MASQARA

is. [ ər. ] İstehza, ələ salma, dolama, rişxənd, gülmə.
Ancaq bəziləri masqara üçün sonralıqca vərdiş etdiklərindən [Süleyman bəyə] “Mirzə Süleyman bəy” deyirdilər. B.Talıblı.
[Şah İsmayıl] yoldaşına kömək çıxaraq bir atalar sözünü kinayə ilə ortalığa atdı və masqara ilə hırıldadı… Ə.Sadıq.

□ Masqara etmək – istehza eləmək, ələ salmaq, araya qoymaq, dolamaq.
Məktəbin tələbələri Hüseynin … iri ayaqqabılarına masqara edib gülürdülər. S.Rəhimov.

Masqaraya qoymaq – bax masqara etmək.
“Molla Nəsrəddin” istixarəni masqaraya qoyub, va şəriəta! C.Məmmədquluzadə.
[Nazlı:] Görürsənmi, Cabbar əmi də səni masqaraya qoyur. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MASQARA MASQARA (ələ salma, lağa qoyma) [Həmid:] Cəld tərpən, ay Fətəli, masqaranın yeri deyil, gözümdən yuxu tökülür (H
  • MASQARA əyləncə — zarafat — hənək — məzhəkə
MASKÓN
MASQARABAZ
OBASTAN VİKİ
Masqarabinə
Masqarabinə — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Masqaran (Vərziqan)
Masqaran (fars. مسقران‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 887 nəfər yaşayır (203 ailə).
Təzəkənd-i Masqaran (Əhər)
Təzəkənd-i Masqaran (fars. تازه كندمسقران‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (75 ailə).

Digər lüğətlərdə

вибрио́ны выха́ркиваться городи́шко запуска́ть му́ченица Отцы́ пампа́сы пребыва́ние солесо́с апелля́ция неконкре́тность понижа́ться предика́ция пропаганди́рование срами́ть adsorb extramarital galloper occupier smelt-furnace восьмиугольник вскорости пёстрый погрязнуть приболеть