Frunzenin iştirakilə Qızıl Ordunun manevri (film, 1925)
== Məzmun ==
Filmdə sabiq SSRİ İnqilab Hərbi Şurasının sədri Mixail Frunzenin Tbilisiyə gedərkən yolüstü Bakıda qalması, SSRİ-nin beynəlxalq və daxili vəziyyəti, Qırmızı Ordunun növbəti vəzifələri, kənddə iş barədə məruzələr etməsi və aprelin 18-də Mixail Frunzenin iştirakı ilə Bakı qarnizonu hissələrinə baxış keçirilməsindən danışılır.
Kinolentdə Azərbaycan hərbi hissəsi əsgərlərinin səhra təlim-məşq toplanışı əks etdirilmişdir.
== Filmin heyəti ==
=== Filmdə iştirak edən ===
Mixail Frunze
== Mənbə ==
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.