Mavritaniya

coğ. Mauritanie f

maviyəçalan
mavzoley
OBASTAN VİKİ
Mavritaniya
Mavritaniya (ərəb. موریتانیا; fr. Mauritanie) və ya rəsmi adı ilə Mavritaniya İslam Respublikası (ərəb. الجمهوریة الإسلامیة الموریتانیة; fr. République Islamique de Mauritanie) — Şimali Afrikada dövlət. Mavritaniya Afrikanın şimal-qərbində yerləşir. Şimalda və şimal-qərbdə Qərbi Sahara (qismən tanınan), şimal-şərqdə Əlcəzair, şərqdə və cənub-şərqdə Mali, cənub-qərbdə Seneqalla həmsərhəddir. Qərbdə isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Naukşot, ümumi sahəsi 1,030,000 kvadrat kilometr, əhalisinin sayı 4 milyon nəfərdən çoxdur. == Bayrağı == Mavritaniya bayrağı yaşıl rəng üzərində qızılı sarı rəngli üfüqi aypara və 5 guşəli ulduzdan ibarətdir.
Azərbaycan–Mavritaniya münasibətləri
Azərbaycan–Mavritaniya münasibətləri — Azərbaycan Respublikası ilə Mavritaniya İslam Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin oktyabr ayının 29-da qurulmuşdur. === Fövqəladə və səlahiyyətli səfirlər === ==== Azərbaycan səfirləri ==== İqamətgahı başqa ölkədə olmaqla Azərbaycan Respublikasının Mavritaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri var. 16 yanvar 2013-cü il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Tarik İsmayıl oğlu Əliyev igamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Mavritaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. 24 aprel 2020-ci il tarixindən Şahin Seyidzadə işçi qrupunun rəhbəridir.
Mavritaniya İslam Respublikası
Mavritaniya (ərəb. موریتانیا; fr. Mauritanie) və ya rəsmi adı ilə Mavritaniya İslam Respublikası (ərəb. الجمهوریة الإسلامیة الموریتانیة; fr. République Islamique de Mauritanie) — Şimali Afrikada dövlət. Mavritaniya Afrikanın şimal-qərbində yerləşir. Şimalda və şimal-qərbdə Qərbi Sahara (qismən tanınan), şimal-şərqdə Əlcəzair, şərqdə və cənub-şərqdə Mali, cənub-qərbdə Seneqalla həmsərhəddir. Qərbdə isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Naukşot, ümumi sahəsi 1,030,000 kvadrat kilometr, əhalisinin sayı 4 milyon nəfərdən çoxdur. == Bayrağı == Mavritaniya bayrağı yaşıl rəng üzərində qızılı sarı rəngli üfüqi aypara və 5 guşəli ulduzdan ibarətdir.
2011-ci il Mavritaniya iğtişaşları
Yaxın Şərqdə baş qaldıran etiraz dalğası Mavritaniyaya da çatdı. Ölkədə islahatların aparılması tələbi ilə mitinq keçirilib. Bu barədə yerli polis nümayəndələri məlumat yayıb. Məlumata görə, mitinq dinc mahiyyət daşıyıb. Onların sözlərinə görə, mindən artıq insan paytaxt Nuakşotda sosial ədalətsizliyin aradan qaldırılması, həyat keyfiyyətinin yaxşılaşdırılması və işsizlik səviyyəsinin aşağı salınmasını tələb edib. Mitinqçilərin əksəriyyəti tələbələr və gənc insanlar olublar. Xatırladaq ki, fevralın 24-də Mavritaniyanın baş naziri Mulay uld Məhəmməd Laqdaf bəyan edib ki, hakimiyyət siyasi söz və nümayiş azadlığına zəmanət verir. O həmçinin qeyd edib ki, hökumət sosial problemlərin həllinə də səy göstərir.