Mancurlar
Mancurlar— Müasir şimali-şərqi Çində olan Mancuriya əsilli Tunqus xalqıdır.
== Ümumi məlumat ==
Mancurlar Şimal-Şərqi Çinin yerli əhalisidi.Sayları 10 milyondur.Mancur dilində danışırlar. Eyni zamanda Çin dilindən də istifadə edirlər.Yazıları XVI əsrdən etibarən monqol əlifbası əsasındadır.Dindarları buddist və daosizm tərəfdarlarıdır.Ənənəvi etiqadlarını da qoruyurlar.Cəmiyyətdə tayfa bölgüsü qalıqları da saxlanılır.Mancurlar qədim Çin salnamələrində xatırlanan tunqus tayfalarının nəsilləridir.Mancurların xalq kimi formalaşmasında qonşu türk, monqol və başqa tayfalar da yaxından iştirak etmişdir.Vahid xalq kimi yalnız XVII əsrin ortalarında formalaşmışlar.Ənənəvi məşğuliyyətləri əkinçilik, dağlıq rayonlarda isə meşəçilikdir.XX əsrin ikinci yarısında sənayedə çalışan mancurların sayı artmışdır.
== Tarixi ==
Neolit dövrlərindən mancurların, bəzən isə Amur hövzəsində yaşayan tunqusların əcdadlarında mülayim qurşağın iri çaylarının sahillərində oturan balıqçılar təsərrüfat- mədəni tipi inkişaf etmişdir. Onlar başlıca olaraq torpaqları və çay axınını dayandırmaq üçün cürbəcür süni maneələrin köməyi ilə qızıl balıq tuturlar. Balığın dərisindən, yaxşı emal edildikdən sonra müxtəlif məişət əşyaları, həmçinin paltar məqsədilə istifadə olunurdu.
645-ci ildə Mancuriyadakı Xitanla və cənubi Koreyanın iki dövləti – Pençe və Silla ilə ittifaqda Koquryaya müdaxilə etdi, lakin ağır itki verməklə geri çəkilməyə məcbur edildi.
696-ci ildə Mancuriyada Xitan özünün çinli qubernatoruna qarşı qiyam qaldırdı. 698-ci ildə türklər öz növbəsində Hopehə müdaxilə etdilər.
Mancurlar 6 milyondan artıq olmaqla özlərini XVII əsrdə Çinə müdaxilə etmiş və 1644-1911-ci illərdə hökmranlıq edən Tsin sülaləsini yaratmış Mancu döyüşçülərinin törəmələri kimi qələmə verirlər.