Robert Kinq Merton
Robert Kinq Merton (4 iyul 1910[…], Filadelfiya, Pensilvaniya – 23 fevral 2003[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ-də struktur–funksional təhlilin ən görkəmli nümayəndələrindən biri.
Robert Kinq Merton 4 iyul 1910-cu ildə Filadelfiyada doğulmuşdur. Onun ailəsi 1904-cü ildə yəhudi qaçqını Rusiyadan ABŞ-yə köçmüşdü. Anası, İda Rasovskaya, atası isə ABŞ limanında "Harri Sklonik" kimi qetdiyyata götürülmüş, Aaron Şkolnikov idi. Cənubi Filadelfiyada süd məhsulları satan Aaronun mağazası yandıqdan sonra ailəsini çətin vəziyyətdə qoymamaq üçün bir dülgərin yanında köməkçi işləməyə başladı. Doğrudur bu illərdə Merton çox zəif və çəlimsiz idi. Amma o özünün bir çox imkanlara və qabiliyyətlərə malik olduğuna inanırdı.
1934-cü ildə Merton, Suzanna Karhart ilə evləndi. Bu evlilikdən Robert Kinq Merton dünyaya gəldi. 1997-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatını qazankən iki qızı- Stefani Merton və Vanessa Merton da var idi.