Mavritaniya İslam Respublikası
Mavritaniya (ərəb. موریتانیا; fr. Mauritanie) və ya rəsmi adı ilə Mavritaniya İslam Respublikası (ərəb. الجمهوریة الإسلامیة الموریتانیة; fr. République Islamique de Mauritanie) — Şimali Afrikada dövlət. Mavritaniya Afrikanın şimal-qərbində yerləşir. Şimalda və şimal-qərbdə Qərbi Sahara (qismən tanınan), şimal-şərqdə Əlcəzair, şərqdə və cənub-şərqdə Mali, cənub-qərbdə Seneqalla həmsərhəddir. Qərbdə isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Naukşot, ümumi sahəsi 1,030,000 kvadrat kilometr, əhalisinin sayı 4 milyon nəfərdən çoxdur.
== Bayrağı ==
Mavritaniya bayrağı yaşıl rəng üzərində qızılı sarı rəngli üfüqi aypara və 5 guşəli ulduzdan ibarətdir.