MANAF

yüksək (Kəbədə olan qədim bütlərdən birinin adı).
MAMAY
MANAR
OBASTAN VİKİ
Manaf Ağayev
Manaf Novruz oğlu Ağayev — azərbaycanlı müğənni. == Həyatı və fəaliyyəti == Manaf Ağayev 24 aprel 1964-cü ildə Füzuli rayonunun Şıxlı kəndində anadan olub. Orta təhsilini Füzuli rayonunda alıb. 1982–84-cü illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin "Mədəni-Maarif" fakültəsinə daxil olur. İlk albomunu 1996-cı ildə çıxarıb. 2009-cu ildə "Toylar Kralı" yarışmasının qalibi olub. Manaf Ağayev 18 fevral 2022-ci ildə Füzuli rayonuna müvafiq icazələr olmadan qanunsuz daxil olduğuna görə Nərimanov rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alıb. Evlidir, 3 övladı var.
Manaf Bəhmanlı
Manaf Dadaşov
Manaf Məcid oğlu Dadaşov (21 noyabr 1981, Bakı) — azərbaycanlı aktyor. == Həyatı == Manaf Dadaşov 21 noyabr 1981-ci ildə Bakıda anadan olmuşdur. 2002—2006-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Kütləvi tədbirlər və tamaşalar rejissorluğu" ixtisası üzrə təhsil almışdır. 1 oktyabr 2002-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyordur. Teatrdakı ilk rolu rejissor Nicat Kazımovun quruluşunda Ərəb xalq nağılı olan "Ələddinin sehirli çırağı" tamaşasında carçıı obrazı olub. Türkiyə, Rusiya, Tatarıstanda qastrol səfərlərində olmuşdur. Bir neçə bədii filmlərdə və teleseriallarda çəkilmişdir. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. Aktyor Məcid Dadaşovun oğludur. == Əsas rolları == Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Ələddinin sehrli çırağı (ərəb xalq nağılı) — carçı Xeyir və Şər (N.Gəncəvi) — şah Ana qaz (R.Rza) — qonşu Qaraca qız (S.S.Axundov, A.Şaiq) — qaraçı; Oruc Ağ dəvə (Elçin) — 2-ci NKVD işçisi Hacı Qara (M.F.Axundov) — Əsgər bəy Ezop (Q.Fiqeyredo) — həbəş Cənnətin üç alması (N.Kazımov) — Şirməmməd İki tonqal (A.Həsənoğlu) — Tərlan Güc birlikdədir (R.Tohidoğlu) — Nazim; vəzir Pəri Cadu (Ə.Haqverdiyev) — çoban Şeyx Sənan (H.Cavid) — dəliqanlı Şelkunçik (E.T.A.Hofman) — ata Oliver Tvistin macəraları (Ç.Dikkens) — polis Mən səni sevirəm (M.S.S) — Marlen Romeo və Cülyetta (U.Şekspir) — Merkusio Qoca kloun (M.Vişnek) — Manaf Şahzadə Xəzrin nağılı (K.Ağabalayev, N.Kazımov) — Basat Buratinonun macəraları (A.Tolstoy) — Duremar Konnemarada bir kəllə (M.Makdonax) — Martin Hənlon YUĞ teatrı Günlərin bir günündə (İbrahim İbrahimli) Akademik Milli Dram Teatrı Kölgə (Y.Şvarts) — maliyyə naziri == Filmoqrafiya == Yol yoldaşları (film, 2003) Əlvida, cənub şəhəri (film, 2006) Hökmdarın taleyi (film, 2008) Üfüqü ötənlər (film, 2011) Sirr (serial, 2012) Həkimlər Bir ovuc torpaq (teleserial,2013) Bir ailəm var ( teleserial, 2013) Məriz (film, 2015) Xüsusi təyinatlı İbad (film, 2016) Sən olmasaydın ( teleserial, 2016) Nar bağı (film, 2017) İkinci güllə (film, 2017) Ümidlər puç olanda ( film,2018) Könül yarası ( teleserial, 2018) Son iclas (film, 2018) Dalan (film, 2019) Qarabağ.
Manaf Novruzov
Manaf Novruzov (tam adı: Manaf Əbdülrəhim oğlu Novruzov; 26 dekabr 1926, Naxçıvan) — həkim-terapevt, Tibb elmləri doktoru, professor. == Həyatı == Novruzov Manaf Əbdülrəhim oğlu 26 dekabr 1926-cı ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. === Təhsili === 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitunun tarix fakültəsini bitirmişdir. 1952-ci ildə Azərbaycan Dövlət Tibb İnstitunu bitirmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1962-ci ildə SSRİ Elmlər Akademiyası Vərəm Xəstəlikləri İnstitunun aspiranturasını bitirmişdir. Tibb elmləri doktoru (1970), prof.(1975).150-dən çox elmi əsərin, vərəmlə mübarizəyə dair yaddaş kitabçalarının, elmi-kütləvi filmin ssenari müəllifidir. === Əmək fəaliyyəti === Noraşen (indiki Şərur) rayonun mərkəzi xəstəxanasının baş həkimi (1955–58), Bakı şəhər 4saylı vərəm xəstəxanası baş həkiminin müavini və şöbə müdiri (1958–59), Azərbaycan Elmi-Tədqiqat Vərəm xəstəlikləri İnstitutunda baş elmi işçi (1963–68), təşkilat şöbəsinin müdiri (1970–81), elmi işlər üzrə direktor müavini (1981–95) işləmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş ftizio-pulmonoloqu, respublika ftiziatr və pulmonoloq həkimləri assosiasiyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Respublikasında vərəm xəstəlikləri üzrə milli əlaqələndiricisi olub. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı.
Manaf Süleymanov
Süleymanov Manaf Fərəc oğlu (3 mart 1912, Lahıc, Şamaxı qəzası – 12 sentyabr 2001, Bakı) — Azərbaycan yazıçısı, nasir, tərcüməçi, tarixçi, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, geologiya-mineralogiya elmləri namizədi (1942), dosent, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1992), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1987). == Həyatı == Manaf Süleymanov 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur. Pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirmiş (1930), sonra M. Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil almışdır (1932–1937). İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ mühəndisi adını almışdır. Əmək fəaliyyətinə Qaradağ neftqaz mədənləri idarəsində mühəndislikdən başlamışdır. Azərbaycan Sənaye İnstitutunda assistent, dosent (1939), institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olmuşdur. Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Ədəbi yaradıcılığa 1947-ci ildə "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə başlamışdır. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda məqalələrlə də çıxış etmiş, bəzən onları "Fərəcoğlu" imzası ilə çap etdirmişdir. Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M. Kopelen, A. Qrasi, Oqoto, Aleks La Çuma, Y. A. Makmani, Piter Abrahams, R. Riv, A. Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olmuşlar.
Manaf Tlaf
Manaf Mustafa Tlas (ərəb. مناف طلاس‎; 1964, Ər-Rəstən) — Suriya hərbi zabiti, Suriya Respublikası Qvardiyasının keçmiş briqadiri və 2012-ci ildə fərarilik edənə qədər Bəşər Əsədin yaxın çevrəsinin üzvü. == İlk illəri == Tlas 1964-ci il tarixində Suriyanın Homs şəhəri yaxınlığındakı Rastan kəndində, yerlilər arasında görkəmli bir sünni müsəlman ailəsində anadan olmuşdur. Onun atası Əbdülqədir Tlas Osmanlı dövründə türk qarnizonlarına sursat sataraq dolanan bir sünni zadəgan idi. Digər tərəfdən, ailəsinin üzvləri Birinci Dünya müharibəsindən sonra fransız işğalçılar üçün də çalışır. Atasının nənəsi çərkəz mənşəli, anası isə türk əsilli idi. Tlasın anası vasitəsi ilə bəzi ələvi əlaqələrinə sahib olduğu deyilir. Tlas Hafiz Əsədin böyük oğlu və 1994-cü ildə baş verən qəzada ölümünə qədər varisi olan Basil Əsədin yaxın dostu idi. O, daha sonra Bəşər Əsəd ilə dostlaşır, Əsədlə birlikdə hərbi kollecdə oxuyur. Bəşər Əsəd Manaf ilə Firas Tlas qardaşlarını öz həmyaşıdları və dostları kimi qəbul edirdi.
Manaf Tlas
Manaf Mustafa Tlas (ərəb. مناف طلاس‎; 1964, Ər-Rəstən) — Suriya hərbi zabiti, Suriya Respublikası Qvardiyasının keçmiş briqadiri və 2012-ci ildə fərarilik edənə qədər Bəşər Əsədin yaxın çevrəsinin üzvü. == İlk illəri == Tlas 1964-ci il tarixində Suriyanın Homs şəhəri yaxınlığındakı Rastan kəndində, yerlilər arasında görkəmli bir sünni müsəlman ailəsində anadan olmuşdur. Onun atası Əbdülqədir Tlas Osmanlı dövründə türk qarnizonlarına sursat sataraq dolanan bir sünni zadəgan idi. Digər tərəfdən, ailəsinin üzvləri Birinci Dünya müharibəsindən sonra fransız işğalçılar üçün də çalışır. Atasının nənəsi çərkəz mənşəli, anası isə türk əsilli idi. Tlasın anası vasitəsi ilə bəzi ələvi əlaqələrinə sahib olduğu deyilir. Tlas Hafiz Əsədin böyük oğlu və 1994-cü ildə baş verən qəzada ölümünə qədər varisi olan Basil Əsədin yaxın dostu idi. O, daha sonra Bəşər Əsəd ilə dostlaşır, Əsədlə birlikdə hərbi kollecdə oxuyur. Bəşər Əsəd Manaf ilə Firas Tlas qardaşlarını öz həmyaşıdları və dostları kimi qəbul edirdi.
Manaf Xəlilov
Manaf Abbas oğlu Xəlilov (1899, Qala, Bakı qəzası – 14 iyul 1944) — Azərbaycan SSR yüngül sənayesi komissarının səlahiyyətlərinin icraçısı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədrin birinci müavini, SSRİ Ali Sovetinin (millətlər palatasının) birinci çağırış deputatı, siyasi repressiyalara uğramış şəxs. == Həyatı == Manaf Abas oğlu Xəlilov 1899-cu ildə Bakı qəzasının Qala kəndində neft işçisi ailəsində anadan olmuşdur. Çox gənc yaşlarından müstəqil əmək həyatı sürməyə başlamışdır. Bir neçə il kənd məktəbində oxuyandan sonra dərsi buraxmağa və çörək pulu qazanmağa məcbur olmuşdur. 1917-ci ildə Balaxanıda kapitalist Mirzoyevin 9-cu mədənində qarovulçu olmuşdur. Burada , neftçi- proletarlar arasında gənc işçi Xəlilovun siyasi şüuru formalaşmağa başlayır. Həmin ildə həmkarlar ittifaqının üzvü olmuş və 1919-cu ilin fevral ayında bolşeviklər partiyasına daxil olmuşdur. Mədəndə işlərkən podpolljedə çalışan bolşevik təşkilatının rəhbərliyi ilə bəy və xanların təmsilçisi Müsavat hökumətinə qarşı mübarizə aparmışdır. Partiya təşkilatının tapşırıqlarını yerinə yetirmiş, kazarmalarda və mədənlərdə agitasiya aparmışdır. O zaman bolşevik Həştərxanının neftə ehtiyacı var idi.
Manaf Zərnəvai
Manaf Zərnəvai — Şəki xanlığının Şirvan naibi, Hacı Məhəmmədəli xanın oğlu. == Həyatı == 1761-ci ildə Hacı Məhəmmədəli xanın devrilməsindən sonra Şəki xanlığına qaçmışdı. Nəhayət 1768-ci ildə Şəki-Quba qoşunlarının Şirvanı işğalından sonra Manaf bəy Məhəmmədhüseyn xanın Şirvan naibi təyin olundu. Hakimiyyəti altında Yeni Şamaxı, Sərdərin mahalı və Həsən mahalı vardı. Çox keçmədən 1768-ci ilin avqustunda Quba xanlığına qarşı danışıqlara başlayan Manaf bəy və Məhəmmədhüseyn xanın danışıqlarına əsasən Manaf bəy Köhnə Şamaxını ələ keçirərək bütöv Şirvanın xanı olacaq, göstərdiyi hərbi dəstək müqabilində Şəki xanlığına vergi ödəyəcəkdi. Lakin plandan xəbər tutan Fətəli xan tərəfindən məğlubiyyətə uğradılaraq Dərbəndə sürgün edilir. 1769-cu ilin iyulunda isə Yeni Şamaxı dağıdıldı. 1789-cu ildə Fətəli xanın ölümündən sonra Məhəmmədhəsən xan Şirvana hücuma keçərək Manaf bəyi hakimiyyətə qaytarmağa çalışdı. Lakin Manaf bəyin hakimiyyəti cəmi yarım ay çəkdi. Həmin il Əsgər xanın orduları tərəfindən ələ keçirilərək öldürüldü.
Manaf Şamxalov
Manaf Şamxalov (11 iyun 1915, Xiv, Dağıstan MSSR – 1974) — Sovet, Tabasaran şairi və yazıçısı. Üstəlik tərcüməçi və dramaturq olaraq da tanınır. == Bioqrafiya == 15 iyun 1915-ci ildə kasıb bir kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini doğulduğu məktəbdə alır. Dərbənd pedaqoji işçilər fakültəsini bitirir. Komsomol və partiya vəzifələrində çalışır, Pskov şəhərinin atçılıq eskadriyası qəzetinin ilk redaktoru olur, "Svet Oktyabrya" rayon qəzetinin redaksiyasında fəaliyyət göstərir. 1940-cı ildə Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasına üzv olur. 1955-ci ildə rayon partiya məktəbini bitirmişdir. 1959-cu ildən SSRİ Yazıçılar Birliyinin üzvü olur. Manaf Şamxalov 1974-cü ildə vəfat etmişdir.
Asif Manafov
Asif Abbas oğlu Manafov — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru, baş elmi işçi. == Həyatı == Asif Abbas oğlu Manafov 1959-cu ildə Oğuz şəhərində anadan olub.Orta təhsilini 1976-cı ildə Oğuz şəhər 2 №-li orta məktəbində başa vuraraq, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Biologiya fakultəsinə daxil olub.Universiteti bitirdikdən sonra 1982 təyinatla Zoologiya institutuna göndərilib. 1982-1985-ci illərdə Zoologiya institutunun “Su heyvanları parazitləri“ laboratoriyasinda baş laborant vəzifəsində çalışıb.Daha sonra 1985-ci ildə həmin laboratoriyada müsabiqə yolu ilə kiçik elmi işçi, 1992-ci ildə böyük elmi işçi, 2013-cü ildə isə baş elmi işçi və laboratoriya müdiri vəzifələrinə seçilib. O, 2014-cü ildən institutun “Parazitologiya” şöbəsinə də rəhbərlik etmişdir. A.Manafov 1990-cı ildə “Şimali Azərbaycanda Melanopsis cinsindən olan mollyuskların partenit və serkariləri” mövzusunda namizədlik, 2012-ci ildə isə «Azərbaycanın su hövzələrində Melanopsis praemorsa (L.) mollyusklarının trematod faunası (morfologiya, biologiya, ekologiya)” adlı doktorluq dissertasiyalarını müdafiə edərək müvafiq elmi dərəcələri almışdır. O 70-dən artıq elmi əsərin, o cümlədən bir monoqrafiyanın müəllifidir. A.A.Manafov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və aqrar elmlər üzrə Ekspert şurasının üzvüdür. O həmçinin, Qafqaz Universitetinin Beynəlxalq “Qafqaz” jurnalının redaksiya heyətinin, “AMEA Zoologiya institutunun əsərləri”nin və “Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri”nin redaksiya heyətlərinin üzvüdür. == Elmi fəaliyyəti == Elmi fəaliyyətə 1982-ci ildə AMEA Zoologiya İnstitutunda baş laborant vəzifəsilə başlayan Asif Abbas oğlu Manafov 2013-cü ildən institutun “Su heyvanları parazitləri” laboratoriyasının, 2014-cü ildən isə həm də “Parazitologiya” şöbəsinin müdiri işləmişdir.Zoologiya institutunda çalışdığı illərdə o, insan və kənd təsərrüfatı heyvanları, balıq və quşların parazitar xəstəliklərinin tədqiqi ilə əlaqədar olan elmi-tədqiqat mövzularının icraçılarından biri, daha sonra rəhbəri olmuş, respublika ərazisində yaşayan şirinsu mollyusklarının trematod faunasının kompleks zooparazitoloji tədqiqi, akvakultura şəraitində yetişdirilən balıq növlərinin, xüsusilə nərə balıqlarının parazitar xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi istiqamətində ixtisaslaşmışdır.A.Manafov respublikanın şirinsu hövzələrində məskunlaşan mollyuskların insan və heyvan trematodlarının yayılmasında rolunu müəyyən edərək, bu parazitlərin müxtəlif inkişaf mərhələlərinin (serkari, metaserkari, adoleskari, sporosista, redi) mikromorfoloji quruluşunun tədqiqi əsasında elm üçün yeni olan 30-dan artıq trematod növünün ilk təsvirini vermuişdir.A.Manafov tərəfindən Lesitodendridlər kompleksinə daxil olan trematodların filogenezində virqulanın əmələ gəlmə və formalaşma yolu müəyyən edilərək, təsnifatda aparıcı əhəmiyyətə malik olan bu orqanın trematodların taksonomik təyinatındakı yeri və roluna yenidən baxılmasının vacib olduğu göstərilmişdir. Hetotaksiyanın (sensillərin topoqrafiq tədqiqinin) trematodların təsnifatında mühüm əhəmiyyətə malik olduğu orijinal faktlarla sübut edilərək göstərilmişdir ki, bu strukturun tədqiqinin nəticələri ancaq differensasiyaedici əlamət kimi deyil, həm də etibarlı inteqrasiyaedici (morfoloji cəhətdən uzaq görünən növlərin filogenetik cəhətdən yaxın qohumluğunu göstərən )əlamət kimi istifadə edilə bilər.
Asya Manafova
Asya Sərdar qızı Manafova (3 yanvar 1941, Qusar) — Qusar Rayon İcra Hakimiyyətinin başçısı (1991), Azərbaycan Kommunist Partiyası Qusar Rayon Komitəsinin birinci katibi (1990–1991), Masallı Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1981–1985). == Həyatı == Asya Sərdar qızı Manafova 3 yanvar 1941-ci ildə Qusarda anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (1964), Moskvadakı İctimai Elmlər Akademiyasını (1979) bitirmişdir. Əmək fəaliyyətinə 1959-cu ildən başlamış, 1965-ci ildən Azərbaycan EA Elmi-Tədqiqat "Olefinlər" İn-tunda, təcrübə zavodunda, 1969-cu ildən Qusar şəhər sanitar-epidemioloji stansiyasında kimyaçı-mühəndis, laboratoriya müdiri, 1974-cü ildən Azərbaycan KP Qusar RK-nın katibi, 1979-cu ildən Azərbaycan KP MK-da məsul işçi, 1981-ci ildən Masallı Rayon İcraiyyə Komitəsinin sədri, 1990-cı ildən Azərbaycan KP Qusar RK-nın birinci katibi, Rayon Sovetinin sədri, İcra Hakimiyyətinin başçısı, 1992-ci ildə Azərbaycan. Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Şöbə rəisi işləmişdir.. Azərbaycan SSR Ali Sovetinin (12-ci çağırış) və Azərbaycan Respublikası Milli Məclisini (1 və 2-ci çağırış) deputatı. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri (1995-ci ildən) olmuşdur. Etnik ləzgidir. == Mükafatları == 3 yanvar 1991-ci ildə Respublikanın partiya və sovet orqanlarında uzun illər fəal işlədiyinə görə Azərbaycan SSR-in Fəxri fərmanı ilə təltif edilmişdir.
Manafoba
Manafoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 27 dekabr 2002-ci il tarixli 415-IIQ saylı qanunu ilə Manafoba kəndi Qusarçay kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çinartala kəndi mərkəz olmaqla, Çinartala kənd inzibati ərazi dairəsinə verilmişdir.
Marat Manafov
Marat Manafov (1950, Stepanakert) — Çexiyada yaşayan Azərbaycanlı biznesmen, xalq artisti Fəxrəddin Manafovun qardaşıdır. == Haqqında == Marat Manafov Xankəndi şəhərində doğulub. 1993-cü ildə Heydər Əliyevlə yaxın münasibətdə olub. Slovakiyada "Marat" futbol klubunu yaradıb. Neft kontraktları ilı bağlı ilkin danışıqları Marat aparıb. Daha sonra müəmmalı şəkildə Çexiyada yoxa çıxıb. Onun boş BMV maşını işlək vəziyyətdə tapıblar. İndiyə qədər nə baş verdiyini heç kim bilmir.
Məmmədəli Manafzadə Sabit
Məmmədəli Manafzadə (təxəllüsü: Sabit; 1888, Təbriz, Cənubi Azərbaycan, Qacar dövləti – 1940, Aşqabad) ― Azərbaycan şairi, yazıçı və publisist. == Həyatı == XX əsrin əvvəlləri – Azərbaycan ədəbiyyatının yeniliklərlə zəngin, ədəbi-mədəni oyanışın ən əlamətdar dönəmidir. 1905-ci il inqilabından sonra çar Rusiyasının mətbuata verdiyi nisbi azadlıqlardan istifadə edən Azərbaycan ziyalılarının təşəbbüsü ilə bir sıra mətbuat orqanları fəaliyyətə başlamışdır. Xüsusən, “Molla Nəsrəddin” jurnalının nəşrə başlaması ilə yeni bir ədəbi məktəbin əsası qoyulmuş, yeni bir ədəbi nəsil formalaşmışdır. Bu dövrün yetişdirdiyi Azərbaycan ədəbiyyatının tanınmış şəxsiyyətlərindən biri Məmmədəli Manafzadə Sabitdir. O, 1888-ci ildə Təbrizdə doğulmuşdur. İlk təhsilini mollaxanada aldıqdan sonra fransızların Təbrizdə açdığı Pedaqoji institutu bitirmişdir. 1908-ci ildən etibarən jurnalist kimi fəaliyyətə başlayan Sabit Təbrizdə öz təşəbbüsü ilə “Şəkər” adlı qəzetin nəşrinə başlamış, milli birlik, bərabərlik, azadlıq ideyalarının carçısı olmuş, Məşrutə inqilabına və Səttarxan hərəkatına dəstək verdiyinə görə İran mürtəcelərinin təqiblərindən qaçaraq Bakıya gəlmişdir. Onun Azərbaycan mətbuatında görünməsi də buraya gəlişindən sonra – 1910-cu ildən sonrakı mərhələyə aiddir. M.M.Sabit bir qədər sonra Aşqabada dəvət olunmuş, uzun illər “Müzəffəri” məktəbində müəllim işləmişdir.
Osman Manafov
Qabil Manafov
Manafov Qabil Nadir oğlu — Əməkdar müəllim (2011), professor. == Həyatı == Manafov Qabil Nadir oğlu 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə Bakı şəhər 20 saylı orta məktəbi bitirdikdən sonra D. Bünyadzadə adına AXTİ-nə (indiki ADİU) daxil olmuş və oranı 1974-cü ildə bitirərək iqtisadçı, siyasi-iqtisad müəllimi ixtisasını almışdır. 1974–1976-cı illərdə təyinatı üzrə Azərbaycan Dövlət Plan komitəsi nəzdində iqtisadçı vəzifəsində çalışmışdır. 1975-ci ildə ordu sıralarında xidmət etmişdir. 1976–1979-cu illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası nəzdində İqtisadiyyat İnstitutunun əyani aspirantı olmuşdur. 1982-ci ildə "Siyasi iqtisad" ixtisası üzrə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1980–1982-ci illərdə V. İ. Lenin adına APİ-da (indiki N. Tusi adına APU) "Siyasi iqtisad" kafedrasında laborant vəzifəsində işləmişdir. 1982-ci ilin noyabrından indiki dövrə qədər ADİU-nin "İqtisadi nəzəriyyə-2" kafedrasında çalışır. Bu dövrdə o, baş laborantdan başlamış, professor vəzifəsinədək yüksəlmişdir.
Rafiq Manaflı
Rafiq Hidayət oğlu Manaflı (22 sentyabr 1958, Salyan, Salyan rayonu) — Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sabiq sədri. == Həyatı == Rafiq Manaflı 1958-ci ildə Salyan rayonunun Qardaşbəyli kəndində anadan olub. 1975–1980 – Voronej Meşə Texnikası İnstitutunda ali təhsil alıb. 1980–1991 – Ələt Ağac Emalı kombinatında mühəndis, baş mexanik, sex rəisi vəzifələrində çalışıb. 1992–1996 – Özünün təşkil etdiyi "Plastik" kiçik müəssisəsində direktor işləyib. 2000-ci ildən özünün təsis etdiyi "Təkamül" MMC-in direktorudur. == Siyasi Fəaliyyəti == 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin fəal üzvü, 1990–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Qaradağ rayon təşkilatının sədri, Azərbaycan Xalq Cəbhəsinin Məclisinin üzvü olub. 1996-cı ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür, həmin ildən Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvüdür. 2001-ci ildən 2021-ci ilədək VHP Ali Məclisinin sədri olmuşdur. 2012-ci ildən İctimai Palatanın Koordinasiya Şurasının üzvü olub.
Turan Manafov
Turan Elman oğlu Manafov (19 sentyabr 1998, Bakı) — Azərbaycan Premyer Liqasında çıxış edən "Kəpəz" klubunda oynayan azərbaycanlı futbolçu. == Karyera == === Klub karyerası === Turan Manafov futbola əvvəlcə Qarabağın, sonra isə Qəbələnin futbol akademiyasında başlayıb. Daha sonra "Qarabağ"a keçən futbolçu, "Qarabağ"ın 2017-ci il yay toplanışlarına qatılır və Rusiyanın "Axmat" klubu ilə yoldaşlıq oyununda Ansi Aqollini əvəzləyərək meydana çıxır. 2017-ci ildə Qarabağın Azərbaycan Premyer Liqasında bir neçə oyununda adı oyunun iştirak ərizəsinə salınır. Futbolçu həmçinin UEFA Çempionlar Liqasında iştirak edən komandaların gənc futbolçuarının iştirakı ilə keçirilən "UEFA Gənclər Liqası"nın qrup mərhələsinin ilk turunda keçiriləcən "Çelsi" U-19 — "Qarabağ" U-19 oyununda iştirak edir. 2018-ci ildə futbolçu "Sumqayıt" klubuna dəvət edilir. "Sumqayıt"ın əvəzedici komandasının heyətində, Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında meydana çıxır. 2018–19 mövsümundə "Sumqayıt"ın əsas heyətinə dəvət alır və 23 sentyabr 2018-ci ildə Azərbaycan Premyer Liqasında "Sumqayıt"ın "Keşlə" ilə oyununda debüt edir. Mövsümun ikinci yarısında futbolçu "Zaqatala" klubuna icarəyə verilir. 5 aprel 2019-cu ildə Azərbaycan çempionatının Birinci divizionunda baş tutmuş "Zaqatala" — "Səbail-2" oyununda qol vurur.
Turan Manafzadə
Turan Manafzadə (Turan İslam qızı Manafzadə; 25 may 1991, Bakı) — Azərbaycan dirijoru, bəstəkarı və pianoçu. 2017-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti adını almışdır. == Həyatı == === Erkən illəri === 1991-ci il may ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Pianist İslam Manafovun qızı olan Turan Manafzadə ilk musiqi təhsilinə 6 yaşında Abşeron Uşaq Musiqi Məktəbində başlayıb. 2003-cü ildə qardaşı Abuzər Manafzadə ilə Mimar Sinan İncəsənət Universitetinin Dövlət Konservatoriyasına qəbul olub. === Yaradıcılıq fəaliyyəti === Turan Manafzadə bu günə qədər Avstriya, Almaniya, Rumıniya, Şimali Kipr Türk Respublikası, Azərbaycan, Türkiyə, Özbəkistanda konsertlər vermişdir. 2012-ci ildə Avstriyanın Zalsburq şəhərində hər il təşkil edilən Beynəlxalq Yay Musiqi Akademiyasının seçim mərhələlərini keçərək Dimitri Başkirovla əməkdaşlıq fürsətini qazanmışdır. 2012-ci ildə Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasında professor Nurferi Onurun fortepiano sinfini bitirən Turan Manafzadə, Həsən Uçarsu ilə birlikdə bəstəkarlıq üzərində çalışmışdır. 2013-cü ildə Tamara Poddubnaya və Boris Petruşanskinin ustalıq dərslərinə qatılmışdır. O, böyük qardaşı Abuzər Manafzadə ilə birlikdə 2013-cü ilin aprel ayında 2 həftə ərzində 18 konsert proqramı ilə Azərbaycan turnirini təşkil etmişdir.
Xəyalə Manaflı
Zahir Manafov
İslam Manafov
İslam Manafov (İslam Atabala oğlu Manafov; 31 yanvar 1961, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, pianoçu, pedaqoq, dirijor və bəstəkar. == Həyatı == İslam Manafov 1961-ci ilin yanvar ayının 31-də Bakı şəhərində anadan olmuşdur. 1977-1981-ci illər arasında Bakı Musiqi Texnikumunda təhsil almışdır. 1979-cu ildə Azərbaycan Gənc Pianoçular Müsabiqəsinin Yüksək Mükafatını qazanaraq, musiqi ictimaiyyətinin diqqətini cəlb etdi. Bu başarının ardından hələ 17 yaşında ikən dünyaca məşhur Maestro Niyazi Tağızadə idarəçiliyində Sergey Raxmaninovun 3 nömrəli Piano konsertini ifa edərək möhtəşəm bir başarıya imza atdı. === Ailəsi === Onun hər iki övladı Turan Manafzadə və Abuzər Manafzadə dirijor, bəstəkar və pianoçudur. Turan Manafzadə 2017-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti adını alıb. === Təhsili === 1981-ci ildə Bakıya konsert vermək üçün gələn P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, keçmiş Sovet İttifaqı və Rusiya Federasiyası Xalq Artisti, pianist və pedaqoq Andrey Nasedkin burada İslam Manafovu dinlədikdən sonra təhsilinə P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında onun sinfində davam etməsi üçün dəvət etdi. Bu dəvətdən sonra Moskvaya gedən və burada professorlar Aleksey Nasedkin və M. A. Fyodorovanın siniflərində oxuyan Manafov təhsilini yüksək başarı ilə bitirdi. Moskva Konservatoriyasında təhsil aldığı illərdə və məzuniyyəti sonrasında keçmiş Sovet İttifaqının bütün böyük şəhərlərində konsertlər veren, çox önəmli festivallara dəvət edilən Manafovun özəlliklə Sergey Prokofyevin, Modest Musorqskinin, Aleksandr Skryabinin və Sergey Raxmaninovun əsərlərinin ifaları tənqidçilər və tanınmış musiqiçilər tərəfindən dahicə, çılğınca kimi fikirlərlə qiymətləndirildi.
Şərif Manafov
Birinci Türkoloji Qurultayda iştirak etmişdir “Məktəb məcmuəsi” jurnalının məsul müdiri (redaktoru - N.N. ) Sürix şəhərində mühacirət həyatı yaşayarkən V.İ.Leninlə tanış olan, inqilabdan bir müddət sonra İ.V.Stalinin rəhbərliyi altında işləyən, Başqırdıstanın Türkiyədə nümayəndəsi olmuş, daha sonralar Bakıya Xalq Maarif Komissarlığında işləməyə dəvət olunmuş Şərif Manatov idi. Şərif Manatov milliyyətcə başqırd idi. Soyadındakı “manat” sözü doğulduğu başqırd kəndinin adı ilə ilgilidir (bu soyad bəzən redaktə olunaraq, oxuculara səhvən Manafov kimi təqdim olunub). Şərif Manatov bir müddət Azərbaycan Ali Pedaqoji İnstitutunda rektor işləyib.
Maral Manafova
Manafova Maral Cəbrayıl qızı (3 iyul 1947, Bakı) — Əməkdar incəsənət xadimi, pedaqogika üzrə fəlsəfə doktoru, professor == Əmək fəaliyyəti == Maral Manafova 1970-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Mədəniyyət və İncəsənət Universitetində müəllim (1985), baş müəllim (1992) kimi fəaliyyət göstərib. 1993-cü ildə müsabiqə yolu ilə Mədəniyyət və İncəsənət Universitetinin "Mədəniyyət tarixi və nəzəriyyəsi" kafedrasına dosent vəzifəsinə seçilib. 1992-ci ildə namizədlik dissertasiyası müdafiə edib. Pedaqogika üzrə fəlsəfə doktorudur. 1996–2007-ci illər ərzində "Mədəniyyətşünaslıq" kafedrasının müdiri vəzifəsində işləyib. 2007–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsində çalışıb. 2014–2022-ci illər ərzində Bakı Xoreoqrafiya Akademiyasının "İctimai fənlər" kafedrasının müdiri vəzifəsində çalışaraq mədəniyyət və incəsənət sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına böyük töhfə verib. == Elmi fəaliyyəti == M. Manafova 11 dərsliyin, 6 dərs vəsaitinin, 1 monoqrafiyanın, 7 metodiki işin, 50 proqramın, 150-dən çox elmi-nəzəri məqalələrin müəllifidir. M. Manafova respublikada və xarici ölkələrdə keçirilən beynəlxalq elmi-nəzəri konfransların və simpoziumların iştirakçısı olmuşdur.