MEHRAB

məsciddə qiblə istiqamətində divarda qurulan yerdir. Bu söz Quranda (3: 37) keçməkdədir. Mehrablar çox vaxt gözəl bəzəklər, naxışlar, daş oymalarla bəzədilir. Buna görə də, onların çoxu dəyərli sənət inciləridir. Onların yuxarı tərəfində çox vaxt Quran ayələri yazılır. Rəvayətlərə görə Məhəmməd peyğəmbərin dövründə qiblənin istiqamətinin müəyyənləşdirmək üçün məscidlərin divarına daşlar qoyulurdu və ya o yerə hər hansı bir nişan vurulurdu. Bəzəkli və naxışlı mehrablar Əməvilərin hakimiyyəti dövründə ortaya çıxmışdır. Bu adəti sonrakı dövrlərdə də davam etdirmişdirlər. Səlcuqlu, Osmanlı və Səfəvi dövrlərində isə mehrablar xüsusi keramik kaşılarla bəzədilirdi.
MEHR
MERAC
OBASTAN VİKİ
Mehrab
Mehrab — məscidlərin qiblə tərəfindəki divarında namaz qılarkən pişnamazın və onun ardınca başqa namaz qılanların üzlərini çevirdikləri oyuq yer.
Mehrab (şahzadə)
Mehrab — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Bürhanəlinin ölümündən sonra Şirvan əyanları Dərbəndi Şirvanşahlar nəslindən Mehrab adlı birisini Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.
Mehrab Niftəliyev
Mehrab Söhrab oğlu Niftəliyev (13 may 1985; Quba rayonu, Azərbaycan SSR — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Mehrab Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qam-qam kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Mehrab Niftəliyev 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrab Niftəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Mehrab xan
Mehrab xan (vəfatı 1649) — Səfəvi sərkərdəsi. Mirimanidze nəslinin üzvü əvvəlcə naməlum bir tarixdə Bust bəylərbəyi vəzifəsində adı çəkilir. Sonralar Astrabad bəylərbəyi, 1649-cu ildə isə eyni il ərzində öldüyü Qəndəhar şəhərinin bəylərbəyi təyin edildi. Qəndəharda onun yerinə gürcü qohumu Otar bəy gəldi. == Mənbələr == Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. 153, 169, 257. ISBN 978-1933823232. Matthee, Rudi.
Muğancıq Mehrab
Muğancıq Mehrab — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd. Şərur rayonunun Qarxun i.ə.v. də kənd . Düzənlikdədir.Yaşayış məntəqəsi Mehrab adlı şəxsin başçılığı ilə muğanlı tayvasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Burada muğancıq "kiçik muğanlı, muğanlıların kiçik hissəsi" deməkdir.
Mehrab (Şirvanşah şahzadəsi)
Mehrab — Şirvanşah şahzadəsi. == Hakimiyyət uğrunda mübarizə == Haqqında çox məlumat yoxdur. Bürhanəlinin ölümündən sonra Şirvan əyanları Dərbəndi Şirvanşahlar nəslindən Mehrab adlı birisini Şirvan hakimi seçdilər. Səfəvilər əleyhinə mübarizəyə başçılıq edən Mehrab Mirzə Şirvan qoşunları ilə Şirvan sərhədini keçərək Kür sahillərinə enib Siqnax şəhərini tutdu. Abdulla xan Mehraba hücum etdi, müqavimət göstərməyə gücü çatmayan Mehrab qaçdı və Şirvan vilayəti yenidən qızılbaşların əlinə keçdi.
Abdulla Mehrabov
Abdulla Oruc oğlu Mehrabov (1 may 1938, Saraçlı, Lüksemburq rayonu – 30 may 2015) — texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun direktoru (2001–2013). == Həyatı == Abdulla Mehrabov 1938-ci il mayın 1-də Saraçlı kəndində anadan olub. Natamam orta təhsilini kənddə, tam orta təhsilini Arxılıda alıb. 1957-ci ildə orta məktəbini qızıl medalla bitirdikdən sonra, Azərbaycan Dövlət Pedoqoji İnstitutunun fizika fakültəsinə daxil olub, 1962-ci ildə "Fizika və istehsalatın əsasları" ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1962-ci ildən əmək fəaliyyətinə başlayıb, əvvəlcə Dövlət Pedoqoji İnstitutunda tədris ustası, 1963-cü ildən isə Azərbaycan Politexnik İnstitutunun "Fizika" kafedrasında müəllim işləyib. 1963-cü ildə o, elmi staj keçmək məqsədilə, Leninqrad Dəqiq Mexanika və Optika İnstitunun " İstilik fizikası " kafedrasına göndərilib, bərk cisimlərin istilik xassələrinin tədqiqi üçün yeni üsullarla tanış olub və elmi-tədqiqat işləri aparıb. 1964–1967-ci illərdə Leninqrad şəhərində həmin institutun əyani aspiranturasında " Bərk cisimlər fizikası " ixtisası üzrə təhsilini davam etdirib, 1967-ci ildə vaxtından əvvəl " Qurğuşun-manqan ərintilərinin fiziki xassələrinin tədqiqi " mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1967-ci ildən 1975-ci ilədək, Azərbaycan Politexnik İnstitutunun "Fizika" kafedrasında assisent, baş müəllim, dosent və kafedra müdiri vəzifələrində çalışıb. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutunun bazasında yeni Azərbaycan İnşaat-Mühəndisləri İnstitutu yarandıqdan sonra həmin institutun " Fizika " kafedrasına rəhbərlik edib. 1983-cü ildə " Mürəkkəb həndəsi formalı sistemlərdə istilik ötürülməsinin bəzi problemləri " mövzusunda doktoluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru — alimlik dərəcəsi alıb.
Həmdulla Mehrabov
Həmdulla Oruc oğlu Mehrabov — fizik, fizika-riyaziyyat elmləri doktoru, Orta Doğu Teknik Universitetinin professoru. Həmdulla Oruc oğlu Mehrabov 1952-ci ildə Gürcüstanın qədim Borçalı mahalındakı Bolus rayonunun Saraçlı kəndində anadan olmuşdur. 1969-cu ildə Saraçlı orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunmuşdur. ADU-nun fizika fakültəsindən 1974-cü ildə əla qiymətlərlə məzun olmuş və həmin il müvəffəqiyyətlə imtahan verərək Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsində "Bərk Cisimlər Fizikası" (BCF) ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. MDU-nun professoru, dünya şöhrətli alim doktor, professor A.A. Kaçnelsonun rəhbərliyi ilə "İkiqat metal ərintilərində atomların yaxın nizamlı düzülüşünün nəzəri və təcrübi metodlarla tədqiqi" mövzusu üzərində çalışmağa başlamış ve MDU-nun tarixində ilk dəfə olaraq dissertasiyasını vaxtından əvvəl yazaraq MDU-nun Elmi Şurasına təqdim etmişdir. 1978-ci ildə MDU-da dissetasiya işini yüksək səviyyədə müdafiə edərək, BCF ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1978-ci ildə MDU-dan Azərbaycan Dövlət Universitetinə fizika-riyaziyyat elmləri namizədi kimi qayıdan Həmdulla Mehrabov, o vaxtdan bəri ADU-nun "Optika və Molekulyar Fizika" kafedrasında əvvəlcə assistent, sonra baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrinə qədər yüksəlmişdir. 1984-cü ildə, Həmdulla Mehrabov o zamankı Sovet Sosialist Respublikaları İttifaqında keçirilməkdə olan ağır imtahanlar və seçmə etaplarını başarı ilə keçərək, Yaponiyada 10 aylıq elmi-tədqiqat işləri aparmaq və dərs vermək üçün ezam olunmaq haqqı qazandı. Qeyd edək ki, Həmdulla Mehrabov fizika sahəsində Yaponiyaya uzunmüddətli ezam olunan ilk və tək azərbaycanlı alimdir. Həmdulla Mehrabovun Yaponiya səfəri çox uğurlu keçdi.
Mehrabad
Mehrabad (Əcəbşir) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Mehrabad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Mehrabad (Bicar)
Mehrabad (fars. مهر آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 164 nəfər yaşayır (37 ailə). Əhalisini kürdlər təşkil edir.
Mehrabad (Əcəbşir)
Mehrabad (fars. مهراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 642 nəfər yaşayır (157 ailə).
Mehrabad Beynəlxalq Hava Limanı
Mehrabad Beynəlxalq Hava Limanı (fa: فرودگاه بین المللی مهرآباد/Ro: Forūdgāh-e Beinol-melalī-ye Mehrābād və ya sadəcə فرودگاه مهرآباد/Forūdgāh-e Mehrābād, IATA: THL, ICAO: OIII), İranın paytaxtı Tehranın 9 regionunda yerləşən hərbi və mülki təyinatlı Beynəlxalq Hava Limanıdır. 2004-cü ildən etibarən həyata keçirilən beynəlxalq (xarici) uçuşların əksəriyyəti, İran Hava Limanları Holdinqi Şirkəti tərəfindən idarə olunan İmam Xomeyni adına Beynəlxalq Hava Limanına (فرودگاه بین‌المللی امام خمینی/Forūdgāh-e Beinol-melalī-ye Emām Khomeinī) keçirilmişdir. Mehrabadda İran Air (هواپیمائی جمهوری اسلامی ایران/Havāpeimāī-ye Mellī-ye Irān), Iran Aseman Airlines (هواپیمایی ایران آسمان/Havāpeimāī-ye Irā Āsā) və Daha Airlines (هواپیمایی ساها‎/Havāpeimāī-ye Sāhā) şirkətlərinin təlim və təmir mərkəzləri yerləşir. == Tarixi == Hava limanı ilk dəfə 1938-ci ildə aviasiya klubu təyyarələri üçün aerodrom kimi istifadə olunmuş, daha sonra İkinci Dünya Müharibəsindən sonra 1949-cu ildə İran Mülki Aviasiya Təşkilatının ICAO-ya qoşulması ilə əlaqədar olaraq beynəlxalq aləmdə tanınmaqla birlikdə hava limanı, həm də hərbi hava qüvvələrinin bazasına çevrilmişdir. İran Hərbi Hava Qüvvələri yeni gətirilmiş Republic F-84G Thunderjets (qırıcı) və Lockheed T-33A Shooting Star (təlim) təyyarələri müvafiq olaraq May 1957 və Aprel 1956-cı illərdə gətirildi. 1955-ci ildə ilk asfalt döşənmiş pistin tikilməsindən dərhal sonra həm beynəlxalq, həm də daxili uçuşlar üçün yeni bir terminal binası (Mövcud Terminal 1) dizayn və inşa edildi. Hava limanının ilk müasir binalarının dizaynçıları arasında məşhur memar William Pereira da var idi. 1961-ci ildə Mehrabad Hava Limanına, gəliş uçuşları üçün istifadə olunan bir yan bina (Mövcud Terminal 2) əlavə edilmişdir. 2004-cü ildə açılmış Tehrandakı yeni İmam Xomeyni adına Beynəlxalq Hava Limanının (İKA) ilk əvvəl Fars körfəzi ilə həmsərhəd ölkələrə uçuşlardan başlayaraq sonradan beynəlxalq uçuşların da Mehrabaddan tədricən dəyişdirilməsi ilə bağlı hökumət planlaşdırmalar aparırdı. IKA-nın 2004-cü ilin may ayında açılışından sonra müəyyən problemlərə görə, 2007-ci ilin sonlarına qədər beynəlxalq uçuşların əksəriyyətinin yeni hava limanına köçürülməsi planı tamamlanmadı.
Mehraban
Mehraban (digər variantları: Məhraban, Mehrevan, Mehravan, Mehrivan) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanının Mehraban bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,000 nəfər və 1,542 ailədən ibarət idi. Bu şəhər öz xalça və fətirləri ilə seçilərək, bu üzdən isə bura Qızıl düyünlər şəhəri kimi də tanınır. Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Mehriban əhalisi şiə inanclıdır.
Mehrablı
Mehrablı — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Mehrablı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Mehrablı kəndi Qaradolaq kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Mehrablı kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Meyrablı yaşayış məntəqəsini əfşar tayfasının mehrablı tirəsinə mənsub olan ailələr burada məskən saldığına görə kənd belə adlandırılmışdır. Qaradolaq tayfalarının da mehrablı adlı qolu vardır. Mehrab sözünü şəxs adı kimi də əlaqələndirənlər vardır. Mehrab sözü ərəbcə "ibadətgah" anlamı daşıyır. Adətən məscidlərdə qiblə cəhətdəki (Məkkə istiqamətində) divarda düzəldilən və qarşısında namaz qılınan oyuq və ya taxçaya mehrab deyirlər. Yarımdairəvi, bəzən isə düzbucaqlı formada olan mehrab yarımkümbəzlə tamamlanır, mərmər, yaş suvaq, gəc, ağac üzərində oyma ornamentlərlə inkrustasiya, divar rəsmi, dekorativ yarımsütunlar və kiçik tağlar qurşağı ilə bəzədilir. Bir yerdən başqa yerə aparıla bilən oyma ornamentli ağacdan mehrablar da var. Mehrab sözünün məcazi mənada "üz çevriləcək yer" anlamı da var.
Mehrablı (Qəmərli)
Mehrablı - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 13 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim türk mənşəli qaradolaq tayfasından olan mehrablı nəsil adından əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 20. VIII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vardaşen (Güllü kənd) qoyulmuşdur. == Əhalisi == Kənddə 1897-ci ildə 14 nəfər azərbaycanlı yaşamışdır.
Mehrablı bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmdulla Mehrabov
Əmdulla Mehrabov (tam adı Əmdulla Oruc oğlu Mehrabov; doğulub - 15.04.1952) — fizik, fizika-riyaziyyat elmlər doktoru. Əmdulla Mehrabov 1952-ci il aprel ayının 15-də Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Hal-hazırda Türkiyə Cümhuriyyətinin paytaxt şəhəri olan Ankarada yaşayır. Orta Doğu Texniki Universiteti, Metallurgiya və Materiallar Mühəndisliyi Departamentində fəaliyyət göstərir. Müdafiə və mülkü sənayenin müxtəlif sahələrində istifadə olunmaq üçün çox-komponentli kristal-, amorf- ve nano-strukturlu yeni yüksək texnologiya materiallarının nəzəri ve kompüter hesaplama metodlarıyla dizaynı, sintezi ve inkişaf etdirilməsi. 1974 – Bakı Dövlət Universiteti, Bərk cisimlər fizikası (BCF) ixtisası; Həmin ildə Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fizika fakültəsinə BCF ixtisası üzrə məqsədli aspiranturaya qəbul olub; 1978 – MDU-da dissertasiya işini müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb; 1978-ci ildən – BDU-nun "Optika və Molekulyar fizika" kafedrasında əvvəlcə assistent, sonra baş müəllim, dosent, professor və kafedra müdiri vəzifələrinə qədər yüksəlmişdir; 1984 –1 il müddətində Yaponiyanın Tokyo Universitetindəki "Materiallar Elmi və Mühəndisliyi" departamentinə ezam edilmişdir; 1989 –Tbilisi Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmlər doktoru alimlik dərəcəsini almışdır; 1991 – 4 ay müddətinə ABŞ-nin Kaliforniya Universitetindəki "Nüvə və Kimya Mühəndisliyi" departamentinə ezam olunmuşdur; 1992 – Türkiyənin Ankara şəhərindəki Orta Doğu Texniki Universiteti (ODTU), mühəndislik fakültəsindəki "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentinə ezam olunmuşdur; 1998 – türk həmkarları ilə bərabər "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentində "Yüksək Texnalogiya Materiallarının Dizaynı və İnkişaf Etdirilməsi" (NOVALAB) laboratoriyasını qurmuşdur; ODTU-da çalışdığı 25 ildən yuxarı müddət ərzində BCF və materiallar elmi və mühəndisliyinin həm nəzəri, həm də praktiki cəhətdən ən aktual problemlərinin həlli ilə məşğul olmaqdadır; Dünyanın tanınmış jurnallarında və beynəlxalq konfransların materiallarında çap olunmuş 200-dən çox elmi məqaləsinə 500-dən artıq istinad verilmişdir; Türkiyənin bir çox dövlət və özəl şirkətlərində məsləhətçi olaraq da fəaliyyət göstərməkdədir; 2000 – İslam Dünyası Elmlər Akademiyasına həqiqi üzv; 2009 – Akademiyanın illik toplantısında İdarə Heyətinin üzvü seçilmişdir; Həyat və fəaliyyəti, ABŞ-də çap olunan "Marquis Who’s Who" biblioqrafik ensiklapediyasının "Elm və mühəndislikdə kim kimdir" kitabının 8-ci (2005-2006) çapında yer almışdır. Hal hazırda ODTU-da "Metallurgiya və Materiallar Mühəndisliyi" departamentində professor və laboratoriya müdiridir.

Значение слова в других словарях