MANTİYA

[yun.] мантия ( яргъи аба, яргъи плащдиз ухшар пек).
MANTİLYA
MANTO
OBASTAN VİKİ
Yerin alt mantiyası
Yerin alt mantiyası (rus. нижняя мантия Земли, ing. lower mantle of the Earth) — mantiyanın bir hissəsi olub, 800–900 km-dən 2900 km-ə qədər dərinlikdə, yerin nüvəsilə Yerin üst mantiyası arasında yerləşir.
Yerin mantiyası
Mantiya (yun. mantion- plaş, örtük) — Yer kürəsinin Maxaroviçiç sərhədindən (30–35 km, Yer qabığının dabanı) 2900 km dərinliyə kimi (nüvənin xarici Vixert-Qutenberq sərhədi) olan hissəsi. Əsasən, maqnezium və dəmirlə zəngin olan ağır minerallardan təşkil olunmuşdur. Mantiya quruluşuna görə 3 hissəyə bölünür: üst (300 km-ədək), orta (300–950 km) və alt (950–2900 km) mantiya. Tektonik hərəkətlər, maqmatizm və s. proseslər mantiya ilə əlaqədardır. Yerin mantiyası Yerin nüvəsinin xarici sərhədində uzununa dalğaların sürəti (Vp) orta hesabla 8 km/s-dan (7,8–8,5 km\s) ~ 13,6 km\s-dək (nüvənin Perqam sərhədində), eninə dalğaların (Vs) sürəti isə uyğun olaraq 4,4–7,3 km\s-dək artır. Yerin mantiyası sıxlığın şaquli paylanması yer qabığının altında 3,3–3,5 q\sm3-dək, nüvənin xarici sərhədində 5,6–5,9 q\sm3-dək dəyişir. Yerin mantiyası üçün ağırlıq qüvvəsinin (g) hesablanmış qiyməti dəyişməz kəmiyyətdir: g"const"1000 sm\san2. Yer qabığı altında təzyiq 1,3–1,4 mln.

Значение слова в других словарях