MEYXOŞ
MEYİTXANƏ
OBASTAN VİKİ
Meyit
Meyit, cəsəd və ya nəş ― ölən insanın bədəni. Eyni mənaya malik olan kadavra sözü ümumiyyətlə tibbi mənada işlənir. Cənazə mərasimi üçün hazırlanan meyitə cənazə deyilir. "Heyvan ölümü" mənasını verən leş sözü bəzən xüsusən mənfi konotasiya (uyğunlaşma) — insan cəsədi mənasında da istifadə edilir. Bundan əlavə, kadavra sözü tibbi məqsədlər üçün istifadə olunan heyvan ölüləri üçün də istifadə edilə bilər. Mərasimlərdə "Nəş" sözü xüsusilə seçilir. İslami cənazə mərasimlərində nəş sözünə əlavə olaraq mərhum sözü istifadə olunur. Ərəb mənşəli "rəhmətlik" sözü "Allahın rəhmətinə qovuşmuş, bağışlanmış" deməkdir. Bu mənada mərhum kəlməsi təkcə ölülərin cəsədini deyil, həm də axirətə gedəcəyinə inanılan ruh deməkdir və dəfn olunduqdan illər sonra da istifadə olunur. == Etimologiyası == Kadavra sözü türkcəyə italyanca cadavere sözündən keçmişdir; cəsəd və nəş sözləri isə ərəb dili mənşəlidir.
Yeriyən meyit sindromu
Gəzən cəsəd sindromu yaxud Kotar sindromu — ipoxondrik ,nigilistik(inkar) sayıqlamalarının və depressiv əlamətlərin birləşməsindən ibarət olan sindromdur. Xəstələr heç vaxt ölməyəcəklərini və həyatları boyu əzab-əziyyət çəkəcəklərini söyləyirlər. Onlar nəinki özlərini, həmçinin ətrafdakı adamların da iztirab içində yaşadıqlarını deyir və bunun üçün təqsirkar olduqlarını bildirirlər. Yeməkdən imtina edərək həmişə tox olduqlarını söyləyirlər. Belə xəstələr bütün günü əli qoynunda gəzərək tezliklə bütün dünyanın suda qərq olacağını və hamının məhv olacağını deyirlər. Başqa birisi bütün daxili orqanların yoxluğundan, beyninin çürüməsindən şikayətlənir, yüz illər belə ağır vəziyyətdə yaşayacağını söyləyir. Bu sindrom ,əsasən, qocalıq psixozlarında rast gəlinir. == Ümumi məlumat == Sindromun ikinci adı "Kotard"dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər.
Meyityarma
Meyityarma — elmi biliklərini artırması və ya ölüm səbəbinin müəyyənləşdirilməsi üçün meyitlərin yarılması. Meyitlərin yarılması hələ orta əsrlər dövründən qadağan edilmişdi. Tarixdə "yevistaxilərin yandırılması" hadisəsindən xəbərləri var. Belə ki, XVI əsrdə tələbələr müəllimlərin tapşırığı və köməkliyilə gecələr qəbiristanlıqdan yeni basdırılmış meyitləri çıxarıb aparırmış. Həmin meyitlər gizlicə yarılır, bununla da tələbələrə praktiki biliklər verilərmiş. Ancaq din xadimləri bundan xəbər tutur. Onlar qəbiristanlıqda meyit çıxaranları izləyib tutur, sonra isə hamısını meydanda, hər kəsin gözü önündə yandırıblar. Burada maraqlı bir məqamı da deyək. Yevistaxilərin yandırılması səhnəsinin fotoçəkiliş olmayan həmin dövrdə rəsmi çəkilib. Həmin rəsmin orijinalı indi məhz Azərbaycanda - Dövlət Tarix Muzeyində saxlanılır.

Значение слова в других словарях

брейн-дре́йн виндсёрфер воева́ть голубеобра́зные ерети́чески и́скровский посту́кивать со́ус сре́занный хачапу́ри вынима́ться предви́деться сто́птанный лылы additive Clarence couzy hetero hippodrome hosen incest puss moth sister-german subdelirium пятинедельный