Nazim Əfəndiyev (metallurq)
Nazim Əfəndiyev (Əfəndiyev Nazim Tofiq oğlu; 16 dekabr 1963, Bakı) — "Metalloinvest" İK ASC‑nin baş direktorunun birinci müavini – kommersiya direktoru. "Rusiya Federasiyasının fəxri metallurqu" (2014). Orenburq vilayəti V çağırış Qanunverici Məclisin deputatı (2011).
Əfəndiyev Nazim Tofiq oğlu 1963-cü il dekabrın 16-da Bakıda anadan olub. 1985-ci ildə Xarici Dillər Hərbi İnstitutunu, 1995-ci ildə Kinqston Universitetində (Böyük Britaniya) MBİ-nin (Master of Business Administration, tərcümədə – "Magistr Biznes-İnzibatçılıq") xüsusi Beynəlxalq Menecment proqramı üzrə Xalq Təsərrüfatı Akademiyasını bitirib. 1985–1992-ci illərdə Silahlı Qüvvələrin sıralarında xidmət edib. 1996-cı ildən N. Əfəndiyev "Sibirskiy alyuminiy" kompaniyasında Sayan alüminium zavodunun kommersiya direktorunun müavini, Samara metallurgiya zavodunun Ticarət Evinin direktoru vəzifələrində çalışıb, "Russkiy alyuminiy" kompaniyasının prokat divizionuna başçılıq edib. 2001-ci ildən "NOSTA" ASC və "Uralskaya Stal" kompaniyasında satış üzrə direktor işləyib. 2004-cü ilin mayında "Uralskaya Stal" kompaniyasının baş direktoru təyin edilib. 2006–2007-ci illərdə "Metalloinvest" İK ASC-nin icraçı direktoru olub.