MANEƏ

is. [ ər. ] Bir işin görülməsinə, başa gəlməsinə yol verməyən, imkan verməyən şey, səbəb, əngəl; çətinlik. Maneələri aradan qaldırmaq.
[Mələk Şeydaya:] Bundan sonra heç bir maneə, heç bir qüvvət sizi bir-birinizdən ayırmaz. H.Cavid.
[Həsən bəy:] Mirzə Fətəli Axundzadə nə cür maneələrlə üz-üzə gəldi, ancaq mərd iradəsi hər şeyi yıxıb keçirdi. Q.İlkin.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MANEƏ maneə bax əngəl
  • MANEƏ əngəl — ilişik — yubanıq
MANEÇİLİK
MANEƏLİ
OBASTAN VİKİ
Böyük Maneə rifi
Böyük Sədd rifi — Avstraliya sahillərində 2600 km boyunca, 2900 rif sistemindən, 344,4 km² sahəyə malik Mərcan dənizində mərcan rif və adalar silsiləsi. Avstraliyanın Kvinslend vilayətinin sahilləri boyunca yerləşir və gəmiçiliyə mane olur. Bu möhtəşəm Rif sistemi Mərcan dənizində yaşayan polip adlanan mikroorqanizmlər sayəsində yaranmışdır. Bu rif sistemi canlı çeşidliliyinə görə fərqlənir, buna görə Dünya Mirasları arasına alınmışdır. Kəşf edilmə tarix 11 iyun 1770-ci ildə Ceyms Kuk tərəfindən "Endeovour" adlı gəmilər Böyük Sədd Rifinə lövbər atmasıyla Coğrafiya kəşf tarixinə keçmişdir. Bu kəşf o qədər də asan olmadı, belə ki, onun bu kəşfdən sonra gəmisi zədələnmişdir. Gəmisini isə Avstraliyanın Kvinslend əyaləti sahillərinə yetiştirməyi bacarmış və səyahətinə davam etmişdir.
Maneələrlə qaçış
Maneələrlə qaçış atletikada qaçış məsafəsinə qoyulan maneələrlə çətinləşdirilmiş sprint qaçışıdır. Buna görə də atletika sahələri arasında ən çox koordinasiya və texniki əməkdaşlığa ehtiyac duyulan sahələr sırasında hesab olunur. == Müasir atletikada qaçış məsafələri == === 100 m maneəli === Bu, yalnız qadın idmançıların yarışlarında olan məsafədir. 10 maneə mövcuddur. Start xəttindən birinci maneəyə qədər olan məsafə 13 metr, digər maneələr arasındakı məsafə isə 8,5 metrdir. === 110 m maneəli === Bu gün kişilərin qaçdığı uzunluqdur.10 maneə mövcuddur. Birinci maneəyə 7-8 addımda çatılır, maneələr arasındakı məsafə isə 3 addıma keçilir. === 400 m maneəli === 10 maneə mövcuddur. Birinci maneəyə qədər 45 metr mövcuddur. Maneələr arasındakı məsafə 35 metrdir.

Digər lüğətlərdə

безотва́льный бережли́вый доберма́н-пи́нчер криводу́шный мифоло́гия отброди́ть смы́вки сувере́нно автодиспе́тчер втро́е однозна́чность прямо... торпе́дный харчева́ться черноспи́нный култыжкать лань anthracosilicosis diligently Hebraic otolithic pyaemic scuba-dive выгодность санбат