MELODRAM
MEMARLIQ
OBASTAN VİKİ
Abbasqulu (memar)
Abbasqulu (az.-əbcəd آبباسقولو‎ XVIII əsr – XVIII əsr) — XVIII əsr Azərbaycan memarı və nəqqaşı. Abbasqulu Şəki xanları sarayının daxili tərtibatında iştirak etmiş, saraydakı böyük salonun tavanında mürəkkəb kompoziyalı bəzək işləri görmüşdür. Tavanın mərkəzi xonçalarından birinin kitabəsində öz adını orijinal şəkildə həkk etmişdir. "Ustad Abbasqulu" sözləri iki dəfə – sağdan sola və aynada əks olunmuş kimi soldan sağa təkrarlanır.
Azər Məmmədov (memar)
Azər Səfər oğlu Məmmədov (1954, Hoçaz, Laçın rayonu) — Laçın rayon İcra Hakimiyyətinin başçısı (29 may, 1992 – 9 dekabr, 1992). == Həyatı == Azər Məmmədov 1954-cü ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub. 1961-ci ildə Hoçaz kənd orta məktəbində 1-ci sinifə getmiş, təhsilini Sumqayıt şəhərində davam etdirmişdir. Sonradan Hoçaz kəndində və Laçın şəhər 1 №-li orta məktəbində oxumuş və həmin məktəbi bitirmişdir.1971-ci ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakultəsinə qəbul olmuşdur. 1975-ci ildə Politexnik institutunun inşaat profilli fakultələrinin bazasında İnşaat Mühəndisləri İnstitutu yaradıldı və 1976-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib Laçın rayon rəhbərliyinin rəsmi tələbnaməsi əsasında 1976-cı ilin oktyabr ayında Laçın rayonunun baş memarı kimi əmək fəaliyyətinə başlayıb.1984-cü ildə Laçın Şəhər Soveti İcraiyyə Komitəsinə sədr seçilib. Sonra da Rayon İcraiyyə Komitəsi və Rayon Partiya Komitəsi ləğv edildi, yeni İcra Hakimiyyəti Aparatı yarandı və Azər Məmmədov İcra Hakimiyyətində şöbə müdiri təyin edildi. 1990–1991-ci illərdə tikinti şöbəsinin müdiri olaraq rayonun abadlığından çox, müdafiə obyektləri ilə əlaqədar müdafiə işləri ilə məşğul olmuşdur. Azər Məmmədov 29 may 1992-ci ildə Laçın rayonu İcra Hakimiyyətinin başçısı təyin olunmuş və 9 dekabr 1992-ci ilə qədər bu vəzifədə işləmişdir. 1992-ci ildə Laçın rayonunun ermənilər tərəfindən işğalından sonra Bakı şəhərində yaşayır. Evlidir və 3 övladı var.
Memar
Memar ― binaların və başqa tiklilərin texniki, iqtisadi, funksional və görünüşü baxımından planlaşdırılması və tikilməsi işlərini yerinə yetirən şəxs. Memarlıq sənətinə ənənəvi olaraq böyük önəm verilmişdir. Onlar keçmişdə tikililərin layihələndirilməsindən tutmuş işlərin yerinə yetirilməsinə kimi rəhbərliyi bir nəfərdə cəmləyən dövlətə yaxın şəxsiyyətlər idilər. Müxtəlif dövrlərdən asılı olaraq onların iş istiqamətləri də müxtəlif olmuşdur. Məsələn, Roma imperiyası dövründə onların çoxu hərbi tikililər üçün çalışmışlar (məs.Vitruvi). Zaman keçdikcə memarlar daha çox gözəl binaların salınması ilə məşğul olmuşlar (məs. Əcəmi Naxçıvani). Renessans dövründə memarların məşğul olduqları sahələrə heykəltaraşlıq da daxil olmuşdur. Memar olmaq üçün universitetlərin 4 illik təhsil verən "Memarlıq" ixtisası üzrə pilləni bitirmək zəruridir. İctimai qurumlarda işləmək üçün "İctimai kadrların seçimi imtahanı"nın keçirilməsi zəruridir.
Memar (1971)
== Məzmun == Film-portret Azərbaycan memarı Mikayıl Hüseynovun həyat və yaradıcılığına həsr olunmuşdur.
Memar Cerard
Meyster və ya Memar Cerard (doğum 1210/1215, ehtimal olunan doğum yeri Rayl, Almaniya - ölüm 24/25 aprel 1271, Köln, Almaniya) — Köln kafedralının birinci memarı. O həmçinin adının latınca versiyası Cerard von Ril kimi də tanınır. Ril Amyens Kilsəsi üçün model hazırlamışdı. == Biblioqrafiya == Paul Klemen (ed.): Der Dom zu Köln (= Die Kunstdenkmäler der Rheinprovinz. Band 6, Teil III). Reprint der 2., vermehrten Auflage, Düsseldorf, 1938. Düsseldorf Schwann 1980, ISBN 3-590-32101-6 İohan Jakob Merlo: Geschichte der Kölner Dombaumeister (= Nr. 75 der Jahrbücher des Vereins von Alterthumsfreunden im Rheinlande), 1883 İohan Jakob Merlo: Nachrichten von dem Leben und den Werken kölnischer Künstler, S.133 Köln 1850 Henrix Pröhle: Meister Gerhard von Rile, des Kölner Domes Baumeister, in: Rheinlands schönste Sagen und Geschichten. Berlin 1886, S. 213-216 (E-Text) Sulpiz Boisserée: Meister Gerhard, muthmaßlicher Baumeister des Doms v. Köln.
Memar Sinan
Memar Sinan və ya Böyük Memar Sinan Ağa (Sinaneddin Yusuf – Abdulmennan oğlu Sinan) (Osmanlı Türkcəsi: قوجه معمار سنان آغا) (təq. 1490 – 17 iyul 1588, Konstantinopol) — Osmanlı memarıdır. == Həyatı == Mənbələrə görə Sinan, I Səlim sultan olduqdan sonra başlanılan və Rumelidə olduğu kimi Anadoludan da əsgər toplanmasını irəli sürən yeni bir tətbiqata görə 1512-ci ildə İstanbula gətirildi. Orduya əsgər hazırlayan Əcəmi Oğlanlar Ocağına verildi, 1514-cü ildə Çaldıran döyüşündə, 1516–1520-ci illər arasında da Misir səfərlərində iştirak etmişdir. İstanbula dönüncə Yeniçəri Ocağına qəbul olundu. Birinci Süleyman Qanuni dövründə 1521-ci ildə Belqrad, 1522-ci ildə Rodos səfərlərinə qatılmış və zabit rütbəsi almışdır. 1526-cı ildə qatıldığı Mohaç səfərindən sonra baş mühəndis oldu. 1529-cu ildə Vyana, 1529–1532-ci illər arasında Almaniya, 1532–1535-ci illər arasında da İraq, Bağdad, Təbriz səfərlərində iştirak etmişdir. Bu son səfər ərəfəsində Van gölünün üstündən keçəcək olan üç gəminin təmir işlərini müvəffəqiyyətlə yerinə yetirməsinə görə Ona "haseki" ünvanı verilmişdir. 1536-cı ildə Pulya səfərlərinə qatıldı.
Memar Əcəmi
Memar Əcəmi və ya Əcəmi ibn Əbubəkr Naxçıvani (1120-ci illər, Naxçıvan – XIII əsr, Naxçıvan) — Mənşəcə Azərbaycan türklərindən olan, XI–XII əsrlərdə indiki Azərbaycan ərazisində Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifi. == Həyatı və yaradıcılığı == XI və XII əsrlər — Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə bir sıra dahi şəxsiyyətlər yaşayıb-yaratmışlar: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları.Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi memarı kimi şöhrət qazanmışdır. Tanınmış sənətşünaslardan Ə. V. Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır. Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmamış sənətkarlardandır.
Radovan (memar)
Radovan (Latınca Raduan; XIII əsr, Trоqir, Split-Dalmatiya jupaniyası[d] – XIII əsr) — XIII əsrdə Trogirdə yaşamış Xorvat heykəltaraş və memar. == Haqqında == Radovan XIII əsrdə Xorvatiyanın Trogir şəhərində anadan olmuş və həmin şəhərdə ömür sürmüş heykəltaraş və memardır. Xorvatiyada Usta Radovan kimi tanınırdı. Trogir Kafedralında Roman portalındakı abidəsi istisna olmaqla şəxsiyyəti və bu sənətkarın fəaliyyəti barədə heç bir məlumat yoxdur. Radovan adını və əsas portalı hazırlama tarixini - 1240-cı ili girişdə Lunette üzərində qeyd etmişdir. Mətn məlumat verir ki, usta Radovan heykəltaraşlıq sahəsində ən yaxşılardan idi və layihə Tuskan, Florensiyalı Trequan Trogir yepiskopu olanda tamamlanıb. Radovan Trogirin doğma ppoğlu idi və XIII əsr Trogir arxivlərində onun adı da xatırlanır. Onu müəllifi olduuğu portal 4 hissədən ibarətdirː Qapının girişində şirlərlə birgə təsvir olunan Adam və Həvvanın üryan fiqurları; içəridə çoxsaylı barelyeflər və ov səhnələri və son olaraq mərkəzdə Məsihin həyatından səhnələri əks etdirən təsvirlər. Məsihin çağırışından Dirilişə timpanium ətrafında arkalar var. Son olaraq isə Məsihin doğum timpanimudur.
Əməkdar memar
Azərbaycan Respublikasının əməkdar memarı — Azərbaycan memarlığının inkişafında böyük xidmətlər göstərmiş, yüksək sənət nümunələri olan xatirə abidələrinin, bina və komplekslərin, şəhərsalma sahəsində memarlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində xüsusi nailiyyətlər əldə etmiş şəxslərə verilən fəxri ad.
Ceyms Stirlinq (memar)
Ceyms Stirlinq (22 aprel 1926[…], Qlazqo – 25 iyun 1992[…], London) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir. == Həyatı == II Dünya müharibəsi boyunca əsgərlik edən Sterlinq 1945–1950-ci illəri arasında Liverpul Univesitetində memarlıq təhsili gördü. O, burada karyerasına böyük təsir göstərən Kolin Rouv ilə tanış oldu. Bir müddət universitetdə fəaliyyətini davam etdirən Sterlinq 1956-cı ildə Ceyms Qovan ilə birlikdə öz memarlıq ofisini açdı. Bu dövrdə inşa etdirdiyi ən əhəmiyyətli işi Lester Universitetinin Mühəndislik Fakultəsi olmuşdur. Həmin dövrün digər işləri arasında Kembric Univesitetinin Tarixi Fakultə Kitabxanası və Oksfor Universitetinin Kven Kolleci olmuşdur. 1963-cü ildə Sterlinq Ceyms Qovanla əməkdaşlığını bitirdi və şəxsi ofisini açdı. Daha sonra partneri olacaq Maykl Uilfordu da köməkçi kimi işə aldı. Həmin dövrdə ən məşhur işi Olivetti Mərkəzi idi.
Comərd Əliyev (memar)
Comərd Rasim oğlu Əliyev — Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini. == Həyatı == 1963-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, ali ​təhsillidir. 1986-cı ildə Moskva Memarlıq İnstitutunu bitirmişdir. 1986-1995-ci illər ərzində müxtəlif dövlət qurumlarında memarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 1995-1999-cu illərdə xaricdə diplomatik xidmətlə məşğul olmuşdur. 1999-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Tədavülün tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2010-cü ilin aprel ayından Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2013-cü ilin sentyabr ayında Azərbaycan Respublikasi Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının formalaşdırılmasında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2016-cı il tarixli, 2106 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi direktorunun müavini təyinedilmişdir Ailəlidir, 2 övladı var.
Elçin Əliyev (memar)
Elçin Tofiq oğlu Əliyev (18 sentyabr 1967, Bakı) — Azərbaycan memarı, memarlıq üzrə elmlər doktoru (2014), Azərbaycan Dizaynerlər İttifaqının (1998-ci ildən), Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin (1994-cü ildən) üzvü, Respublikaçı Alternativ Partiyasının Mədəniyyət Komitəsinin sədri. == Həyatı == Elçin Tofiq oğlu Əliyev 1967-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olmuşdur. 1974–1984-cü illərdə 160 nömrəli orta məktəbdə oxumuşdur. 1984-cü ildə daxil olub, 1989-cu ildə fərqlənmə diplomu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirmişdir. 1987-ci ildə S. V. S. T.- də (Slovakiya Ali Texniki Məktəbi, Bratislava) istehsalat təcrübəsi keçmişdir. 1988-ci ildə Moskva şəhərində (Rusiya) Ümumittifaq Gənc Memarlar Cəmiyyətinin Zaqafqaziya şöbəsinin sədri seçilmişdir. 1989-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 1994-cü ildən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvüdür. 1998-ci ildən Azərbaycan Dizaynerlər Birliyinin üzvüdür. 1998-ci ildə "Bakı şəhərinin mərkəzində şəhər mühitinin sosial-məkan quruluşu" mövzusunda memarlıq üzrə namizədlik dissertasiyasını müdafiə etdi.
Fərəc Fərəcov (memar)
Fərəcov Fərəc Səttar oğlu (27 yanvar 1912 – 7 sentyabr 1990) — Azərbaycan SSR Əməkdar memarı.
Memar (film, 1971)
== Məzmun == Film-portret Azərbaycan memarı Mikayıl Hüseynovun həyat və yaradıcılığına həsr olunmuşdur.
Memar Əcəmi 2
Memar Əcəmi-2 — Bakı metrosunun Bənövşəyi xəttinin stansiyası. == Tarixi == Memar Əcəmi-2 metrostansiyasının inşasına 2009-cu ildə başlanılmışdır. Bu stansiya Memar Əcəmi metrostansiyasının yaxınlığında yerləşir və bu xətt gələcəkdə Bakıxanova kimi uzadılacaq. Stansiyanın 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılsa da, bu mümkün olmamışdır. Stansiya 2016-cı il 19 apreldə isitfadəyə verilmişdir. "Avtovağzal"–"Memar Əcəmi" mənzil tunellərinin və "Memar Əcəmi" stansiyasının layihə işləri dünyanın aparıcı şirkətləri tərəfində həyata keçirilib. Tunellərin inşası üçün hazırlıq işlərinə 2011-ci ilin fevralında, tikintisinə isə həmin ilin sentyabrında başlanılıb. Podratçı təşkilat tərəfindən tunellərin tikintisi ilə yanası, tunellərarası 8 təxliyə keçidi və 2 havalandırma şaxtası inşa edilib. "Memar Əcəmi" stansiya kompleksinin ümumi uzunluğu 168,5 metrdir. Burada üç çıxış yaradılıb.
Memar Əcəmi metrostansiyası
Memar Əcəmi metrostansiyası — Bakı metropolitenində 1985-ci ildən fəaliyyətə başlayan, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Naxçıvani adına metrostansiya.
Məhəmməd Təqi (memar)
Məhəmməd Təqi — Memar. Naxçıvan memarlıq məktəbinin nümayəndəsi. Bu memarın adı Naxçıvan şəhərindəki Came məscidinin kitabəsi vasitəsi ilə elmi dövriyyəyə daxil olmuşdur. Hicri 1311/1894 ildə inşası başa çatan, indi də dindarların istifadə etdikləri Came məscidinin kitabəsində memar: "Əgər məndən sonra məscidin memarını axtarsalar, səkkizinci imamdan sonrakı adla adlanıram"-deyə özünü təqdim etmişdir. Məlumdur ki, şiələrin səkkizinci imamının adı Rza, ondan sonrakı, doqquzuncu imamın adı isə Məhəmməd Təqidir. Deməli, məscidin memarının adı Məhəmməd Təqi olmuşdur.
Pərviz Hüseynov (memar)
Pərviz Hüseynov — Azərbaycanın Əməkdar memarı; "Şərəf nişanı" ordeni kavaleri, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, SSRİ Nazirlər Sovetinin Dövlət mükafatı laureatı. == Həyatı == == Mükafatları == Azərbaycanın Əməkdar memarı; "Şərəf nişanı" ordeni, SSRİ Nazirlər Sovetinin Dövlət mükafatı == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Pərviz Hüseynova həsr edilmişdir.
Rasim Əliyev (memar)
Rasim Həsən oğlu Əliyev (16 iyul 1934, Gəncə – 13 noyabr 2021) — Azərbaycan memarı və rəssamı; Azərbaycan SSR əməkdar memarı (1979), Dövlət mükafatı laureatı, Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, Rusiya Memarlıq və İnşaat Akademiyasının həqiqi üzvü, Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü. == Həyatı == Rasim Əliyev 1934-cü il 16 iyul tarixində Gəncədə görkəmli ziyalı alim, akademik Həsən Əliyevin ailəsində anadan olmuşdur. 1952-1958-ci illərdə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində təhsil alıb. O, 1965-ci ildə Bakının Baş memarı təyin olunub və 23 il müddətində bu vəzifədə fəaliyyət göstərib. 18 iyul 2014-cü ildə Beynəlxalq Muğam Mərkəzində Rasim Həsən oğlu Əliyevin 80 illik yubileyinə həsr olunmuş mərasim keçirilmişdir. Tədbirdə memarın müxtəlif illərdə ərsəyə gətirdiyi memarlıq əsərlərinin fotosərgisi, eləcə də yağlı və sulu boya ilə çəkdiyi rəsm əsərlərinin sərgisi keçirilmiş, onun haqqında 2006-cı ildə çəkilmiş "Memar" filmindən fraqmentlər nümayiş etdirilmişdir. Tədbirdə yubilyara Azərbaycan Memarlar İttifaqının diplomu təqdim edilib. == Mükafatları == R.Əliyev 2000-ci il 19 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni, 2009-cu il 24 sentyabr tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda memarlıq sənətinin inkişafında xidmətlərinə görə "Şərəf", 2014-cü il 16 iyul tarixində isə "İstiqlal" ordeni ilə təltif edilib.Rasim Əliyev 13 noyabr 2021-ci ildə 87 yaşında vəfat etmişdir. == Fəaliyyəti == O, Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir. Paytaxtda mikrorayonların, Əhmədli qəsəbəsinin salınması onun adı ilə bağlıdır.
Robert Atkinson (memar)
Robert Atkinson (ing. Robert Atkinson; d. 1 avqust 1883 – ö. 26 dekabr 1952) — İngilis memar.
Səbinə Hacıyeva (memar)
Səbinə Xalid qızı Hacıyeva (13 oktyabr 1971, Bakı) — Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, Azərbaycan Memarlar İttifaqının Elm və təhsil üzrə komissiyasının sədri, memarlıq üzrə elmlər doktoru, professor, Əməkdar memar. == Həyatı == Səbinə Xalid qızı Hacıyeva 1971-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Bakı şəhərində orta məktəbi bitirib. 1988-1994-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (sonra Azərbaycan İnşaat Mühəndisləri Universiteti, hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti) memarlıq fakültəsində ali təhsil alıb. Təhsilini 1994-1998-ci illərdə həmin universitetdə aspirantura pilləsi üzrə davam etdirib. 1998-ci ildə “Orta əsr Azərbaycanın müsəlman və xristian dini memarlığının qarşılıqlı əlaqəsi” mövzusunda dissertasiya işini müdafiə edərək “Memarlıq namizədi” (Memarlıq üzrə fəlsəfə doktoru), 2013-cü ildə “Azərbaycan Respublikasının Şimal-qərb regionunun memarlıq irsi, onun qorunma və istifadə problemləri” mövzusunda doktorluq dissertasiyasının müdafiəsi ilə “Memarlıq üzrə elmlər doktoru” elmi adlarını alıb. 2019-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin professorudur. == Fəaliyyəti == === Elmi Fəaliyyəti === 1994-2003-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Landşaft memarlığı” kafedrasında müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2003-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq konstruksiyaları və abidələrin bərpası” kafedrasında dosent, professor vəzifəsində çalışıb. 2016-cı ildən son təyinatınadək həmin kafedranın müdiri olub.
Sənan Sultanov (memar)
Sənan Sultanov — Azərbaycanın mühəndis-memarı. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Sənan Sultanova həsr edilmişdir.
Tahir Abdullayev (memar)
Tahir Abdulla oğlu Abdullayev (25 avqust 1915, Naxçıvan – 5 yanvar 2004, Bakı) — Azərbaycan memarı, Azərbaycan SSR əməkdar mühəndisi (1964) və əməkdar memarı (1979). == Həyatı == Tahir Abdulla oğlu Abdullayev 1915-ci il avqustun 25-də Naxçıvan şəhərində anadan olmuşdur. Atası gənc yaşlarında vəfat etmiş, ailənin dörd övladı – iki qız və iki oğlan anaları Surə xanımın himayəsi ilə böyümüşlər. Tahir Abdullayev 1933-cü ildə Nəriman Nərimanov adına Sənaye Texnikumunu, 1939-cu ildə isə Azərbaycan Sənaye İnstitutunu bitirərək memarlıq ixtisasına yiyələnir. Təyinatla Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin Memarlıq Planlaşdırma İdarəsinə göndərilir və 1941-ci ilə qədər burada çalışır. == Fəaliyyəti == 1940-cı ildən SSRİ Memarlar İttifaqına üzv olan Tahir Abdullayev 1941–1944-cü illərdə müxtəlif tikinti idarələrində baş mühəndis vəzifəsində fəaliyyət göstərir. 1944–1951-ci illərdə Şəki şəhərinin Baş memarı vəzifəsinə təyinat alır. 1946-cı ildə Böyük Vətən müharibəsində arxa cəbhədə göstərdiyi fədakarlığa görə "Qafqazın müdafiəçisi" medalı ilə təltif olunur. 1951-ci ildə isə Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı ilə "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutuna direktor təyin olunan Tahir Abdullayev 1992-ci ilə qədər — 41 il burada fəaliyyət göstərir. Yüzlərlə yaşayış evi, ictimai bina və qurğuların layihə müəllifi olan Tahir Abdullayev, 1993-cü ildən ömrünün sonunadək "Bakıdövlətlayihə" institutunda əmək fəaliyyətini davam etdirmişdir.
Uilyam Adam (memar)
Vilyam Adam (1689[…], Kerkoldi[d], Fayf[d] – 24 iyun 1748, Edinburq) — şotland memar, mason və sahibkar. Villiam Adam öz dövrünün ən qabaqcıl şotlandiyalı memarı olub, ölkənin əhəmiyyətli binalarını layihələrini hazırlayıb. Onun ən işləri Edinburq yaxınlığındakı Houptaun Malikanəsi və Banf şəhərindəki Daff Evidir. Onun özünəməxsus və coşqun üslubu Palladian üslubu əsasında qurulmuşdu. XVIII əsrdə Adam Şotlandiyanın "Universal Memar"ı hesab edilirdi. Lakin XX əsrdən etibarən memari tənqidçilər onun işlərinin görünüşünü tənqid etməyə başladılar. Misal üçün, Villiam MakKolin onun işlərini "İfrat dərəcədə müxtəlif" adlandırmışdı. Adam Şotlandiyada bir çox fabrikanın qurulması və təkmilləşdirilməsi üçün sxem və layihələr düzəltmiş, eləcə də kömür, duz mədənləri, su dəyirmanlarının tikilməsində rolu olmuşdur. 1731-ci ildə Kinrosşirdə isə "Bleyd Adam" adlı şəxsi əmlakını tikmişdi. O həm də üç memarın atası olmuşdur: Con, Robert və Ceyms.
Vidadi Muradov (memar)
Vidadi Həbibullah oğlu Muradov (27 dekabr 1945, İlisu, Qax rayonu) — Əməkdar memar. == Həyatı == Vidadi Muradov 27 dekabr 1945-ci ildə Qax rayonunun İlisu kəndində müəllim ailəsində anadan olmuşdur. 1963-cü ildə Qax şəhər 1 saylı orta məktəbi Qızıl medalla bitirmiş, 1963-1968-ci illərdə Azərbaycan Politexnik İnstitutu İnşaat fakultəsinin Memarlıq bölməsində təhsil almış, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.1967-ci ildə tələbə elmi işlərinin Ümumittifaq (SSRİ) müsabiqəsinin qalibi kimi "Ən yaxşı tələbə elmi işi üçün" medalı ilə təltif olunmuşdur. İnstitutu bitirdikdən sonra Bakı Şəhər Dövlət Layihə İnstitutunda memar işləmiş,1969-1971-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında oxumuşdur.1973-cü ildə namizədlik dissertasiyası müdafiə edərək alimlik elmi dərəcəsi almışdır. 1973-1978-ci illərdə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi,1978-1982-ci illərdə baş elmi işçi vəzifələrində çalışmışdır.1974-cü ildən keçmiş SSRİ, hazırda Azərbaycan Memarlar İttifaqının üzvüdür.1991-1995-ci illərdə Azərbaycan Memarlar İttifaqının katibi və Rəyasət heyətinin üzvü olmudur. 1982-ci ildən bu günədək Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğuldur: 1982-2007-cü illərdə dosent, 2007-ci ildən isə professorudur, "Memarlıq tarixi və nəzəriyyəsi","Memarlıq konstruksiyaları","Tarixi mühitin qorunması və bərpası", "Bərpa və konservasiya", "Memarlıq abidələrinin bərpasında regional xüsusiyyətlər" fənlərindən mühazirə oxuyur. Memarlıq tarixi və nəzəriyyəsinin, Azərbaycan memarlıq və şəhərsalma irsinin tədqiqi və onun istifadəsinin nəzəri məsələləri sahəsində mütəxəssisdir. Müxtəlif beynəlxalq və respublika miqyaslı elmi komfransların iştirakçısıdır. 70-dən artıq elmi əsərin,o cümlədən iki monoqrafiyanın,dörd dərs vəsaitinin,bir sıra metodik göstərişlərin, fənn proqramlarının müəllifidir. 1996-ci ildə MDB və Avropanın müsəlman ölkələri ilə Misir Texniki Əməkdaşlıq Fondunun Abidələrin bərpası və konservasiyası üzrə Qahirədə keçirilən ixtisaslaşdırılmış beynəlxalq seminarın xüsusi şəhadətnaməsini almışdır.
"Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi
"Xan Sarayı" Dövlət Tarix-Memarlıq Muzeyi — Naxçıvanda muzey. Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvan xanlığının tutduğu xüsusi mövqeyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliyyətə başlamışdır == Haqqında == Naxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulmuş, 81 il fəaliyyət göstərmiş, 1828-ci il fevral ayının 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən fəaliyyəti dayandırılmış, Naxçıvan və İrəvan xanlıqları rəsmi şəkildə ləğv edilərək Rusiyanın tərkibinə qatılmışdır. Azərbaycan ərazisində 1747-ci ildən yaranmış 18 feodal dövlətdən biri olan Naxçıvan xanlığının Azərbaycanın siyasi tarixində böyük rolu olmuşdur. 1787-1797-ci illərdə müstəqil Naxçıvan xanlığının xanı, 1797-ci ildən 1820-ci ilədək Naxçıvan xanlığının hakimi olmuş Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən 1780-cı illərdə Naxçıvan çəhərində tikdirilmişdir. Şərq memarlığı üslubunda inşa edilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də xanlıq dövründə dövlətin siyasi iqamətgahı funksiyasını yerinə yetirmişdir. Xan Sarayı müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də, qorunub saxlanmışdır. 9429 km² ərazini əhatə edən Naxçıvan xanlığı özünün dövlətçilik ənənələri, ərazi bütövlüyünün qorunması ilə Azərbaycan dövlətçiliyinə çox böyük töhfələr vermişdir. Bu tarix-mədəniyyət abidəsi NAxçıvan şəhərdəki Xan Dikində, Möminə Xatın türbəsinin yaxınlığında yerləşir. 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi kimi fəaliyyətə başlayan binada Naxçıvan xanlığının Azərbaycan Respublikasının milli dövlətçiliyindəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılmışdır === Muzeyin ekspozisiyası === Ali Məclis Sədrinin 2015-ci il 2 fevral tarixli Sərəncamına əsasən artıq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyətini davam etdirməkdədir. Hazırda muzeydə 9 ekspozisiya zalı vardır.
"Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu
Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu — Azərbaycanda qoruq. == Yaranma səbəbi == Qədim tarixə malik, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyə və unikal memarlıq görkəminə malikdir. Burada orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidləri, mağaralar və çox sayda öyrənilməmiş arxeoloji abidələr mövcuddur. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu və Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu elan edilməsi haqqında" 2007-ci il 19 dekabr tarixli 2563 nömrəli Sərəncamı ilə yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi" təsdiq edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun özünəməxsusluğunun qorunub saxlanılması üçün qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, komissiyalar yaradılmış, müvafiq işlər aparılmışdır. Eyni zamanda qoruğun 2010-2015-cı illər üzrə Dövlət İnkişaf Proqramının layihəsi işlənmişdir. Hazırda qoruğun direktoru Həsən Ağayevdir. == Tədqiqatlar == Qoruğun Cek kəndinə aid ərazisində 2011-ci ildə aparılan tədqiqatlar nəticəsində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Həmin tapıntıların tunc dövrünə - e.ə.
AMEA Memarlıq və İncəsənət İnstitutu
Memarlıq və İncəsənət İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor - Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ərtegin Əbdülvahab oğlu Salamzadə. == Tarixi == İnstitut 1945-ci ildə böyük Azərbaycan bəstəkarı, akademik Üzeyir Hacıbəyov tərəfindən yaradılıb və ilk dövrlər Azərbaycan İncəsənət Tarixi İnstitutu adlanırdı. 1948-ci ildən 40 il ərzində İnstituta məşhur memar, akademik Mikayıl Hüseynov rəhbərlik edib.
Abaka (memarlıq)
Abak — sütunun yuxarı hissəsinin zolağını təşkil edən düz bir taxta. Onun başlıca funksiyası arxa və ya yuxarıdakı arxitreyv ağırlığını almaq üçün bir dayanma olmaq və kapitaldan daha geniş olmaq üçün böyük dəstəkləyici bir səth təmin etməkdir.
Alban memarlığı
Qafqaz Albaniyasının memarlığı — Qafqaz Albaniyasının müstəqil və vassal dövlət kimi mövcud olduğu e.ə. II əsrdən b.e.-nın VIII əsrinə kimi onun tabeliyinə daxil olmuş ərazilərdə yaranmış və inkişaf etmiş memarlıqdır. Qafqaz Albaniyasının ən qədim memarlıq ənənələri haqqında olduqca az məlumat vardır. Bu, həm həmin dövrləri əks etdirən tarixi mənbələrin olmaması, həm də sonrakı dövrlərdə memarlıq nümunələrinin köhnə ibadət yerlərində, bir sıra hallarda birbaşa köhnə məbədin binası üzərində inşa edilməsi ilə əlaqədardır. IV–VII əsrlərdə Qafqaz Albaniyası ərazisində aktiv inşaat işlərinin aparılmasını tarixi mənbələr də sübut edir. Daha aktiv inşaat-quruculuq işlərinin aparılması isə III Mömin Vaçaqan və Cavanşirin hakimiyyətləri dövrünə təsadüf edir. IV əsrə Qafqaz Albaniyasında xristianlığın dövlət dini elan edilməsindən sonra bütün ölkə ərazisində oxsaylı dini tikililərin inşasına başlanılır, həmçinin köhnə məbədlərə əlavələr edilərək onlar xristian kilsəsinə çevrilirlər. Bu cür dəyişiklərə məruz qalmış abidələrə nümunə əlaraq, Ləkit, Kilsədağ, Mamrux, Mingəçevir kilsələrini göstərmək mümkündür. B.e. ilk əsrlərindən etibarən Qafqaz Albaniyası ərasizində bir və üç nefli bazilikaların inşasına başlanılır.
Albaniya memarlığı
Albaniya memarlığı — Albaniya Respublikası ərazisində müxtəlif mədəniyyətlərə – illiryalılara, qədim yunanlara, Roma İmperiyasına, Osmanlı İmperiyasına və italyan memarlığına aid olan abidələr kompleksi. == Tarixi == Ölkədəki İlliriya qalalarının qalıqları qədim memarlıq tikililərindəndir. Belə ki, onlar e.ə. VII əsrə aid edilir. Sonrakı dövrlərdə antik ənənələrin geniş yayılmasına baxmayaraq, Albaniyanın milli mədəniyyəti – ənənəvi tikililər, keramika, metal emalı inkişaf etməkdə davam edirdi. Albaniya memarlığının formalaşmasında illiryalıların, qədim yunanların, Roma İmperiyasının, Osmanlı İmperiyasının və italyan memarlığının böyük rolu olmuşdur. == Xristian memarlığı == XIII-XIV əsrlərdə Bizans üslubunda kilsə incəsənəti inkişaf etmişdir. Həmin dövrə aid əsas memarlıq abidələri bunlardır: Mesopotam kəndində Müqəddəs Nikolay kilsəsi; Lavdaridə Müqəddəs Troitsa kilsəsinin divar rəsmləri.XVII-XVIII əsrlərdə də Voskopoya və Vitkuki şəhərlərində çoxsaylı kilsələr tikilmişdir. == Türk-islam memarlığı == XV-XIX əsrlərdə Albaniyada türk-islam memarlıq ənənələri üstünlük təşkil etmişdir. Həmin dövrə aid əsas memarlıq abidələri bunlardır: Tiranada XVIII əsrə aid Ədhəmbəy məscidi; Tiranada hamam; Tiranada şəhər qalası; Tiranada bazar yeri və bir sıra evlər; Tiranada Əhmədpaşa təkyəsi; Beratda 1775-ci ildə tikilmiş Əhmədpaşa körpüsü; Beratda Xəlvəti təkkəsi; Ergiri qəsəbəsində XVIII əsrə aid evlər; Ergiri qəsəbəsində Qırmızı məscid; XVIII əsrə aid Qurşunlı məscidi; Luşna qəsəbəsində İsgəndərbəy məscidi; Luşna qəsəbəsində qala; Təpədələndə Dəmir baba təkyəsi və türbəsi.
Anqlosaksların memarlığı
Anqlosaksların memarlığı — İngiltərənin və Uelsin bəzi hissələrinin memarlıq tarixində V əsrin ortalarından 1066-cı il Normand işğalına qədər davam edən bir dövrdür. Britaniyada Anqlosaksların binaları əsasən sadədir və dam üçün ağac və samandan istifadə edilir. Beynəlxalq olaraq qəbul edilən heç bir nümunə mövcud deyil. Ancaq Anqlosaks kilsə memarlığının qalıqları hələ də mövcuddur. Azı 50 kilsə bir çox Anqlosaks memarlıq xüsusiyyətləri ilə Anqlosaks mənşəlidir və başqa nümunələrin də Anqlosaks memarlığına aid olması iddia edilir, baxmayaraq ki, bir çox hallarda Anqlosaks hissəsi kiçikdir və çox dəyişdirilmişdir. Adətən əlavələrə və dəyişdirilmələrə görə XI əsr işğalından əvvəlki və sonrakı işləri ayırmaq çətindir. Hal-hazırda mövcud olan kilsələrdən ağacdan düzəldilmiş biri istisna olmaqla, əsasən, daşdan və kərpicdən tikilmişdir və bəzi hallarda Qədim Roma memarlığı yenidən istifadə edilmişdir. == VII əsr == == VIII, IX və X əsrlər == == XI əsr == == İstinadlar == Bede, Ecclesiastical History of the English People Clapham, A. W. (1930) English Romanesque Architecture Before the Conquest, Oxford. Fernie, E. (1983) The Architecture of the Anglo-Saxons, London. Pevsner, N. (1963) An Outline of European Architecture, Harmondsworth.
Arran memarlıq məktəbi
Azərbaycan memarlıq tarixində bir məktəb kimi ilk dəfə formalaşan Aran memarlıq məktəbi olmuşdur. Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olduğu zaman Bərdə böyük və məşhur bir şəhər idi. Burada görkəmli memarlıq abidələrinin tikilməsi haqqında mənbələrdə məlumatlar var. Qədim memarlıq ənənələri ilə islamiyyətdən gələn tipoloji xüsusiyyətlərin birləşməsi nəticəsində formalaşan orta əsr Azərbaycan memarlığının ilk rüşeyimləri məhz burada özünü göstərmişdir. Bərdədə əmələ gələn memarlıq istiqaməti, ölkədə feodal dövlətlərinin müstəqilləşməsi prosesində, yerli ənənələrin güclənməsi ərəfəsində başlayır. Məhz bu şəraitdə Aran memarlıq məktəbi əmələ gəlməkdə idi. Bərdədəki inşaat texnikası, şəhərsalma ənənələri daha sonra, şübhəsiz ki, Gəncədə davam etdirilir. X əsrdə Gəncədə Şəddadilərin apardığı geniş inşaat işləri bu şəhəri Azərbaycanın ən böyük memarlıq mərkəzlərindən birinə çevirir. Hələ Bərdədə əmələ gəlməyə başlayan üslub cəhətləri Gəncədə daha bariz şəkildə formalaşır. Bərdə və Gəncə ətrafında formalaşmış Aran memarlıq məktəbi öz təsir dairəsini genişləndirərək demək olar ki, Azərbaycanın bütün orta hissəsinə yayılır.
Atabəylər Memarlıq Kompleksi
Atabəylər Memarlıq Kompleksi — Naxçıvan şəhərində yerləşən, şəhər Atabəylərin paytaxtı olan zaman əsas qoyulmuş nəhəng memarlıq kompleksi. Kompleksə Atabəy hökmdarlarının sarayı, Divanxana, Naxçıvan Cümə Məscidi, Mömünə Xatun türbəsi, Mədrəsə, giriş baştağı və digər yardımçı binalar daxil olmuşdur. Dövrümüzə kompleksdən yalnız Mömünə Xatun türbəsi çatmışdır. == Mömünə Xatun türbəsi == Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin bir şahidi kimi Naxçıvanın mərkəzində yüksəlir. Memar bu türbəni Yusif Küseyir oğlu Türbəsindən 24 il sonra inşa etmişdir. Ona görə də bu sənət əsərində memarın ustalığının, müdrikliyinin artması ilə yanaşı sifarişçinin gücü, böyüklüyü də əks olunmuşdur. Mömünə Xatun türbəsinin ümumi quruluşu – sərdabə və qüllə, kompozisiyanın inkişaf yolu, memarlıq tutumlarının düzümü öncəki türbədə olan sayaq, dəyişməz qalır. Bununla birgə Memar Əcəmi, yeni, zəngin ifadə vasitələri ilə bu əsərinə bənzərsiz, daha yüksək bədii görkəm vermişdir. Möminə xatun türbəsinin üzərindəki ornament bəzəkləri sənətkarın tükənməz fantaziyaya malik olduğunu göstərir.
Avropanın Memar Tələbələr Assambleyası
Avropanın Memar Tələbələr Assambleyası (ing. European Architecture Student Assembly) və ya qısaca EASA — Avropada memarlıqla bağlı ixtisaslarda təhsil alan tələbələrin ən böyük ictimai qurumu. == Tarixi == 1981-ci ildən etibarən Avropa ölkələrindən 400-dən çox memar tələbə hər yay Avropanın bir şəhərində toplaşaraq qurultay keçirirlər. Onlar yay tədbiri zamanı debatlar aparır, həmin şəhərin memarlığı ilə ətraflı tanış olurlar. Belə tədbirlər Yay Görüşləri adlanır. EASA-nın ilk qurultayı 1981-ci ildə İngiltərənin Liverpul şəhərində keçirilmişdir.Hər il payızda isə INCM (ing. Intermediate National Contact Meeting - azərb. Milli Əlaqələndiricilərin Görüşü‎) keçirilir. Onlar EASA davamlılığını saxlamaq üçün toplaşırlar. == EASA Yay Görüşləri == 1981 – Liverpul, İngiltərə.
Avstraliya memarlığı
Avstraliya ədəbiyyatı — Avstraliya İttifaqı və onun əvvəlki müstəmləkələrində və orada yaşayan insanlar tərəfindən yaradılmış memarlıq nümunələri. Avstraliya İttifaqında XVIII əsrin sonundan etibarən Avropa müstəmləkəçiliyi ilə əlaqədar yeni şəhərlər salınmağa başlanmış, memalıq, əsasən, ingilis klassizimi və yeni qotikanın təsiri altında inkişaf etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Avstraliya memarlığı ilə əlaqəli mediafayllar var.
Avstriya memarlığı
Avstriya memarlığı — Avstriya Respublikasının memarlıq sənəti. == Tarixi == XII–XIII əsrlərdə Avstriya memarlığında roman üslubu bazilikalar, XIII–XV əsrlərdə qotik üslub (Vyanadakı Müqəddəs Ştefan kafedralı), XVII əsrin sonu XVIII əsrin birinci yarısında isə barokko üslubu (Vynada Karl Borromey kilsəsi, Şenbruin, Trautzon, Şvartsenberq sarayları) geniş yayılmışdır. XIX əsr Avstriya memarlığında eklektizm modernizmlə (memar V. Vaqner, A. Looz və başqaları) əvəz olunmuşdur. 1920–1930-cu illərdə Avstriya memarlığında, memar Klemens Holtmeysterin yaradıcılığında milli romantik istiqamət inkişaf etmişdir. 1945-ci ildən sonra Avstriyada müasir üslubda binalar (Vyanada Ştadthalle universal şəhər zalı, 1955–1958, memar Roland Rayner; internat məktəb, 1966, memar Q. Peyxl; Linsdə A. Brükner adına konsert zalı. 1972, memar X. Siren və s.) yaradılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Hielscher K., Gube R. Österreich. Landschaft und Baukunst, Berlin, 1928. Riehl H. Barocke Baukunst in Österreich, München, 1930. Sedlmayer H., Österreichische Barockarchitektur 1690—1740, Wien, 1930.
Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu
Memarlıq və İncəsənət İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Direktor - Sənətşünaslıq üzrə elmlər doktoru, professor Ərtegin Əbdülvahab oğlu Salamzadə. == Tarixi == İnstitut 1945-ci ildə böyük Azərbaycan bəstəkarı, akademik Üzeyir Hacıbəyov tərəfindən yaradılıb və ilk dövrlər Azərbaycan İncəsənət Tarixi İnstitutu adlanırdı. 1948-ci ildən 40 il ərzində İnstituta məşhur memar, akademik Mikayıl Hüseynov rəhbərlik edib.
Azərbaycan Memarlar İttifaqı
Azərbaycan Memarlar İttifaqı — Azərbaycan memarlarının təşkilatı. == Tarixi == 1934-cü ildə SSRİ-də yaradıcılıq ittifaqlarının mərkəzləşməsi ilə bağlı müxtəlif memarlıq-yaradıcılıq ittifaqları da vahid SSRİ Memarlar İttifaqlarında birləşdirilmişdir. Azərbaycan memarları da bu cəmiyyətə daxil idi. 1934-cü ilin martında Azərbaycan memarlarının Birinci qurultayını keçirmək üçün Təşkilat komitəsi yaradılmış, Təşkilat Komitəsinin sədri Qəhrəman Məmmədov seçilmişdir. Komitə, başqa respublikalarda olduğu kimi, Azərbaycanda da Memarlar İttifaqının Nizamnaməsinin, proqramının və quruluşunun yaradılması kimi böyük işlər görmüşdür. Birinci forumda Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədr müavini Sadıq Dadaşov seçilmişdir.. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin 50 ilə yaxın əvəzsiz sədri olmuş Mikayıl Hüseynovun da fəaliyyəti Azərbaycanda həmin illər üçün memarlıq axtarışları və inkişafı simasını təmsil etmişdir. Azərbaycan Respublikasının siyasi və sosial-iqtisadi müstəqillik əldə etməsi ilə Memarlar İttifaqı fəaliyyətində yeni sosial şəraitə, bazar iqtisadiyyatına, demokratiyanın tələblərinə cavab verən dəyişikliklər baş vermişdir. Azərbaycan Memarlar İttifaqı ölkənin şəhər və kəndlərinin abadlaşdırılmasında, memarlıq görkəminin formalaşmasında aparıcı rol oynamış, yaradıcılıq proseslərini istiqamətləndirmişdir. Bu illərdə onlarla memar beynəlxalq müsabiqələrin laureatı adına layiq görülmüş, fəxri adlarla, orden və medallarla təltif edilmişdir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti
Azərbaycan Memarlıq və İnşaat Universiteti və ya qısaca AzMİU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 1920-ci ildən Bakı Politexnik İnstitutunun tərkibində inşaat fakültəsi, 1930–1934-cü illərdə müstəqil İnşaat və Memarlıq İnstitutu, 1934-cü ildən Azərbaycan Sənaye İnstitutunun, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun tərkibində inşaat-memarlıq yönümlü ixtisasları birləşdirən bir neçə fakültə kimi fəaliyyət göstərmişdir. 1975-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmışdır. 1992-ci ildə institut universitet statusu almışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır. == Maddi-texniki bazası == Hazırda ali məktəbin ümumi sahəsi 49000 m² olan 5 tədris korpusu vardır. AzMİU-nun Musabəyov qəsəbəsində yerləşən tələbə şəhərciyində 5 yataqxana korpusu, o cümlədən xarici tələbələr üçün ayrıca doqquz mərtəbəli 2 yataqxana korpusu vardır. Burada "OCAQ" tələbə klubu, şahmat klubu, idman meydançaları, "Çənki" kinokonsert salonu və tələbə kafesindən istifadə edə bilirlər. Tələbə şəhərciyində sanatoriya-profilaktoriya fəaliyyət göstərir. Universitetin nəzdində tələbə poliklinikası, əsaslı kitabxana, tədris korpuslarında şöbələri və oxucu salonları, aspirantura şöbəsi, elmi tədqiqat bölməsi, istehsalat təcrübə şö’bəsi vardır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 23 dekabr 2004-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində yaradılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 yanvar 2005-ci il tarixli, 47 saylı əmri ilə fəaliyyət göstərir. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Geodeziya və xəritəçilik; Təsviri incəsənət müəllimliyi; Dizayn; Menecment; Kommersiya; Qaynaq Metallurgiyasi ve Texnologiyasi avadavliqlarinin istehsali Bina və qurğuların tikintisi və istismarı;Tikinti məmulatları və konstruksiyaları istehsalı; Qaz təchizatı sistemi və avadanlıqlarının quraşdırılması və istismarı; Avtomobil yolları və aerodromların tikintisi, istismarı və təmiri; Nəqliyyat vasitələrinin təmiri və servisi.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi
"İçərişəhər", xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir. 1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahndan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.
Azərbaycan Respublikasının əməkdar memarlarının siyahısı
"Əməkdar memar" fəxri adı Azərbaycan memarlığının inkişafında böyük xidmətlər göstərmiş, yüksək sənət nümunələri olan xatirə abidələrinin, bina və komplekslərin, şəhərsalma sahəsində memarlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində xüsusi nailiyyətlər əldə etmiş şəxslərə verilir. Azərbaycan Respublikasında bu fəxri adın verilməsi 19 aprel 2000-ci ildən qərara alınmışdır. Hazırda - 2013-cü il sentyabrın 1-dən "Əməkdar memar" fəxri adına görə aylıq təqaüdün məbləği 60 manatdır.
Azərbaycan Respublikasının əməkdar memarı
Azərbaycan Respublikasının əməkdar memarı — Azərbaycan memarlığının inkişafında böyük xidmətlər göstərmiş, yüksək sənət nümunələri olan xatirə abidələrinin, bina və komplekslərin, şəhərsalma sahəsində memarlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində xüsusi nailiyyətlər əldə etmiş şəxslərə verilən fəxri ad.
Azərbaycan Teatr Memarlığı
Azərbaycanda Teatr Memarlığı- XIX əsrin birinci yarısının sonlarında tamaşa binaları artıq Azərbaycan şəhərlərinin srukturuna daxil idi. Peşəkar teatr deyəndə və onun fəaliyyəti barədə düşünəndə sözsüz ki, ilk növbədə sənət ocağının yerləşdiyi bina barədə fikirlər oyanır. Elm sübut edib ki, teatr tamaşasının təlqin etdiyi bədii-estetik zövqün kökündə tamaşa oynanılan binanın texniki imkanları və texnologiyası da mühüm yer tutur. Teatr binasının arxitektura özəllikləri müxtəlif şəkillərdə səhnə sənətinin gözəllik estetikasını istiqamətləndirir, onun özünəməxsusluğunun bədii səciyyələrini müəyyənləşdirir. == Azərbaycan Teatr sənəti == 1873-cü ildə başda görkəmli maarifçi Həsən bəy Zərdabi olmaqla bir qrup azərbaycanlı ziyalıların dahi Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasına səhnə həyatı verməsi ilə milli teatr tariximizin ilk səhifəsi yazıldı. Şərqdə ilk peşəkar teatrın məhz Azərbaycanda – bizim ölkədə yaranması mədəniyyət tariximizin əhəmiyyətli hadisəsidir. Əslində, tam haqla demək olar ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da teatr öz kökləri etibarilə çox qədimdir. Xalqın əmək fəaliyyəti ilə əlaqədar olan qədim ayinlər, mərasimlər, oyunlar, rəqslər, dərvişlərin, kəndirbazların meydanlardakı çıxışları, eləcə də, sinkretik (oxumaq, çalmaq, oynamaq) aşıq sənəti hərəkət, xor və dialoq kimi bir sıra teatr ünsürlərinə malik olmuşdur. Zaman keçdikcə bu ünsürlər müəyyən həyat məzmunu ifadə edərək, müstəqil şəkilə düşməyə və teatr tamaşalarının yaranması üçün əsas təşkil etməyə başlamışdır. Belə ki, milli teatr düşüncəsi və teatr sənəti xalqın mövcud tarixi ilə birbaşa bağlı olub, onunla bərabər yetkinlik taleyi yaşamışdır.
Azərbaycan memarlarının siyahısı
Azərbaycan memarlarının siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya İmperiyası, Azərbaycan xanlıqları və ondan əvvəlki dövrdə tarixən Azərbaycan torpaqlarının tərkibində yaşayan etnik azərbaycanlı və Azərbaycanda yaşayan digər etnik qrupların memarlarının siyahısı. Siyahı soyadı sırası ilə qeyd olunub. Siyahıya həmçinin Azərbaycanda doğulmuş, lakin sonradan köçən; digər ölkələrdə doğulmuş, lakin Azərbaycana köçən və ya orada mühüm bir müddətdə işləyən memarlar daxildir.
Azərbaycan memarlığı
Azərbaycan memarlığı — Azərbaycan ərazisində müxtəlif mədəniyyətlərə aid olan abidələr kompleksi. == İbtidai memarlığın inkişafı == Azərbaycan ərazisində mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Göygöl, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar. Mağaranın ortasında yandırılmış ocaq tüstüsünü xaric etmək üçün tavandan deşik (baca) açılması, yaxud müəyyən lazımi ləvazimatların saxlanması üçün mağaranın daxili divar səthində xüsusi oyuqların açılması buna əyani sübutdur. İbtidai insanların təbii mağaralar üzərində apardıqları belə yenidənqurma işləri sonrakı dövrlərdə süni mağaraların yaranması ilə nəticələnmişdir. Təbii mağaralar kimi bir neçə küyüldən ibarət olan süni mağaralar da yer səthindən xeyli hündür məsafədə dik qayalar və dağ döşündə düzəldilmişdir. Azərbaycan ərazisində süni mağaralara Böyük Qafqaz dağlarının cənub-şərq ətəklərində, Kiçik Qafqaz dağlarında, Qubadlı rayonunda Bərguşad, Həkəri çayları vadilərində, Şirvan regionunda Mərəzə, Sündi və Dərəkənd yaxınlığında, eləcə də cənub əyalətlərində qədim Manna və Midiya dövlətlərinə mənsub olan ərazilərində də təsadüf edilmişdir. Daş hörgüsünün meydana çıxması nəticəsində yeni tipli qazma və yarımqazma binalar inşa edilməyə başladı. Öz başlanğıcını süni mağaralardan almış belə binalar uzun bir tarixi inkişaf prosesi keçmiş və memarlıq tarixində "Qaradan" adı ilə məşhurlaşmışdır.
Başqırdıstan memarlığı
Başqırdıstan memarlığı — Rusiya Federasiyasının Başqırdıstan Respublikası ərazisində mövcud olan müxtəlif mədəniyyətlərə aid olan abidələr kompleksi. Ölkədəki ən qədim təsviri sənət abidələri Paleolit dövrünə aiddir. Bunlar Kap mağarasının qayaüstü rəsmləridir. Urqaz çayının axını boyunca yerləşən şəhər-qalalar Tunc dövrü abidələrindəndir. Soğdilərin istehsal etdiyi gümüş qablardan ibarət Avrüztamak dəfinəsi IX əsrin ikinci yarısı – X əsrin əvvəllərinə aiddir. Daş memarlığının erkən formalarına məqbərələr (keşene) (Bəndəbikə, XV–XVI əsrlər, Kuçargin rayonunun Maksyutovo kəndi yaxınlığında; Turaxana, XIV–XV əsrlər, Ufa yaxınlığında; Hüseynbəy, XIV əsr, 1911-ci ildə yenidən tikilmişdir, Çişmı rayonu) və daş mengirlər (Sterlibaşevo rayonunun Tabuldı kəndi yaxınlığında) aiddir. XVI əsrdə ağacdan dini tikililər meydana gəlmişdir (Baltaçevo rayonunun Starotuşkırovo kəndində məscid; XVI əsrin sonu – XVII əsrin əvvəli, 1891-ci ildə yenidən qurulmuşdur, usta K. Rəhmətullin). Başqırdıstan Rusiyaya ilhaq edildikdən sonra XVI əsrin ortalarından etibarən yerli ənənələrə rus memarlığının da təsiri olmuşdur. XVIII əsrdən Başqırdıstan ərazisində məscidlərin intensiv tikintisinə başlanılmışdır. Məsələn, 1701-ci ildə Starokuskuldino kəndində, 1724-cü ildə İmay-Utarovoda, 1725-ci ildə Qulyukovoda məscidlər tikilmişdir.

Значение слова в других словарях

бракосочета́ние гостёк намозо́ливать нево́льница нежа́ркий неинтере́сное оттесня́ть применя́ться сы́то фельето́н вредоно́сность ла́ночка на всём ходу́ подровня́ться принима́ться dis- keif peasecod set forth sherbet sportsman vina литовец спирать швейцарка