MEXANİKİ

sif. [ yun. mechanike və ər. …i]
1. Mexanikanın öyrəndiyi hadisə və proseslərə aid olan. Mexaniki hərəkət.
2. Mexanizmlər vasitəsilə işləyən, hərəkətə gətirilən, mexanizmi olan; mexanizmli. Mexaniki mişar.
[Musa dayı] daşları qaldırıb dişəmək üçün mexaniki bir şey icad etmişdir. İ.Əfəndiyev.

3. Maşın və mexanizmlərin hazırlanması, təmiri ilə məşğul olan. Mexaniki sex. Mexaniki emalatxana.
4. bax mexanistik.
5. məc. Qeyri-şüuri, qeyri-iradi. Mexaniki hərəkət.
– Sərhəng heç bir şey başa düşməsə də, mexaniki olaraq: – Bəçeşm, – deyib təzim etdi. M.İbrahimov.

Синонимы

  • MEXANİKİ mexaniki bax qeyri-şüuri
MEXANİKA
MEXANİKİLİK

Значение слова в других словарях