mediçilər 2021

mediçilər
mediçi 2021
medikament
OBASTAN VİKİ
Mediçilər
Mediçilər (it. Medici) — italyan bank ailəsi, siyasi sülalə və sonradan XV əsrin birinci yarısından Florensiya Respublikasına rəhbərlik edən Kosimo Mediçinin sayəsində kral evinə çevrilmiş ailə. Ailə Toskananın Mucello adlanan bölgəsindən mənşəyini götürmüşdür. Sonradan bank işində təkmilləşərək Mediçi bankını yaradan ailə XV əsr ərzində Avropanın ən böyük bankına çevrilmişdir. Florensiyada olan siyasi güclərinin getdikcə artdığını görən ailə üzvləri özlərini monarx yox, rəsmi olaraq vətəndaş kimi qalmalarını üstün tutmuşdular. Mediçi ailəsindən dörd Roma papası - X Leo (1513-1521), VII Kliment (1523-1534), IV Piy (1559-1565) və XI Leo (1605); Fransanın iki regent kraliçası - Yekaterina Mediçi (1547 -1559) və Mariya Mediçi (1600-1610) çıxmışdır. 1531-ci ildən başlayaraq ailə üzvləri irsilik prinsipinə əsasında Florensiya hersoqlarına çevrilmişdilər. 1569-cu ildə ərazi ekspansiyasından sonra hersoqluq Böyük hersoqluğa çevrilmişdir. Onlar Toskana hersoqluğunu ailənin sonuncu nümayəndəsi Can Qastone Mediçi 1737-ci ildə öldüyü tarixə qədər idarə etmişdilər. Böyük hersoqluq ilkin böyük hersoqlar dövründə iqtisadi gücün artmasının şahidi olsa da, III Kosimo Mediçinin dövründən başlayaraq Toskana hersoqluğu maliyyə cəhətdən bankrot olmuşdur.