MAYIF

(Ağdaş, Cəbrayıl, Cəlilabad, Culfa, Dəvəçi, Füzuli, Gədəbəy, Qax, Qarakilsə, Qazax, Laçın, Lənkəran, Masallı, Salyan, Şəki, Şəmkir, Tovuz, Yardımlı, Zəngilan)
şikəst. – Qızın bi gözi mayıfdu (Lənkəran); – Balaxanımın gözinin biri mayıfdı (Salyan); – Mayıf adamam, işə yaramıram (Şəki); – Hasanın gözi mayıfdı (Laçın); – Qolum da mayıfdı, gözüm də (Füzuli); – Müharibə çox adamı mayıf elədi (Cəbrayıl); – Məhəmmədin bir oğlu mayıfdı, işdiyəmmer (Qazax); – Yıxılmışam, əlim mayıf oluf (Tovuz); – Elə elə ürəyinə dəyməsin, axı onun bi gözi mayıfdi (Cəlilabad); – Mayıf adamam, təh gedəmmənəm, gərəx’ bir adam məni ötürə (Salyan)
MAYAR
MAYIFLIX

Значение слова в других словарях