maska-örtük

maska-örtük
maska
maska-patç
OBASTAN VİKİ
Maska
Maska — tanınmamaq və ya müdəfiyə məqsədilə üzə geyinilən əşya. Maska öz forması ilə çox vaxt üz cizgilərini təkrarlayır, gözlər üçün və nadir hallarda ağız və burun üçün dəliklərə malik olur. Qədim zamanlarda maskalar pis ruhlardan qorunmaq üçün istifadı edilirdilər. “Maska” sözü fransız dilində olan masque sözü vasitəsilə olan italyan sözü maschera və ya ispan sözü máscara sözlərindən törəmədir. Bu sözlər latın sözü olan mascus, masca (kabus) və ya ərəb sözü olan maskharah (təlxək) sözlərindən əmələ gəliblər. Maskalar müxtəli materiallardan düzəldirirlər: ağac, metal, gips, parça, dəri və s.
Örtük
Örtük — geologiyada böyük sahə tutan və kifayət qədər qalınlığı olan hər hansı törəməni ifadə etmək üçün işlədilən termin.
Cərrahi maska
Cərrahi maska ― Tibbi üz maskası olaraq da bilinən bir maska.Səhiyyə işçiləri tərəfindən səhiyyə prosedurları zamanı istifadə edilmək üçün hazırlanmışdır. İstifadəçinin ağzından və burnundan maye damcı və aerozollara tökülən bakteriyaları tutaraq xəstələrdə və müalicə işçilərində infeksiyaların qarşısını almaq üçün hazırlanmışdır.
Komik maska
Komik maska – eybəcərliyin müxtəlif zahiri səciyyəvi şəkillərini özündə cəmləşdirən üzlüklər. Qədim dövrün bir çox tamaşalarında aktyorlar belə maskalarda, üzlüklərdə çıxış edirdilər. Deyilənə görə, Esxilin əsərlərinin tamaşalarında 28 maska (üzlük) var imiş. Bu kimi üzlüklər, məsələn, sifətin yastılığını, alnın qısalığını, ağzın yekəliyini, dodağın qalınlığını və s. bu kimi fiziki naqislikləri ifadə edirdi. Lakin bu naqisliklər, Aristotelin dediyi kimi, insanda mərhəmət duyğusu oyatmır. Belə qədim maskalara, üzlüklərə Azərbaycan xalq teatrının inkişaf tarixində də təsadüf etmək olar, məsələn, keçəl və kosa maskaları. Əli Sultanlıya görə Azərbaycan xalq teatrında “kosa müəyyən bir üzlükdür (maskadır), hətta oyunda üzlüklə çıxış edir" . Belə tamaşalar səhnə adlana biləcək bir yerdə yox, küçə və meydanlarda səyyari şəkildə nümayiş etdirilib. Bu mərasimlərdə təkcə oyunbazlar, təlxəklər, hoqqabazlar yox, bu və уa digər dərəcədə hamı deyib-gülür, zarafatlaşır və "oynayır".
Maska (informatika)
Maska(ing. mask, rus. маска) — Proqramlaşdırmada: qiymətin müəyyən bitlərinin seçmə yolu ilə götürülməklə əks etdirilməsi və ya göstərilməsi üçün istifadə olunan ikilik qiymət. Maskanın qoyulması, maskanın və verilənlərin qiymətinin münasibətini göstərən aşağıdakı məntiqi operatorlar vasitəsilə yerinə yetirilir: VƏ (AND), VƏYA (OR), EYNİ DEYİL (NOR), DEYİL (NOT). Məsələn, 00111111 maskası VƏYA operatoru ilə birlikdə istifadə olunduqda verilənlər qiymətində iki yuxarı biti silir, ancaq qalan bitlərə təsir etmir. Bax: LOGIC OPERATOR, MASK BIT. Rəsm proqramlarında: altda olan bir obyektin görünüşünə nəzarət etmək üçün üzərində dəlik olan obyektin yaradılması. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Maska (yarışma)
Maska — Munhwa Broadcasting Corporation-a məxsus beynəlxalq Masked Singer formatının Azərbaycan versiyası. Layihə çərçivəsində müxtəlif məşhurlar kimliklərini gizlədərək qeyri-adi geyimlərdə çıxış edirlər. == Qaydalar == Məşhurlar, münsiflər heyəti və tamaşaçılar qarşısına şəxsiyyətlərini tamamilə gizlədən müxtəlif maskalar altında çıxırlar. Müsabiqə iştirakçılarının əsl səsi yalnız mahnıların ifası zamanı və əsl simasını üzə çıxan zaman eşidilir. Qalan vaxtlarda onların səsləri təhrif edilmiş formada səslənir. Çıxışdan əvvəl sirli iştirakçının öz imicindən danışdığı, real şəxsiyyəti ilə bağlı ipuçlarını paylaşdığı video nümayiş etdirilir. Çıxışlardan sonra tamaşaçılar arasında səsvermə keçirilir və bir maska gözləmə zalına göndərilir. Hər buraxılışın sonunda bir məşhur öz maskasını açır. Layihədə finala 4 məşhur qalana qədər hər buraxılışda bir iştirakçı yarışmanı tərk edir. == İstehsal == Yarışmanın Azərbaycan versiyası İctimai Televiziya tərəfindən istehsal olunub.
Maska (dəqiqləşdirmə)
Maska — üzə geyinilən əşya. Maska (informatika) — qiymətin müəyyən bitlərinin seçmə yolu ilə götürülməklə əks etdirilməsi üçün istifadə olunan ikilik qiymət. Maska (film, 1994) — 1994-cü ildə çəkilmiş amerikan superqəhrəman filmi. Maska (yarışma) — Masked Singer formatının Azərbaycan versiyası.
Allüvial örtük
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Oleofobik örtük
Oleofobik örtük (lat. oleum — yağ və yun. φόβος — qorxu) portativ qurğularda tez-tez istifadə edilən xüsusi bir örtük növüdür. Oleofobik Örtük sayəsində örtülən səth barmaq izi, maye izi və çirk tutmama xüsusiyyətinə malik olur. Bu şəkildə istifadə edilən səthin davamlı olaraq təmiz qalması da təmin olunur. Ümumi olaraq ağıllı telefonlarda görsək də daha bir çox sahədə də oleofobik örtük texnologiyasının istifadə edildiyini söyləmək lazımdır. Kompüterlər, maşınlar və bir çox alətdə istifadə olunan oleofobik örtük ağıllı telefonlarda isə bəzi modellərdə diqqət çəkir. Bu örtük növü ilə tam təmin etmək istənilən səthin üzərində çirk tutulmamasıdır. Adətən ağıllı telefonlarda ekranda barmaq izi qalmaması üçün üstünlük verilən örtmə materialı, su keçirməyən IP68 sertifikatına malik olan ağıllı telefonlarda isə həm ekranda barmaq izi qalmaması, həm də ekranların maye ilə təmas etməsi halında mayelərin ekranda iz qoymamasını təmin etmək üçün üstünlük verilən material kimi istifadə edilir. Bundan başqa, oleofobik örtük yalnız örtən səthin çirk tutmamasını təmin etməklə da vəzifəli deyil.
Örtük (coğrafiya)
Örtük - Geologiyada böyük sahə tutan və kifayət qədər qalınlığı olan hər hansı törəməni ifadə etmək üçün işlədilən termin (Lava örtüyü, üstəgəlmə örtüyü, moren örtüyü, çöküntü örtüyü və s.).
Örtük buzlağı
Örtük buzlağı (rus. ледник покровный, ing. cover glacier, covering glacier) — buzlağın morfoloji təsnifatından biri, adətən yüksəklikləri tutan (örtən), geniş kömbəvari buz kütləsi. Ölçülərindən asılı olaraq Ön buzlağı: 1) İslandiya tipli buzlaq-iri, orta və kiçik (50 km-ə qədər)olu; 2) Buzlaq qalxanı-linza quruluşunda buzlaq kütləsi, forması buzlaqaltı relyefdən asılı olmayıb, maksimal yüksəkliyi qurunun daha yüksək yerinə deyil, buzlağın mərkəzində yerləşir; 3) buzlaq örtüyü-buzlaşma sahəsi, bir neçə buzlaşma mərkəzinin qovşağında əmələ gəlir. (Antarktida buzlaq örtüyü).
Örtük buzlaşması
Örtük buzlaşması (rus. покровное оледенение, ing. cover glaciation, covering glaciation) — buzlağın morfoloji tipi, forması yer səthinin relyefindən yox, buzun qidalanmasının və sərfinin paylanmasından asılıdır. Buzun hərəkəti qanunauyğun olaraq mərkəzi hizzədən kənarlara doğru baş verir. Qar xəttinin ovalığın səviyyəsinə, tək-tək halda platovarı yüksəklik səviyyəsinə düşən sahələrdə Örtük buzlaşması əmələ gəlir. Buzlağın kənarı quruda yaxud dənizdə qurtara bilər, sonuncu halda sərfin müəyyən hissəsi aysberqlərin parçalamnası hesabına baş verir. Örtük buzlaşması ölçüsünə görə buzlaq günbəzinə və buzlaq qalxanına, morfologiyasına görə-çıxarılma (ayrılma) buzlağında və şelf buzlağıma ayrılır.
Örtük sistemi
Örtük sistemi (lat. integumentum, in + tegere — «örtmək») - əzələlərin və bədən boşluqlarının üstünü örtən , əzələ, birləşdirici və sinir toxumalar (epiteli) növlərinin orqanizm üzərində cəmləşmiş kompleksi . Örtük sistemi orqanizmi ətraf temperaturun mənfi təsirindən, mümkün zədələrdən, xəstəlik törədən mikroorqanizmlərdən və zəhərli maddələrdən qoruyur. Həmçinin, örtük sistemi çoxlu sayda kiçik, əsasən onurğasızlarda, su heyvanlarında və yüksək nəmlikdə yaşayan heyvanlarda nəfəs üzvü kimi fəaliyyət göstərə bilir. Örtük sistemi həcminə görə orqanizm sistemlərinin ən böyüyüdür.
Örtük strukturu
Örtük strukturu (rus. покровная структура, ing. nappe structure) — tektonik örtüklə əmələ gələn, geoloji struktura. Örtük strukturu olan dağlar örtük tipli dağ adlanır. Mis: Şərqi Alplar.
Maska (film, 1994)
Maska (ing. The Mask) — Çak Rassellin rejissorluğu ilə 1994-cü ildə çəkilmiş amerikan superqəhrəman filmi. Film Dark Horse Comics tərəfindən nəşr olunan "Maska" komiksi əsasında çəkilmişdir. Ssenari müəllifləri Maykl Fellon və Mark Veraydendir. Bu "Maska" seriyasının ilk filmidir. Baş rolları Cim Kerri, Piter Riqert, Piter Qrin, Emi Yazbek, Riçard Ceni və Kameron Diaz canlandırır. Kerri sehrli bir maskanı tapan bank məmuru Stenli Epkessin rolunu canlandırır. Maska, nadinc bir obraz kimi təsvir olunur. Sonra o supergücləri ilə superqəhrəman olur, lakin Qanqster Doryan Tayrell, maskadan istifadə etmək niyyətində olduqda mafiya tərəfindən onun qəhrəmanlığı sonlandırılır. Film 29 iyul 1994-cü ildə New Line Cinema tərəfindən buraxılıb və ticari bir uğur qazanıb.
Marant yalançı örtük
Örtük buzlağı (coğrafiya)
Örtük buzlağı (rus. ледник покровный, ing. cover glacier, covering glacier) — buzlağın morfoloji təsnifatından biri, adətən yüksəklikləri tutan (örtən), geniş kömbəvari buz kütləsi. Ölçülərindən asılı olaraq Ön buzlağı: 1) İslandiya tipli buzlaq-iri, orta və kiçik (50 km-ə qədər)olu; 2) Buzlaq qalxanı-linza quruluşunda buzlaq kütləsi, forması buzlaqaltı relyefdən asılı olmayıb, maksimal yüksəkliyi qurunun daha yüksək yerinə deyil, buzlağın mərkəzində yerləşir; 3) buzlaq örtüyü-buzlaşma sahəsi, bir neçə buzlaşma mərkəzinin qovşağında əmələ gəlir. (Antarktida buzlaq örtüyü).
Örtük buzlaşması (coğrafiya)
Örtük buzlaşması (rus. покровное оледенение, ing. cover glaciation, covering glaciation) — buzlağın morfoloji tipi, forması yer səthinin relyefindən yox, buzun qidalanmasının və sərfinin paylanmasından asılıdır. Buzun hərəkəti qanunauyğun olaraq mərkəzi hizzədən kənarlara doğru baş verir. Qar xəttinin ovalığın səviyyəsinə, tək-tək halda platovarı yüksəklik səviyyəsinə düşən sahələrdə Örtük buzlaşması əmələ gəlir. Buzlağın kənarı quruda yaxud dənizdə qurtara bilər, sonuncu halda sərfin müəyyən hissəsi aysberqlərin parçalamnası hesabına baş verir. Örtük buzlaşması ölçüsünə görə buzlaq günbəzinə və buzlaq qalxanına, morfologiyasına görə-çıxarılma (ayrılma) buzlağında və şelf buzlağıma ayrılır.
Örtük buzlaşmasının mərkəzi
Örtük buzlaşmasının mərkəzi (rus. центр покровного оле-денения, ing. centre of glaciation) — rütubətli hava axını yolunda, yaxud siklonlar yolunda yerləşən quru sahəsi (əksər halda dağlıq yaxud yüksəklik). Örtük buzlaşmasının mərkəzi Dördüncü dövrdə buzlaq sahəsi olmuş və ətraf sahələrə buradan yayılmışdır. Şimali Avropanın Skandinaviya dağlarındakı örtük buzlaşma mərkəzi.