maman
manche
OBASTAN VİKİ
Manat
Manat — Azərbaycanda (işarəsi: ₼) və Türkmənistanda (işarəsi: m) işlənən əsas pul vahidi, valyuta. == Həmçinin bax == Azərbaycan manatı — Azərbaycan Respublikasının pul vahidi. Türkmənistan manatı — Türkmənistanın pul vahidi.
Manat (Büt)
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
Manat (tanrı)
Mənat (ərəb. مناة‎) — İslamdan əvvəl Ərəbistan yarımadasında üç əsas tanrıça bütündən biri. Bu tanrıçanın adına, əl-Lat və əl-Üzza tanrıça bütlərinin adları ilə birlikdə Quranın Nəcm surəsinin 19 və 20-ci (53:19-20) ayələrində işarə olunmuşdur. Ərəblər bu bütlərə "Bənətilləh il-səlasə" (ərəb. بنات‌الله الثلاثة‎), yəni Allahın üç qızı adını vermişdirlər.
10000 manatlıq əsginas
10000 manatlıq əsginas — Azərbaycanda 1994-2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Cəmi 1 dəfə (1994-cü ildə) dövriyyəyə buraxılmışdır. == Tarixi == 10000 manatlıq əsginaslar yalnız bir dəfə – 1994-cü ildə Azərbaycan Milli Bankı tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə dövriyyəyə buraxılmışdır. Bu əskinaslar Almaniyada "Giesecke & Devrient" şirkəti tərəfindən çap edilmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1994-cü ildə dövriyyəyə buraxılmış 10000 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır. == Təsviri == Əsginasın ön tərəfində Şirvanşahlar sarayının ümumi görünüşü təsvir olunmuşdur. Əsginasın arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə rəqəm və söz ifadəsində banknotun nominal dəyəri verilmişdir. == Ölçüləri == 10000 manatlıq əsginasın ölçüləri 130×65 mm idi. == Mühafizə elementləri == Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. == Həmçinin bax == Azərbaycan manatı == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
1000 manatlıq sikkə
1000 manatlıq sikkə — Azərbaycan Respublikasının xatirə sikkələrindən biri. == Həmçinin bax == 1000 manatlıq əsginas == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
1000 manatlıq əsginas
1000 manatlıq əsginas — Azərbaycanda 1993-2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Bu əsginas dövriyyəyə 2 dəfə (1993 və 2001-ci illərdə) buraxılmışdır. == Tarixi == 1000 manatlıq əsginaslar ilk dəfə 1993-cü ilin mart ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. Həmin əsginasın eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir. 2001-ci ildə Azərbaycan Milli Bankı tərəfindən bir qədər fərqli təsvirdə yeni 1000 manatlıq əsginaslar dövriyyəyə buraxıldı. Amma ilk 1000 manatlıq əsginaslar da dövriyyədə qaldı. Bu əskinaslar İngiltərədə "De La Rue" şirkəti tərəfindən çap edilmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1993 və 2001-ci illərdə dövriyyəyə buraxılmış 1000 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır.
100 manatlıq sikkə
100 manatlıq sikkə — Azərbaycan Respublikasının xatirə sikkələrindən biri. == Həmçinin bax == 100 manatlıq əsginas == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
100 manatlıq əsginas
100 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Bu əsginas dövriyyəyə 2 dəfə (1993 və 2005-ci illərdə) buraxılmışdır. == Tarixi == 100 manatlıq əsginaslar ilk dəfə 1993-cü ilin mart ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. 100 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1993-cü ildə dövriyyəyə buraxılmış 100 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmış, 2005-ci ildə yeni 100 manatlıq əsginaslar çap olunmuşdur. 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuş yeni nəsil pul nişanları, həmçinin yeni 100 manatlıq əsginaslar 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılmışdır. == Mövzusu == Hazırda dövriyyədə olan 100 manatlıq əsginaslar 2005-ci ildə Azərbaycan Milli Bankı tərəfindən buraxılmışdır. Bu əsginaslar iqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur.
10 manatlıq əsginas
10 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Bu əsginas dövriyyəyə 4 dəfə (1992, 1993, 2005 və 2019-cu illərdə) buraxılmışdır. Son iki buraxılış hazırda tədavüldədir. == Tarixi == 10 manatlıq əsginaslar ilk dəfə 1992-ci ilin avqust ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Belə ki, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun prezidentliyi dövründə başlanılmış, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır ki, həmin əsginaslardan biri də 10 manatlıq əsginas idi. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. 10 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir. 1993-cü ildə Azərbaycan Milli Bankı tərəfindən bir qədər fərqli təsvirdə yeni 10 manatlıq əsginaslar dövriyyəyə buraxıldı.
1 manatlıq əsginas
Bu məqalə Azərbaycanda istifadə olunan manat haqqındadır. Türkmənistan manatı üçün baxın: 1 manatlıq əsginas (Türkmənistan) 1 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Bu əsginas Azərbaycanın digər əsginasları ilə müqayisədə ən aşağı nominal dəyərə malikdir və dövriyyəyə ən çox — 4 dəfə (1992, 1993, 2005 , 2009-cu illərdə) buraxılmış əsginasdır. 1 manat 100 qəpiyə bərabərdir. == Tarixi == 1 manatlıq əsginaslar ilk dəfə 1992-ci ilin avqust ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Belə ki, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun prezidentliyi dövründə başlanılmış, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə bu reallaşmışdır. İlk Azərbaycan manatı dövriyyəyə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Fərmanına müvafiq olaraq 15 avqust 1992-ci ildə buraxılmışdır ki, həmin əsginaslardan biri 1 manatlıq əsginas idi. Bu əsginaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. 1 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir.
200 manatlıq əsginas
200 manatlıq əsginas — Azərbaycanda buraxılan milli əsginaslardan biri. Bu əsginas Azərbaycanın digər əsginasları ilə müqayisədə ən yuxarı nominal dəyərə malikdir və dövriyyəyə ən son (2018) buraxılmış əsginasdır. 200 manat 20000 qəpiyə bərabərdir. == Tarixi == Əsginasın buraxılması haqqında qanun nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə qəbul edilmişdir. Yeni əsginasın buraxılması haqqında ilk fikirlər hələ 2017-ci ildə səsləndirilmişdi. Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ şirkəti olan "Crane Currency" tərəfindən təqdim olunan dizayn qalib seçilmişdir. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı Giesecke+Devrient şirkətində istehsal olunmuşdur. 200 manatlıq əsginas 2018-ci ilin 24 mayından dövriyyədədir. Bu əsginasa qədər Azərbaycanda işlədilən ən böyük nominala malik əsginas 100 manatlıq əsginas olmuşdur. Dövriyyəyə 200.000.000 milyon manat çap edilib.
20 manatlıq əsginas
20 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Cəmi 2 dəfə (2005 ve 2021-ci illərdə) dövriyyəyə buraxılmışdır. == Tarixi == 20 manatlıq əsginaslar yalnız bir dəfə – 2005-ci ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. == Mövzusu == Bu əsginaslar Qarabağ mövzusuna həsr olunmuşdur. == Təsviri == Ağ kağızda, əsas rəngi yaşıl olmaqla əsginasın ön tərəfində qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı Bülbül" təsvir olunmuşdur. Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir. Bu əsginasın arxa fonunda Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir. == Ölçüləri == 20 manatlıq əsginasın ölçüləri 141×70 mm-dir. == Mühafizə elementləri == Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. Belə ki, əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.
250 manatlıq əsginas
250 manatlıq əsginas — Azərbaycanda 1992-2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Cəmi 1 dəfə (1992-ci ildə) dövriyyəyə buraxılmışdır. == Tarixi == 250 manatlıq əsginaslar yalnız bir dəfə – 1992-ci ilin avqust ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Belə ki, Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun prezidentliyi dövründə başlanılmış, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır ki, həmin əsginaslardan biri də 250 manatlıq əsginas idi. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. 250 manatlıq əsginasın eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1992-ci ildə dövriyyəyə buraxılmış 250 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır. == Təsviri == Əsginas sadə dizayna malik olmuş, ön tərəfində Qız qalası təsvir olunmuşdur.
50000 manatlıq əsginas
50000 manatlıq əsginas — Azərbaycanda 1996-2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Bu əsginas Azərbaycanın digər əsginasları ilə müqayisədə ən yüksək nominala malik olanıdır. Cəmi 1 dəfə (1996-cı ildə) dövriyyəyə buraxılmışdır. == Tarixi == 50000 manatlıq əsginaslar yalnız bir dəfə – 1996-cı ildə Azərbaycan Milli Bankı tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə dövriyyəyə buraxılmışdır. Bu əskinaslar İngiltərədə "De La Rue" şirkəti tərəfindən 1995-ci il tarixi ilə çap edilmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1996-cı ildə dövriyyəyə buraxılmış 50000 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır. == Təsviri == Əsas rəngi yaşıl olmaqla, əsginasın ön tərəfində orijinal üslubda Naxçıvan memarlıq abidəsi olan Möminə Xatun türbəsinin ümumi görünüşü təsvir olunmuşdur. Əsginasın arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə ifadəsi verilmişdir. == Ölçüləri == 50000 manatlıq əsginasın ölçüləri 132×66 mm idi. == Mühafizə elementləri == Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir.
500 manatlıq sikkə
500 manatlıq sikkə — Azərbaycan Respublikasının xatirə sikkələrindən biri. == Həmçinin bax == 500 manatlıq əsginas == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
500 manatlıq əsginas
500 manatlıq əsginas — Azərbaycanda 1993–2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Cəmi 1 dəfə (1993-cü ildə) dövriyyəyə buraxılmışdır. == Tarixi == 500 manatlıq əsginaslar yalnız bir dəfə – 1993-cü ilin fevral ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. Əsginasın eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1993-cü ildə dövriyyəyə buraxılmış 500 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır. == Təsviri == Əsginasın ön tərəfində əvvəlcə Məhəmməd Əmin Rəsulzadənin portretinin çapı nəzərdə tutulmuşdur. Lakin o zaman ölkə Prezidenti olan Əbülfəz Elçibəyin təkidi ilə onun portreti 1000 manatlıq əsginasın üzərində təsvir olunur. 500 manatlıq əsginasda isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin portreti təsvir olunur.
50 manatlıq sikkə
50 manatlıq sikkə — Azərbaycan Respublikasının xatirə sikkələrindən biri. == Həmçinin bax == 50 manatlıq əsginas == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
50 manatlıq əsginas
50 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Bu əsginas dövriyyəyə 2 dəfə (1993 və 2005-ci illərdə) buraxılmışdır. == Tarixi == 50 manatlıq əsginaslar ilk dəfə 1993-cü ilin mart ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir. 50 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1993-cü ildə dövriyyəyə buraxılmış 50 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmış, 2005-ci ildə yeni 50 manatlıq əsginaslar çap olunmuşdur. 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuş yeni nəsil pul nişanları, həmçinin yeni 50 manatlıq əsginaslar 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılmışdır. == Mövzusu == Hazırda dövriyyədə olan 50 manatlıq əsginaslar 2005-ci ildə Azərbaycan Milli Bankı tərəfindən buraxılmışdır. Bu əsginaslar təhsil və gələcək mövzusuna həsr olunmuşdur.
5 manatlıq sikkə
5 manatlıq sikkə — Azərbaycan Respublikasının xatirə sikkələrindən biri. == Həmçinin bax == 5 manatlıq əsginas == İstinadlar == == Xarici keçidlər == Mərkəzi Bank tədavülə 5 manatlıq gümüş yubiley pul nişanı buraxıb Pul.
5 manatlıq əsginas
5 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. 3 dəfə (1992, 2005 və 2009-cu illərdə) dövriyyəyə buraxılmışdır. == Tarixi == 5 manatlıq əsginaslar ilk dəfə 1992-ci ilin dekabr ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır. 5 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1992-ci ildə dövriyyəyə buraxılmış 5 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmış, 2005-ci ildə yeni 5 manatlıq əsginaslar çap olunmuşdur. 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuş yeni nəsil pul nişanları, həmçinin yeni 5 manatlıq əsginaslar 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılmışdır. == Mövzusu == Hazırda dövriyyədə olan 5 manatlıq əsginaslar 2005 və 2009-cu illərdə Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılmışdır. Bu əsginaslar yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur. == Təsviri == İlk 5 manatlıq əsginasın ön tərəfinə Qız qalasının təsviri ilə yanaşı arxa fon təsvirləri də verilmişdir.
Azərbaycan manatı
Azərbaycan manatı (işarəsi: ₼) — Azərbaycan Respublikasının pul vahidi. == Tarixi == === İlk buraxılış === Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu. Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeqanə ödəniş vasitəsi olması tətbiq olundu. === Yeni nəsil pul nişanları === Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi yasaqdır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur.
Azərbaycan manatının işarəsi
Azərbaycan manatının işarəsi (₼) — Azərbaycanın pul vahidi olan Azərbaycan manatının işarəsidir. İşarə 2006-cı ildə Robert Kalina tərəfindən hazırlanmış və 2013-cü ildə Unikoda əlavə edilmişdir.
Cənubi Florida Universiteti Sarasota-Manatee
Cənubi Florida Universiteti Sarasota-Manatee — ABŞ-nin Florida əyalətində yerləşən Cənubi Florida Universitetinin bir kampusudur. 1975-ci ildə qurulmuşdur. 40-dan çox bakalavr fakültəsi və bir çox magistr fakültəsi universitetdə mövcuddur. İdarəetmə, Mühəndislik, Dil-ədəbiyyat, Tibb bacısı kimi fakwltələri var.
Manati balaenurus
Dəniz inəkyi (lat. Hydrodamalis gigas) — dyoqonlar fəsiləsinin dəniz inəkləri cinsinə aid heyvan növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır. Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir. Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan(ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı.
Rathakit Manathat
Rathakit Manathat — Tailandın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ildən)

Digər lüğətlərdə

горюно́к затемнённый мину́тами мужеуби́йство наркотранзи́т натя́гивание окисли́тельный отпу́гивать подско́к разу́бранный ро́счерковый схемати́ческий хвалёнка зака́чивание моча́листый пили́кнуть психологи́зм уменьша́ть ча́до шалапай bugger about receipt-book витийствовать зуёк чувство