MEHRİBAN

sif. [ fars. ] Çox yaxşı münasibət bəsləyən, səmimi, mehr bəsləyən, şəfqətli, xoş rəftarlı. Mehriban qadın.
[Xədicə] olduqca xoşsöhbət, eyi təbiətli, geniş qəlbli, munis və mehriban bir qız idi. S.Hüseyn.
Mehriban sevgilim qarşımda durdu; Yenə şairliyim başıma vurdu. M.Müşfiq.

// Mehribanlıq ifadə edən; səmimi, xoş. Mehriban münasibət.
– Siması şəhlayi, tərhi badəmi; Baxışı mehriban, özü hərami. M.P.Vaqif.
Məhərrəm özünə yer axtarmaqda ikən müsafir mehriban nəzərlə Məhərrəmə baxdı. H.Nəzərli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MEHRİBAN 1. MEHRİBAN Mehriban sevgilim qarşımda durdu (M.Müşfiq); ŞƏFQƏTLİ Kamal anasının şəfqətli gözlərinə.
  • MEHRİBAN əziz — istəkli
  • MEHRİBAN nəvazişli — səmimi

Antonimlər (əks mənalı sözlər)

  • MEHRİBAN MEHRİBAN – SƏRT Üzünü Silaya tutub mülayim və mehriban səslə dedi (S.Vəliyev); Yollar uzun, mənzil uzaq; sərt daşlara dözmür ayaq (R

Etimologiya

  • MEHRİBAN Məhrəm sözü ilə qohumdur. Mənası məhəbbət, yaxşı münasibətdə olan, xeyirxah anlamlarına uyğun gəlir. Naməhrəm isə əksinədir: “münasibətin yaxşı olmama
MEHRAB
MEHRİBANANƏ

Digər lüğətlərdə