METAQALAKTİKA

\[hərfi mənada ―qalaktikadan kənarda olan‖\] – mlrd.-larla qalaktikaların daxil olduğu kosmik sistem.
METAFİZİKA
METAMƏNTİQ
OBASTAN VİKİ
Metaqalaktika
Bütün müasir tədqiqat metodları vasitəsi ilə müşahidə edilə bilən aləm bütöv lükdə Metaqalaktika adlanır. Müəyyən edilmişdir ki, qalaktika topaları fəzada xaotik paylanmayıb, Kainatın daha irimiqyaslı quruluşunu əmələ gətirir. Çox nadir hallarda tək qalaktikaya rast gəlmək olar. Qalaktikaların 90%-dən çoxu ya müəyyən qruplara daxil olaraq yerli qalaktikalar sistemi əmələ gətirir, ya da minlərlə qalaktikanı birləşdirən qalaktika topaları yaradır. Bizim Qalaktikanın ətrafında 1,5 Mpk məsafə hüdudlarında 40-a yaxın qalaktitak yerli qalaktikalar sistemini əmələ gətirir. Andromeda dumanlığı, Böyük və Kiçik Magellan buludları da bu sistemə daxildir. Qız bürcündə bizdən 20 Mpk məsafədə yerləşən və diametri 6 Mpk olan qalaktika topaları müşahidə edilir. Bu cür qalaktika topaları Şimal Tacı, Herkules və Veronikanın saçları buürcündəə də mövcuddur. Bu qalaktika topalarının daha irimiqyaslı əlaqəli sistem əmələ gətirməsi və ya ifratnəhəng qalaktika topalarının fəzada paylanma forması hələ də sual altında olan məsələlərdəndir. Fəzanın elə boş sahələrinə rast gəlmək olur ki, tərəfləri milyon bub meqaparsek olan həcmdə heç bir qalaktika müşahidə olunmur.

Значение слова в других словарях

кантони́стский кинжа́льный ко́лкий министе́рский намыва́ние не́мочь обве́шивать опрессо́вка подска́з дополне́ние медуни́ца сара́йный сто́имость скрень broad bean corsair deafener geoduck hippie monopoly obsessional raggery salt-box snap-brim прошептать