MAT

is. [ fars. ]
1. Heyrət içində olan, təəccüblənmiş. Mən bu işə matam.
□ Mat etmək – bax mat qoymaq.
Yaşı on səkkizə yenicə yetmiş; Gözəllikdə tamam xəlqi mat etmiş. M.P.Vaqif.
Fəqirlərə yüz minlərlə ehsan edib, bütün şəhəri öz səxavət və mərhəmətinə mat etmişdi. C.Cabbarlı.

Mat qalmaq – təəccüblənmək, heyrət etmək, heyrətlənmək. Bu işlərə mat qalmışam.
– Ağca xanım … divanın altına baxdı və Qaraca qızı orada görməyib mat qaldı. S.S.Axundov.
Məclisdəkilər o qədər şiddətlə bu sözü alqışladılar ki, Cəfərqulu özü də mat qaldı. Qantəmir.

Mat qoymaq – heyrətləndirmək, təəccübləndirmək.
2. Şahmat oyununda: məğlubiyyət, məğlub olma.
□ Mat etmək – məğlub etmək, udmaq, aparmaq. Rəqibi mat etmək.
Mat qalmaq – uduzmaq, məğlub olmaq.
Mat qoymaq – bax mat etmək.

Синонимы

  • MAT məəttəl — təəccüblənmə

Омонимы

  • MAT MAT I is. [ ər. ] Şahmat oyununda: çıxılmaz vəziyyətdə qalma, uduzma. “Rəqib” də şahı kimi yol tapmayır; mat qalır (R

Этимология

  • MAT Farscadır, “öldü” deməkdir (şahmat - “şah öldü” kimi başa düşülüb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MAŞİNİSTLİK
MAT-QUT

Значение слова в других словарях