MEDUZA
MEHLİ
OBASTAN VİKİ
"Hanq Nqa" mehmanxanası
"Hanq Nqa" — Vyetnamın Dalat şəhərində mehmanxana. Mehmanxananın əsası 1990-cı ildə qoyulmuşdur. Hotelin sahibi bir vaxtlar Moskvada memarlığı öyrənmiş Vyetnamın sabiq prezidentinin qızıdır. Bu təəccüb doğuran mehmanxana bütün ənənəvi memarlıq standartlarından uzaqdır. Öz görünüşünə görə nağıl personajının sarayını xatırladır. O özünün qeyri-adi quruluşu ilə diqqəti cəlb edir, hotelin heç bir pəncərəsi kvadrat və ya dairəvi deyil. Çoxları mehmanxananı "dəlilər evi", "ağacda koma" və ya "hörümçək daxması" adlandırır. == Mənbə == Dünyada 10 ən qeyri-adi bina.
Abadi Mehmet Çələbi
Abadi Mehmet Çələbi (türk. Abadi Mehmet Çelebi; Amasya – 1554) — Osmanlı hüquqşünası. O, təhsilini İstanbulda başa vurmuş, Kamalpaşazadədən dərs almışdır. Mehmet Çələbi fətvada etimad səviyyəsinə yüksəlmişdir. Onun "Məcmua-i fətva" ("Fətvalar toplusu") adlı çap olunmamış bir əsəri var.
Abaza Mehmed Paşa
Abaza paşa və ya Abaza Mehmed Paşa (21 yanvar 1576, Konstantinopol – 23 avqust 1634, Konstantinopol) — 1624–1628-ci illərdə Cəlali üsyanının lideri olan Osmanlı dövlət adamı. Abxaz Mehmed Paşa özünə məxsus geyimi ilə dövründə fərqlənmiş, hətta bəzi mənbələrə görə Osmanlı sultanları belə onun geyiminə istinad etmişdir. == İlk illəri == Əslən abxazdır. İlk işi Hələb hakimi Canpoladoğlu Əli Paşanın xəzinədarlığı oldu. Canpoladoğlu ailəsi Hələbin idarəsində olan köklü ailələrdən biri idi. Əmisi Hüseyn Paşanın edam edilməsindən sonra üsyan qaldıran Canpoladoğlu Əli Paşanın üsyanında yer aldı. 1607-ci ildə baş verən döyüşdə Canpoladoğlunun ordusunda iştirak etdi ancaq ordu məğlub olduqdan sonra Osmanlı ordusuna əsir düşdü. Həmin illərdə yeniçəri ağası olan Xəlil Paşa sülhü təmin etmiş və beləliklə, Abxaz Mehmed Xəlil Paşanın xidmətinə girmişdir. Xəlil Paşa kaptan-ı dərya təyin edildiyi illərdə Abxaz Mehmed Paşa da dərya bəyi olaraq seçildi. Ard-arda silahdarlıq, Hələb və Mərəş hakimi oldu.
Abdulhaluk Mehmet Çay
Abdulhaluk Mehmet Çay (23 dekabr 1945, İskilip, Çorum ili) — Türkiyə alimi, akademik, tarixçi, dövlət və siyasət adamı. Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayını 11 dəfə təşkil edibdir. Bu səbəbdən 2008-ci ildə ona Türkiyə Böyük Millət Məclisi tərəfindən "üstün xidmət" mükafatı təqdim edilib. == Həyatı == Abdulhaluk Mehmet Çay ilk və orta məktəbi İskilipdə, liseyi Amasyada tamamlamışdır. 1970-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin tarix bölümünü bitirmişdir. Tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayan Abdulhaluk Mehmet Çay müxtəlif lisey, institut və universitetlərdə müəllim işləmiş, rəhbər vəzifələr tutmuşdur. == Siyasi fəaliyyəti == 1963-cü ildən bu yana, Milliyyətçi Hərəkat Partiyasının hər addımında fəal iştirak etmişdir. Partiyanın təməl ideologiyasının nəzəriyyəçilərindən biri olaraq qəbul edilir. 24 dekabr 1995-ci il parlament seçkilərində, MHP-dən Qaziantep millət vəkili namizədi oldu. Ancaq partiya növbəti mərhələyə keçə bilmədiyi üçün seçilə bilmədi.
Abdulla Mehrabov
Abdulla Oruc oğlu Mehrabov (1 may 1938, Saraçlı, Lüksemburq rayonu – 30 may 2015) — texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktoru (2001–2013). == Həyatı == Abdulla Mehrabov 1938-ci il mayın 1-də Saraçlı kəndində anadan olub. Natamam orta təhsilini kənddə, tam orta təhsilini Arxılıda alıb. 1957-ci ildə orta məktəbini qızıl medalla bitirdikdən sonra, Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika fakültəsinə daxil olub, 1962-ci ildə "Fizika və istehsalatın əsasları" ixtisasını fərqlənmə diplomu ilə bitirib.1962-ci ildən əmək fəaliyyətinə başlayıb, əvvəlcə Dövlət Pedoqoji İnstitutunda tədris ustası, 1963-cü ildən isə Azərbaycan Politexnik İnstitutunun "Fizika" kafedrasında müəllim işləyib. 1963-cü ildə o, elmi staj keçmək məqsədilə, Leninqrad Dəqiq Mexanika və Optika İnstitunun " İstilik fizikası " kafedrasına göndərilib, bərk cisimlərin istilik xassələrinin tədqiqi üçün yeni üsullarla tanış olub və elmi-tədqiqat işləri aparıb.1964–1967-ci illərdə Leninqrad şəhərində həmin institutun əyani aspiranturasında " Bərk cisimlər fizikası " ixtisası üzrə təhsilini davam etdirib, 1967-ci ildə vaxtından əvvəl " Qurğuşun-manqan ərintilərinin fiziki xassələrinin tədqiqi " mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1967-ci ildən 1975-ci ilədək, Azərbaycan Politexnik İnstitutunun "Fizika" kafedrasında assisent, baş müəllim, dosent və kafedra müdiri vəzifələrində çalışıb. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun bazasında yeni Azərbaycan İnşaat-Mühəndisləri İnstitutu yarandıqdan sonra həmin institutun " Fizika " kafedrasına rəhbərlik edib. 1983-cü ildə " Mürəkkəb həndəsi formalı sistemlərdə istilik ötürülməsinin bəzi problemləri " mövzusunda doktoluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru — alimlik dərəcəsi alıb. Professor A. Mehrabov "Bərk cisimlər fizikası", "İstilik fizikası və və molekulyar fizika" ixtisasları üzrə tanınmış alimdir. O, ilk dəfə bərk cisimlərin, mayelərin istilik xassələrini yüksək temperatur və təzyiqlərdə tədqiq etmək üçün yeni dinamik üsulların elmi əsaslarını yaratmış və geniş spektrli tədqiqatlar aparmışdır.
Abxaz Mehmed Paşa
Abaza paşa və ya Abaza Mehmed Paşa (21 yanvar 1576, Konstantinopol – 23 avqust 1634, Konstantinopol) — 1624–1628-ci illərdə Cəlali üsyanının lideri olan Osmanlı dövlət adamı. Abxaz Mehmed Paşa özünə məxsus geyimi ilə dövründə fərqlənmiş, hətta bəzi mənbələrə görə Osmanlı sultanları belə onun geyiminə istinad etmişdir. == İlk illəri == Əslən abxazdır. İlk işi Hələb hakimi Canpoladoğlu Əli Paşanın xəzinədarlığı oldu. Canpoladoğlu ailəsi Hələbin idarəsində olan köklü ailələrdən biri idi. Əmisi Hüseyn Paşanın edam edilməsindən sonra üsyan qaldıran Canpoladoğlu Əli Paşanın üsyanında yer aldı. 1607-ci ildə baş verən döyüşdə Canpoladoğlunun ordusunda iştirak etdi ancaq ordu məğlub olduqdan sonra Osmanlı ordusuna əsir düşdü. Həmin illərdə yeniçəri ağası olan Xəlil Paşa sülhü təmin etmiş və beləliklə, Abxaz Mehmed Xəlil Paşanın xidmətinə girmişdir. Xəlil Paşa kaptan-ı dərya təyin edildiyi illərdə Abxaz Mehmed Paşa da dərya bəyi olaraq seçildi. Ard-arda silahdarlıq, Hələb və Mərəş hakimi oldu.
Adil Əbdül Mehdi
Adil Əbdül Mehdi (1 yanvar 1942, Bağdad) — İraq Ərəb Respublikasının 49-cu baş naziri. == Həyatı == Mehdi, 1942-ci ildə Bağdadda, şiə ruhanisinin oğlu Abdul-Mehdi, əslən Zi Qar valiliyindən olan, İraqın monarxiyasında təhsil naziri olmuşdu. Bağdad Kollecində, elit Amerikalı Cesuit orta məktəbində orta məktəbdə oxuyub. Bitirdikdən sonra Bağdad Universitetində oxudu, burada 1963-cü ildə iqtisadiyyat üzrə bir bakalavr dərəcəsi qazandı. 1965-ci ildə İraq Xarici İşlər Nazirliyinin katibi olaraq çalışdı və İraq Baas Partiyasının erkən tərəfdarı oldu, ancaq səbəbiylə ayrıldı ideoloji ixtilaflar. 1969-cu ildə Fransaya köçdü, burada Fransız düşüncə mərkəzlərində çalışdı və fransız və ərəb dillərində jurnallar redaktə etdi. 1972-ci ildə Poitiers Universitetindən siyasi iqtisadiyyat üzrə başqa bir sənət magistru dərəcəsi almışdır. Daha sonra iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır. == Siyasi həyatı == 1970-ci illərdə Əbdül-Mehdi İraq Kommunist Partiyasının aparıcı üzvü idi. Partiya iki ayrı fraksiyaya - 1958-ci ildən bəri İraqı idarə edən hərbi hökumətlərin daha çox yerləşdiyi ICP-Mərkəzi Komitə və İQP-yə bölündü.
Adilə Sultan (Mehmed Səlahəddin Əfəndinin qızı)
Adilə Sultan (7 fevral 1887 – 7 dekabr 1973) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Adilə Sultan 7 fevral 1887-ci ildə babasının taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Atası Sultan Muradın oğlu Səlahəddin Əfəndi, anası isə onun ikinci xanımı Tövhidə Zatıgül xanımdır. Babasının vəfat etdiyi 1904-cü ilədək bu sarayda nəzarət altında yaşayan Adilə Sultan daha sonra digər ailə üzvləriylə birlikdə Üsküdar sarayına köçürüldü. 15 may 1910-cu ildə Göztəpə köşkündə Arif Paşanın oğlu Faiq bəylə nigahlandı. Ancaq cəmi 3 il sonra cütlük boşandı və bu nigahdan övladları olmadı. 3 aprel 1914-cü ildə ikinci evliliyi Moralızadə Mehmed Əli bəyin oğlu Səlahəddin Əli bəylə baş tutdu və bu nigahdan bir qızı dünyaya gəldi. Ancaq ərinin 1918-ci ildə vəfatının ardından Adilə Sultan dul qaldı və bir daha evlənmədi. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Adilə Sultan da qızı Nilüfər xanım Sultanla birlikdə sürgünə göndərildi. Sürgün illərini bir çox ailə üzvləri kimi Fransanın Nitsa şəhərində keçirən Adilə Sultan burada son xəlifə Əbdülməcid Əfəndinin himayəsində yaşadı.
Aişə Sultan (III Mehmedın qızı)
Aişə Sultan (d. 1588 — ö. 1628) — Osmanlı sultanı III Mehmedın qızı. Aişə Sultan III Mehmedin və Handanın qızı idi. O, ilk dəfə uşaq ikən vəfat edən iki oğlu və bir qızı olan Destari Mustafa Paşa ilə evləndi. Mustafa Paşa 1610-cu ildə vəfat etdikdən sonra 1613-cü ildə Qazi Xosrov Paşa ilə yenidən evləndi. Öləndə Şahzadə külliyəsi birinci əri və uşaqlarının yanında dəfn edildi.
Almas Mehmed Paşa
Almas Mehmed Paşa (1661 – 11 sentyabr 1697) — II Mustafa dövründə ümumilikdə 1 il 4 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Təxminən 1661-ci ildə Kastamonuda dünyaya gəlmişdir. Atası Savruq adından dənizçi idi. Rəvayətə görə, üzü həddindən çox parlaq olduğu üçün Almas ləqəbi ilə anılmışdır. Kiçik yaşda saray tərbiyə alaraq Divrikli Mehmed ağanın möhürdarı oldu. Mehmed ağanın Trablusşam əyalətinə göndərilməsi ilə onunla birlikdə getdi. Dövrün padşahı IV Mehmed tərəfindən İstanbula çağırılaraq Əndəruna alındı (1678). Daha sonra sarayda çuxadar, ardından riqabdar ağa oldu. Qısa zamanda yüksələrək Sultan Süleymanın cülusunun ardından silahdarlığa, miraləmliyə, ardından isə xəzinədar kəndxudalığına gətirildi. Nəhayət 1689-cu ildə Rumeli bəylərbəyiliyi ilə nişançı paşa elan edildi.
Amerika Dövlətlərarası Mehmanxana Assosasiyası
Amerika Dövlətlərarası Mehmanxana Assosasiyası və ya qısaca İAHA — beynəlxalq regional turizm təşkilatıdır. 1992-ci ildən Ümumdünya Turizm Təşkilatına üzv kimi qəbul edilmişdir. Assosasiya Amerika qitəsinin mehmanxana sənayesini beynəlxalq səviyyədə təmsil etməyi özünün əsas məqsədi hesab edir. Adıçəkilən qurumun vəzifələrinə gəldikdə isə onu, aşağıdakılar təşkil edir: regionun mehmanxana şirkətlərinin mənafeyinin beynəlxalq toplantılarda təmsil olunması və qorunması; turizm sənayesi şirkətləri ilə üzv-təşkilatların əməkdaşlığına kömək göstərilməsi; marketinq tədqiqatları, statistika və nəşriyyat fəaliyyəti, o cümlədən regionun mehmanxana sferası üçün personalın hazırlığının təşkili və həyata keçirilməsi.Rəsmi dili ingilis dilidir.
Anar Mehdiyev
Anar İlham oğlu Mehdiyev (16 dekabr 2001, Zeyvə, Dəvəçi rayonu – 18 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Anar Mehdiyev 2001-ci il dekabrın 16-da Şabran rayonunun Zeyvə kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Anar Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Mehdiyev oktyabrın 18-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şabran rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mehdiyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Mehdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ankaralı Mehmed Əmin Əfəndi
Ankaralı Mehmed Əmin Əfəndi (1619, Ankara – 2 noyabr 1687) — Osmanlı alimi, müdərrisi və şeyxülislamı. == Həyatı == 1619-cu ildə Ankarada dünyaya gəlmişdir. Bu səbəblə bir çox tarixi mənbələrdə Ankaralı olaraq anılır. Atası Hüseyn Əfəndi Ankaranın məşhur tacirlərindən olmuşdur. Kiçik yaşlarında Ankara müftisi Kırşəhərli Mehmed Əfəndinin xidmətinə girdi və burada ilk təhsilini aldı. Ardından şeyxülislam Zəkəriyazadə Yəhya Əfəndinin dərslərini aldı və dini təhsilini başa vurdu. Bir müddət kiçik dərəcəli mədrəsələrdə müdərris oldu. Daha sonra 1650-ci ilin oktyabrında Mehmed ağa darülhədisində, 1656-cı ilin avqustunda Pərviz Əfəndi, ertəsi il Qasım Paşa mədrəsəsinə təyin edildi və fətva əmini oldu. Ardından 1663-cü ilədək bir sıra önəmli mədrəsələrdə müdərris olaraq fəaliyyət göstərdi. Daha sonra qazılığa keçərək 1663-cü ilin oktyabrında Yenişəhər qazısı oldu.
Aqşin Mehdiyev
Mehdiyev Aqşin Şəfaət oğlu (28 aprel 1949, Bakı) — Azərbaycanın Avropa Şurasında keçmiş daimi nümayəndəsi- Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında keçmiş Daimi Nümayəndəsi, Azərbaycanın Kuba, Venesuela, Yamayka və Nikaraquada Fövqəladə və Səlahiyyətli səfiri, İslam Əməkdaşlıq Təşkilatının Avropa İtiifaqı yanında keçmiş müşahidəçisi, İslam Əməkdaşlıq Təşkilatının Birləşmiş Millətlər Təşkilatı yanında daimi müşahidəçisi və İƏT-ın Nyu York bürosunun Baş Direktoru. == Həyatı == Mehdiyev Aqşin Şəfaət oğlu 1949-cu ilin 28 aprel tarixində Bakı şəhərində görkəmli alim-qeoloq, Azərbaycanda neft elminin təsisçilərindən olan akademik Şəfaət Mehdiyevin ailəsində anadan olub. Evlidir, 3 övladı və 5 nəvəsi var. Aqşin Mehdiyev Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini şərqşünas və ərəb dili tərcüməçisi və filoloqu mütəxəssisi kimi bitirib. 1960–1970 illərdə Qahirə Universitetində oxuyub. 1985–1987 illərdə Moskvada SSRİ XİN-in Diplomatik Akademiyasında təhsil alıb və orada beynəlxalq əlaqərin tarixinə aid elmlər namizədliyi dissertasiyasını müdafiə edib. == Diplomatik fəaliyyəti == Aqşin Mehdiyev diplomatik fəaliyyətinə 1975-ci ildə başlayıb. 1971–1975 illər ərzində Misir Ərəb Respublikasında (MƏR) əvvəlcə Helwan metallurgiya kompleksində tərcüməçi, daha sonra MƏR-də SSRİ Səfirliyin iqtisadi məsələlər üzrə müşavirin köməkçisi vəzifəsində işləyib. 1975–1977 illərdə Azərbaycan SSR-nin XİN-də II Katib, I Katib, İnformasiya və Nəşriyyət Şöbəsinin rəisi vəzifələrində işləyib.
Arif Mehdiyev
Arif Şəfaət oğlu Mehdiyev (19 dekabr 1934, Bakı – 19 dekabr 2016, Bakı) — əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, 2002-2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik. O, 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvü olmuşdur. == Həyatı və Elmi fəaliyyəti == Arif Mehdiyev 1934-cü il dekabr ayının 19-da Bakı şəhərində Azərbaycanın məşhur geoloqu, geologiya–minerologiya elmləri doktoru, əməkdar elm xadimi, Şəfaət Mehdiyevin ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952–1957-ci illərdə Moskva Elektrotexniki Rabitə İnstitutunda radiorabitə mühəndisi ixtisası üzrə ali təhsil almışdır. Əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan Arif Mehdiyev 1961–1965-ci illərdə SSRİ Elektron Sənayesi Nazirliyinin tərkibindəki qapalı müəssisədə, 1965–1966-cı illərdə isə Azərbaycan Dövlət Plan Komitəsində böyük mühəndis, 1966-cı ildə yenidən Respublika Elmlər Akademiyasının Fizika İnstitutuna qayıdaraq 1974-cü ilədək burada böyük elmi işçi vəzifəsində çalışmışdır. Arif Mehdiyev 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının sonralar Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna çevrilmiş "Xəzər" Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində işləməyə başlamışdır. 1979-cu ildə o, həmin Mərkəzin əsasında yaradılmış Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda baş direktorun birinci müavini vəzifəsinə keçirilmişdir. Arif Mehdiyev Birliyin bazasında yaradılmış Azərbaycan Milli Aerokosmik Agentliyinin ilk baş direktoru olmuşdur. 2001-ci ildə Arif Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilərək 2007-ci ilədək bu vəzifəni icra etmişdir. 2002-ci ildən etibarən ömrünün sonunadək o, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışmışdır.
Asim Mehdiyev
Asim Yaqub oğlu Mehdiyev (1 yanvar 2001, Yuxarı Qiyaməddinli, Ağcabədi rayonu – 7 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. İtkin. == Həyatı == Asim Mehdiyev 1 yanvar 2001-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olmuşdur. 2007–2018-ci illərdə Ağcabədi rayon Yuxarı Qiyaməddinli kənd tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Asim Mehdiyev 2019–2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. 2020-ci ilin sentyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. Azərbaycan Ordusunun əsgəri olan Asim Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Asim Mehdiyev 7 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdür. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür.
Ayaz Mehdiyev
Ayaz Zabit oğlu Mehdiyev (22 fevral 1993-cü ildə Bakıda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Rəvan klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir. == Klub karyerası == Ayaz Mehdiyev öz peşəkar futbolçu karyerasına 2010-cu ildə Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qarabağ klubunda start vermişdir. 2011-ci ildə Sumqayıt klubuna transfer olmuşdur. Ayaz 2012-ci ilin yanvarında, qış transfer pəncərəsi zamanı Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Rəvan klubu ilə müqavilə imzalamışdır. === Çempionat === Ayaz Mehdiyev peşəkar karyerasında ilk qolunu 1 may 2013-cü ildə Premyer Liqanın XXVIII turunda Turan Tovuz klubuna qarşı oyunda vurmuşdur. === Kubok === Ayaz Mehdiyev Rəvan klubu ilə Azərbaycan Kubokunda altı oyuna çıxmışdır.Mövsümlər üzrə Azərbaycan Kubokunda çıxışların statistikası: === Milli komanda === Ayaz Mehdiyev bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir.
Ayaz Mehmed Paşa
Ayaz Mehmed Paşa (ö. 13 iyul 1539, İstanbul) — I Süleyman dönəmində 15 mart 1536–13 iyul 1539 tarixlərində ümumilikdə 3 il 4 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Vlyora yaxınlığındakı Himera qəsəbəsində dünyaya gəlmişdir. Məzar daşının üzərindəki yazıya görə, atasının adı Mehmeddir. Əndərunda yetişdikdən sonra ağa rütbəsilə saraydan ayrılmışdır. Yeniçəri ağası olaraq Yavuz Sultan Səlimin səfərlərində iştirak etmişdir. 1519-cu ildən sonra öncə sancaqbəyi, daha sonra bəylərbəyi olaraq fəaliyyət göstərdi. Canbərdi Qəzainin başlatdığı üsyanın yatırılmasında Anadolu bəylərbəyi olaraq iştirak etdi. Üsyanın yatırılmasından sonra 1521-ci ildə Şam bəylərbəyi seçildi. 1522-ci ildə Rumeli bəylərbəyi olaraq Rodos səfərinə qatıldı, ardından ikinci vəzir olaraq Misirə Xain Əhməd Paşanın üzərinə göndərildi.
Ayşən Mehdiyeva
Ayşən Rəhman qızı Mehdiyeva (15 aprel 1992, Bakı) — Azərbaycanlı müğənni, AzTV-nin və BMM-in solisti. == Həyatı == Ayşen Mehdiyeva 1992-ci il aprel ayının 15-də Bakı şəhərində anadan olmuşdur. İlk musiqi təhsilini Fikrət Əmirov adına 6 saylı musiqi məktəbində sonradan isə Bülbül adına orta ixtisas musiqi məktəbində almışdır. 5 il Azərbaycan aşığı, fəlsəfə üzrə elmlər doktoru Fəzail Miskinli-dən fərdi saz dərsləri almışdır. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin solo oxuma fakültəsini bitirmişdir. == Fəaliyyəti == 2023-cü ildə Şuşada keçirilən Vaqif Poeziya günləri çərçivəsində konsert proqramı ilə çıxış etmişdir2023-cü ildə Xalq artisti Oqtay Kazıminin 90 illiyinə həsr olunmuş konsertdə çıxış etmişdir2022-ci ildə Azərbaycan Müstəqillik Günü münasibəti ilə Kazaxstanda keçirilən konsert proqramında çıxış etmişdir2022-ci ildə Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət "Nəğmə dolu bir ürəyəm ey Vətən” adlı konsert proqramında çıxış etmişdir 2020-ci ildə "Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış etmişdir.2017, 2019-cü illərdə Güney Azərbaycanın məşhur qrupu Dalğa qrupu ilə solo konsert vermişdirÖlkə daxilində və ölkə xaricində (İtaliyada, Türkiyədə, Gürcüstanda, İsveçdə və s.) konsertlər vermişdir 2018-ci ildən Beynəlxalq Muğam Mərkəzinin solistidir 2017-ci ildə ilk solo konserti Azərbaycan Dövlət Filarmoniyasında keçirilmişdir 2014-ci ildən Aztv-nin solisti kimi fəaliyyət göstərir. 2013-ci ilin iyun ayının 12-də Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkil etdiyi 4-cü Muğam Televiziya Müsabiqəsinin qalibi və "Tamaşaçı rəğbəti" mükafatçısı olmuşdur. Ayşen Mehdiyevanın müsabiqə zamanı oxuduğu dəstgahlar teleradionun "qızıl fond"unda saxlanılacaq. Azərbaycannın xalq artisti, muğam ustası Gülyaz Məmmədovanın tələbəsidir. 2011-ci ildə Respublikanın xalq artisti kamança ifaçısı Ağacəbrayıl Abasəliyevin rəhbərlik etdiyi Səadət ansambılın müşayəti ilə "Tək ümid qalsın"adlı ilk albomu işıq üzü görüb2009-cu ildən televiziya ekranlarında çıxış edir.
Ağa Mehdiyev
Ağa Cəfər oğlu Mehdiyev (21 mart 1920, Lahıc, Şamaxı qəzası – 15 may 2003, Bakı) — azərbaycanlı peyzaj, portret rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyatı == Ağa Cəfər oğlu Mehdiyev 21 mart 1920-ci il İsmayıllı rayonunun Lahıc kəndində dünyaya gəlib. Əzim Əzimzadə adına Rəssamlıq Texnikumuna daxil olub. 1938-ci ildə Azərbaycan Rəssamlıq Texnikumunu bitirdikdən sonra Azərbaycanda və SSRİ-də bir çox sərgidə iştirak edib. O, yaradıcılığında peyzaj, portret janrlarından geniş istifadə etməklə yanaşı, hərbi-vətənpərvərlik mövzusunda da çalışıb. Rəssamın ilk böyük əsəri "Mənzərə" (1946) peyzaj əsəri hesab olunur. "Savadlılar ailəsi", "Köhnə neft mədənlərində", ""Qudok" qəzeti redaksiyasında", "Qatır Məmmədin dəstəsi", "Balaca çoban" kimi digər ilk əsərlərində xalqın həyatı, keşməkeşli tarixinin bu günü ilə əlaqəsi təsvir olunmuşdur. Onun əsərlərində uydurma süjetlərə yol verilməmişdir. Rəssamın tarixi-inqilabi tabloları və Azərbaycan ədəbiyyatı klassiklərinə həsr olunmuş əsərləri mənbələrin dərindən öyrənilməsinə əsaslanmışdır. Türkiyəyə səfəri Ağa Mehdiyevin yaradıcılığında xüsusi iz qoymuşdur.
Ağadi mehrəli (Zəngəzur)
Ağadi mehrəli – Zəngəzur qəzasında kənd adı. == Toponimik izah == Ağadi mehrəli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) kənd adı. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Ağa şəxs adından (yaxud əxi) və farsca deh-kənd sözlərindən ibarətdir. Mehrəli adlı şəxsə məxsus Ağadi mənasındadır. == Həmçinin bax == Gəncə quberniyası Zəngəzur == Ədəbiyyat == Səbahəddin Eloğlu. Zəngəzur hadisələri, Bakı, 1992. Mirmahmudova S.N. Ermənistanda türkmənşəli yer adları. Bakı, 1995.
Aşağı Mehmandar (Məlikan)
Aşağı Mehmandar (fars. مهماندارسفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 940 nəfər yaşayır (201 ailə).
Bahadur Mehralı oğlu
Bahadur Mehralı oğlu (1883 – 5 dekabr 1962) — Azərbaycan xanəndəsi. == Həyatı == Bahadur Mehralı oğlu 1883-cü ildə Şuşa şəhərində anadan olmuşdu. 1928-ci ildə ailəsi ilə birlikdə Ağdama köçmüşdü. Bahadur artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şamaxıya, Gəncəyə, İrəvana, Tiflisə, hətta İrana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi. Bahadur Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadur guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi.
Bahadur Mehralıoğlu
Bahadur Mehralı oğlu (1883 – 5 dekabr 1962) — Azərbaycan xanəndəsi. == Həyatı == Bahadur Mehralı oğlu 1883-cü ildə Şuşa şəhərində anadan olmuşdu. 1928-ci ildə ailəsi ilə birlikdə Ağdama köçmüşdü. Bahadur artıq 20 yaşından bir xanəndə kimi Qarabağ məclislərində məşhurlaşmışdı. Onu tez-tez Şəkiyə, Şamaxıya, Gəncəyə, İrəvana, Tiflisə, hətta İrana dəvət edirdilər. Toy məclislərindən başqa, o, həmçinin Şuşada və Ağdamda keçirilən Şərq konsertlərində çıxış edirdi. Bahadur Mehralı oğlu usta xanəndə kimi geniş səs diapazonuna malik idi. O, bütün muğamları pəsdə və zildə asanlıqla oxuyurdu. F.Şuşinskinin yazdığına görə o, Qarabağ məktəbinin bütün ifaçılıq qaydalarına ciddi riayət edər, hər şeyi ölçüb-biçər, artıq xallar vurmazdı. Bahadur guşəxanlıqda, söz seçməkdə, qəzəlxanlıqda usta idi.
Bahai Mehmed Əfəndi
Bahai Mehmed Əfəndi (1595, Konstantinopol – 3 yanvar 1654 və ya 2 yanvar 1654) — Osmanlı alimi, şair və şeyxülislamı. Babası Şeyxülislam Xoca Sadəttin Əfəndi, əmiləri Şeyxülislam Mehmed Əsad və Mehmed Çələbi Əfəndilər, əmisi oğlu isə Şeyxülislam Əbu Səid Mehmed Əfəndidir. == Həyatı == 1595-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Şeyxülislam Xoca Sadəttin Əfəndinin oğlu Qazı Əbdüləziz Əfəndidir. Anası isə I Süleyman dönəminin şeyxülislamı Əbu Suud Əfəndini ailəsinə mənsubdur. İlk təhsilini atasından və tanınmış alimlər alan Mehmed Əfəndi 1617-ci ildə atası ilə birlikdə Hicaza getdi. Geri döndükdən sonra ailənin nüfuzundan istifadə edərək bəzi mədrəsələrdə müdərris olaraq xidmət göstərdi. Ardından 1631-ci ildə Saloniki, 1633-cü ildə isə Hələb qazısı təyin olundu. Bu əsnada Hələb hakimi Əhməd Paşa ilə münasibətləri pisləşdi. Əhməd Paşa Mehmed Əfəndini tiryək istifadə etməklə, bu səbəblə də vəzifəsini layiqincə yerinə yetirməməklə günahlandırıb, paytaxta şikayət etdi.

Значение слова в других словарях

переусту́пка порося́тник рассла́ивание смуглоли́цый соло́щий хра́мный эхо... вче́тверо вы́мостить обира́ть парализо́ванный посрами́ть призрева́ться психофизиологи́ческий раскоря́кой стоя́ть одной ногой в могиле, в гробу нирал остожье смустить carryall trailer epidote interlard махнуться прицепной разрядник