MEHBALA
MEHBULLA
OBASTAN VİKİ
Fərid Mehbalı
Fərid Kəmaləddin oğlu Mehbalı (18 yanvar 1994; Kəngərli rayonu, Azərbaycan — 12 sentyabr 2022; Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Kapitanı. == Həyatı == Fərid Mehbalı 1994-cü il yanvarın 18-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Səttar Möhbalıyevin əmisi nəvəsi idi. Ailəli idi. 2 qızı var idi. == Hərbi xidməti == Fərid Mehbalı 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Mehbalı Qasımov
Qasımov Mehbalı Məhəmməd oğlu (18 may 1906 – 1963) — Azərbaycan elm xadimi, fəlsəfə elmləri doktoru, professor. == Həyatı == Mehbalı Qasımov 1906-cı il may ayının 18-də Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. İlk təhsilini Naxçıvan Kənd Təsərrüfatı Texnikumunda alıb. 1932-ci ildə Moskva Fəlsəfə, Ədəbiyyat və Tarix İnstitutunun (1931-1941) fəlsəfə fakültəsinə daxil olaraq, 1937-ci ildə təhsilini bitirib. Bundan sonra respublikanın ali məktəblərində dialektik və tarixi materializmdən dərs deyib. 1940-cı ilin mart ayında ordu sıralarına çağırılıb. Müharibənin son günlərinədək müharibə cəbhələrində Sovet ordusu sıralarında alman faşizminə qarşı mübarizə aparıb və mayor rütbəsində ordudan tərxis olunub. 1945-ci ilin ortalarından Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun elmi əməkdaşı kimi fəaliyyət göstərib. 1946-cı ildə "Ömər Xəyyamın fəlsəfi dünyagörüşü" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1950-1962-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) fəlsəfə kafedrasının müdiri vəzifəsində işləyib.
Elşən Mehbalıyev
Elşən Təvəkgül oğlu Mehbalıyev (23 iyun 1994, Otuzikilər, Bərdə rayonu – 4 noyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşən Mehbalıyev 1994-cü il iyulun 23-də Bərdə rayonunun Otuzikilər kəndində anadan olub. Nişanlı idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Elşən Mehbalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Mehbalıyev noyabrın 4-də Ağdərə istiqamətində şəhid olub. Bərdə rayonunun Otuzikilər kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Mehbalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Mehbalıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Mehbalıyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Fərid Mehbalıyev
Fərid Kəmaləddin oğlu Mehbalı (18 yanvar 1994; Kəngərli rayonu, Azərbaycan — 12 sentyabr 2022; Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Kapitanı. == Həyatı == Fərid Mehbalı 1994-cü il yanvarın 18-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Səttar Möhbalıyevin əmisi nəvəsi idi. Ailəli idi. 2 qızı var idi. == Hərbi xidməti == Fərid Mehbalı 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Hicran Mehbalıyeva
Hicran Paşa qızı Mehbalıyeva (d. 11 mart 1954) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Hicran Mehbalıyeva 1973–1977-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1977–1987-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında işləyib. Ailəsi ilə başqa ölkəyə köçdüyü üçün sənətdən uzaqlaşıb. 1 dekabr 1982-ci ildə Azərbaycan SSR əməkdar artistlərinin siyahısı fəxri adı ilə təltif edilib. == Mükafatları == Azərbaycan SSR əməkdar artisti — 01.12.1982 == Filmoqrafiya == Xoşbəxtlik qayğıları (film, 1976) Evləri köndələn yar (film, 1982) İşgüzar səfər (film, 1982) Qonşu qonşu olsa...
Nicat Mehbalıyev
Nicat Lətif oğlu Mehbalıyev (11 sentyabr 2000, Azərbaycan) – Azərbaycan Premyer Liqasında çıxış edən Sabahın qapıçısı. == Karyerası == === Sabah === Sabahda ilk matçına 17 aprel 2021-ci ildə keçirilən Keşlə-Sabah matçında çıxıb. Matç 0–0 hesablı heç-heçə ilə başa çatıb. === Qəbələ === Qəbələdə ilk matçına 15 avqust 2021-ci ildə keçirilən Neftçi-Qəbələ matçında çıxıb. Matç 2–2 hesablı bərabərliklə başa çatıb.
Səttar Mehbalıyev
Səttar Suliddin oğlu Möhbalıyev (28 oktyabr 1955, Qıvraq, Noraşen rayonu) — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli Rayonunun Qıvraq kəndində anadan olmuşdur. 1979-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1973-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləmişdir. 1980–1993-cü illərdə Avtonəqliyyat və Şosse Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri işləmişdir. 1991-ci ildən 2010-cu ilə kimi isə həmin komitənin sədri vəzifəsində çalışmışdır. 6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmişdir. Eyni zamanda, 2006-cı ildən isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsininin sədridir. İqtisad elmləri doktoru, professordur. Evlidir, üç övladı var.
Vasif Mehbalıyev
Vasif Gülhəsən oğlu Mehbalıyev (26 mart 1994; Neftçala rayonu, Azərbaycan — 16 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin gizir, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Vasif Mehbalıyev 1994-ci il martın 26-da Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. Əslən Lerik rayonunun Livədirqə kəndindəndir. == Hərbi xidməti == Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Vasif Mehbalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Vasif Mehbalıyev oktyabrın 16-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Mehbalıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vasif Mehbalıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vasif Mehbalıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əhməd Mehbalıyev
Əhməd Mehbalıyev — Qarabağ müharibəsi şəhidi, Azərbaycan bayrağı ordeni mükafatçısı. == Həyatı == Əhməd Suliddin oğlu Mehbalıyev 1968-ci il sentyabr ayının 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq kəndində anadan olub. === Təhsili === Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə qəbul olmuş və buradakı təhsilini bitirdikdən sonra ali hərbi təhsil almaq üçün Kazana yollanmışdır. Buradakı Kazan Ali Tank Məktəbini 1989-cu ildə bitirmişdir. == Hərbi karyerası == 1989-cu ilin 22 iyulunda ali hərbi təhsilini tank komandiri kimi leytenant rütbəsi alaraq bitirmişdir. Daha sonra o, Kiyevdə, Moskvada SSRİ-nin tank qoşunları diviziyalarında xidmət etmişdir. === Qarabağ müharibəsində iştirakı === Qarabağ müharibəsi başlayanda Ə.Mehbalıyev Azərbaycana geri dönmüşdür. Qarabağ müharibəsində ilk döyüşünü Şuşada keçirmişdir. Şuşanın müdafiəsi zamanı xeyli erməni tankını məhv etmişdir. Bundan sonra taqım komandiri kimi Laçın, Qubadlı, Kəlbəcər, Tərtər bölgələrində gedən ağır döyüşlərdə iştirak etmişdir.
свинобо́й торкрети́рованный вымётываться ла́потница невыполни́мый плёнка повева́ть раз на раз не прихо́дится свистану́ть скобли́льщица спустя́ электропрои́грыватель башня archiepiscopacy barong deprival ground-swell moneyed transit workers unsystematic забелить легче перекрещивать сосок строфа