METAFİZİK
METAFORA
OBASTAN VİKİ
Metafizika
Metafizika (qd-yun μετά (metá)-sonra, φυσικά (physiká)-təbiət, fizika) — təbiətin və dünyanın strukturu haqqında fəlsəfənin bölməsi. Dialektikanın əksidir. Metafizika termini mənası "təbiətdən sonra", "təbiətdən sonra gələn" mənasını verir və öz başlanğıcını Aristotelin əsərlərindən götürür. Aristotelin əsərlərinin külliyatında onun fəlsəfi fikirləri təbiət elmlərinə aid hissədən sonra gəldiyi üçün şərti olaraq "metafizika-təbiətdən sonra gələn" kimi işarələnmişdir. Zaman keçdikcə yunan dilində ki meta- ("sonra") prefiksi "üstündə; yüksəkdə; hüduddan kənar" mənalarını verməyə başlamışdır. Materiya və forma probleminə Aristotel "Metafizika" əsərini həsr etmişdir. Fəlsəfəni (yaxud "birinci fəlsəfəni") Aristotel Metafizika adlandırmışdır. Aristotelin tərifinə görə, birinci fəlsəfə əvvələn, Ali haqqında təlimdir, daha dəqiq desək, ən ümumi səbəblər və yaxud başlanğıclar (xüsusi səbəbləri və başlanğıcları öyrənən xüsusi elmlərdən fərqli olaraq) haqqında təlimdir; ikincisi, bu fəaliyyəti yox, varlığı öyrənən nəzəri elmdir. Aristotelə görə, "birinci fəlsəfə" ümumilikdə varlığı, "ikinci fəlsəfələr" (məsələn, fizika və riyaziyyat) isə varlığın ayrı–ayrı tərəflərini öyrənir. Metafizika bir şeyin var olması nə deməkdir və varlığın hansı növləri vardır kimi sualları araşdırır.
Metafizika (dəqiqləşdirmə)
Metafizika: Metafizika — fəlsəfənin bölməsidir. Metafizika (jurnal) — beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalı. Metafizika (albom) — musiqi albomu.
Metafizika (jurnal)
Metafizika (ing. Metafizika international journal of philosophy and interdisciplinary studies) — Azərbaycan Respublikasında çap olunan beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalı. Azərbaycan və dünya fəlsəfəsi, tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti və sair elm sahələri ilə bağlı elmi məqalələr oxuculara təqdim edir. "Metafizika" jurnalı "AcademyGate Publishing" (ISNI: 0000000514175052) nəşriyyatının nəşri kimi nəşr olunmağa başlamışdır. Metafizika jurnalı 2017-ci ildə Azərbaycannın Ədliyyə Nazirliyində № 4144 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasında "Fəlsəfə və interdisiplinar" elmlər sahəsində beynəlxalq fəlsəfi və fənlərarası elmi jurnaldır. Metafizika jurnalı ildə 4 dəfə nəşr olunur. Jurnalda Azərbaycan, türk, rus, ingilis, fars və ərəb dillərində bütün məqalələr ekspertlər tərəfindən müsbət rəy alarsa, qəbul və çap olunur. "Metafizika" jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə Fəlsəfə və Sosiologiya elmləri, Siyasi elmlər və Pedaqogika üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir. Metafizika Jurnalı öz fəaliyyətini Azərbaycan Respublikasının qanunları, öz əsasnaməsi və beynəlxalq standartların tələblərinə əsasən təşkil edib.
Metafizika jurnalı

Əxlaq metafizikası
Əxlaqın Metafizikası (alm. Die Metaphysik der Sitten‎) İmmanuel Kantın 1797-ci ildə yazdığı siyasi və əxlaqi fəlsəfə əsəridir. Quruluş baxımından o, iki hissəyə bölünür: hüquqlardan bəhs edən Hüquq Doktrinası və fəzilətlərdən bəhs edən Fəzilət Doktrinası. Kantın əsərdə etik nəzəriyyələrinin inkişafı " kateqorik imperativ " konsepsiyasının təkamülünü və vəzifələr kontekstində bəşəriyyətə rasional varlıqlar kimi yanaşmağın nəticələrinin tədqiqini əhatə edir.

Digər lüğətlərdə