MARAQLI

sif.
1. Maraq oyadan, marağa səbəb olan. Maraqlı söhbət. Maraqlı xəbər. Maraqlı kitab. Maraqlı tamaşa.
– …Axırda da Tamam maraqlı nağıllarını başlardı. S.S.Axundov.
Ancaq bugünkü idman bayramının xüsusi və maraqlı bir hissəsi də vardı. M.Rzaquluzadə.

// Zərf mənasında. Maraqlı danışmaq. Maraqlı qulaq asmaq.
2. Maraq ifadə edən.
Ucaboylular balacaların çiyninin üstündən baxır, balacalar ucaların böyründən başını çıxararaq maraqlı gözlərlə maşından düşənləri seyr edirdilər. M.İbrahimov.

// İs. mənasında. Maraqlanan, marağı, həvəsi olan adam; həvəskar.
Məhsəti xanımı görmək … üçün şəhərin bütün şeir və musiqi maraqlıları Xərabət məhəlləsinin tininə yığışmışdılar. M.S.Ordubadi.
Bəzi maraqlılar və qoyub gəldiyi ev-eşiyi, mal-dövləti üçün qorxanlar izdihamdan aralanıb … sürətini artırırdı. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MARAQLI maraqlı bax məzəli 2
  • MARAQLI mənalı
  • MARAQLI zövqlü — gözəl — qəşəng

Antonimlər (əks mənalı sözlər)

  • MARAQLI MARAQLI – BOŞ Dinləyirdim maraqlı söhbətini: qoca müəllimin (R.Rza); Mən and içirəm ki, boş sözdü (Mir Cəlal)
MARAQLANMAQ
MARAQLILIQ
OBASTAN VİKİ
Maraqlı kiçik jurnalı
Türkiyə Elmi və Texniki Araşdırma Təşkilatı hazırladığı Türkiyənin ilk aylıq məktəb əvvəli elm jurnalıdır. Yanvar 2007də nəşr həyatına başlayan Maraqlı Kiçik, hər ayın 1ində oxucularıyla görüşən 3-6 yaşa istiqamətli bir elm jurnalı. Jurnal, içindəki bir-birindən rəngli şəkil və fotoşəkil çəkər, təsir edici yazılar, maraqlı məlumatlar və əyləncəli fəaliyyətlərlə uşaqları elm dünyasında bir səfərə çıxarır. Jurnalın, macəralarla dolu bu səfərdə uşaqlara yoldaşlıq edən qəhrəmanları Kiçik, Çakçak, Kırçıl, Karamel və Nüvə, oxucuları arxalarında sürüyərək hər ədəddə yeni bir mövzunu kəşfə çıxırlar.
Bəzi maraqlı hadisələr (internet serialı, 2021)
Bəzi Maraqlı Hadisələr (türk. İlginç Bazı Olaylar) — rejissoru və ssenaristi İbrahim Büyükak olan NuLook Production imzalı 16 aprel 2021-ci ildə EXXEN-də yayınlanmağa başlayan Türkiyə istehsalı komediya internet serialı. == Məzmun == Ailəsi üçün xəyallarından əl çəkməyən və dostları ilə İstanbula getməyən İbo, ailəsi və dostları ilə birlikdə Bursada yaşadıqları bəzi maraqlı hadisələr.

Digər lüğətlərdə

ба́бка изоляцио́нный кося́к разгримирова́ться солони́нный алфави́тный зю́зя кра́ше в гроб кладут несбаланси́рованный неуклю́же обу́гливание отчеренкова́ть пена́л распако́вка эрмитаж aerospace interspinal no-man's land Old German panem et circenses! puzzle sod-podzol towards великовозрастный мыс