovlardır. Onlar məşhur Daşkovlarla eyni kökdəndir. Hər ikisi Rus dövlətinin Romanovlara qədərki (1613-cü il) çarları sülaləsi olan Rüriklər sülaləsinə mənsub olmuşlar. Belə ki, 1468-ci ildə böyük knyazın yanında xidmət edən boyar Kazanlı Abdulla Mamonun oğlu Dmitrinin övladları özlərini Dmitriyev yazdırsalar da, 1689-cu ildə artıq I Pyotrun hakimiyyəti illərində onların Dmitriyev – Mamanov soy adı daşımalarına icazə verildi. == Adın anlamı == Familiyanın ikinci hissəsi (əsl hissəsi) Mamonov N.A.Baskakovun qeydlərinə görə etimoloji cəhətdən monqol sözü momğon, momxon və "əmin, dinc, sakit, mehriban; salih, itaətkar" mənasında türk sözü momun, mömün sözü ilə əlaqədardır. Beləliklə, Mamonov familiyası Mamon "sakit, itaət edən, etibarlı adam" ləqəbindən doğmuşdur. Mamon adlı [[Voronej quberniyası]]nda 2 kənd və Mamon çayı -Yuxarı Tunquska hövzəsində çay vardır. == Gerbin təsviri == Mamonov familiyasının türk mənşəyi Dmitriyev – Mamonovların daşıdıqları gerbin əlamətlərində də hiss olunur. Belə ki, bu nəsil iki səkkizguşəli ulduz, aypara və ox nəqş olunmuş gerbə malik olmuşdur.
Eduard Mamakayev
Eduard Arbiyeviç Mamakayev (28 aprel 1939, Qroznı) — çeçen yazıçısı, 1968-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvü, 1992-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü, Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (2007). Yazıçı Arbi Mamakayevin oğludur. == Həyatı == Eduard Mamakayev 28 aprel 1939-cu ildə Qroznıda anadan olub. Atası Arbi Mamakayev Çeçen-İnquş Radio Komitəsində diktor işləyib. 1941-ci ildə Arbi Mamakayev əksinqilabi fəaliyyətdə ittiham edilərək həbs edilir. Atasının həbsindən sonra balaca Eduard nənəsi ilə yaşamalı olur.1943-cü ilin payızında radioda Arbi Mamakayevin ölüm cəzasına məhkum edildiyi xəbəri verilir. Sonradan səhv məlumat olduğu ortaya çıxan bu xəbər nənənin ölümünə səbəb olur. Eduardı Noqay çölündə yaşayan bibisinin yanına getməli olur. Lakin alman qoşunlarının yaxınlaşması səbəbindən onlar oradan qaçmağa məcbur olurlar.Rduard deportasiya illərini Qazaxıstan SSR-in Cezkazqan vilayətinin Nurinski rayonunda keçirib. Orada da məktəbi bitirib.
Eldar Mamayev
Eldar Kamileviç Mamayev (rus. Эльдар Камильевич Мамаев; 14 iyun 1985, Mahaçqala, SSRİ) — Rusiya futbolçusu, müdafiəçi. == Həyatı == Özünün bütün oyun karyerasını Anji Mahaçqala futbol klubunda keçirib. Əsas heyətin oyunçusudur. Onun ilk peşəkar çıxışı 2003-cü ildə birinci divizion matçlarında, "Anji" tərəfində olub.
Elmar Mamedov
Elmar Elçin oğlu Mamedov (7 iyul 2001; Mahamalar, Balakən rayonu — 6 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elmar Mamedov 2001-ci il iyulun 7-də Balakən rayonunun Mahamalar kəndində anadan olub. 2008-2019-cu illərdə R.Baxışov adına 218 saylı Binə qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elmar Mamedov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elmar Mamedov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmar Mamedov oktyabrın 6-da Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmar Mamedov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Mamedov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmar Mamedov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Euphorbia mamillaris
Hey, Mamma!
Hey, Mamma! (azərb. Hey, Ana!‎) — Moldovanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.SunStroke Project "Hey, Mamma!" mahnısı ilə Moldovanı Kiyevdə keçirilən müsabiqədə təmsil etmiş və finalda 3-cü yeri qazanmışdır. Bu Moldovanın müsabiqə tarixindəki ən yaxşı nəticəsi olaraq qalmaqdadır. Mahnı SunStroke Project qrupunun heyəti və eyni zamanda Alina Qaletskaya tərəfindən bəstələnmişdir.
Hüseyn Mamə (Bükan)
Hüseyn Mamə (fars. حسين مامه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 702 nəfər yaşayır (130 ailə).
Hüseyn bəy Mamayev
Mamayev Hüseyn bəy Məşədi Məhəmməd bəy oğlu - Kənd təsərrüfatı elmləri namizədi, aktyor == Həyatı == Hüseyn bəy Məşədi Məhəmməd oğlu 17 dekabr 1894-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini, İrəvan gimnaziyasını bitirmişdi. Moskvada ali məktəb qurtarmışdı. Kənd təsərrüfatı elmləri namizədi elmi adını almışdı. Hüseyn bəy həvəskar aktyor idi. Əbdürrəhim bəy Haqverdiyevin əsərlərinin ilk tamaşalarında oynamışdı. O, 1963-cü ildə vəfat edib. Şair Məmo bəy Məmainin oğludur. Yazıçı Əbdürrəhim bəy Haqverdiyevin dayısı oğludur.
вы́серебриться гелио... малахи́товый обызвествля́ться прия́тственно три́ста цу́цик беспу́тник дентиатри́ческий нагрусти́ться поседе́лый прочёсывать симбиоти́ческий слёзка того́ и жди шква́листый шабандать blast-hole Emmy etchant nub pilot jacket purgatorian uncultivated непокрытый