maralçılıq

is. élevage m de rennes ; ~ təsərrüfatı ferme f d’élevage de rennes

maralçı
marçıldatmaq
OBASTAN VİKİ
Maralçılıq
Maralçılıq — heyvandarlığın bir sahəsi olaraq Şimal marallarının yetişdirilməsi ehtiva edir. == Maralçılığın ümumi xüsusiyyəti və tarixi == Müasir araşdırmalara görə ilk dəfə maraldan ev heyvanı kimi Cənubi Sibirdə b.e əvvəllərində Somoedlər və Evenklər yararlanmışlar. Onlar türklər və skiflərində geniş yayılmış atçılığın təsiri ilə yaranmışdır. Tunqular maralın belində hərəkət etdikləri təqdirdə, samodiylər artıq X əsrdə maralların hərəkət etdirdiyi xizəklərdə arktikada sərbəst dolaşırlar. Bundan sonra onlar bunu digər şimal xalqlarına yaymışlar. Saamilər və Haloqalandan olan şimali norveçlilər maralçılıqla IX əsrdə, Çukçalar isə XVI əsrdə tanış olmuşlar. Günümüzdə isə maralçılıq əsasən şimal yarımkürəsinin arktik və subarktik qurşağı zonasında yayılmışdır. Hazırda Rusiya, Finlandiya, Norveç və İsveç kimi ölkələrdə maralçılıq geniş yayılmışdır. Bu sahə ilə əsasən Dolqanlar, Komilər, Evenklər, Tofalar, Saamilər, Evenlər, Koryaklar, Yukagirlər, Xantılar, Mansilər və Çukçalar kimi xalqlar məşğul olur. Maralçılıq şimali tayqa, tundra və meşə tundra zolağında yayılmışdır.

Значение слова в других словарях