1. Mexanikanın öyrəndiyi hadisə və proseslərə aid olan. Mexaniki hərəkət.
2. Mexanizmlər vasitəsilə işləyən, hərəkətə gətirilən, mexanizmi olan; mexanizmli. Mexaniki mişar.
– [Musa dayı] daşları qaldırıb dişəmək üçün mexaniki bir şey icad etmişdir.
3. Maşın və mexanizmlərin hazırlanması, təmiri ilə məşğul olan. Mexaniki sex. Mexaniki emalatxana.
4. bax mexanistik.
5. məc. Qeyri-şüuri, qeyri-iradi. Mexaniki hərəkət.
– Sərhəng heç bir şey başa düşməsə də, mexaniki olaraq: – Bəçeşm, – deyib təzim etdi.