1. Bir şeyə diqqət, bir şeyi bilmək, öyrənmək həvəsi, meyli, arzusu.
Hələ Novruza və çərşənbələrə hazırlanmaq daha da böyük bir maraq təşkil edərdi.
Bibixanımın üzündə bir maraq ifadəsi gəzdi.
□ Maraq etmək (eləmək) – 1) bax maraqlanmaq;
2) təşviş etmək, narahat olmaq, düşünmək.
Saraya girdisə o, etmə maraq; Var səbəb, fitnə-fəsad ondan iraq.
Maraq göstərmək – həvəs göstərmək, maraqlanmaq.
Şirmayı böyüklərin söhbətinə qulaq asmağa sonsuz bir maraq göstərirdi.
Maraq oyatmaq (doğurmaq) – həvəs oyatmaq, maraqlandırmaq.
Məndə uşaqlıqdan folklora maraq oyadan Yusif əmi olmuşdur.
Maraqdan düşmək – həvəsi qaçmaq, həvəsi getmək, daha maraqlanmamaq.
Keçər aylar, keçər illər, yaz, ey Vaqif, ömür azdır; Düşər bir gün laçın könlüm şeir, sənət marağından.
2. Maraqla şəklində zərf – maraqlanaraq, həvəs göstərərək, böyük həvəslə, şövqlə. Maraqla oxumaq. Maraqla baxmaq. Maraqla qulaq asmaq.
– Tofiqlə bərabər quşlara maraqla tamaşa etməyə başladılar.
Yoldan keçənlər heyrət və maraqla [Dürrəyə] baxırdılar.