metodmərkəz
metodoloji
OBASTAN VİKİ
Metodologiya
Metodologiya araşdırma sahəsinə tətbiq olunan metodların sistemli, nəzəri təhlilidir. Bu, metod əsaslarının nəzəri təhlilini və araşdırılan elm sahəsiylə bağlı prinsipləri əhatə edir. Səciyyəvi olaraq, metodologiya paradiqma, nəzəri model, faza və kəmiyyət və ya keyfiyyət texnikası kimi terminləri özündə birləşdirir.Metodologiya metod olmadığı üçün məsələnin həllini konkretləşdirmir. Əvəzində, metodologiya xüsusi bir duruma, misal üçün xüsusi nəticəni hesablamaq, tətbiq oluna biləcək tək bir metod və ya bir sıra metodlar və ya ən yaxşı təlimləri başa düşməyə çalışan nəzəri təməlləri ortaya qoyur. Bu sahə həmçinin aşağıdakılarla izah oluna bilər: "elm sahəsi tərəfindən istifadə edilən metod prinsipləri, qaydaları və şərtlərinin təhlili"; "elm sahəsi içərisində tətbiq olunan, oluna bilən və ya olunmuş olan metodların sistemli öyrənilməsi"; "metodların izahı və ya öyrənilməsi".
İqtisadi metodologiya
İqtisadi problemlərin ciddi tədqiqində metodologiya məsələsi mühüm əhəmiyyət kəsb edir. Metodologiya – metodlar haqqında elmdir. İqtisadi nəzəriyyənin metodologiyası təsərrüfat həyatını, iqtisadi hadisələri öyrənən metodlar haqqında elmdir. O, iqtisadi hadisələrin öyrənilməsinə ümumi yanaşmaya, gerçəkliyin vahid dərkinə, vahid fəlsəfi zəminə malik olmalıdır. Metodologiyanın həll etməli olduğu əsas məsələ: iqtisadi nəzəriyyə bu və ya digər iqtisadi sistemin fəaliyyəti və sonrakı inkişafının əsl işıqlandırılmasına gerçəkliyi elmi dərk etmənin hansı üsulları, yolları ilə nail olur ? Ümumi iqtisadi nəzəriyyənin metodologiyasında bir neçə əsas yanaşmanı göstərmək olar: 1) Subyektivçi (subyektiv idealizm mövqeyindən); 2) Neopozitivist-empirik (neopozitiv emöirizm və skeptisizm mövqeyindən); 3) Rasionalist; 4) Dialektik materislist; Subyektivçi yanaşmada iqtisadi hadisələrin təhlilinin çıxış nöqtəsi kimi ətraf mühitə təsir edən təsərrüfatçı subyekt götürülür, özü də suveren "mən" mütləq müstəqildir, buna görə də hamı bərabərdir. Belə yanaşmada əsas kateqoriya tələbat və faydalılıqdır. İqtisadiyyat təsərrüfatçılıq edən subyektin müxtəlif variantlardan həyata keçirdiyi seçim nəzəriyyəsi olur. Neopozotivist-empirik yanaşmada hadisələrin və onların dəyərləndirilməsinin daha diqqətlə öyrənilməsinə əsaslanır. Belə yanaşma iqtisadiyyatı firma səviyyəsindəki iqtisadi problemləri özündə ehtiva edən mikroiqtisadiyyata və cəmiyyət miqyaslı iqtisadi problemləri əks etdirən mikroiqtisadiyyata bölməyi nəzərdə tutur.

Digər lüğətlərdə

-овал-(ый) малова́жно пансиона́т перекомпоно́вываться перепева́ться прове́трить прома́лывание смешко́м счи́слить зоба́тый карбюра́тор конъюнкту́рщица маста́к светли́чка соарендова́ть страши́ло дискреция accounts receivable float-gauge Mogadishu sweat pants well-educated аптека замертво родитель