MENUÉT
MÉNZULA
OBASTAN VİKİ
Menyu
Menyu — ictimai iaşə zallarının işlədiyi bütün vaxt ərzində müəssisədə (restoran, kafe, bar və s.) olan qəlyanaltıların, yeməklərin və içkilərin müəyyən ardıcıllıqla düzülmüş siyahısıdır. == Menyunun növləri == Menyunun aşağıdakı növləri vardır: Menyu a lya kard (a la carte) — hər biri üçün ayrıca qiymətlərlə porsiya yeməklərini göstərir; Menyu tabl d'ot (table d'hote) — hər bir yeməyin sabit qiymətlərlə bir və ya bir neçə seçimini təklif edir. Onun üstünlüyü qənaətli və sabit qiymətli olmasıdır; Menyu dü cur (du jour) — həmin gün hazır olan yeməklərin siyahısını sadalayır və göstərir; Turist menyusu — bu menyular elə tərtib olunurlar ki, ucuzluq və qidaların keyfiyyəti ilə turistləri cəlb edə bilsin; Kaliforniya menyusu — Kaliforniyanın bəzi restoranlarında istənilən yeməyi günün hər hansı vaxtında sifariş etmək mümkün olduğundan belə adlandırılmışdır; Dövri menyu — müəyyən dövrdən sonra təkrarlanan menyu.
Menyu (informatika)
Menyu(ing. menu, ru. меню) - proqramın parametrlərinin, komandalarının və s. elə strukturlaşdırılmış yığınıdır ki, istifadəçi lazım olan əməliyyatı yerinə yetirmək üçün onlardan birini seçə bilər. Tətbiqi proqramların əksəriyyəti, xüsusən, qrafik interfeysi (şəkillər əsasında) olan proqramlar öyrənməyi, işləməyi və düzgün istifadəni asanlaşdırmaq vasitəsi kimi menyudan istifadə edir. Menyuda bir adın seçilməsi çox zaman “aşağıda yerləşən” (növbəti səviyyəli) menyunun və ya yerinə yetirilən əməliyyatın xarakterini dəqiqləşdirən müəyyən parametrlər yığınından ibarət dialoq boksunun açılmasına səbəb olur. Menyu ilə işləmək üçün həm siçandan, həm də klaviaturadan istifadə olunur. Siçandan istifadə edərkən menyuda olan komandaları göstərmək üçün menyunun adını çıqqıldatmaq lazımdır. Klaviatura ilə menyu zolağını (MENU BAR) aktivləşdirmək üçün <Alt> və ya <F10> klavişindən istifadə olunur. Hər hansı menyunu, yaxud onun bəndini seçmək üçün altından xətt çəkilmiş hərf klavişini basmaq olar.
Menyu informatika

Menyu (film)
Menyu (ing. The Menu) – Mark Mylod tərəfindən idarə olunan və 2022-ci ildə buraxılan Amerika qara komediya trilleridir. Film Set Reiss və Will Tracy-nin ssenarisi əsasında çəkilmişdir. Ralph Fiennes məşhur aşpaz və Hong Chau baş ofisiant, Anya Taylor-Joy, Nicholas Hoult, Janet McTeer, Reed Birney, Judith Light və John Leguizamo isə elit restoranın müştəriləri rolunu canlandırıblar. "Menyu"-nun ilk nümayişi 10 sentyabr 2022-ci ildə Toronto Beynəlxalq Film Festivalında baş tutdu və daha sonra ABŞ-da 18 noyabr 2022-ci ildə "Searchlight Pictures" tərəfindən nümayiş olundu. Film üçün xərclənən büdcə 30 milyon dollar tutub. Film 76 milyon dollardan çox gəlir əldə edib və izləyiciləri tərəfindən bəyənilib. Film 80-ci Qızıl Qlobus Mükafatlarında iki nominasiya, o cümlədən Ən Yaxşı Aktyor - Komediya və ya Musiqili (Fiennes) və Ən Yaxşı Aktrisa - Komediya və ya Musiqili (Taylor-Coy) nominasiyasını qazanıb. == Süjet == Margot Mills və rəfiqəsi Tayler sürətli qayıqla məşhur aşpaz Culian Slovikə məxsus eyni adlı eksklüziv restoranın yerləşdiyi Hawthorne adasına gedirlər. Naharda restoran tənqidçisi Lillian Bloom, redaktor Ted, varlı cütlük Riçard və Anna Leibrandt, kino ulduzu Corc və onun şəxsi köməkçisi Felisiti, biznes tərəfdaşları Soren, Deyv və Brays və Culianın alkoqol aludəçisi anası iştirak edib.
Menyu ( 2022 kino )

Menyukur
Menükur (fr. Menucourt) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — [[l'Otiy (kanton)|l'Otiy]. Əhalisi — 5.084 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 33 km şimal-şərqdə, Serji belediyyənin 7 km şərqdə yerləşir.
Start menyusu
("Start" menyusu) Windows sisteminin əsas menyusu — tapşırıqlar panelində "Start" düyməsinin basılmasıyla və ya klaviaturada Windows loqotipi işarələnmiş klavişin sıxılmasıyla ekrana gələn Microsoft Windows menyusudur. Burası proqramların icrası üçün mərkəzi göndərilmə nöqtəsidir. İlk dəfə Windows 95 versiyasında çıxmışdır. Windows XP versiyasından başlayaraq, iki seçimə malikdir: "Klassik" — Windows ME/2000/98/95 versiyalarında çıxmışdır. "Standart" — Windows XP, Windows Vista defolt seçimdə təqdim olunur. Windows 7 versiyasında yalnız "Standart" menyu təqdim ounur "Klassik" seçim olmur. İş masasının bəzi mühitlərində (məsələn, GNOME, Xfce, IceWM, FVWM 95, JWM, QVWM, KDE, LXDE, XPWM) analoji menyu var. == Versiyalar arası fərq == === Windows 9x/2000-də "Start" menyusu === "Sənədlər", "Proqramlar", "Axtarış" və "Quraşdırmalar" aiddir. Menyunun sol tərəfində Windows versiyası göstərilmişdir. İstifadəçinin adı əks olunmurdu.
Çörək qırıntısı menyusu
Çörək qırıntısı menyusu — veb-səhifədə yerləşən və iyerarxik təşkil olunmuş veb-saytda həmin səhifənin yerini bildirən menyu. Bu menyuda sonuncudan başqa bütün elementlər, adətən, daxili hiperistinadlar olur. "Çörək qırıntısı" menyusunun adı Qrim qardaşlarının "Hansel və Qretel" nağılındakı süjetdən götürülüb: ikinci dəfə meşədə olanda uşaqlar geriyə yolu tapa bilmirlər, çünki bu dəfə onlar yola nişanə kimi kiçik daşların əvəzinə çörək qırıntıları atırlar. Çörək qırıntılarını isə meşə quşları yeyirlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Значение слова в других словарях

набреда́ть незлобиво опа́здывать перели́вочный приворожи́ть экзоти́чный безотра́дный внаки́дку неширо́кий поши́вочная каженик лидина -in bulky conjubilant depressant formaldehyde opportunist papaw predikant socker лачужка непокойный сердитый словно