mart
maşa
OBASTAN VİKİ
Masa
Masa və ya büro — məktəbdə, ofisdə, evdə və ya oxşar, oxu, yazma və ya kompüter kimi avadanlıqlardan istifadə etmək kimi akademik, peşə və ya məişət fəaliyyəti üçün istifadə olunan düz bir masa tərzi iş səthinə malik bir mebel parçasıdır. == Tarix == Masa üslubunda mebel klassik antik dövrdə və ya Yaxın Şərq və ya Uzaq Şərqdəki savadlı sivilizasiyanın digər qədim mərkəzlərində istifadə edilməmiş kimi görünür, lakin konkret bir dəlil yoxdur.
Masa (bürc)
Masa (lat. Mensa) — göyün cənub yarımkürəsində zəif görünən bürc.
Masa dağlar
Masa / tava/ dağlar – (rus. горы столовые, ing. table mountains) denudasiyaya davamlı çökmə və ya püskürmə süxur layları ilə örtülmüş dik yamaclı və yastı səthli təcrid olunmuş yüksəklik. Qalxmış laylı düzənlik­lərin erozion parçalanması və ya qırılmalar boyu ayrı-ayrı blokların differensial yerdəyişməsi zamanı əmələ gəlir.
Altılı Masa
Altılı Masa — CHP, İYİ Partiya, Səadət Partiyası, Demokrat Partiyası, DEVA Partiyası və Gələcək Partiyası tərəfindən 12 fevral 2022-ci ildə keçirilən ilk toplantıda qurulan siyasi birlik. İYİ İYİ Partiyanın Baş katibi Uğur Poyraz, Millət Alyansının seçki prosesi zamanı ittifaq olduğunu, seçki prosesi geridə qaldıqdan sonra isə işbirliyinə çevrildiyini açıqladı.Altılı masa Milli İttifaqdan ayrı müstəqil bir qurumdu. 26 yanvar 2023-cü ildə Altılı masa 11-ci iclasından sonra ilk dəfə olaraq özünü "Millət İttifaqı" olaraq elan etdi. Millət İttifaqı 30 yanvar 2023-cü ildə Ankarada Ortaq Siyasət Anlaşma Memorandumunu ictimaiyyətlə paylaşdı. == Gücləndirilişmiş parlament sistemi == Siyasi partiyaların altı masalı üzvləri 2022-ci il fevralın 28-də gücləndirilmiş parlament sisteminə keçidlə bağlı bəyannamə yayaraq anlaşma memorandumu imzalayıblar. Memorandumun mətnində seçki baryerinin 3%-ə endirilməsi, ən azı 1% səs toplayan partiyalara xəzinədarlıq yardımı, çanta hüquq praktikasına son qoyulması, prezidentin veto hüququnun götürülməsi və səlahiyyət müddətinin uzadılması 7 il təhsil kurikulumunda hökumətə, hökümətə etimadsızlıq sualı vermək səlahiyyətini tanımaq, tədrisə gender bərabərliyi kurslarının əlavə edilməsi kimi vədlər vardır.
Qobustanın masa dağları
Qobustanın masa dağları - Azərbaycan Respublikasının nadir relyef formalarından biri də yalnız Şərqi Qobustanın hüdudları daxilində bu günümüzə qədər gəlib çıxmış masa dağlarıdır. Onlar sıldırım və sərt yamaclı oval (dairəvi) formalı və ya uzadılmış ellipsoid görünüşlü, yastı zirvəli yüksəkliklərdir. Masa dağlarının zirehli zirvə­ləri və ya “üst taxtaları” eopleystosenə (orta-üst abşeron) aid sıx qabıqlı əhəng­daşılarının subhorizontal laylarından formalaşmışdır; onlar bir vaxtlar Qobustan ərazisini tamamilə örtmüş və gec dördüncü dövrün şaquli hərəkətləri ilə bağlı olan denudasion proseslərin təsiri altında yuyulmuş yastı düzənliyin qalıqları­dır. Bakı şəhərindən cənubda, Xəzər dənizi sahilinin yaxınlığında ucalan Böyükdaş və Kiçikdaş yüksəklikləri də masa dağları sırasına aid edilir. “Üst taxtaların” kənarlarından uçub tökülmüş müxtəlif ölçülü əhəngdaşı qırıntıları­nın masa dağlarının yamaclarında qalaqlanması nəticəsində qəribə ahəngdarlıq yaradan qaya ansamblları, taxça, kaha və zağalardan ibarət “qayalar dənizi”-nin bənzərsiz landşaftı yaranmışdır. Bu və yaxınlıqda yerləşən Cingirdağ, Şonqardağ və Şıxqaya masa dağ­larının qaya və mağaralarında daş əsri və sonrakı dövrlərə aid çoxlu artefaktları – ibtidai insanın yaşayış məskənləri, qayaüstü təsvirlər, qəbirlər və i.a. aşkar edil­mişdir. Ən qədim petroqliflər yeni eradan əvvəl 10-8-ci minilliklər, ən ge­c­ləri isə orta əsrlərə aid edilir. Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları, Yazılı təpəsi və ətraf ərazilər də daxil olmaqla, 1967-ci ildə burada “Qobustan” Dövlət Tarix-İncəsənət Qoruğu yaradılmışdır. Qoruğun ərazisində yerləşən qədim mə­dəniyyət abidələri UNESCO-nun ümumdünya mədəniyyət və təbiət irsi ob­yekt­ləri sıra­sında yer almış bəşəriyyətin ən qiymətli abidələri siyahısına salın­mışdır.
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi
70 saylı Masallı şəhər seçki dairəsi
71 saylı Masallı kənd seçki dairəsi
72 saylı Yardımlı-Masallı seçki dairəsi
75 saylı Lənkəran-Masallı seçki dairəsi
Abbasbəyli (Masallı)
Abasbəyli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Yeyənkənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Abasbəyli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimiyası == 1933-cü ildə Dəvəçi və Sabirabad rayonları ərazisində də Abasbəyli kəndləri qeydə alınmışdır. Bu oykonimlər abasbəyli etnonimi ilə bağlıdır. == Tarixi == Kəndin tarixi XVIII əsrdən başlanır. XVIII əsrdən Viləş çayı kənarında məskən salmışlar. Sonralar çayın selindən qorunmaqdan ötrü çaydan biraz aralıda yerləşmişlər. == Əhalisi == Əhalisi 760 nəfərdir. Kənd əhalisini azərbaycanlılar təşkil edir. == Coğrafiyası və iqlimi == Bu kənd Lənkəran ovalığında, Viləş çayı sahili və dağətəyi zonada yerləşir.
Allahyarlı (Masallı)
Allahyarlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Allahyarlı kəndi Yeyənkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi öz adını eyvazlılar elinə mənsub allahyarlı nəslinin adından almışdır. == Əhalisi == Əhalisi 295 nəfərdir.
Babakücə (Masallı)
Babakücə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Böyük Kolatan kənd Sovetindən Babakücə kəndi Sığdaş kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Babakücə kəndinin ərazisindən xüsusi mülkiyyətində olan 14,9 ha torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Yerli əhali kəndi Bobokümə adlandırır. Bobo (kənddəki Cahangir pirini belə adlandırırlar) və kümə (talışca "məhəllə", "küçə") sözlərindən ibarət olan bu toponim "pir məhəlləsi, pir kəndi" kimi izah olunur. Oykonim baba (dağ) və kücə (kuca türk dillərində "əhatə olunmuş", "dövrələnmiş, tutulmuş") sözlərindən düzəlib, "dağla əhatə olunmuş yer, dağlıq ərazi" deməkdir. == Əhalisi == Əhalisi 691 nəfərdir. == Din == Kənddə Babakücə kənd məscidi dini icması fəaliyyət göstərir.
Bulbophyllum masaganapense
Bulbophyllum masaganapense (lat. Bulbophyllum masaganapense) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Bulbophyllum masarangicum
Bulbophyllum masarangicum (lat. Bulbophyllum masarangicum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Cümə məscidi (Masallı)
Cümə məscidi — Azərbaycanın Masallı rayonunun inzibati mərkəzində, Füzuli küçəsində yerləşən tarixi-memarlıq abidəsi. == Tarixi == Məscid XIX əsrin əvvəllərində inşa edilmiş, əsas və yardımçı binalardan, həmçinin mədrəsə binasından ibarətdir. Məscidin daxili 354 kv. metr, tutumu 400 nəfərdir. İnşasında qırmızı kərpicdən və yerli meşə materiallarından istifadə edilmişdir. Məscidin orta sütunları çoxillik palıd ağaclarındandır. İçi ağac şəbəkə ilə kişi və qadın ibadət yerlərinə ayrılmışdır. Pəncərələri ağac və rəngli şüşə şəbəkələrdən qurulmuşdur. Məscidin qabaq hissəsinə sütunvarı çıxıntı əlavə edilmişdir. Məscidin qabaq divarları sonradan ağ mərmər üzlüklə örtülmüşdür.
Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi
Digah (Masallı)
Digah — Azərbaycan Respublikasının Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Digah kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Digah kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Digah kəndinin 438,0 ha təşkil edən ərazisi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisi 3722 nəfərdir (2009).
Dəlləkli (Masallı)
Dəlləkli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 160 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqələrini dəlləkli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. Etnotoponimdir.
Dəmirçi (Masallı)
Dəmirçi — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Bədəlan kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dəmirçi kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 1918 nəfərdir (2009). == Din == Kənddə Dəmirçi kənd məscidi dini icması fəaliyyət göstərir.
Erotik masaj
Erotik masaj — bir insanın başqa bir insanın erogen zonalarında cinsi həzz alması üçün istifadə edilən masaj üsullarından biri. Proses, erotik masaj alan şəxsin cinsi oyanmasını təmin edə və ya artıra, həmçinin də bəzən orqazma çatmasına səbəb ola bilər. Fokus zonası qadınlarda qadın döşü, döş giləsi, areola və qasıq kurqanı, kişilərdə isə kişi reproduktiv sistemidir. Masaj partnyorun cinsi orqanlarına aid olduqda, hərəkət aktı adətən kişilər üçün əllə, qadınlar üçün isə barmaqlarla həyata keçirilir. Bu gün erotik masaj zəng qızları kimi bəzi insanlar tərəfindən, zaman zaman cinsi əlaqənin bir hissəsi, ya ön sevişmə, ya da cinsi əlaqənin son hərəkət aktı, ya da cinsi terapiyanın bir hissəsi kimi istifadə olunur. Bəzi ölkələr və şəhərlərdə masaj salonları, spa və saunalar kimi böyük kommersiya məqsədləri üçün fəaliyyət göstərən erotik masaj sənayeləri də mövcuddur.
Hişkədərə (Masallı)
Hişkədərə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 2744 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsinin adındakı hişqə talış dilindəki "quru", "susuz" və Azərbaycan dilində dərə komponentlərindən ibarət olub, mənası Qurudərə kəndidir. == İnfrastrukturu == Kənddə XIV əsrə aid Nəzirə Xanım türbəsi, iyirmi minə yaxın eksponatı olan Tarix-Diyarşünaslıq muzeyi, tunc dövrünə aid Qazaxantəpə, Qosatəpə, Allahqulutəpə və Mirzətəpə kurqanları vardır. Hişkədərə və eləcə də Masallı tarixinin güzgüsü 1952-ci ildən kəndimizdə fəaliyyət göstərən Tarix-Diyarsünaslıq muzeyidir. Muzeyin palentologiya, etnoqrafiya, numizmatika və arxeologiya şöbələrində 19 mindən çox qiymətli eksponat toplanmışdır. Bütün bunlar Tarix-Diyarşünaslıq muzeyində muhafizə olunur. Muzeyin yaradıcısı mərhum əməkdar müəllim Rəhim Tağıyev olmuşdur. == Şəkilləri == == Həmçinin bax == Jindi Kıncıvo Monidigah == İstinadlar == == Xarici keçidlər == Masallı Rayonu Hişkədərə Kənd Məscidi Dini İcmasının "facebook" səhifəsi.
Hosono Masabumi
Hosono Masabumi (yaponcaː 細野 正文; 15 oktyabr 1870, Niiqata prefekturası – 14 mart 1939, Yaponiya) — "Titanik" gəmisi batarkən xilas olan və gəmidə batanlarla qalmadığı üçün öz ölkəsində ostrakizmə (yunan sözü olub geniş mənada "ictimai qınaq", "təmizlənmək" mənasındadır) və ya murahaçibuya (村八分) məruz qalan yaponiyalı. == Haqqında == Hosono Masabumi 15 oktyabr 1870-ci il tarixində Yaponiyada anadan olub. Yaponiyanın nəqliyyat nazirliyində işləyən 41 yaşlı dövlət qulluqçusu Hosono 1910-cu ildə Rusiya İmperiyasına, buradakı yerli dövlət dəmiryolu nəqliyyatı sistemi ilə tanış olmaq üçün ezamiyyətə göndərilir. Hosono Yaponiyaya Avropa və Amerikadan qayıtmalı olur. Bir müddət o, Londonda qalır. 1912-ci il aprelin 10-da Hosono Southamptonda [saʊθˈ(h)æmptən] (Həmpşir, İngiltərə) 2-ci sinif bileti ilə "Titanik" gəmisinə minir. Aprelin 14-dən 15-nə keçən gecə, gəminin bort nəzarətçisi onu oyadaraq təxliyə xəbərini çatdırır. Olduğu yerdən, yəni ikinci sinif otağından artıq suya buraxılan xilasedici qayıqlara minmək üçün Hosono çata bilməyəcəkdi. Ona görə də nəzarətçi ona üçüncü sinif sərnişinləri üçün nəzərdə tutulan göyərtəyə getməyi təklif edir. Hələ xilasedici qayıqlara ancaq qadınlar və uşaqların minə bildiyi dramatik vəziyyətdə Hosono 10-cu (bəzi mənbələrə görə 13-cü) qayığa minə bilir.Hosono 10-cu qayığı suya salan səlahiyyətli şəxsin "son iki nəfər" qışqırmasının ardınca bir kişinin qayığa tullandığını görür.
Həsənli (Masallı)
Həsənli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 2731 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi Həsənli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Coğrafiyası və infrastrukturu == Həsənli kəndi Lənkəran ovalığında, Masallı rayon mərkəzindən 15 km şimalda, Masallı dəmiryol stansiyasından 4 km şimali-şərqdə yerləşir. Kənddə 1 ümumtəhsil məktəbi, uşaq bağçası, klub, kitabxana, mərkəzi ATS fəaliyyət göstərir. Həmçinin kənddə Qarabağ şəhidlərinin xatirəsinə abidə ucaldılıb. Kəndin mərkəzində "Tut bağı" var.
Kalinovka (Masallı)
Viləş (əvvəlki adları: Nikolayevka; Kalinovka) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılmış, Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Əhalisi == Əhalisi 2397 nəfərdir. == Toponimiyası == Keçmiş adı Nikolayevka olmuşdur. 1843-cü ildə Volqaboyundan köçüb gələn rus kəndlilərinin məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində sovet dövlət xadimi M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır. == Tarixi == 5 mart 2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir.Kalinovka kəndi azərbaycan ərazisində ən qədim molokan kəndlərindəndir. Rusların ilk məskunları 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar. 1837-ci ili çarın fərmanı bizim ərazimizdə rus kəndlərinin yaranmasına təkan verir.
Kitao Masanobu
Santo Kyoden (山東 京伝, 13 sentyabr 1761, Kiba[d], Tokio – 27 oktyabr 1816) – Edo dövründə yaşamış Yaponiya yazıçısı, ukiyo-e sənətçisi, illüstrator, antikvar və mağaza sahibi. Əsl adı İvase Samuru (岩瀬 醒) olan Kyoden yaradıcılığında Kitao Masanobu (北尾 政寅) təxəllüsündən istifadə etmişdir. Əsasən kibyoşi və şarebon janrlarında yazsa da, kokkeybon, hanaşibon, qokan və yomihon janrlarında da əsərlər yaratmışdır. Bütün həyatını Edo şəhərində keçirmişdir. == Şəxsi həyatı == 1761-ci ildə Edo şəhərində bir lombardın oğlu kimi dünyaya gəlmişdir. Ev və terakoya təhsili almışdır. 29 yaşında Yoşivara rayonundan olan Okiku ilə evlənsə də, həyat yoldaşı 4 il sonra ölmüşdür. 1800-cü ildə ikinci dəfə evlənmiş, bu dəfə də həyat yoldaşını Yoşivara kurtizankaları arasından seçmişdir. İkinci həyat yoldaşı Yuri 1818-ci ildə ölmüşdür. Cütlüyün heç vaxt uşağı olmamışdır.Kyodenin qardaşı Kyozen də yazıçı olmuşdur.
Kəlbəhüseynli (Masallı)
Kəlbəhüseynli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1315 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi kəbləhüseynli (Kərbəlayi Hüseyn şəxs adı ilə bağlıdır) nəsli tərəfindən salındığı üçün belə adlandırılmışdır. Oykonim Kəlbəhüseynli variantında da qeydə alınmışdır.
Ləngan (Masallı)
Ləngan — Azərbaycan Respublikasının Masallı rayonunun Təklə inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 525 nəfərdir. == Toponimiyası == Biləsuvar çayının sahilində, Lənkəran ovalığında yerləşən bu kəndin əsasını XIX əsrdə Lənkəran qəzasında yaşayan Sığıncağ, Mollahəsənli, Xoşçobanlı və Ləngan tirələrinə ayrılan təklələrin Ləngan tirəsinə mənsub ailələr qoyduğu üçün kənd onların adı ilə adlandırılmışdır.
Lənkəran-Masallı seçki dairəsi

Значение слова в других словарях

на́крепко ну́-кась пе́шая распу́тываться а́довый могу́чий остево́й отка́рмливаться ре́зус табуре́точный щепа́ шпалера absciss archway crang leaver mass concrete pink-collar upright weighing-machine with-it дисперсия заборонить параллакс упрямиться