MANAF
MANSUR
OBASTAN VİKİ
Bulbophyllum manarae
Bulbophyllum manarae (lat. Bulbophyllum manarae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Manarola
Manarola (yerli dialektdə: Manaea) — İtaliyanın şimalında, Liquriya inzibati rayonunun Spetsiya əyalətinin Riomaccore kommunasında kiçik şəhər. Bura Çinkve-Terre milli parkında yerləşən şəhərlər arasında turistlərin ən çox ziyarət etdiyi ikinci kiçik şəhərdir. == Ümumi məlumat == Manarola Çinkve-Terredəki şəhərlərin ən qədimi hesab edilir. Buradakı San Lorentso kilsəsinin təməl daşı 1338-ci ildə qoyulub. Yerli dialekt manarolez adlanır və ətraf bölgələrin dialektindən kəskin fərqlənir. Ehtimal edilir ki, "Manarola" sözü latın dilindəki "magna rota" sözlərinin təhrif olunmuş formasıdır. Şəhərdə yerləşən dəyirmanın çarxı ilə əlaqədar olaraq manarolez dialektində bu ifadə "böyük çarx" mənasını verən "magna roea" şəklinə düşmüşdür. Manarolanın yerli sənaye sahələri ənənəvi olaraq balıqçılıq və şərabçılıqdır. Yerli şərab növü "Sçiaççetra" adlanır və bu bölgədə hazırlanan şərablar Qədim Roma dövründən məşhurdur. Son illərdə Manarola və qonşu şəhərlər, xüsusilə yay aylarında turistlər arasında böyük populyarlığa malikdirlər.
Musa Manarov
Musa Manarov (22 mart 1951, Bakı) — SSRİ Azərbaycan kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı (1988). Mənşəcə lakdır. == Həyatı == 22 mart 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. SSRİ Hava Qüvvələrində mayor rütbəsinədək çatmışdır. 1974-cü ildə Moskva Aviasiya İnstitutunun məzunu olmuşdur. 1 dekabr 1978-ci ildə kosmonavtlıq dəstəsinə qəbul edilmişdir. Hal-hazırda kosmosda ən çox vaxt keçirmiş 16-cı insandır. 21 dekabr 1987-ci il - 21 dekabr 1988-ci il tarixləri arasında uçuş mühəndisi olaraq "Soyuz TM-4" gəmisində kosmosda olmuşdur (365 gün,22 saat, 38 dəqiqə). Daha sonra 2 dekabr 1990- 26 may 1991-ci il tarixləri arasında yenə uçuş mühəndisi olaraq "Soyuz TM-11" gəmisində kosmosda olmuşdur (175 gün, 1 saat, 50 dəqiqə).
Жира́ф заме́длить иконоте́ка криста́лл крокиро́вка ни то́ ни э́то поня́тное преотме́нный сердцеви́дно припая́ть прихотли́во с копы́т долой трёхкопе́ечный down-and-out neutralisable paripinnate pouffe succour Uitlander будет воднолыжница записаться излечить отсыхать пухлый